Məhkəmə qərarları › İş №2(103)-5250/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5250/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5250/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı6 və qeyrilərinin Cavabdeh MTK-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: öhdəliklərin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçılar İddiaçı6, İddiaçı2, iddiaçıların nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(009)-988/2023 nömrəli qətnaməsindən Cavabdeh Mənzil – Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı3 arasında bağlanılmış Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/H9h1 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2273,29 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400099 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 400099 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5).

2. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı3 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, o, 5/H9h1 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Səbail rayonu, Rastropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişində 9-cu mərtəbəsində ümumi sahəsi 176 kv.m. olan mənzilə görə kooperativin xəzinəsinə tam ödəniş etmişdir.

3. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində X4 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/52 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2400,70 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 399000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ).

4. İş üzrə Cavabdeh MTK tərəfindən X3 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixli 1/52 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən sahəsi 166,2 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2020-ci il tarixdə şirkətin xəzinəsinə 399000 manat ödəniş etmişdir. Borcu tam ödənilərək bağlanmış və şirkət qarşısında heç bir öhdəliyi qalmamışdır.

5. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı5 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/027 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 1950 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344623,50 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 344623,50 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ).

6. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı5 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzil üçün 50.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir.

7. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı7 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/028 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.724 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 213400 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 29-dan gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ).

8. İş üzrə Cavabdeh MTK tərəfindən X2 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 1/028 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında sahəsi 194,67 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2018-ci il tarixə heç bir öhdəliyi qalmamışdır, borcu tam ödənilərək bağlanmışdır.

9. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı4 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/008 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 90000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 01-dən gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ).

10. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı4 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 5/008-4 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzili yaşayış binasının beşinci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. ibarət mənzil hissəsi üçün kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə tam ödəniş olunmuşdur və kooperativə heç bir borcu qalmamışdır.

11. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı2 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 98 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2206,90 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 120000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). İlkin ödəniş edildikdən sonra, ümumi dəyərinin qalan hissəsi növbəti ayın başlayaraq 12 ay ərzində, hər ayın 1-dən gec olmayaraq, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ).

12. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 98 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 145 kv.m. ibarət olan mənzil hissəsi üçün kooperativin xəzinəsinə heç bir borcu yoxdur.

13. İş üzrə “Podratçı” qismində Cavabdeh MTK ilə “Sifarişçi” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 1/05 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50,00 kv.m.-dən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Müqavilə No26” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160,00 kv.m-dən ibarət təmirsiz mənzil ümumilikdə 221,35 kv.m-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir (bənd 1.2). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən mənzili – elektrik və qaz xətlərinin mənzilin girəcəyinə qədər, su və kanalizasiya xəttlərinin mənzilin şaxtasına kimi təmin etməklə, otaqlarda və eyvanlarda plastik pəncərə və plastik qapılar olmaqla (daxili qapılar istisna olmaq şərti ilə) həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Tikilən mənzilin ümumi sahəsinin oxdan-oxa 1 kv.m-nin qiyməti 1600 manat müəyyən edilmişdir (bənd 3.1). Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80000 manat təşkil etmişdir (bənd 3.2). “Sifarişçi” mənzil hissəsinin 80000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-meta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1).

14. İş üzrə “Podratçı” qismində Cavabdeh MTK ilə “Sifarişçi” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında qaraj tikintisi haqqında 03 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 ədəd qaraj tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən qarajı qəbul etməsinə və həmin qarajın haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən qarajı həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Müqavilə üzrə nəzərdə tutulmuş 2 ədəd qarajın qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 60000 manat təşkil etmişdir (bənd 3.1). “Sifarişçi” qarajın haqqını 60000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1).

15. İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı1 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi sahəsi 50,0 kv.m.-dən ibarət mənzil üçün 80000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir.

16. İş üzrə İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, X4, İddiaçı1, İddiaçı3 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziyaməktubların surətlərindən görünür ki, Cavabdeh MTK (Satıcı) ilə İddiaçı7 (Alıcı) və qeyriləri arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair” müqavilələr imzalanmışlar. Həmin müqaviləyə əsasən tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. İddiaçı7 və qeyriləri həmin müqavilələrdə Alıcı üçün nəzərdə tutulan öhdəliklər tam icra olunmuşdur. Lakin Satıcı olan Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan öhdəliklər tam icra edilməmişdir. Qeyd olunan müqavilələrinin müvafiq maddələrinə əsasən öhdəliklərinə 10 iş günü ərzində əməl edilmədiyi təqdirdə, öhdəliklərinin məcburi qaydada icra edilməsi məqsədilə, qanunla nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edilərək aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X10 və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia onunla əsaslandırılmışdır ki, İddiaçılar İddiaçı6 və qeyriləri Cavabdeh MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 ilə ayrı-ayrılıqda Cavabdeh MTK arasında çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Belə ki, İddiaçı6 ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 1/52 saylı müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının, 1ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m.-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2400,70 manat müəyyən edilmiş və müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399000 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı6 xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə 399000 manat tam ödəniş etmiş və İddiaçı6 Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı7 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 1/028 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428274 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı7 xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı4 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 5/008 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511148 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı4 xx.xx.2019-cu il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı2 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2022-ci il tarixli, 98 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2206,90 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320000 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 5 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı2 xx.xx.2022-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı5 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli, 2/027 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 1950 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344623,50 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı5 xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı3 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2021-ci il tarixli, 5/H9h1 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2273,29 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400099 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı3 xx.xx.2021-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı1 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli 26 saylı və xx.xx.2017-ci il tarixli 1/05 saylı müqavilələrə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. xx.xx.2017-ci il tarixli 1/05 saylı müqavilənin 3.1 və 3.2-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 1600 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80000 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli 26 saylı müqavilənin 2.2.5-ci maddəsinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi tamamlandığı gündən sonra tikinti işlərini 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı1 xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. Cavabdeh olan Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanılan yuxarıda qeyd olunan “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə”lərə nəzər yetirən zaman görünür ki, müqavilələrin 4.1.3 və 4.1.5-ci bəndlərinə görə Cavabdeh MTK, tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində (bəzi müqavilələrdə aylar fərqli göstərilmişdir) qeyd olunan bütün müqavilələr üzrə 2020-ci ildə tamamlamağı, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MTK müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, qeyd olunan binanın Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəsindən görünür ki, binanın layihəsi xx.xx.2017ci il tarixdə təsdiq edilmiş və həmin binanın təməl qoyma işləri həmin tarixdən əvvəl başlanılmışdır, lakin hər bir halda binanın təməl qoyma işlərinin başlanıldığı tarixi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq tarixindən götürsələr, Cavabdeh MTK iddiaçılarla bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr üzrə nəzərdə tutulmuş tarixdə inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etməmişdir. Həmin müqavilələrə görə Cavabdeh MTK çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını 2020-ci ildə həyatakeçirməli idi. İddiaçılar tərəfindən Cavabdeh MTK-ya müqavilə öhdəliklərin icrası ilə əlaqədar pretenziya məktubu göndərilsə də, Cavabdeh MTK müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı konkret və əsaslı cavab verə bilməmişdir. Ona görə də iddiaçılar mübahisənin məhkəmə qaydasında həll olunacağına qərar verərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın müqavilə üzrə öhdəliklərinin yerinə yetirməməsi, iddiaçıların hüquqlarının pozulması sübutlarla təsdiq olunur və məhkəmənin mövcud sübutlara düzgün qiymət verərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9- cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m. olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X10 və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul etməsi zəruridir.

19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(009)- 988/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

20. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçılar ayrı-ayrılıqda Cavabdeh MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair müqavilələr bağlanmış və haqqlarını ödəməklə MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində yerləşən çoxmənzilli yaşayış binasından mənzillər əldə etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələrin müvafiq şərtlərinə əsasən Cavabdeh MTK tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində (bəzi müqavilələrdə aylar fərqli göstərilmişdir) tamamlanması, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh MTK müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Binanın layihəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş və həmin binanın təməl qoyma işləri həmin tarixdən əvvəl başlanılmışdır, lakin hər bir halda binanın təməl qoyma işlərinin başlanıldığı tarixi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq tarixindən götürsələr, Cavabdeh MTK iddiaçılarla bağlanmış çoxmənzilli yaşayın binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr üzrə nəzərdə tutulmuş tarixdə inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını təmin etməmişdir. Həmin müqavilələrə görə Cavabdeh MTK çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X10”nın alınmasını 2020-ci ildə həyata keçirməli idi.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 389.1, 390.1, 405.1, 417.1, 442, 443.1, 443.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdehin öhdəliyinin icrasının gecikməsinə karantin məhdudiyyətləri və hərbi vəziyyət səbəb olmuşdur. Öhdəliyin icrasının (binanın tikilib istismara təhvil verilməsi) qeyd edilən məhudiyyətlərlə çətinləşməsi hamıya bəlli olan haldır. Məhkəmə bunu nəzərə almamışdır. Mülki Məcəllənin öhdəliklərlə bağlı qeyd edilən normalarının tələblərindən qanunun analogiyası qaydasında görünür ki, müqavilə tərəfi öz öhdəliyini qarşısı alınmaz qüvvənin təsiri ilə icra edə bilmirsə, buna görə məsuliyyət daşımır. Pandemiya və hərbi vəziyyətlə əlaqədar məhdudiyyətlər cavabdehin qarşısını ala bilməyəcəyi təsirlər olmuşdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hesab edir ki, qətnamə və məhkəmənin qətnamədə gəldiyi nəticələr həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun kifayət qədər əsaslandırılmamışdır. Mülki Məcəllənin öhdəliklərlə bağlı qeyd edilən normalarının tələblərindən qanunun analogiyası qaydasında görünür ki, müqavilə tərəfi öz öhdəliyini qarşısıalınmaz qüvvənin təsiri ilə icra edə bilmirsə, buna görə məsuliyyət daşımır. Pandemiya və hərbi vəziyyətlə əlaqədar məhdudiyyətlər cavabdehin qarşısını ala bilməyəcəyi təsirlər olmuşdur. Məhkəmə Mülki Məcəllənin qeyd edilən normalarının tələblərini pozmuşdur. Həmin maddələrin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdehin öhdəliyinin icrasının gecikməsinə karantin məhdudiyyətləri və hərbi vəziyyət səbəb olmuşdur. Öhdəliyin icrasının (binanın tikilib istismara təhvil verilməsi) qeyd edilən məhudiyyətlərlə çətinləşməsi hamıya bəlli olan haldır. Məhkəmə bunu nəzərə almamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hesab edir ki, qətnamə və məhkəmənin qətnamədə gəldiyi nəticələr həqiqi hallara, tərəflərin qarşılıqlımünasibətinə və qanunun tələblərinə uyğun kifayət qədər əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı işdə iştirak edən şəxslər tərəfindən etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçılar İddiaçı6, İddiaçı2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

26. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

27. İddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010cu il tarixli Qərarı: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

34. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, cavabdehin öhdəliyinin icrasının gecikməsinə karantin məhdudiyyətləri və hərbi vəziyyət səbəb olmuşdur. Öhdəliyin icrasının (binanın tikilib istismara təhvil verilməsi) qeyd edilən məhudiyyətlərlə çətinləşməsi hamıya bəlli olan haldır. Məhkəmə bunu nəzərə almamışdır.

35. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, baxmayaraq ki, iş materiallarında olan çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələrin 5.2-ci bəndində Tərərflərin fors-major hallarında halların baş veridiyi hallarda Müqavilə şərtlərinin icra ounmamasını və ya lazımınca icra olunmamasına görə məsuliyyətdən azad olunduğu qeyd olunusa da, qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiqi 2020-ci ilin mart ayında başlanmış, ölkə ərazisində xüsusi karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə 24 mart 2020-ci il tarixdə elan edilmiş və təxminən 1 ildən artıq davam etmişdir.

36. Birinci instansiya məhkəməsi binanın layihəsinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilməklə binanın təməl qoyma işlərinin həmin tarixdən başlanılması qənaətinə gəlmiş və bu hal apellyasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

37. Müqavilələrin tarixlərinə nəzər salındıqda görünür ki, "xxxx" MTK İddiaçı3 ilə xx.xx.2021-ci il tarixdə, X4 ilə xx.xx.2020-ci il tarixdə, İddiaçı5 ilə xx.xx.2017-ci il tarixdə, İddiaçı7 ilə xx.xx.2018-ci il tarixdə, İddiaçı4 ilə xx.xx.2018-ci il tarixdə, İddiaçı2 ilə xx.xx.2022-ci il tarixdə, İddiaçı1 ilə isə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.

38. Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 27 sentyabr 2020-ci il tarixdə elan edilmiş və Azərbaycan Respublikası Prezidentinin ilə 11 dekabr 2020-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir.

39. 2017-ci ilin iyun ayından 2020-ci ilin mart ayına qədər olan müddət təxminən 2 il 9 ay, hal – hazıra kimi olan müddət isə 6 ildən artıq müddət təşkil edir. Pandemiya ilə bağlı məhdudiyyətlərin təxminən 1 davam etməsi nəzərə alınsa belə, 5 ildən artıq müddət ərzində öhdəlik icra olunmamışdır.

40. Həmçinin nəinki müqavilələrin heç biri karantin rejimin və hərbi vəiyyət vaxtı bağlanmamış, hətta İddiaçı1, İddiaçı4, İddiaçı7 və İddiaçı5 ilə bağlanmış alqı-satqı müavilələri 2017 və 2018-ci illərə təsadüf etmiş və hazırda həmin müddətdən 6 ilə yaxın vaxt keçmişdir.

41. Bundan əlavə məhkəmə kollegiyası onu qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə icra müddəti təyin edilsə də, cavabdeh tərəfindən öhdəlik nəinki müqavilədə nəzərdə tutulmuş müddətdə, hətta ağlabatan müddətdə də (6 ildən artıq) icra olunmamışdır. "Ağlabatan" anlayışına Avropa Konvensiyasının iki maddəsində (5-ci maddənin 3-cü bəndində və 6-cı maddənin 1-ci bəndində) və 1 saylı Protokolun 3-cü maddəsində rast gəlinir. Avropa Məhkəməsinin presedent hüququnda “ağlabatan müddət” anlayışı onun işləndiyi maddənin məzmununa müvafiq olaraq müxtəlif qaydada təfsir edilir. Avropa Məhkəməsi bir neçə dəfə bəyan edib ki, “ağlabatan müddət” anlayışını konkret miqdarda günə, həftəyə və sairəyə şamil etmək mümkün deyil (Stoqmüller Avstriyaya qarşı iş, xx.xx.1969). Buna görə də, hər bir işdə qiymətləndirmə məsələsi meydana çıxır və o, işin konrket hallarından asılıdır (Broqan və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə hakimlər Tor Vilyalmsson, Bindşedler-Robert, Gölcüklü və Valtikosun birgə xüsusi rəy). Konvensiyada qeyd edilənləri və işin fakitki hallarının ümumiləşdirərək məhkəmə kollegiyası ağalabatan müddətin tələblərinin cavabdeh tərəfdən pozulduğu qənaətinə gəlir.

42. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(009)-988/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(009)-988/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar