Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-524/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən X1 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsindən üçüncü şəxs S.Ələkbərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxsnə, “X6 edilməsi Agentliyi” MMC-yə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və “xxxx” MMC tərəfindən iddiaçıya məxsus **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında 23 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hesabatının və həmin avtomobilin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında 26/04 nömrəli, xx xxxx 2016-cı il tarixli yekun protokolunun ləğv edilməsi, qalib alıcı ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilərək, iddiaçının iştirakı ilə avtomobilin yenidən qiymətləndirilməsi, habelə hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən üçüncü şəxs S.Ələkbərovun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9270/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən üçüncü şəxs S.Ələkbərov və onun nümayəndəsi və vəkili Vəkil2 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2114/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs S.Ələkbərovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, bundan əvvəl apellyasiya instansiyası mərhələsində 10-SP-17 dövlət qeydiyyat nişanlı avtomobilin təmir və yeni ehtiyat hissələri ilə əvəz oldunduqdan sonrakı vəziyyətinə əsasən hazırkı dövrə olan bazar qiyməti müəyyənləşdirilmişdir ki, bu da düzgün olmamış və bu fakt Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarında öz əksini tapmışdır, hazırda məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyin nəticəsi ilə razıdır və həmin qiymət həqiqətə uyğundur, göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, qiymətləndirmə hesabatı həqiqətə uyğun deyil, hesabat yalnız zərər aktı əsasında tərtib olunmuş, başqa hər hansı əsaslandırma aparılmamış, hazırkı iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasının xx xxxxxx 2020ci il tarixli rəyi əsassızdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “X6 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi N.Əliyev hazırkı mülki iş üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə burxağdını qeyd etdi . Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər “xxxx” MMC məhkəmə iclasına gəlməmiş və məhkəməyə ünvanladığı ərizə ilə işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, “xxxx” MMC, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-633/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 52.847 (əlli iki min səkkiz yüz qırx yeddi) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq iş üzrə tələbkar bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tələb girov qoyulmuş onun mülkiyyətində olan 10-SP107 dövlət qeydiyyat nişanlı, “X10" markalı avtomobilə yönəldilməli və əldə edilmiş vəsait hesabına banka olan borcu ödənilməli və vəsaitdən artıq qalarsa qalıq məbləğ ona qaytarılmalıdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı, “X10" markalı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 5.000 (beş min) manat müəyyən edilmişdir. Bakı şəhəri Maraqlı şəxs icraata başlamaq haqqında xx xxxxxxx 2015-ci il tarixli qərarın surətindən görünür ki, qeyd olunan icra sənədi xx xxxxxxx 2015-cı il tarixdə müvafiq şöbənin icraatına daxil olmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli 01 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “X10” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil 5.000 (beş min) manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli 01/2 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “X10” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil 5.000 (beş min) manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli 26/04 nömrəli hərrac təşkilatının hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, İddiaçı məxsus “X10” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin hərracda 5.050 (beş min əlli) manat qiymətə X3 tərəfindən əldə edilmişdir. “Market” qəzetinin xx xxxxxx 2016-cı il tarixli buraxılışının və “Birja” qəzetinin 04-xx xxxx 2016-cı il tarixli 02 nömrəli buraxılışlarının surətlərindən görünür ki, “X10” markalı avtomobilin 5.000 (beş min) manat qiymətə açıq hərraca çıxarılması və hərracın keçirilməsi vaxtının xx xxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilməsi ilə bağlı elanlar dərc edilmişdir. “X8” MMC-nin 08-860/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxx 2019-cu il tarixə mövcud vəziyyətə uyğun olaraq bazar dəyəri 33000 (otuz üç min) manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6591/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, “xxxx” MMC-nin 13/1235 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonrakı (qəzalı vəziyyətdə olan) bazar dəyəri 5800 (beş min səkkiz yüz) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs S.Ələkbərovun apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Belə ki, Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-2114/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki: “hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə keçirilmiş “X8” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli rəyinin məzmunundan müəyyən olunur ki, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxx 2019-cu il tarixinə mövcud vəziyyətdə uyğun olaraq bazar dəyəri 33000 manat təşkil edir, beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyatorun bununla bağlı dəlillərini nəzərə almadan və ekspertiza zamanı avtomobil təmir və yeni ehtiyat hissələri ilə əvəz oldunduqdan sonrakı vəziyyətinə əsasən qiymətləndirildiyi halda, keçirilmiş ekspertiza rəyini əsas kimi götürərək avtomobilin satış qiymətinin onun real dəyərinə uyğun olmaması qənaətinə gəlmişdir.” Kollegiya Ali Məhkəmənin yuxarda göstərilən qeydini nəzərə alaraq 2(103)- 6591/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və “xxxx” MMC-nin 13/1235 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonrakı (qəzalı vəziyyətdə olan) bazar dəyəri 5800 (beş min səkkiz yüz) manat təşkil edir. Mülki iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, **-SP- *** dövlət qeydiyyat nişanlı, “X10" markalı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 5000 (beş min) manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, “X10” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuş (5800 manat) və cavabdeh MMC-nin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə müəyyən olunmuş (5000 manat) bazar dəyərinin məbləğləri arasındakı fərq əhəmiyyətli olmayıb, ekspertizaların müxtəlif zamanlarda keçirilməsini nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi işin faktki hallarına uyğun və ağılabatandır və bu səbəbdən, üçüncü şəxs S.Ələkbərovun apellyasiya şikayətinin hazırkı halla bağla dəlili əsaslıdır. Bunan başqa, Ali Məhkəmə xx xxxx 2020-ci il tarixli qərarında mübahisələndirilən avtomobillə bağlı keçirilmiş hərracla bağlı hərrac təşkilatçısı olan “xxxx” MMC tərəfindən qəzetlərdə elanlar dərc olunması, habelə borcluya, tələbkara və icra məmuruna ünvanlanmış xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixli bildirişlər tərtib olunması və xx xxxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixdə “xxxx” MMC tərəfindən göndərilən məktubların siyahısında İddiaçı da məktubun göndərilməsi qeyd olunduğu göstərilmiş, eləcə də hərracın qanunvericiliyə uyğun təşkil edilməsinin, o cümlədən, hərracın keçirilməsi barədə borclunun lazımi qaydada xəbərdar edilməsinin sübutemə vəzifəsinin hərracı təşkil edən təşkilatın üzərinə düşməsi, bununla belə, bu sübutların həmin şəxs tərəfindən təqdim edilməməsi apellyatorun ziyanın təfsir olunmamalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir Həmin Qanunun 43.1-ci və 43.1.1-ci maddələrinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs S.Ələkbərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normaları pozulduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də nəticənin işin hallarına uyğun gəlməməsi səbəbindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi ləğv olunsun, yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat isə bank hesabı “xxxx” MMC, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına İddiaçı alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-524/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-524/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver