Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5266/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə tanınmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Belə ki, o, cavabdehin mənzilə istifadə hüququna ona kompensasiya verilməsi ilə xitam verilməsini istəyir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən X8 vəfat etdiyindən Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı Minəxanım Ağayeva ilə bağlanmışdır. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil-kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında hal-hazıradək qeydiyyatsız olaraq yaşayır. Bakı şəhəri Yasamal RPİ tərəfindən 11 noyabr 2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1950-ci ildə Azərbaycan Respublikası ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazdan görünür ki, Cavabdeh İddiaçı verdiyi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Cavabdeh evə köçürülməsi ilə bağlı hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi müvafiq hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan, Abbasova (Ağayeva) X6 Rayon Məhkəməsinin 13 oktybar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin özünün evə istifadə hüquqlarının itirilməsi və Cavabdeh evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Lalə Abbasovanın apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı ilə Lalə Abbasovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yeni apellyasiya baxışına göndərilmişdir. X10 apellyasiya şikayəti əsasında təkrar baxılarkən Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsindən Ləman Ağayeva və Mehriban Abdinova da birgə apellyasiya şikayəti vermiş, həmin şikayəti Lalə Abbasovanın şikayəti ilə bənzər məzmunda əsaslandırmaqla qətnamənin özlərinin evə istifadə hüquqlarının itirilməsi və Cavabdeh evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Ağayeva (Abbasova) Lalə Sərvər qızı, Ağayeva Ləman Sərvər qızı və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı iş üzrə 13 oktyabr 2017-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X3, X9 və Ağayeva Ləman Sərvər qızı və onların vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın X5, X4 və X1 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissəsinin və Cavabdeh həmin evə köçürülməsinə dair hissəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X3, X9 və Ağayeva Ləman Sərvər qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 11812/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən mənzilə istifadə hüququ yuxarıda sadalanan məhkəmə qətnamələri ilə tanınmışdır. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən mənzilə köçürülməsi barədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi üzrə icra sənədi 10 fevral 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Kollegiya qeyd edir ki, hazırkı halda İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən ev dövlətin mülkiyyətində olduğundan və iddiaçının həmin ev üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadeh Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mövcud qanunvericiliyin tələbinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini tələb etmək hüququna yalnız mülkiyyətçi malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Eyni zamanda, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Beləliklə də, müəyyən olunur ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5266/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver