Məhkəmə qərarları › İş №2(103)-5252/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5252/2021

19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5252/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21aprel 2021-ci il tarixli, 2(005)-1449/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ticarət Şirkəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“Cavabdeh4’ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ticarət Şirkəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehlər “Cavabdeh4’ Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı Ticarət Şirkətinin cavabdehlər Cavabdeh1 Сavanşir qızına, Cavabdeh2, “xxxx"xxxxCavabdeh4nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Ticarət Şirkətinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-1449/2021 saylı qərardadından verdiyi şikayət, həmin məhkəmənin 26 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-1449/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin məhəməyə gəlməməsinin üzürlü səbəbləri ilə bağlı sübutlar təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ticarət Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)- 1449/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar