Məhkəmə qərarları › İş №2(103)-5243/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5243/2023

02.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5243/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdehlər Cavabdeh1, 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsiylə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)-993/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 3 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində 11 avqust 2022-ci il tarixdə reyestrdə 2V-812 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə bütün vərəsələrin yəni, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 miras paylarını müəyyən etməklə onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyd edilən notariat ofisinə həvalə edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)- 993/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçılar qətnamədən apellyasiya şikayət verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6. Apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. İşdən müəyyən olunur ki, iddiaçının iddia tələbi qiymətləndirilməyən iddia növünə aiddir və bu növdə iddia ərizələrinin verilməsi üçün 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir.

7. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, iddiaçılar apellyasiya şikayəti verərkən qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq, iddi ərizəsinin verilməsi üçün müəyyən edilmiş məbləğin 50%-i məbləğdə - 50 manat məbləğdə dövlət rüsumu ödəməli olsa da, 15 manat məbləğdə rüsum ödənilmişdir.

8. Lakin, birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)- 993/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar