Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5265/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Rüstəm Vəliyevin, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-752/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh 2 saylı mədənin 1-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 402298.875 4481100.224; 2. 402309.487 4481099.802; 3. 402309.135 4481091,439; 4. 402298.559 4481091.861 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh həmin tikilidən çıxarılsın, tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılsın. Bununla yanaşı, qət olunub ki, qətnamə bu hissədə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Rüstəm Vəliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehə aid tikinti obyekti özbaşına inşa olunub. Tikinti obyektinin yerləşdiyi ərazi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Bu barədə mütəxəssis rəyi var (iş v. 59). Yuxarıda adı çəkilən Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanununun 4-cü bəndinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. İddiaçıya Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi kordinantları daxilində neft-qaz əməliyyatları aparmaq hüququ verilib, cavabehə aid olan tikili isə kontrakt sahəsinin coğrafi kordinantları daxilində yerləşməklə neft-qaz əməliyyatlarının aparılmasına maneə yaradır. Ona görə də məhkəmə yuxarıda adı çəkilən Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanununun və Mülki Məcəllənin 180.4-cü maddəsinin göstərişlərinə istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Ona görə də qətnamə iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin nəticə hissəsində qeyd olunan, qətnamənin neft-qaz hasilatının təmin edilməsi üçün əməliyyatların başlandığı zaman icra edilməsi barədə göstəriş iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-752/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5265/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5265/2025
10.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver