Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5271/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 18 iyul 2023cü il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin Mərkəzi Arxivində saxlanılan xx.xx.N-ci il tarixli İQ-524 nömrəli məktubda Ərizəçi adı ilə qeyd olunan şəxsin onun olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 18 iyul 2023cü il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunmuş və ərizəçiyə izah edilmişdir ki, o, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək bildirir ki, 1990-cı ildə Bakı şəhəri Nəsimi rayon komisarlığı tərəfindən həqqiq xidmətə çağırılmışdır, Müdafiə Nazirliyinin N №-li hərbi hissədə sıravi kimi xidmət etmişdir. 21 iyul N-ci il tarixdən Hərbi Polis İdarəsində mühafizə bölüyünün 1-ci atıcı mühafizə otağınında başatıcı vəzifəsində xidmətini davam etdirmişdir. Hərbi Polis İdarəsinin 31 yanvar 1993-cü il tarixli 22 №-li əmrinə əsasən Laçın rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilmiş, 01 aprel 1993-cü il tarixdə ezamiyyətdən qayıtmışdır. Hərbi biletin naməlum şəraitdə itdiyinə görə hərbi komissarlıq tərəfindən ona hərbi bilet əvəzi arayış verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-6760 №-li arayışı verilmişdir ki, həmin arayışda aşağıdakılar qeyd edilir. Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli 1Q524 №-li arayışına əsasən sıravi Ərizəçi N №-li hərbi hissə komadirinin xx.xx.N- ci il tarixli 89 №-li əmrinə (əsas paraqraf 3, səhifə 6) hərbi hissənin şəxsi heyyətinin siyahısından və qazan təminatından çıxarılmışdır. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin fevral N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş sıravi Ərizəçi Hərbi Polis İdarəsi rəisinin 21 iyul N-ci il tarixli 55 №-li əmrlə (əsas paraqraf 5, səhifə 39) şəxsi həyətin siyahısına bütün növ təminatlara salınaraq mühafizə bölüyünün 1-ci mühafizə tağımına baş atıcı vəzifəsinə təyin edilmişdir. HPİ rəisinin 31 yanvar 1993-cü il tarixli 22 №-li əmrində (əsas paraqraf 1, səhifə 52, 31, adı və atasının adı tam yazılmamışdır) sıravi Ərizəçi Laçın rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatlarından çıxarılması və 01 aprel 1993-cü il tarixli 75 №-li əmrində (əsas paraqraf 2, səhifə 58, 4, adıvə atasının adı tam yazılmamışdır) sıravi Ərizəçi Laçın rayonu döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtması, qazan təminatlarına qoyulması barədə məlumat vardır. Qeyd edir ki, HPİ rəisinin sentyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi şəxsi heyətin siyahsından çıxarılması barədə məlumat aşkar olunmamışdır. HPİ rəisinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Arxiv arayışından məlum olur ki, Ərizəçi adlı sıravi əsgər xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Laçın rayonu döyüş əmaəliyyatları bölgəsinə xidməti ezamiyyətdə olmuşdur və Ərizəçi Laçın rayonu döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtması, qazan təminatlarına qoyulması barədə məlumat vardır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin verdiyi 14 09.2017-ci il tarixli məktubla bildirilmişdir ki, sentyabr 1993-cü ildən sonra xidmətiniz barədə məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Hərbi Prokurorun böyük köməkçisi, ədliyyə polkovniki Toğrul Hüseynovun mənə verdiyi 07 noyabr 2019-cu il tarixli, HP01/819 №-li məktubunda bildirilir ki, Sizin barənizdə cinayət işinin olub-olmamasına dair 10 oktyabr 2019-cu il tarixli müraciətinə baxılmış və haqqınızda Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Eyni zamanda nəzərə çatdırır ki, barənizdə məhkuğun olub olmamasını müəyyən etmək üçün “ASAN” Xidmətə müraciət edə bilərsiniz. Qeyd edir ki, o, həqiqətən də Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə əvvəl Ağdərənin Kasapet kəndində döyüşlərdə həlak olmuş əsgərlərin meyitlərinin çıxarılması, sonradan da Laçının Kürtacı kəndi, Kəlbəcərin Ağdaban, Bağlı, Ağqaya kəndləri hərbi əməliyyatlarda iştirak etmişdir. Hazırda ona veteranlıq adının verilməsi üçün tələb olunan məsələ Müdafiə nazirinin xx.xx.N-ci il tarixli 1Q-524 №-li arayışda adı çəkilən Ərizəçi onun olması faktının müəyyən edilməsidir. Məhkəmədən kənar digər üsullarla onun xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Laçın rayonu döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətdə olaraq Azərbaycanın bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsbit edəcək imkanı yoxdur. Müdafiə Nazirliyinə arxiv arayışını təqdim etmədən o, müharibə veteranı adını ala bilməyəcəkdir. Bunun üçün isə arxiv arayışında adı çəkilən Ərizəçi adlı şəxsin o, olmağı məhkəmə qaydasında hüquqi fakt kimi təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, “müharibə veteranı” adının və vəsiqəsinin alınması ilə bağlı inzibati orqanının imtinasından qanunvericilikdə nəzərdə tutlmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə iddia tələbi ilə müraciət edilməlidir. Bu əsasla da ərizə əlavə edilmiş sənədlərlə ona qaytarılmışdır. Hesab edir ki, məhkəmə sənədləri ona qaytarmaqda haqlı olmamışdır. Arxiv arayışında qeyd edilən şəxsin (ehtimal olunur ki, onun) “Nuriyev” soyadı qarşısında qeyd edilən “V.A”baş əlifba hərifləri Ərizəçi deməsi deyil. Bu səbəbdən də arxivdə saxlanılan aryışda Ərizəçi qeyd olunan şəxsin o, olması hüquqi fakt kimi məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu fakt müəyyən edilməsə İnzibati orqan ARMüdafiə Nazirliyi ona veteranlıq adını verməyəcəkdir. Qoyduğu məsələ ərizənin geri qaytarılması qəbul edilən hesab oluna bilməz. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4671/2023 №-li, xx.xx.2023-cü iltarixli qərardadı ləğv edilməli, Müdafiə nazirinin arxiv arayışında Ərizəçi adı ilə qeyd olunan şəxsin o, Ərizəçi olmasınının hüquqi əhəmiyyətli faktının müəyyən olunması hazırkı məhkəmədə baxılması barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin Mərkəzi Arxivində saxlanılan xx.xx.N-ci il tarixli İQ-524 nömrəli məktubda göstərilmiş şəxsin onun olmasının müəyyən edilməsini xahiş etsə də, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsinə qanunvericiliklə yol verilmir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırki ərizədə isə xahiş edilən məktub hüquq müəyyənedici sənəd olmadığı üçün hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla bağlı iddiaçı, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərar, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Kollegiya qeyd edir ki, ərizəçi məhkəməyə ərizə verərkən Azərbaycan Respublikası Müdafiə Nazirinin Mərkəzi Arxivində saxlanılan xx.xx.N-ci il tarixli İQ-524 nömrəli məktubda göstərilmiş şəxsin onun olmasının müəyyən edilməsini, hazırki şikayətində isə arxiv arayışında göstərilən onun olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsə də, sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsinə qanunvericiliklə yol verilmir. Çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, arxiv arayışı hüquqmüəyyənedici sənəd deyil, çünki arayış müvafiq sənədlər əsasında şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Mülki prosessual qanunvericilik isə məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Kollegiya həmçinin hesab edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ərizəçi ərizədə göstərdiyi xüsusatlarla bağlı inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərar, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4671/2023 nömrəli, 18 iyul 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5271/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5271/2023
21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver