Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5261/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Telecom MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı "xxxx" Telecom MMC ilə bağladığı xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən klassika-yataq-çarpayı, dolab, termo, tumba və matras almış, öhdəliyini icra etmədiyindən 733,8 manat borcu yaranmışdır. Ona görə də xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 733,8 manatın, cəriməyə görə 80,2 manatın, dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli 20363817 müqavilə üzrə əsas borca görə 733,8 manat, cəriməyə görə 20 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 783,8 manat "xxxx" Telecom MMC-nin xeyrinə tutulması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.Qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır.Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir.Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir.Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Bakı Apellyasiya Məhkəməsinin 06 iyul 2022-ci il taixli qərardadı ilə işə şifahi dinləmə təyin olunmaqla baxılmışdır.. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilədə qeyd edilən əşyalar ona təhvil verilmiş, lakin mebellərin qablaşdırılması açılarkən əşyaların aldığı yox, ona aidiyyəti olmayan başqa mebellər-uşaq dəsti olduğu müəyyən olunmuşdur.Dərhal mebellərin qaytarılmasını tələb etsə də cavabdeh 8 aydan sonra mebelləri təhvil almışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.Verilən suala cavab olaraq bildirmişdir ki, 8 aydan sonra mebelləri təhvil almışdırlar.Hazırda mebellərin işlədilməsi ilə bağlı köhnəlmə olmuş və qiymətləndirilərək hazırkı iddiada qeyd edilən məbləğ tələb olunur. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20363817 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 2935,8 manat olan klassikayataq-çarpayı, dolab, termo, tumba və matrası hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixli 20363817 saylı müqavilə üzrə əsas borca görə 733,8 manat, cəriməyə görə 80,2 manat borcu vardır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20363817 saylı müqaviləyə əsasən Cavabdeh qiyməti 2935,8 manat olan klassika-yataq-çarpayı, dolab, termo, tumba və matrası hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Məhkəmə kolegiyasının iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, müqavilədə qeyd edilən əşyalar cavabdehə təhvil verilmiş, lakin mebellərin qablaşdırılması açılarkən əşyaların aldığı yox, ona aidiyyəti olmayan başqa mebellər-uşaq dəsti olduğu müəyyən olunmuşdur.Dərhal mebellərin qaytarılmasını tələb etsə də iddiaçı 8 aydan sonra mebelləri geri təhvil almışdır.Hazırda mebellərin işlədilməsi ilə bağlı köhnəlmə olmuş və qiymətləndirilərək hazırkı iddiada qeyd edilən məbləğ tələb olunur. Hazırkı tələblə bağlı Kollegiya qeyd edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh ilə bağladığı müqaviləyə əsasən cavabdehə satdığı mebelləri geri götürmüşdür.Beləliklə, tərəflər arasındakı alqı-satqı müqaviləsi qüvvəsini itirmiş və buna səbəb cavabdehin deyil, iddiaçının təqsirli olması müəyyən olunmuşdur.Odur ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını deyil, mebellərin cavabdeh tərəfindən işlədilməsi ilə bağlı zərəri tələb edə bilər.İddiaçı hazırkı tələbində cavabdehdən zərər tələb etməməklə yanaşı belə zərərin vurulması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.(İddiaçı gələcəkdə belə sübutu təqdim edərsə həmin əsasla iddia qaldırmaq hüququ qalır.) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1818/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5261/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5261/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver