Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5242/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, “X10” MMC-yə və “xxxxxxx” firmasına qarşı müqavilənin və auditor rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-6236/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X10” MMC-nin direktoru X15 tərəfindən “xxxxxxx” firması ilə ikitərəfli bağlanmış xx.xx.2018-ci il tarixli AT- 882 saylı müqavilənin və həmin müqavilə əsasında “X10” MMC tərəfindən “xxxxxxx” firmasına dair müstəqil auditor hesabatının və xx.xx.2018-ci il tarixli auditor rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” firmasının təsisçilərindən biri olan Cavabdeh2 firmanın rəhbəri və qanuni təmsilçisi olmadığı halda, firmanın həmtəsisçisi olan iddiaçının xəbəri və razılığı olmadan firmaya audit xidmətinin göstərilməsi barədə “X10” MMC-nin direktoru X15 ilə firmanın adından qanunsuz olaraq müqavilə bağlamış, həmin qanunsuz müqavilə əsasında audit rəyi verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6236/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və “X10” MMC ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxxxxx” firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış, firma dövlət qeydiyyatına alınarkən “Auditor xidməti haqqında” Qanun qəbul olunmamışdı. Ona görə də firmanın təsis müqaviləsində auditor yoxlamasının ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid olması nəzərdə tutulmamışdır. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən “xxxxxxx” firmasının qanuni təmsilçisi Cavabdeh2dur. Firmanın direktoru kimi qanuni təmsilçisi olduğuna görə onun firma adından müqavilə bağlamaq hüququ vardır. Firmaya auditor xidməti göstərilməsi üçün müqaviləni o, təsisçi kimi bağlamışdır və hesab edir ki, təsisçinin də belə səlahiyyəti var. Bundan əlavə, “Auditor xidməti haqqında” Qanunun 3-cü maddəsinə əsasən auditor rəyi sübut növü olduğundan və həmin Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd olduğundan, “Auditor xidməti haqqında” Qanunda və Mülki Məcəllədə xxxxxxxxxxxxxorların və auditor təşkilatlarının auditor rəylərinin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi auditor rəyini əqd kimi qiymətləndirərək əsassız olaraq Mülki Məcəllənin 337-ci maddəsinə istinad edərək rəyi etibarsız hesab etmiş, rəyin nəyə görə etibarsız hesab edilməsini əsaslandırmamışdır. Bundan əlavə, işə baxılarkən Cavabdeh2 iştirakı təmin edilməmişdir. Cavabdeh “X10” MMC-nin apelyasiya şikayəti cavabdehlər Cavabdeh2 apelyasiya şikayəti ilə eyni məzmunludur. İddiaçı cavabdehlərin apelyasiya şikayətlərinə qarşı yazılı etiraz və mülahizəsini məhkəməyə təqdim etmişdir. Etiraz və mülahizəsini onunla əsaslandırmışdır ki, onun Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə etdiyi sorğuya xx xxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, “xxxxxxx” firmasına rəhbər (qanuni təmsilçi) təyin olunması barədə İdarəyə hər hansı müraciət daxil olmamış və firmanın reyestr məlumatlarında hal-hazırkı rəhbəri (qanuni təmsilçisi) barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 3 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatsərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edildiyindən, Firmanın qanuni təmsilçilik funksiyasına malik ləğvetmə komissiyasının sədri kimi xx.xx.2015-ci il tarixdən dövlət reyestrindən çıxarılmış və həmin tarixdən firmaya qanuni təmsilçi təyin edilməmişdir. Cavabdeh2 bu halları bilə-bilə firmanı təmsil etmək səlahiyyətləri olmadığı halda, firmanın adından audit şirkəti ilə müqavilə bağlamışdır. Auditor rəyinin məhkəmə qaydasında etibarsız hesab edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması barədə apelyasiya şikayətlərinin dəlili ilə bağlı iddiaçı bildirmişdir ki, bu barədə çoxsaylı məhkəmə presedentləri mövcuddur və o cümlədən Cavabdeh2 əldə etdiyi 5 auditor rəyi məhkəmə qərarları ilə etibarsız hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-6236/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və “X10” MMC-nin apelyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar aşağıdakılardan ibarətdir: -“xxxxxxx” firmasının 15145 saylı şəhadətnaməsinin surətinə əsasən firma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır; - “xxxxxxx” firmasının təsisçilərinin xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixə təsisçilərdən biri Cavabdeh2 əlavə pay qoyması nəticəsində “xxxxxxx” firmasının nizamnamə kapitalı artırılaraq 2369774,27 manat məbləğində müəyyən edimişdir. X12 “xxxxxxx” firmasının təsisçiliyindən çıxarıldığından və onun nizamnamə kapitalında olan 122,82 manat məbləğində payı ona verildiyindən firmanın nizamnamə kapitalı həmin məbləğdə azaldılaraq 2369774,27 manat məbləğində müəyyən edilmişdir. İddiaçı nizamnamə kapitalındakı payı - 98,26 manat, 0,004%, 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh2 nizamnamə kapitalındakı payı - 2369676,01 manat, 99,996 %, 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklindədir. Nizamnamə kapitalının artırılması və təsisçi dəyişikliyi ilə əlaqədar “xxxxxxx” firmasının niamnaməsinə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, Cavabdeh2 “xxxxxxx” firmasının direktoru vəzifəsinə təyin edilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dölət orqanına müraciət edilməsi qərara alınmışdır; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 1(007)-3/2013 saylı hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəəsisələrində təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifəsi tutmaq hüququndan məhrum edilməklə, 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir; Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli məktubuna əsasən Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(001)-3/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 3 il müddətinə dövlət və qeydi-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilmişdir. “xxxxxxx” firmasının ləğvetmə komissiyasının sədri Cavabdeh2 xx.xx.2015-ci il tarixdən kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır; Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən Cavabdeh2 barəsində çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(007)-3/2013 saylı hökmü icra edilərək dövlət reyestr məlumatlarında nəzərdə tutulmuş dəyişikliklər edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(005)- 460/2017 saylı qətnaməsinə əsasən iddiaçı “xxxxxxx” firmasının həmtəsisçisi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizələri təmin edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2013-cü il tarixli auditor hesabatı, xxxxxxxxxxxxxor Abbasov ÇingizAbbas oğlu tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli S.A. seriyalı, 17466 №-li auditor rəyi,“xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2011-ci il tarixli 11 №-li və xx xxxxxx 2011-ci il tarixli 12№-li və “xxxxxx X4” MMC-nin xx xxxxx 2014-cü il tarixli AR 15 №-li auditor rəyi etibarsız hesab edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(103)-7672/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(005)-460/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-2728/2018 saylı qərarına əsasən cavabdehlər “xxxxxxx” firmasının həmtəsisçisi Cavabdeh2 oğlunun, “xxxxxxxxxxx” MMC-nin direktoru X2, “xxxxxxxxxxxxxxx” MMC-nin və “xxxxxxxxxxxxx” MMC-nin direktoru X3, “xxxxxx” X5 MMC-nin direktoru Qurbanov Abbasəli Şükür oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən idarəyə “xxxxxxx” firmasına rəhbər təyin olunması barədə hər hansı müraciət daxil olmamış və firmanın reyestr məlumatlarında hal-hazırkı rəhbəri barədə məlumat aşkar edilməmişdir. Firmanın digər təsisçisi Cavabdeh2 məxsus nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılmamışdır; “X10” MMC ilə “xxxxxxx” firması arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AT seriyalı, 882 nömrəli müqaviləyə əsasən “X10” MMC “xxxxxxx” firmasına audit xidmətinin göstərilməsi, “xxxxxxx” firması isə göstəriləcək xidmətin dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşlər; “X10” MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən firmanın nizamnamə kapitalı 2369774,27 manat həcmindədir və hər biri 10 manat olmaqla 236977,4 paydan ibarətdir. İddiaçı payı - 0,004 % 98,26 manat, 9,83 ədəd pay 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh2 payı - 99,996 % 2369676,01 manat, 236967,6 pay, 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklindədir. Beləliklə, mülki iş materiallarında olan sübutlardan görünür ki, “xxxxxxx” firması xx xxxxxx 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirlində qeydiyyatdan keçmişdir. Nizamnamə kapitalındakı payları Cavabdeh2 - 55%, X12 - 25%, İddiaçı - 20% miqdarında müəyyən edilərək, təsis müqaviləsi imzalanmışdır. “xxxxxxx” firmasının təsisçilərinin xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixə təsisçilərdən biri Cavabdeh2 əlavə pay qoyması nəticəsində “xxxxxxx” firmasının nizamnamə kapitalı artırılaraq 2369774,27 manat məbləğində müəyyən edimişdir. X12 “xxxxxxx” firmasının təsisçiliyindən çıxarıldığından və onun nizamnamə kapitalında olan 122,82 manat məbləğində payı ona verildiyindən firmanın nizamnamə kapitalı həmin məbləğdə azaldılaraq 2369774,27 manat məbləğində müəyyən edilmişdir. İddiaçı nizamnamə kapitalındakı payı - 98,26 manat, 0,004%, 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh2 nizamnamə kapitalındakı payı - 2369676,01 manat, 99,996 %, 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklindədir. Nizamnamə kapitalının artırılması və təsisçi dəyişikliyi ilə əlaqədar “xxxxxxx” firmasının nizamnaməsinə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, Cavabdeh2 “xxxxxxx” firmasının direktoru vəzifəsinə təyin edilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi qərara alınmışdır. “xxxxxxx” firmasına, həm fəaliyyətdə olduğu dövrdə, həm də firma təsisçilərinin ümumi yığıncağının qərarı ilə firma ləğv edildikdən və ləğvetmə komissiyası yaradıldıqdan sonrakı dövrdə göstərilmiş audit xidmətləri çərçivəsində xxxxxxxxxxxxxor Abbasov ÇingizAbbas oğlu tərəfindən xx xxxxxx 2010-cu il tarixli, S.A. seriyalı, 17466 №-li auditor rəyi, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2013-cü il tarixli auditor hesabatı, “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2011-ci il tarixli, 11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 12 nömrəli və “xxxxxx X6” MMC-nin xx xxxxx 2014-cü il tarixli AR 15 №-li auditor rəyləri tərtib edilmişdir. Sonradan iddiaçı “xxxxxxx” firmasının həmtəsisçisi İddiaçı və üçüncü şəxs X8 iddiası əsasında bu audit rəyləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)-460/2017 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 1(007)-3/2013 saylı hökmü ilə cavabdeh (təqsirləndirilən şəxs) Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmə uyğun olaraq dövlət reyestr məlumatlarında nəzərdə tutulmuş dəyişikliklər edilmişdir. Bundan sonra “xxxxxxx” firmasına rəhbər təyin olunması barədə hər hansı müraciət daxil olmamış və firmanın reyestr məlumatlarında firmanın hazırkı rəhbəri barədə məlumat aşkar edilməmişdir. Buna baxmayaraq, “X10” MMC ilə “xxxxxxx” firması arasında bağlanmış xx.xx.2018-ci il tarixli AT seriyalı 882 nömrəli müqaviləyə əsasən “X10” MMC tərəfindən “xxxxxxx” firmasına audit xidmətləri göstərilmiş və nəticələr üzrə xx.xx.2018-ci il tarixli rəy tərtib edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, audit xidmətlərinin göstərilməsi üçün “X10” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin Cavabdeh2 tərəfindən qanunsuz olaraq və hər hansı səlahiyyət olmadan imzalandığını bildirir və bu əsasla həmin müqavilənin və müqaviləyə uyğun olaraq keçirilmiş audit yoxlamasının nəticələrinə dair tərtib edilmiş hesabatın və auditor rəyinin etibarsız hesab edilməsini tələb edir. İş materiallarında olan “xxxxxxx” firmasının nizamnaməsinə əsasən bu müəssisənin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır (müəssisənin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir). Müəssisənin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi də məhz müəssisənin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Müəssisənin fəaliyyətinə cari rəhbərliyi müəssisənin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Bir sıra digər səlahiyyətlərlə yanaşı, (əqdlərin) müqavilələrin imzalanması da məhz direktorun səlahiyyətlərinə aid edilmişdir. Lakin hazırda “xxxxxxx” firmasının icraedici orqanı (qanuni təmsilçisi) mövcud deyil. Müəssisənin hazırda cəmi iki təsisçisi var. Müəssisənin təsisçilərinin ümumi yığıncağı keçirilmir. Buna baxmayaraq, Cavabdeh2 müəssisənin adından digər cavabdeh “X10” MMC ilə xx.xx.2018-ci il tarixdə audit xidmərlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Halbuki, buna səlahiyyətli olmamışdır. Belə ki, artıq müəyən edildiyi kimi, bu məsələ müəssisənin təsisçilərinin ümumi yığıncağında həll edilməli və bu barədə qərar qəbul edildikdən sonra “X10” MMC ilə müəssisənin qanuni təmsilçisi arasında hazırda mübahisələndirilən müqavilə bağlanmalı idi. Bununla belə, hüquqi nəticə etibarı ilə həmin müqavilə müəyyən edilmiş prosedura riayət edilməməklə və müəssisənin adından belə səlahiyyətlə çıxış etmək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müqaviləni etibarsız hesab etmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Həmin Qanunun 13-cü maddəsinə əsasən auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək, auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək, bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək, sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq, auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək, sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təqdim olunmalı məlumatlar istisna olmaqla) məxfi saxlamaq, yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək, təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək, qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək, sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq xxxxxxxxxxxxxorların və auditor təşkilatlarının vəzifələridir. Eyni adlı Qanunun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən xxxxxxxxxxxxxor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır. Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir. Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxşə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən auditor yoxlamasının nəticələrinə dair auditor tərəfindən hesabatın deyil, auditor rəyinin tərtib edilməsi nəzərdə tutulmuşdur. Mübahisəli sənəd hesabat adlandırılsa da, nəticədə auditor tərəfindən rəy verilmişdir. Başqa sözlə, mübahisə predmeti olan hesabat və rəy nəticə etibarilə eyni sənəddir. Bu səbəbdən iddia tələbinin “auditor hesabatının və auditor rəyinin etibarsız hesab edilməsi” hissəsini “auditor rəyinin etibarsız hesab edilməsi” tələbi kimi qiymətləndirmək olar. Çünki həmin tələb “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələbdir və bu tələbin təmin edilib-edilməməsi bilavasitə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilib-edilməməsindən asılıdır. Bununla belə, məhkəmənin iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməli olması qənaətinə gəlməsi nəticə etibarilə artıq həmin tələbin də təmin edilməsini şərtləndirir. Eyni zamanda işin faktiki hallarından görünür ki, iki səhifədən ibarət olan hazırkı rəydə hüquqi nəticə etibarilə “xxxxxxx” firması ilə bağlı Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrində olan məlumatlar təkrarlanmışdır. Bu da öz növbəsində audit xidmətinin göstərilməsi hesab oluna bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin auditor rəyi öz məzmununa görə daha çox “arayış” kimi qiymətləndirilə bilər və həmin sənədin tərtibi üçün auditor olmağa hər hansı ehtiyac yoxdur. Hüquqi şəxslərin fəaliyyətindən məlumatlı olan ixtiyari şəxs belə bir sənədi qısa müddət ərzində hazırlamaq imkanına malikdir. Halbuki, auditor tərəfindən bu sənəd 3 günlük fəaliyyət nəticəsində tərtib edilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Məhkəmə iclasında apelyatorların iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətlərinin dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hər iki apelyatora məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş və hətta Cavabdeh2 iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Firmanın təsis müqaviləsində auditor yoxlamasının ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid olmasının nəzərdə tutulmaması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “xxxxxxx” firmasının iş materiallarında olan nizamnaməsində həmin səlahiyyət ümumi yığıncağa verilmişdir. “Auditor xidməti haqqında” Qanunun 3-cü maddəsinə əsasən auditor rəyi sübut növü olduğundan və həmin Qanunun 8-ci maddəsinə əsasən auditor rəyi məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd olduğundan, “Auditor xidməti haqqında” Qanunda və Mülki Məcəllədə xxxxxxxxxxxxxorların və auditor təşkilatlarının auditor rəylərinin etibarsız hesab edilməsinin nəzərdə tutulmaması barədə apelyasiya şikayətlərinin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, adı çəkilən Qanunun 3-cü maddəsində auditor rəyinin sübut növü olması qeyd olunmamışdır. Bundan əlavə, həmin Qanunun 8-ci maddəsində auditor rəyinin təkcə məhkəmələr üçün deyil, həm də bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəd olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, auditor rəyi cinayət-prosessual və mülkiprosessual fəaliyyət zamanı sübut kimi istifadə olunduqda proses iştirakçılarının vəsatəti və məhkəmənin təşəbbüsü ilə təkrar və ya əlavə auditor yoxlaması keçirməklə auditor rəyini mübahisələndirmək mümkündür. Lakin “Auditor xidməti haqqında” Qanunun məzmunundan görünür ki, auditor rəyi təkcə cinayət-prosessual və mülki-prosessual fəaliyyətdə deyil, maliyyə-təsərrüfat fəaliyyəti sahəsində də istifadə olunan rəsmi sənəddir. Belə olan halda, auditor rəyinin məhkəmə qaydasında etibarsız hesab edilməsi mümkün hesab edilir. Hazırkı halda, kollegiya qeyd edir ki, “xxxxxxx” firmasının qanuni təmsilçisi olmadığından və təsisçilər arasında uzun müddətdir ki, məhkəmə mübahisələri davam etdiyindən, auditor şirkəti ilə müqavilə bağlayıb firmada audit yoxlamasının keçirilməsi mümkün deyil. Bundan əlavə, iş materiallarından görünür ki, “Mayıılı” firmasının həmtəsisçisi İddiaçı Cavabdeh2 və auditor şirkətlərinə qarşı auditor rəylərinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş və 5 auditor rəyi və hesabatı etibarsız hesab edilmiş, həmin qətnamə apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Nəhayət, birinci instansiya məhkəməsinin auditor rəyini əqd kimi qiymətləndirərək əsassız olaraq Mülki Məcəllənin 337-ci maddəsinə istinad edərək rəyi etibarsız hesab etməsi, rəyin nəyə görə etibarsız hesab edilməsini əsaslandırmaması barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, rəyin etibarsız olmasını əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və “X10” MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6236/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və “X10” MMC-nin apelyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5242/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5242/2020
08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver