Məhkəmə qərarları › İş №2(103)-5235/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5235/2023

30.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5235/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-302/2023 nömrəli, 13 aprel 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar döngəsi, 0,0897 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1017,4 kv.m. olan 40 saylı (Yeni ünvan: ünvan 1 67) fərdi yaşayış evi və torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (ev (xx.xx.2018-ci il tarixdən)) və X3 (torpaq sahəsi) adına qeydiyyata alınmışdır.

2. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında “Ağır texnika ilə ağacların məhv edilməsi” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətini İddiaçı iştirakı ilə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 22 ədəd müxtəlif cinsli, müxtəlif diametrli meyvə ağacının məhv edildiyi və 2 ədəd meyvə ağacının zədələndiyi aşkar edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsinə təqsirkar şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Təbiətə dəymiş ziyan hesablanmış, yaşıllıqların qanunsuz kəsilməsində təqsirkar olan şəxs və ya şəxslərin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur.

3. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, şikayətlə bağlı xx.xx.2018-ci il tarixində İddiaçı və Bələdiyyə nümayəndəsinin iştirakı ilə əməkdaşları tərəfindən əraziyə təkrar baxış keçirilmiş, ərazidə mövcud olan yaşıllıqları qeydiyyata alınaraq müvafiq qaydada sənədləşdirilmişdir. Lakin 8 ədəd Aylan ağacının məhv olunması və əvvəlki aktda öz əksini tapmaması barədə verdiyi məlumatla bağlı bildirirlər ki, İddiaçı dediyinə görə həmin ağaclar istinad divarının tikintisi zamanı məhv olmuş və ağacların kökləri torpaq altında qalmışdır. Ona görə də bu məlumatın dəqiqliyini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı əlavə olaraq müvafiq təhqiqat aparılması üçün Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Sözügedən ərazidə mövcud olan yaşıllıqların mühafizəsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayon Badamdar qəsəbə Bələdiyyəsinə məktubla müraciət olunmuşdur.

4. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı “Abdulqadir adlı şəxs tərəfindən 23 ədəd meyvə ağacının məhv edilməsi ilə əlaqədar” müraciəti araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, eyni məzmunlu şikayət ilə bağlı 2018-ci il 07 iyun tarixində İddiaçı iştirakı ilə ərazidə araşdırma aparılmışdır. Belə ki, 2018-ci il 11 iyun tarixində Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları X2, X4 və X8 və Badamdar bələdiyyəsinin yerli ekologiya məsələləri üzrə daimi komissiyanın üzvü X5 tərəfindən İddiaçı ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd diametri 12 sm olan heyva, 6 ədəd diametri 8 sm olan nar, 3 ədəd diametri 12 sm olan albalı, 3 ədəd diametri 12 sm olan alma, 2 ədəd diametri 12 sm olan ərik, 3 ədəd diametri 12 sm olan əncir, 2 ədəd fındıq kolu ağacının, ümumilikdə isə 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmişdir. Araşdırma müddətində ağacların qanunsuz olaraq məhv edilməsində təqsirkar olan şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Faktla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na uyğun olaraq 14.880 manat məbləğində ziyan hesablanmış və təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə 2018-ci il 14 iyun tarixli 26/1453 nömrəli və 2019-cu il 24 iyul tarixli 26/1938 nömrəli məktubla Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Səbail rayon Polis İdarəsindən işin son icra vəziyyəti və nəticəsi barədə müraciət edənə heç bir məlumat verilməmişdir. Təkrar İddiaçı müraciətinin araşdırılması zamanı sözügedən məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, iş üzrə cinayət işinin başlanılması 2018-ci il 14 avqust tarixində rədd edilmişdir. Qərarda işin rədd edilməsinə səbəb kimi qeyd edilən ərazinin xüsusi mülkiyyətdə olduğu, araşdırma materiallarının yetərli olmadığı göstərilmişdir.

5. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə xx.xx.2020-ci il tarixdə “Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs vətəndaşın şəxsi mülkiyyətində yerləşən 5-6 ədəd Ayland ağacını qanunsuz şəkildə kəsib və öz ərazisində yandırıb” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək, özünə aid torpaq sahəsində olan 5 ədəd ayland ağacının tanımadıqları şəxslər tərəfindən kəsilərək məhv edildiyini, bununla bağlı olaraq təqsirkar şəxslərin müəyyənləşdirilərək barələrində tədbir görülməsini xahiş etmişdir. Araşdırma ilə əlaqədar Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, ev 49 ünvanına baxış keçirilən zaman sözügedən ünvanda köküstə yaş 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi və nəticədə təbiətə 1380 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Araşdırma müddətində ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq tərəflərdən akt tərtib olunmuş, sözügedən ərazidə yaşıllıqların məhv edilməsi nəticəsində təbiyətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından təqsirkar olan şəxs və ya şəxsləri müəyyən edərək barələrində qanunamüvafiq tədbir görülməsi üçün Səbail rayon Polis İdarəsinə rəsmi məktubla müraciət olunmuşdur.

6. İş üzrə Səbail rayon Məhkəməsi tərəfindən (2(009)-94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020ci il tarixli, 10/2736 nömrəli ekspert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyai Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********58 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla X6 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur.

7. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş (Səbail rayon Məhkəməsinin 2(009)- 94/2021 saylı mülki iş, hakim Mədinə Bağırova) mütəxəssis rəyinin surətindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 reyestr nömrəli çıxarışla X6 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********27-10302 Reyestri nömrəli çıxarışın yerləşmə koordinatları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasar sorğuya cavab olaraq təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir.

8. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar X6 və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsinin İddiaçı üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 manatın cavabdeh İddiaçı tutularaq AR ƏMDK-nın Yanında Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfinlən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(004)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

9. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4826/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Nazirliyin “Qaynar xətt” məlumat xidmətinə “Badamdar qəsəbəsi Badamdar şossesində Əfqanıstan vətəndaşı Abdulkadir adlı şəxs 3 ədəd ağac kəsdirib” məzmunlu daxil olmuş müraciət məktubu tərəflərdən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı İddiaçı yazılı izahat verərək əfqanıstanlı X19 adlı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində istinad divarının qəzalı vəziyyətə düşməsi səbəbindən öz ərazisində bir neçə ağacın məhvolma təhlükəsində olduğunu və həmin istinad divarının sökülməsində aidiyyəti qurumların iştirakının təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin həmin şəxs tərəfindən yaradılan çətinliklərlə əlaqədar olaraq öz ərazisində də bir neçə ağacın köküstə quruyaraq inkişafdan dayandığını bildirmişdir. Tərəflərdən keçirilən baxış zamanı ərazidə olan istinad divarının qəzalı vəziyyətdə olması, həmçinin şikayətçi İddiaçı təqdim etdiyi video materiallara əsasən X19 adlı şəxsin fərdi yaşayış evinin həyətində bir neçə ağacın məhv edildiyi müşahidə olunmuşdur. Məlumat üçün bildirirlər ki, “Tikinti obyektlərinin sökülməsi Qaydaları” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır ki, bu qaydaların həyata keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxildir. Həmçinin Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarına əsasən fərdi həyətyanı sahə kimi çıxarış əsasında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə münasibətdə ərazidəki yaşıllıqların mühafizəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət nəzarəti həyata keçirilmir. Odur ki, sözügedən müraciətin aidiyyəti üzrə baxılması və araşdırmanın nəticəsi barədə vətəndaşa cavab verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev ona məxsusdur. Ailə üzvləri ilə bu evdə yaşayır. Cavabdehlə qonşudurlar. Lakin cavabdeh qonşuluq hüququna hörmət etmir, ona zərər vurmaqda davam edir. Cavabdehin həyəti sürüşkən ərazidə yerləşdiyindən, torpaqla doldurub həyətini genişləndirmişdir. Genişləndirdiyi həyətin torpaq sahəsi onun həyətinə tökülməsin deyə onun razılığı olmadan və tikinti norma və qaydalarına əməl etmədən ona məxsus sahədən 2018-ci ilin aprel ayından başlayaraq istinad divarı tikmişdir. İstinad divarını inşa etmək üçün onun həyətinə traktor gətirərək istinad divarının inşası üçün zəmin hazırlatmışdır ki, nəticədə ona məxsus torpaq sahəsini zəbt etməklə ağacları basıb əzmişdir. Ağaclara vurulan ziyan 14.880+1.380=16.260 manat, torpağının zəbt edilməsi ilə əlaqədar 5000 manat, mənəvi ziyana görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat ona zərər vurmuşdur. Cavabdeh qanunsuz əməlini keçirmək üçün Səbail rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, qanunsuz olaraq törətdiyi əməlinə hüquqi don geyindirməyə çalışmışdır. Səbail rayon Məhkəməsi onun etirazlarına məhəl qoymayaraq Cavabdehin iddiası təmin etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Kassasiya məhkəməsi xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1820/2022 saylı qətnaməsini qüvvədə saxlamışdır. Cavabdehin qanunsuz tikinti aparması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx- 04600 saylı məktubundan görünür ki, qeyd olunan istinad divarının tikintisi müvafiq qaydada razılaşdırılmış tikinti layihəsi və tikintiyə icazə əsasında aparılmalı idi. Lakin sözügedən qurğunun tikintisi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır ki, bunun da nəticəsində təhlükəli vəziyyət yaranmışdır. İstinad divarının ona məxsus torpaq sahəsində inşa edilməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2736 saylı rəyi ilə sübut olunur. Rəydə göstərilir ki, mübahisənin predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi iddiaçıların torpaq sahəsinin hüdudları daxilində, bir hissəsi isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir (Səbail rayon Məhkəməsinin qətnaməsi səhifə 4, abzas 1). Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə proseslərinə cəlb edilmişdir, qanunsuz əməllərin qarşısını almaq üçün dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Keçirdiyi gərginliklər nəticəsində sağlamlığına 2000 manat zərər zərər dəyib. Cavabdehin onun iradlarına məhəl qoymaması mənəvi sarsıntılar keçirməsinə səbəb olub ki, nəticədə 5000 manat zərər dəyib. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat, ağacların məhv edilməsinə görə 14.880 manat və 1.380 manat, mənəvi zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat, dövlət rüsumu üçün ödədiyi 176 manat və vəkil xidmətlərinə görə ödədiyi 2500 manat, cəmi 30.936 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-302/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş 52 metr uzunluğunda istinad divarı Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, Cavabdeh müəyyən edilmiş 3 ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsinin haqlı hesab edilməsi, Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi yardıma görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 1100 (bir min yüz) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2 və 180.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli, Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli, Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli, Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli və Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız məhkəmə proseslərinə cəlb edilmiş, qanunsuz əməllərin qarşısını almaq üçün dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Keçirdiyi gərginliklər nəticəsində sağlamlığına 2000 manat zərər dəyib. Cavabdehin onun iradlarına məhəl qoymaması mənəvi sarsıntılar keçirməyimə səbəb olub ki, nəticədə 5000 manat zərər dəyib. Hazırkı iddianın əsaslı olması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, cavabdehin qanunsuz tikili aparması Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli,2(103)-1820/2022 tarixli qətnaməsi və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli 0079 nömrəli qərarı və həmin iş üzrə tikinti texniki ekspertizasının 10/2736 saylı,xx.xx.2020-ci il tarixli rəyi ilə təstiq olunmuşdur. Göstərilənlər işin mübahisəsiz halıdır. Vurulmuş zərərin miqdarına gəldikdə isə qeyd olunmalıdır ki, zərərin məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əmlaka vurulan zərərin məbləği Azərbaycan Respublikası Ekalogiya və Təbbi Sərvətlər Nazirliyinin 51M-213-09 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə təsdiq olunub. Sağlamlığa vurulan zərərlə və mənəvi ziyanla bağlı qeyd olunmalıdır ki, Artıq 5-ci ildir ki, İddiaçı davamlı olaraq FHN-nə, Bakı ŞİH-nə, Səbail RİH-nə və digər orqanlara çoxsaylı şikayətlər etmək məcburiyyətində qalmışdır. Bütün bu davamlı şikayətlərə kifayət qədər vaxt və əsəb sərf olunub. Bunlar azımış kimi cavabdeh qonşular İddiaçı əsassız məhkəmə mübahisələrinə cəlb etmişlər. Məhkəmə istinad divarı hissəsinin sökülməsi hissəsini qəbul etdiyi halda aparılmış qanunsuz tikili nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməməsi barədə gəldiyi nəticə ziddiyyətlidir. Məhkəmə demək istəyib ki, cavabdeh iddiaçının həyətində qanunsuz tikinti işlərinə görə cavabdehlik daşısada ona vurulmuş zərərə görə cavabdehlik daşımır. Hər iki hərəkət nəticəsində ziyan dəyib. Madi və mənəvi zərər qanunsuz tikinti nəticəsində törəyib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, cavabdeh iddianı subyektiv huququn pozulmamasına görə qəbul etmir. Başqa sözlə cavabdeh belə hesab edir ki, qanunsuz tikintinin aparılması və bunun nəticəsində iddiaçıya ziyan vurulsada iddiaçı bunu mübahisələndirə bilməz. Yaranmış vəziyyətdə iddianın təmin olunmayan hissəsi qanunsuzdur. İddianın hüquqi yardıma görə 1000 manat məbləğində, yəni qalan 1500 manat hissəsinin təmin edilməməsi də qanunsuzdur. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün iddia tələbinin mürəkkəb olmadığı və ümumilikdə iddianın qismən təmin edildiyini əsas göstərib. Məhkəmənin qənaətinə görə iddia tam təmin ediləcəyi təqdirdə hüquqi yardıma görə 2500 manat əsaslı hesab edilə bilərdi. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Əvvala ona görə ki, hüquqi yardım haqqında müqavilə müştəri ilə vəkil arasında bağlanır və müqavilənin şərtlərini vəkillə müştəri müəyyən edir. Ödənilən məbləğdən asılı olaraq vergi, sosial sığorta, icarə və sairə xərclər ödənilir. Məhkəmədə işə 4 ay ərzində baxılıb və hər ay üçün vəkil üzvülük haqqı ödəyir. Nəzərə alsaq ki, mübahisə 2018-ci ildən davam edir 2500 manat xidmət haqqının çox olması ilə razılaşmaq mümkün deyil. Məhkəmə gəldiyi nəticəni işin mürəkkəb iş olmaması ilə əsaslandırıb. Lakin mürəkkəb olmayan işə 4 ay ərzində baxaraq 5 məhkəmə iclası keçirilməsinin zəruriliyindən bəhs etməyib. Hüquqi xidmət müqaviləsinin yalnız müqavilənin tərəfləri mübahisələndirə bilərlər. Məhkəmənin mübahisə olmadığı halda hüquqi xidmət müqaviləsinə qiymət verməsi prosessual qanunvericiliyə zidd olduğu kimi Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə(müqavilə azadlığı) də ziddir. Bu məsələdə məhkəmənin fəlsəfəsi yumuşaq desək anlaşılan deyil. Mənəvi ziyan və sağlamlığa vurulan ziyanla bağlı da qətnamə əsaslandırılmayıb. İşin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qanunsuzluğa məruz qalıb, 2018-ci ildən başlayan mübahisə başa çatmayıb. İddiaçı dəfələrlə müvafiq orqanlara şikayət etmək məcburiyyətində qalıb. Bu da işin mübahisəsiz halıdır. Məhkəmənin məntiqinə görə baş verən qanunsuzluq nəticəsində İddiaçı fərəh hissi keçirmişdir. Mənəvi iztirabın təzahir forması yoxdur. Olmayan formanın məhkəməyə təqdim olunması da mümkün deyil. Mənəvi iztirabın təzahür formaları məhkəməyə məlum olmadığı üçün həmin formaları sadalaya bilməmişdir.

16. Qətnamədən həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin məzmunundan belə görünür ki, tələb mülkiyyət hüququnun müdaıiəsi ilə əlaqədar irəli sürülüb. Hazırki vəziyyətdə iddiaçının sözü gedən istinad divarının inşa edildiyi torpaq sahəsinə dair heç bir hüququ yoxdur, torpaq sahəsi qanunsuz zəbt edilmişdir ki, bu da müvafiq ekspertiza rəyi və digər hallarla təsdiq olunur. Əksinə, iddiaçı mübahisə predmetinin yerləşdiyi torpaq sahəsini zəbt edərək qəsdən həmin sahəyə çirkab-tullantı sularını axıtması səbəbindən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sürüşməsinə şərait yaradır. Belə olan halda məhkəmə iddiaçının belə tələblə çıxış etməyə subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Habelə, iş materiallarından, eləcədə məhkəmə qətnaməsindən görünür ki, sökülməsi cavbdehin üzərinə qoyulmuş 52 metr uzunluğunda olan istinad divarının hamısı cavabdeh tərəfindən inşa edilməyib və ona məxsus torpaq sahəsində yerləşmir və bir hissəsi digər qonşu tərəfindən inşa edilmişdir. Məhkəmə həmin faktı ətraflı araşdırmadan cavabdeh üzərinə qanunla daşımalı olmadığı vəzifəni qoymuşdur. İşə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Belə ki, sökülməsi vəzifəsi həvalə olunmuş 52 metr uzunluğunda istinad divarının hamısı cavabdeh tərəfindən inşa edilməmiş və iş materiallarından da göründüyü kimi həmin istinad divarının yalnız bir hissəsi cavabdeh tərəfindən inşa olunmuş və ona məxsus torpaq sahəsində yerləşir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

20. 127-ci maddəsinin İİ-ci bəndi. hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 136.2 mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

22. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

25. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

26. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarında qeyd edildiyi kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasının araşdırılması işə baxan məhkəmələrin vəzifəsidir.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3 bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda, qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirdiyindən bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-302/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən 49 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

41. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqla yerləşdir.

42. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh 2018-ci ilin aprel ayından başlayaraq istinad divarı tikmiş və həmin divarın bir hissəsi onun yaşadığı əraziyə düşmüşdr. Cavabdeh istinad divarını inşa etmək üçün onun həyətinə traktor gətirmiş, nəticədə ona məxsus torpaq sahəsini zəbt etməklə ağacları məhv etmişdir. Bu səbəbdən iddiaçı cavabdehin üzərinə ona məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat, ağacların məhv edilməsinə görə 14.880 manat və 1.380 manat, mənəvi zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat, dövlət rüsumu üçün ödədiyi 176 manat və vəkil xidmətlərinə görə ödədiyi 2500 manat, cəmi 30.936 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarının mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin – istinad divarının, onun hüquqlarına xələl gətirdiyi üçün pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Belə bir hüququn mövcudluğu həmçinin tərəflər arasında hazırki mübahisə predmeti olan istinad divarı ilə bağlı yaranmış mübahisə ilə əlaqədar məhkəmə araşdırması zamanı qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur.

46. İş materialları ilə müəyyən edilmişdir ki, X9 və Cavabdeh İddiaçı qarşı törədilən maneənin aradan qaldırılması vəzifəsinin qoyulması tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-94/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

47. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşuluqda yerləşdir. Həmin ərazinin relyefi yamac tiplidir, iddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə torpaq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yaranmışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir.

48. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə düşsə də, qalan tikinti işləri cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsində aparılmalıdır. Həmçinin istinad divarının tikilməsi yalnız cavabdehin istifadəsinə olan torpaq sahəsinə daxil olmaqla mümkündür. Lakin müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməmiş, əksinə həmin tikintinin dayandırılması qərara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddia edilən istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradır.

49. Məhkəmə kollegiyası məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir.

50. Belə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı)

51. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

52. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur.

53. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

54. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

55. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3- cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3- cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

56. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.

57. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir.

58. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1820/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən istinad divarının tikintisinə səlahiyətli dövlət orqanları tərəfindən icazə verilməməsi, əksinə həmin tikintinin dayandırılmasının qərara alınması, istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradılması müəyyən edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi 52 metr uzunluğunda istinad divarının 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

60. Məhkəmə kollegiyası iddia tələbinin 2018-ci ildən başlayaraq torpaq sahəsinin zəbt edilməsinə görə vurulan zərərə görə 5000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb əsassız hesab edilməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

63. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.

64. Məhkəmə iddia tələbinin ağacların məhv edilməsinə görə 14880 manat və 1380 manat pulun tutulması hissəsi üzrə də haqlı olaraq hesab etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.

65. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda 5 ədəd ayland ağacının kəsilərək məhv edildiyi nəticəsində 1380 manat, həmçinin 22 ədəd ağacın köküstə yaş halda məhv edildiyi, bundan başqa 1 ədəd alça və 1 ədəd əzgil ağacının zədələndiyi müəyyən edilmiş və nəticədə 14880 manat məbləğində ziyan dəymişdir. Lakin ağacların kim və ya kimlər tərəfindən məhv edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd qeyd edir ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər.

66. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsindəki ağacların məhv edilməsi öz təsdiqini tapmadığından, bununla da onun həmin tələb üzrə subyektiv cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün, iddia tələbi ağacların məhv edilməsinə görə pulun tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir.

67. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

68. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə 2000 manat məbləğində pulun tutulması hissələri üzrə də haqlı olaraq hesab etmişdir ki, həmin hissələrdə tələb əsaslı hesab edilə bilməz.

69. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

70. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 5.000 manat mənəvi ziyanın, 2.000 manat sağlamlığa vurulan zərərin tutulması hissələrində tələblər təmin edilməməlidir.

71. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 2500 manat məbləğində pulun tutulması hissəsi üzrə də düzgün nəticəyə gəlmişdir.

72. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

73. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 2500 manat məbləğində xərcin tutulması hissəsi üzrə əsaslı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 1000 manat məbləğində pulun tutulması müəyyən edilməlidir .

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

76. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-302/2023 nömrəli, 13 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar