Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5272/2025 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı mülki iş üzrə (açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində iddiaçının ½ payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Dadaşbəyov Tofiq İsmayıloviç ##.##.2023-cü il tarixdə ölmüşdür. BŞİK-108 MTK tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, ##.##.2023cü il tarixdə vəfat etmiş mərhum atası Dadaşbəyov Tofiq İsmayıl oğlunun bütün dəfn və mərasim xərclərini həqiqətən qızı İddiaçı tərəfindən ödənilmişdir. ##.##.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, Dadaşbəyov Tofiq İsmayıloviç ölən günədək ona məxsus olan bütün əmlakı onunla eyni ünvanda yaşayan cavabdeh2 və Süleymanova (Dadaşbəyova) Nigar Tofiq qızına vəsiyyət edir. ##.##.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, Dadaşbəyov Tofiq İsmayıl oğlu ölən günədək ona məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı mənzili həmin ünvanda qeydiyyatda olan oğlu cavabdeh2 vəsiyyət etmişdir. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, notariat ofisində ##.##.2021-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar olaraq çox sayda sənədlər o cümlədən ##.##.2016-cı il tarixli, 2V-** reyestr nömrəli vəsiyyətnamə və vəsiyyətnaməyə əlavə edilmiş sənədlər yanmışdır. Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Dadaşbəyov Tofiq İsmayıloviçin dəfn xərcini İddiaçı çəkmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, İddiaçı azyaşlı övladları – ##.##.2008-ci il təvəllüdlü X9, ##.##.2011-ci il təvəllüdlü X5 və ##.##.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, * nömrəli evin, ** saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, KEŞ-**** nömrəli ekspert rəyindən görünür ki, 1943-cü il təvəllüdlü Dadaşbəyov Tofiq İsmayıloviçin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.Təqdim edilmiş tibbi sənədlərə əsasən (ambulator xəstənin tibbi kitabçası) Dadaşbəyov Tofiq İsmayıloviç “Qırtlağın Cr”i xəstəliyindən əziyyət çəkmişdir və müxtəlif illərdə onun poliklinikaya müraciətləri olmuşdur. ##.##.2016-cı il və ##.##.2016-cı il tarixlərdə Tofiq Dadaşbəyovun sağlamlıq durumu haqqında hər hansı bir tibbi məlumat yoxdur. Bu baxımdan qeyd edilən tarixlərdə şəxsin öz hərəkətlərinin mənasını dərk etmək, öz iradə ifadəsini bildirmək, öz hərəkətlərinə rəhbərlik etmək, sərbəst şəkildə hərəkət etmək, danışmaq, sənədləri tərtib etmək, oxumaq, yazmaq və imza etmək iqtidarında olubolmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 2V-01-104 notariat işinin 2-ci vərəqində olan ## ###### 2016-cı il tarixli vəsiyyətnamədə “26 нойабр 6, 13-00, Бакы ш.Сараев кучəси ев 8 м 22-дə Дадашбəjов Тофиг Исмаjылович, Бакы шəhəри Хəтaи рaуону Сараев кучəси еи 8 унванда уерлəшəн 22 cайлы мəнзилими həмин унванда геjдиjjатда олан оглум Дадашбəjов Назим Тофиг оглума” yazıları və “İmza” qrafasındakı imza və “Дадшбəjев” yazısı Dadaşbəyov Tofiq İsmayıloviç tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəi ** saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh2 ilə mərhum atası Dadaşbəyov Tofiq İsmayıloviç tərəfindən verilmiş ##.##.2016-cı il tarixli vəsiyyətnamənin etibarsız sayılması və iddiaçının atasından qalan miras əmlak olan ünvan 5 22 ünvanında ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə əqəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailədə iki uşaq olmuşlar - iddiaçı və cavabdeh cavabdeh2. Atası Dadaşbəyov Tofiq İsmayıloviç yataq xəstəsi olmuş, iddiaçı bir qız övladı olaraq həmişə onun qayğısında olmuş və ##.##.2023-cü il tarixində vəfat etmişdir. Qardaşı cavabdeh2 2011-ci ildən Ukrayna Respublikasına köçmüş, o vaxtdan öz ailəsi ilə orada yaşamışdır. O, bir oğul övladı kimi bir gün də olsun valideynlərinin xəstə vaxtlarında qayğısını belə çəkməmişdir. Atası sağ olarkən ona və qardaşına ## #### 2016-cı il tarixli vəsiyyətnamə vermişdir ki, ölən gündən ona məxsus bütün əmlakları onlara vəsiyyət etmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, atası ## ###### 2016-cı il tarixli Bakı şəhər, Xətai rayonu ərazisində fəaliyyət göstərən ** saylı notariat ofisində qardaşı, yəni digər cavabdeh cavabdeh2 vəsiyyətnamə vermişdir. İddiaçı əminliklə bildirir ki, atası bir qız övladı kimi iddiaçını çox istəyirdi və o daim qeyd edirdi ki, oğul övladı olmasına baxmayaraq onun mülkiyyətində olan mənzili iddiaçıya verəcəyini bildirirdi. İddiaçıda şübhə yaranır ki, atası ilə qardaşı arasında vəsiyyət edilən ## ###### 2016-cı il tarixli vəsiyyətnamə atasının iştirakı və imzası olmadan keçirilmişdir. Aralarında yaranmış əmlak mübahisəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddiaçının atasından qalan mənzilə köçürülməyi ilə bağlı iddia tələbi təmin edilmiş və buna dair # ###### 2024-cü il tarixli **** saylı qətnamə belə mövcuddur. Qətnamə qanuni qüvvəsini almış və iddiaçı hal-hazırda azyaşlı uşaqları ilə birlikdə atasından qalan ünvan 2 ünvanında yaşayır. Həmin mənzildə iddiaçıya məxsus mənzilməişət avadanlıqlarının və ona məxsus digər əmlakın cavabdeh tərəfindən oğurlandığı üçün məhkəmə çəkişməsi olmuşdur. Bu barədə mövcud qətnamə də var. Məhkəmənin diqqətinə qardaşı tərəfindən ona qarşı edilən bir qanunsuz hərəkəti də çatdırır ki, atası vəfat etdikdən sonra o, öz həyat yoldaşı olan Ukrayna Respublikası vətəndaşı, yəni əcnəbi bir sakini, də atasına məxsus olmuş hazırda mübahisəli mənzilə saxta yolla müvəqqəti qeydiyyata salmışdır. Onun bu və ya digər qanunsuz hərəkətləri iddiaçıya rəvac verir ki, atası onun arasında bağlanan mübahisəli vəsiyyətnamə saxtadır. Bu səbəbdən də iddiaçı obyektivlik öz yerini tapması üçün mübahisə və zərurət geniş yarandığından pozulmuş hüquqlarının bərqərar olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəi ** saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakı üzərində iddiaçının ½ payının müəyyən edilməsi” barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici qanun üzrə vərəsəliyin mümkünlüyünü vəsiyyətnamənin olmaması və ya etibarsız sayılmasından asılı etmişdir ki, bu həm də vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı nəticələri də ehtiva edir, çünki əks yanaşma, yəni qüvvədən düşmüş vəsiyyətnamənin hər hansı hüquqi nəticə yaratma qabiliyyəti olmadığı halda bu cür vəsiyyətnamənin mövcudluğunun qanun üzrə vərəsəliyi qabaqlaması vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mahiyyətinə zidd olardı. Bununla bərabər, Mülki Məcəllənin vəsiyyətnamənin dəyişdirilməsi imkanları adlanan 1220ci maddəsinin tələblərinə görə isə, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə dəyişdirə və ya ləğv edə bilər. Belə ki, vəsiyyətnamənin ləğv edilməsi və dəyişdirilməsi vəsiyyət edən şəxsin hüququdur. Bu hüququ yalnız vəsiyyət edənin özu həyata keçirə bilər. Vəsiyyətnamənin ləğv edilməsi onun vəsiyyət edən tərəfindən geri götürülməsi deməkdir. Bunun nəticəsində vəsiyyətnamənin hüquqi qüvvəsinə xitam verilir. Vəsiyyət edənin vəsiyyətnaməni ləğv etmə imkanı Azərbaycan Respublikasının vərəsəlik hüququnun vəsiyyətnamənin geri götürülməsi (geri çağırılması) prinsipi ilə bağlıdır. Bu prinsip isə vəsiyyət edənin iradə ifadəsinin bir qayda olaraq, birtərəfli xarakter daşımasına və geri götürülmək (geri çağırılmaq) xüsusiyyətinə malik olmasına əsaslanır. Həmin prinsipə görə, vəsiyyət edən hələ ki, sağdır, o, vəsiyyətnaməni istənilən vaxt geri götürə bilər. Vəsiyyətnamənin ləğv edilməsi dedikdə, vəsiyyət edən tərəfindən vəsiyyətnamənin geri götürülməsi və bunun nəticəsində onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Mülki qanunvericilikdə və sivilistika elmində (doktrinasında) vəsiyyətnamənin bir neçə üsulla (yolla) ləğv edilməsi göstərilir. Yeni vəsiyyətnamənin tərtib edilməsi bu üsullardan birincisidir (MM-in 1220-ci maddəsinin 1-ci bəndi). Bu üsul özü iki yolla həyata keçirilir: birbaşa yolla; dolayısı yolla. Birbaşa yolun mahiyyəti ondan ibarətdir ki, vəsiyyət edən yeni vəsiyyətnamə tərtib edir və orada özünün əvvəl tərtib etdiyi vəsiyyətnamənin ləğv edilməsinin düzünə göstərir və yeni vərəsə təyin edir. Başqa sözlə desək, vəsiyyət edən sonradan tərtib etdiyi vəsiyyətnamədə birbaşa göstərir ki, o, əvvəl tərtib edilən vəsiyyətnaməni (və ya vəsiyyətnamələri) ləğv edir və yeni vərəsə təyin edir. Bu halda yeni vəsiyyətnami əvvəlki vəsiyyətnamənin hüquqi qüvvəsinə xitam verilməsinə səbəb olur. Amma yeni (sonradan tərtib edilmiş) vəsiyyətnamə özündə təzə vəsiyyət sərəncamı ifadə etməlidir. Əgər vəsiyyət edən yalnız əvvəlki vəsiyyətnamənin ləğvini yazılı surətdə bəyan edərsə, bu bəyanata vəsiyyətnamə kimi baxmaq olmaz. Ona görə ki, həmin bəyanatda vəsiyyətnamənin labüd (məcburi) əlamətləri, hər şeydən əvvəl, vərəsə təyin etmək əlaməti yoxdur. Dolayısı yol belə bir qaydaya əsaslanır ki, bu qaydaya görə, vəsiyyət edən tərəfindən müxtəlif vaxtlarda tərtib olunan və eyni bir məsələyə toxunan iki və ya bir neçə vəsiyyətnamədən tərtib olunma tarixinə (müddətinə) görə sonrakı vəsiyyətnamə (sonradan tərtib edilmiş vəsiyyətnamə) hüquqi qüvvəyə və əhəmiyyətə malik olur. İş materiallarından mübahisəsiz qaydada görünür ki, mirasqoyan son iradəsini ##.##.2016-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Dadaşbəyov Tofiq İsmayıl oğlu ölən günədək ona məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı mənzili həmin ünvanda qeydiyyatda olan oğlu cavabdeh2 vəsiyyət etmişdir. Bununla da o, əvvəlki vəsiyyətnaməni dolayı yol ilə ləğv etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1243, 1220.0.1, 1220.0.2, 1220.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi özünün ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə “vəsiyyətnamənin etibarasız hesab edilməsi və miras əmlak üzərində iddiaçının payının ½ hissəsdə müəyyən edilməsi” haqda iddia tələbini rədd etmişdir. Göstərilən qətnamə ilə iddiaçının iddia tələblərini rədd edərkən birinci instnasiya məhkəməsi özünün qərarını mülki qanunvericiliyin tələbləri ilə əsaslandırmışdır. Mübahisə üzrə faktiki hallar - mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviçin ##.##.2023-cü il tarixdə vəfat etməsi, vəfat edənin (mirasqoyanın) birinci növbəli vərəsələri X4, cavabdeh2, ## #### 2016ci il tarixdə saat 16:30-da Bakı şəhəri ** saylı notariat ofisində Dadaşbəyov Tofiq İsmayıloviç aşağıdakı məzmunda vəsiyyət sərəncamı verir: 1. Ölən günədək mənə məxsus olan bütün əmlakımı mənimlə eyni ünvanda yaşayan cavabdeh2 və Süleymanova (Dadaşbəyova) Nigar Tofiq qızına vəsiyyət edirəm. Vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada müvafiq notariat orqanında təsdiq edilmişdir. 2. ## ###### 2016-cı il tarixdə saat 18.00-da mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviç Bakı şəhəri ** saylı notariat kontorunda yeni vəsiyyətnamə tərtib edərək ünvan 1 ünvanda yerləşən mənzili tam olaraq həmin ünvanda qeydiyyatda olan oğlu cavabdeh2 vəsiyət edir. Birinci instansiya məhkəməsi ## ###### 2016-cı il tarixdə mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviç Bakı şəhəri ** saylı notariat kontorunda təsdiq edilmiş vəsiyyətnaməni qanunun tələblərinə uyğun hesab edir və birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş bu hallara və istinad etdiyi maddi hüquq normaların tələblərini rəhbər tutaraq iddiaçının “vəsiyyətnamənin etibarasız hesab edilməsi və miras əmlak üzərində iddiaçının payının ½ hissə müəyyən edilməsi” tələbini rədd edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırmanın səthi olması səbəbindən, mübahisənin sübutetmə predmetinə aid olan halların düzgün müəyyən edilməməsi və hüquqi qiymətləndirilməsi səbəbindən qərarı əsassız hesab edilərək maddi və prosessual hüquq normalarına cavab verməyən qətnanamə kimi hesab edilib ləğv edilməlidir. İddianın dəlillərindən göründüyü kimi tərəflərin hər ikisi mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviçin birinci növbə vərəsləridir. Mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviç ## #### 2016-cı il tarixdə Bakı şəhəri ** saylı notariat kontorunda özünün mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili ½ hissədə olan paylar əsasında İddiaçı və cavabdeh2 vəsiyyət edir. Bundan 5 ay sonra mirasqoyan Tofiq Dadaşbəyov həmin mənzili üzrə yeni vəsiyyətnamə ilə mənzili tam halda oğlu cavabdeh2 vəsiyyət edir. Vərəsələrdən Nazim İbrahimovun iş yeri Ukrayna Respublikasının Xerson şəhəridir. Söylədiyinə görə Xerson Gəmiçilik idarəsində dənizçi (moryak) qismində işlədiyinə görə işi işlə əlaqədar dünya dəniz sularında üzür. Daimi yaşayış yeri Ukraynanın Xerson şəhəridir. Bakı şəhərinə, o cümlədən də valideynlərinin yanına, təsadüfü hallarda gəlir. İddiaçı İddiaçı isə hər iki valideynin xəstəliyi ucbatından onlara qayğı göstərilməsi məqsədi ilə faktiki olaraq günlərini mübahisəli ünvanda valideynlərinin yanında onlara qulluq etməklə keçirmişdir. İddiaçı bildirir ki, 2-ci vəsiyyətnamənin tərtib edildiyi gündən əvvəl və sonra cavabdeh cavabdeh2 bildiyinə görə Bakı şəhərində olmamışdır. Hər bir halda cavabdeh cavabdeh2 Bakı şəhərində olub-olmaması barədə Miqrasiya Xidməti vasitəsi ilə bilmək olardı, lakin iddiaçı buna nail ola bilməyib. Mirasqoyan 2004-cü il tarixdə tibbi əməliyyata məruz qalıb, əməliyyat nəticəsində qırtlağı çıxarılmışdır. Bakı Baş Səhiyyə İdarəsinin * saylı şəhər Poliklinikasından verilmiş ##.##.2020-ci il tarixli *** nömrəli arayışla təsdiq edilir ki, Xətai rayonu Sarayevo küçəsi ev 8, mənzil 22-də yaşayan 1943-cü il təvəllüdlü Dadaşov Tofiq İsmayıl oğlu ##.##.2004-cü il tarixdən “Qırtlağın Gr-i” diaqnozu ilə * saylı şəhər poliklinikasında qeydiyyatdadır. ##.##.2004-cü il tarixdə ROEM laringoektomiya cərrahi əməliyyat olmuşdur. ##.##.2004-##.##.2004-cü il tarixdə ROEMdə şüa terapiya qəbul etmişdir. Hal hazırda xəstənin şikayətiləri ümumi zəiflik, halsızlıq, səsin batıq olması, səsin çıxmamasındadır. Xəstə mütəmadi olaraq MOM-da müalicə alır. Xəstənin nitq pozğunluğu ilə əlaqədar səs aparatına ehtiyacı vardır. 2-ci qrup əlildir, səs protezi olmadan sözlərini ifadə edə bilmir. Diaqnoz 2.2. ikinci dərəcə əlillik = 2.2.7. Həzm orqanların residivli gedişli ağır xroniki xəstəlikləri. ##.##.2002-ci il tarixdən etibarən əmək qabiliyyətsizdir. Kənar kömək olmadan yerişi mümkünsüzdür. Mülki Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqəmda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnamə qoyan Tofiq Dadaşbəyov yuxarıda qeyd etdiyi kimi 2004-cü il tarixdə qeyd edilən xəstəliklərə düçar olub, danışmağı, söz ifadəsi anlaşılmaz olub, fiziki hərəkəti məhdud olduğundan əmlakına dair vəsiyyətnamə veriləndə onu müvafiq köməklik edilərək yaxın məsafədə yerləşən Bakı şəhəri ** saylı notariat ofisinə kənar köməyin sayəsində gətiriblər, notariat ofisində o şahidlərin iştirakı ilə ünvan 6 ünvanda yerləşən daşınmaz əmlaka dair ## #### 2016-cı il tarixli vəsiyyətnamə tərtib etmiş və öz imzası ilə təsdiq etmişdir. Həmin vəsiyyətnaməni şahidlər də öz imzaları ilə təsdiq etmişlər. Qətnamənin məzmunundan görünür ki, mirasqoyan Tofiq Dadaşbəyov onunla birgə yaşayan, onun qayğısına qalan qızı Nigarı vərəsəlikdən kənarlaşdırmaq qərarına gəlir və bu məqəsədlə yaşadığı mənzildən qat-qat uzaq məsafədə yerləşən ** saylı notariat ofisinə gəlir, burada 2-ci vəsiyyətnaməni özünün əl yazısı ilə tərtib edir, imza edilir və həmin vəsiyyətnamə orada xüsusi notarius X1 tərəfindən təsdiq edilir, bu prosesdə təbii ki, notarius əməkdaşları ilə ünsiyyətdə olur. Vəsiyyətnamə qoyanın qızı olaraq bildirir ki, xəstədə nitq pozğunluğu, fikrini sərbəst ifadə etmək bacarıqsızlığı olmuşdur, bu xəstəliklərlə əlaqədar səs aparatına ehtiyacı olmuşdur ki, həmin aparat onda olmamışdır. Həmin vəsiyyətnamədə mirasqoyan mülkiyyətində olan daşınmaz əmlakı tam halda oğlu cavabdeh2 vəsiyyət edir. İşin bu halı ilə, yəni ** saylı notariat ofisinə gəlməsi, burada öz əli ilə sərbəst olaraq yeni vəsiyyətnamə tərtib etməsi, imzalaması ilə əlaqdar bildirir ki, burada kifayət qədər əsaslı şübhələr mövcuddur ki, öncə vəsiyyətnaməni o, təkbaşına səhhətində olan sağlamlıq ucbatından fiziki olaraq tərtib edə bilməzdi, qeyd etdyi kimi 2004-cü il tarixdə əməliyyat yolu ilə qırtlağın bədənindən çıxarılması ucbatından o, bədənin daxilində olan mədə möhtəviyyatının bayıra atılmamasının qarşısını almaq üçün bir əli həmişə qırtlaq deşiyini tuturdu, o biri sərbəst əllə isə hərəkət siqnallarını ötürürdü ki, məsələn su və sair bir başqa şey istəyir. Digər halda ümumi zəiflik, halsızlıq, səsin batıq olması səsin çıxmamasıdır. Xəstə mütəmadi olaraq MOM-da müalicə alır. Xəstənin nitq pozğunluğu ilə əlaəqədar səs aparatına ehtiyacı vardır. 2-ci qrup əlildir, səs protezi olmadan sözlərini ifadə edə bilmir. Hesab edir ki, belə qüsurlarla vəsiyyətnamənin mirasqoyan tərəfindən tərtib edilməsi imzalanması şübhəlidir. Mübahisəli vəsiyyətnamə Azərbaycan dilinin kiril qrafikası ilə tərtib edilmişdir, əl ilə yazılmışdır, əl yazısını atası icra etməmişdir, yazı xətti onun xətti deyildir, imza sözündən sonra “Dadşbəyev” sözünün önündə olan “imza” vəsiyyətnamə qoyan Dadaşbəyov icra etməmişdir, soyadında iki səhv buraxmışdır, yəni soyad “Dadşbəyev” kimi icra edilmişdir. İddiaçı olaraq bildirir ki, vəsiyyətnamə qoyan atası Dadaşbəyov Tofiq İsmayıloviç müxtəlif orqanlara müxtəlif sorğularla yazılı surətdə müraciətlər etmişdir. Bildirir ki, yazı mətninin onun dilindən öz əlimlə icra etmişəm, lakin yazını şəxsən öz şəxsi imzası ilə imzalamışdır. Azərbaycan Respublikası Baş Polis İdarəsinə ünvnladığı ərizəni təqdim edir. Ərizədə Dadaşbəyov T.İ. sözlərindən sonra icra edilmiş “imza” vəsiyyətnamə qoyan T.Dadaşbəyova aiddir. Azərbaycan Respublikası Prezident Aparatına ünvnlanmış ərizəni atası Dadaşbəyov Tofiq İsmayıl oğlunun adından olan yazılmış ərizəni onun sözləri ilə özü imza etmiş, lakin ərizənin axırında Dadaşov Q.İ.-dən sonrakı “imza” ərizəçi Tofiq Dadaşbəyov tərəfindən icra edilmişdir (ərizə təqdim edilir). Dadaşbəyov Tofiq İsmayılıoviçin müxtəlif orqanlara ünvanladığı əlavə 3 ərizəsini də ünvanlayır ki, həmin ərizələrdə İ.Dadaşbəyov sözünün qarşısında icra edilmiş imza mübahisəli vəsiyyətnamədə “Dadşbəyev” sözünün önündə icra edilmiş imzadan köklü şəklidə fərqlənir, daha saxta imzaya bənzəyir. Bu baxımdan hesab edir ki, imza ilə əlaqəli hallar araşdırılmalı və hüquqi qiymət verilməlidir. Mülki qanunvericiliyə görə vəsiyyətnamə bir tərəfli və könüllü əqddir, yəni bir nəfərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci madddəsinə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bir mənalı olaraq hesab edir ki, mübahisəli vəsiyyətnamə tərtib edilən həmin ## ###### 2016-cı il tarixli vəsiyyətnamənin mötəbərliliyi ilə əlaqədar bütün hallar araşdırılmalıdır. Birinci instnasiya məhkəməsinə bu hallar məlum olmuş olsa da bu hallar araşdırılmamışdır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi və ## ###### 2016-cı il tarixdə 36-cı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli vəsiyyətnamənin məzmununu onunla birlikdə ## ####### 2023-cü il tarixdə ** saylı notariat kontorunda öyrənmişdir. ## ##### 2025-ci ildə (yəni 18 ay sonra) iddiaçı vəsiyyətnamənin etibarsız sayılması üçün Xətai Rayon Məhkəməsində iddia qaldırır. İddiaçının iddia qaldırarkən bütün təkzib edilməz sübutları birinci instansiya məhkəməsinə təqdim etmək üçün kifayət qədər vaxtı var idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.4-cü maddəsinə əsasən, iddiaçı apellyasiya şikayətində göstərilən yeni sübutların təqdim edilməsinin səbəblərini və onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünü əsaslandırmağa borcludur və əsaslandırmalıdır. İddiaçının ##.##.2025-ci il tarixli apellyasiya şikayətinə əsasən, birinci instansiya məhkəməsinə sübutların təqdim edilməsinin mümkünsüzlüyünü əsaslandırmır və ya səbəb və halları göstərmir. Nəzərə alsaq ki, iddiaçının birinci instansiya məhkəməsinə təkzib olunmaz sübutlar təqdim etmək üçün kifayət qədər vaxtı olub, ##.##.2025-ci il tarixli apellyasiya şikayətində yeni sübutların təqdim edilməsi üçün heç bir əsaslı səbəb və izahat yoxdur. İddiaçı apellyasiya şikayətində Xətai Rayon Məhkəməsinin qərarından hansı hissədə mübahisə etdiyini, məhkəmə qərarını düzgün hesab etmədiyi əsasları göstərməmiş, təkzib olunmaz sübutlar təqdim etməmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldırır. İstinad etdiyi halları və tələbləri sübut etməyə cavabdeh deyil, iddiaçıdır, cavabdeh isə bu sübutları təkzib etməli və ya onunla razılaşmalı və borcludur. Nəzərə alınsa ki, iddiaçı öz tələblərini yalnız öz sözü və istəkləri ilə təqdim edir, cavabdeh onun tələblərini təkzib etmək və günahsızlığını yalnız öz sözləri ilə sübut etmək hüququna malikdir. Apellyasiya şikayəti, habelə iddia ərizəsi yalnız iddiaçının sözlərinə, istəklərinə və şikayətlərinə əsaslanaraq və mövcud qanunvericiliyə uyğun sübut təqdim edilmədən verilir. İddiaçı apellyasiya şikayətində sübut təqdim etməmiş və sübut etməmişdir ki, Xətai Rayon Məhkəməsinin qərarında mübahisənin sübut predmeti ilə bağlı hallar hərtərəfli yoxlanılmadan, səthi araşdırma aparılmadan, düzgün müəyyən edilmədən və hüquqi qiymət verilmədən qəbul edilmiş, sübuta qiymət verilməmiş və tədqiq edilməmişdir. 1995 və 2004-cü illərdə atasına iki əməliyyat icra olunması faktını təsdiq edir. O, 1997-ci ildən 2010-cu ilə qədər X8 nəqliyyat donanmasının gəmilərində elektromexanik, 2010-cu ildən isə müxtəlif şirkətlərlə müqaviləyə əsasən işləyib. Əməliyyatlardan sonra valideynlərinin və iddiaçının saxlanması üçün bütün xərclər üzərinə düşüb. Xətai Rayon Məhkəməsində ##.##.2025-ci il tarixli sübutlara əsasən (bank sənədləri və pul köçürmələri) valideynlərinə maddi kömək edib və bu onlara layiqli kömək olub. İddiaçının valideynlərinə kömək etmədiyi iddiaları doğru deyil və həqiqəti əks etdirmir. İddiaçı qəsdən və məqsəd yönlü şəkildə məhkəməni aldadır. Xətai Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixli SMS yazışmalarına əsasən o, iş yerində olarkən atasının səhhəti və atasının layiqli dəfn edilməsi barədə daim narahat olduğunu, iddiaçının atası ilə yaşamadığını, onu mənzildə tək qoyduğunu, atanın mənzildə tək öldüyünü, atasının ehsanın şaurmaxanada təşkil etmək istədiyini, dəfn xərclərinin hesabından ödənildiyini, can verən atasına laqeydliyini və empatiyanın tam olmamasını göstərir. İddiaçının atasına ləyaqətlə qulluq etdiyi, onu sevdiyinə dair iddiaları doğru deyil və həqiqəti əks etdirmir. O heç vaxt atası ilə mübahisə etməyib ki, atası onu evinə buraxmasın, ondan çox inciməsin, ondan imtina etmək istəyi olsun. SMS yazışmalarına görə, evinin açarları onda var idi və atası onu evinə, həyat yoldaşını isə iddiaçı onları eqoist məqsədlər üçün mübahisə edənə qədər içəri buraxdı. İddiaçının iddiaları tam yalandır və həqiqəti əks etdirmir. O, heç vaxt narkotik istifadə etməyib, spirtli içkilərdən sui-istifadə etməyib, xəstələnməyib və şəkərli diabet xəstəsi deyil. İşinin xüsusiyyətlərinə görə hər il tibb müəssisələrində tibbi müayinədən keçir. ##.##.2020-ci il tarixli ***-ci nömrəli arayışa əsasən, ##.##.2004-cü il tarixində vəsiyyət edənə laringektomiya əməliyyatı edilib və səs cihazına ehtiyacı yaranıb. Laringektomiya, qırtlaq və səs tellərini (tam və ya qismən) çıxarmaq üçün bir əməliyyatdır. Əməliyyat ümumiyyətlə qırtlaq xərçənginin aşkarlanması ilə əlaqədardır. Xəstəliyin inkişaf dərəcəsindən asılı olaraq, qırtlaq və ya qırtlaqın yalnız bir hissəsi tamamilə çıxarıla bilər. Qırtlaq çıxarılmasının nəticələrindən biri də səs orqanının itirilməsidir. Səs orqanının itirilməsi başqaları ilə normal şifahi ünsiyyətin itirilməsidir ki, bu da səsin bərpasını zəruri edir. Xəstələrin səsini bərpa etmək üçün dörd növ üsuldan istifadə olunur: xarici cihazlar, özofagus nitqi, protez aparatdan istifadə etmədən traxeopharingeal və traxeozofageal manevr, səs protezləri. Xəstələrə qırtlaqsız danışmağa imkan verən üsullar artıq 19-cu əsrin birinci yarısında məlum idi. Bu texnika bütün dünyada, o cümlədən Azərbaycanda geniş şəkildə tətbiq olunub. İnternet vasitəsilə ictimai sahədə çoxlu sayda video var ki, qırtlaq olmayan xəstələr özofagus səsindən istifadə edərək danışırlar və bu əməliyyat xəstənin bacarıqsızlığına, hərəkətlərindən xəbərdar olmamasına və ya başqaları ilə ünsiyyətə səbəb olmur. İddia edir ki, atası qırtlaq əməliyyatından sonra ətrafdakılarla ünsiyyətdə olub, fikirlərini açıq şəkildə ifadə edib, yataq xəstəsi olmayıb, kənardan köməksiz hərəkət edib, hərəkətlərindən xəbərdar olub. Atasının nitqi ləng və sakit idi, lakin o, öz istəklərini, düşüncələrini aydın ifadə edə bilir, başqa insanlarla ünsiyyət qura bilir, verdiyi qərarlardan və onların nəticələrindən xəbərdar idi. Bu əməliyyat qabiliyyətin itirilməsinə, psixi pozğunluqlara və ya öz hərəkətlərini qiymətləndirməyə və ya kənar yardım olmadan hərəkət etməyə imkan vermir. Səs protezi xüsusi implantlardan istifadə edərək səsin bərpasının cərrahi üsuludur. İddiaçının ifadələrinə görə, ona səs protezi, yəni implant, ##.##.2020-ci il tarixli *** saylı arayışa görə isə səs aparatı, yəni aparat lazım olmuşdur. Bu onu göstərir ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədləri tamamilə oxumur və məzmununu bilmir və tibbi terminologiyanı başa düşmür. ##.##.2020-ci il tarixli *** saylı arayışda pasiyentin səsinin xırıltısı və ya olmaması, nitq pozğunluğu olduğu, səs aparatına ehtiyacı olduğu bildirilir. Yəni bu arayış atanın nitq pozğunluğunu yox, nitq pozğunluğunu təsdiqləyir. Diqqətə çatdırır ki, boğaz əməliyyatı zamanı (2004-cü il) atanın 61 yaşı, ##.##.2020-ci il tarixli *** saylı şəhadətnamə verilərkən isə ** yaşı var idi. Bu əlamətlər atanın yaşına tam uyğundur. İddiaçının iddiaları atanın səs aparatı olmadan danışa bilməməsi məhkəməni aldatmaq və qanunsuz olaraq istədiklərini əldə etmək məqsədi ilə uydurmadır. İddiaçı heç bir dəlil təqdim etməyib və iddialarının etibarlı olduğunu sübut etməmişdir. Apellyasiya şikayətində iddiaçı aşağıdakıları iddia edir: ata köməksiz hərəkət edə bilməzdi; yataq xəstəsi idi; ##.##.2016-cı il tarixdə ** saylı notariat kontoruna vəsiyyətnamə tərtib etmək üçün köməklik göstərilməklə gətirilib, lakin ## ###### 2016-cı il tarixdə ** saylı notariat kontorunda vəsiyyətnamə tərtib edərkən ata özü idarəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində təqdim etdiyi yeni dəlillərə görə, atanın köməksiz hərəkət edə bilməməsi, yataq xəstəsi olması barədə heç bir sənəd göstərilmir. İddiaçının bu ifadələri yalan və uydurmadır. İddiaçı atanın ** saylı notariat kontoruna tanımadığı şəxslərin köməkliyi ilə gətirildiyini sübut etməmiş və sübut gətirməmişdir. İddiaçı qəsdən, şüurlu, məqsədyönlü şəkildə təqdim edilmiş sənədlərə və reallığa uyğun gəlməyən yalan və həqiqətə uyğun olmayan məlumat verir. İddiaçı apellyasiya şikayətdə yazılı və sənədli sübutlar təqdim edilmədən atanın özü tərəfindən yazıldığı iddia edilən məktublara istinad edir; atanın imzasını ora və onun istədiyi şəkildə qoymaması onun xoşuna gəlmir. İddiaçı bir daha arzulamağı reallıq kimi göstərir. Diqqəti bir fakta cəlb edir ki, nə iddia ərizəsində, nə də apellyasiya şikayətində iddiaçı aşağıdakıları sübut etmir və ya dəlilləri təqdim etmir: - ata niyə ## ###### 2016-cı il tarixli vəsiyyətnamə yazmağa qərar verdi; - atanı ## ###### 2016-cı il tarixli vəsiyyətnamə yazmağa məcbur edən bu şəxs kimdir; - atanı vəsiyyət yazmağa məcbur edən bu şəxs kimdir; - bu şəxs hansı məqsədləri güdürdü; - vəsiyyətnamə tərtib edilərkən notarius tərəfindən hər hansı pozuntular olub; - atanın vəsiyyətnaməni imzalamamışdır. Nəzərə çatdırır ki, ## ###### 2016-cı il tarixli vəsiyyətnamə tərtib edilərkən (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ## #### 2024-cü il tarixli arayışı) o, ölkədə olmamış və vəsiyyətnamənin surətini ## ####### 2023-cü il tarixində ** saylı notariat ofisində iddiaçının iştirakı ilə şəxsən almışdır. Diqqəti iddia və apellyasiya şikayətinin nə qədər zəif yazıldığına cəlb edir. Müraciətdə çoxlu sayda səhvlər və uyğunsuzluqlar var, yəni: - ## #### 2016-cı il tarixli vəsiyyətnamə 16 yox, ** saylı notariat kontorunda yazılıb; - ## ###### 2016-cı il tarixli vəsiyyətnamə saat 18:00 deyil, saat 13:00-da yazılıb; - vəsiyyət edənin mənzil nömrəsi 23 deyil, 22; - Nazim İbrahimovun kim olması, Xersonda yaşayıb-işləyənin və bu İbrahimovun bu işə nə aidiyyəti barədə heç bir fikri yoxdur; - ata yataq xəstəsi olsa da, ** saylı notariat kontoruna özü gəlib; - iddiaçı heç bir sübut və ya lazımi tibbi təhsili olmadan atanın fəaliyyət qabiliyyətini itirdiyini iddia edir. İddiaçı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Bu təhsil ona atanın hüquq qabiliyyətini qiymətləndirmək və təsdiq etmək imkanı vermir. İddiaçı bilmir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən fəaliyyət qabiliyyəti olmayan yalnız məhkəmə yolu ilə tanınır. ## ###### 2016-cı il tarixdə vəsiyyətnamə tərtib edilərkən Dadaşbəyov Tofiq İsmayıloviçin fəaliyyət qabiliyyəti olmayan kimi tanınması barədə məhkəmə qərarı yoxdur. İddiaçının atasının fəaliyyət qabiliyyətinin olmaması ilə bağlı dedikləri sadəcə onun arzusu, uydurma, saxta yolla istədiyini əldə etməsidir. Apellyasiya şikayətində iddiaçı iddia edir ki, ## #### 2016-cı il tarixdə yazılmış vəsiyyətnaməni ədalətli hesab edir. Yəni, ## #### 2016-cı il tarixli vəsiyyətnamə tərtib edərkən ata ** saylı notariat kontorunun notariusu ilə danışa bilir, fikrini aydın ifadə edə bilir, hüquq qabiliyyətinə malikdir, artıq yataq xəstəsi deyil, əməlinin nəticələrini dərk edir və vəsiyyətnaməni özü imzalayır. ##.##.2016-cı il tarixli vəsiyyətnamə tərtib edilərkən ata qəfildən qanuni fəaliyyət qabiliyyətini itirir, hərəkətlərinə görə məsuliyyət daşımır və dərk etmir, danışa bilmir və notariusla əlaqə saxlaya bilmir, yataq xəstəsi olur, ata vəsiyyətnaməyə imza atmır. Atanın qanuni əmlakına necə sərəncam verəcəyini, vəsiyyətnaməni harada yazacağını, əmlakını kimə vəsiyyət edəcəyini özü qərar vermək hüququ var idi. O, öz əmlakını üçüncü şəxsə vəsiyyət edə bilər və qanun bunu qadağan etmir. Bu, birbaşa və təkzibedilməz sübutdur ki, iddiaçı mübahisəli mənzilin vərəsələr arasında vəsiyyət üzrə deyil, qanuna uyğun bölünməsini istəyir. İddiaçı atanın iddiaçıya mənzil üçün vəsiyyətnamə yazmaması ilə razılaşa bilməz. İddiaçı özü iddianı təmin etmək üçün sübut təqdim etməyib. İddiaçının atanın ## ###### 2016-cı il tarixli vəsiyyətnaməni ** saylı notariat kontorunda imzalamamasına dair heç bir sübut yoxdur. O, özü də vəsiyyətnamədə atanın imzasının olduğunu çox gözəl bilir. Amma qanunla haqqı olandan artıq almaq istəyi iddiaçını məhkəməni aldatmağa, atasını əlil və yataq xəstəsi etməyə, mərhum atanın xoş adını ləkələməyə, ona böhtan atmağa məcbur edir. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, mübahisə iddiaçının və cavabdehin mərhum atası Dadaşbəyov Tofiq İsmayıl oğlu tərəfindən tərtib edilmiş ## ###### 2016-cı il tarixli vəsiyyətnamənin etibarlılığı ilə bağlıdır. İddiaçı İddiaçı mərhumun qızı, vəsiyyətnamənin guya saxta olduğunu bildirir və sübut kimi fərziyyələrə əsaslanır. İddiaçının ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətinə münasibətdə aşağıdaklıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericiliyin normalarına əsasən vəsiyyət yalnız vəsiyyət edən şəxsin iradəsini əks etdirdiyi halda hüquqi qüvvəyə malikdir. Atası Dadaşbəyov Tofiq İsmayıl oğlu ## ###### 2016-cı il tarixdə notariat orqanında şəxsən iştirak etməklə yeni vəsiyyətnamə tərtib edib və bu sənəd notarius tərəfindən təsdiqlənib. Bu fakt təkbaşına onun iradəsinin sərbəstliyini və sənədin etibarlılığını sübut edir. Daha sonra ##.##.2016- ##.##.2016-cı il ərəfəsində o, Azərbaycan Respublikasında olmayıb. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli **/*** nömrəli sənədə əsasən verdiyi ##.##.2024-cü il tarixli, *-**-*/**-****/ saylı arayış buna sübutdur. İddiaçı tibbi ekspertizanın təyin olunması barədə vəsatəti onunla əsalandırır ki, 2004-cü ildə atası Tofiq Dadaşbəyovun keçirilmiş cərrahiyə əməliyyatı nəticəsində qırtlağı çıxarılmış və “Qırtlağın Gr-i” diaqnozu ilə bağlı polikninkada qeydiyyatda olmuş və müalicə almış, həmin xəstəliklə bağlı 2-ci dərəcəli əlill olmuş, zəiflik nəticəsində kənar kömək olmadan yerişi mümkünsüz olmuş və bu səbəbdən də fəaliyyət qabiliyyətsiz olmuşdur. Qırtlağın çıxarılması və həmin xəstəliklə bağlı fəaliyyət qabiliyyətsiz olması və yaxud zəif idi notariat ofisinə tək gedə bilməzdi kimi arqumenrləri tam əsassızdır. İddiaçının iddiası subyektiv xarakter daşıyır. Notarius vəsiyyətnaməni rəsmiləşdirərkən şəxsiyyətini, iradəsini və fəaliyyət qabiliyyətini yoxlayaraq sənədi təsdiqləmişdir. Bu, onu göstərir ki, mərhum vəsiyyəti şüurlu, sərbəst və istəkli şəkildə tərtib etmişdir. Vəsiyyətnamənin təsdiq edildiyi tarixdən, ##.##.2016-cı il tarixdən sonra atası özünə məxsus olan Seat İbiza minik markalı, **-LS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddiaçının adına 2 dəfə etibaramə vermişdir. Birinci etibarnamə vəsiyyətnamənin təsdiq edildiyi tarixdən 2 il sonra ##.##.2018-ci il tarixində 7E-18913 reyestr nömrəsi ilə qeyd olunan nəqliyyat vasitəsinə sərəncam verilmiş, daha 3 il sonra isə ##.##.2019-cu il tarixində isə 7E-14750 reyestr nömrəsi ilə nəqliyyat vasitəsinin idarə edilməsinə dair Bakı şəhəri ** saylı notariat ofisində iddiaçı İddiaçı adına etibarnamələr rəsmiləşdirilmişdir. Bu fakt Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ## ######## 2025-ci il tarixli *** nömrəli məktubunda və iş materiallarında olan məhkəmə aktlarında öz əksini tapmışdır. Beləliklə iddiaçının tibbi ekspertiza tələbi formal və əsassızdır. Polisə yazılmış ərizələr sübut dəyərinə malik deyildir. Birincisi, əgər həmin ərizələr mövcud idisə birinci instansiya məhkəməsində təqdim edilməli idi. Hətta, həmin ərizələrin mövcudluğu belə mülki prosessual qanunvericiliyə əsasən rəsmi sübut hesab edilmir. Həmin ərizələrin polisə yazılmasını təsdiqləyicisi kimi iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Onlar yalnız fərziyyə və emosional təsir vasitəsi kimi istifadə olunur, hüquqi dəyəri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Mcəlləsinin 372.2-ci maddəsinin tələbinə əsasən “Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220-ci maddəsinin tələbinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: Əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Beləliklə mülki qanunvericiliyin normalarına əsasən hər bir şəxs istənilən vaxt əvvəlki vəsiyyətini dəyişmək və ya ləğv etmək hüququna malikdir. Mərhumun ikinci vəsiyyətnamə tərtib etməsi onun bu hüququnun təzahürüdür. Bu sənədin mövcudluğu ilə əvvəlkihəm oğlu, həm qızının adına olan vəsiyyət qanunla avtomatik ləğv olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirlmədən saxlanması xahiş olunur. Cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Rəna Dadaşova apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakı üzərində iddiaçının 1/2 payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar bildirir ki, vətəndaş Dadaşbəyov Tofiq İsmayıloviç ##.##.2016-cı il tarixində Bakı şəhəri ** saylı notariat ofisinə şəxsən müraciət edərək, öz hərəkətləri barədə şüurlu mühakimə yürütmüş, öz iradəsini aydın ifadə etmiş və özünə məxsus olan ünvan 4 ünvanında yerləşən ** saylı mənzilini oğlu cavabdeh2 vəsiyyət etmək istədiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsini, mənzilin hüquq müəyyənedici sənədini təqdim etmiş, notariat ofisində ona verilmiş xüsusi vəsiyyətnamə blankını şəxsən doldurmuş, vəsiyyətnaməni və vəsiyyətnamənin qeydiyyatının aparıldığı müvafiq reyestri imzalamışdır. Yuxarıda qeyd edilən mənzilə dair Tofiq Dadaşbəyov tərəfindən cavabdeh2 yazılmış vəsiyyətnamə, vəsiyyət edənin şəxsiyyəti müəyyən edildikdən, fəaliyyət qabiliyyəti yoxlanıldıqdan sonra ##.##.2016-cı il tarixində tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-104 reyestr nömrəsi ilə qeydiyyatı aparılmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı ərizəsində atasının xəstə olduğunu, evdən çıxmaq iqtidarında olmadığını, danışa bilmədiyini və sair əngəllərinin olduğunu qeyd etsə də, vəsiyyətnamənin təsdiq edildiyi tarixdən 2 il sonra mərhum ##.##.2018-ci il tarixində 7E-18913 reyestr nömrəsilə Seat Ibıza minik markalı, **LS*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə, 3 il sonra ##.##.2019cu il tarixində isə 7E-14750 reyestr nömrəsi ilə həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair Bakı şəhəri ** saylı notariat ofisində şikayətçi İddiaçı adına etibarnamələr rəsmiləşdirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahatında göstərmişdir ki, iddiaçının atası 2002-ci ildən ağır xəstə olmuşdur. 2002-ci ildə əvvəlcə mədəsi, daha sonra qırtlağı çıxarılmışdır. Sonra gözündən əməliyyat olunub və bir gözünün görməsi tamamilə itib. Bundan başqa hipertoniya xəstəliyi olub və sərbəst gəzmək iqtidarında olmamışdır. Yəni yeriməsi məhdud olub, mənzil daxilində divarlara tutunaraq hərəkət edən biri olub. Odur ki, 26 noyabr tarixində hələ də gözləri zəif görən biri kimi havanın qaranlığında bir neçə kilometr uzaq məsafədə yerləşən ** saylı notariat ofisinə getməsi və belə bir məzmunda vəsiyyatnamə yazması ağlabatan deyildir. Birinci vəsiyyatnamə iyunda olub, həmin tarixdə də iddiaçının atası xəstə olub. Çünki vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib olunub, əgər xəstə yox sağlam biri olsa idi, notarius heç şahidləri oraya dəvət etməzdi. Birinci vəsiyyətnamə notariat ofisində verilib, orada iddiaçı və qonşular iştirak edib. Nazim orada olmayıb. İkinci vəsiyyətnamə veriləndə iddiaçının atası ağır xəstə olub, ölüm yatağında olub, vəsiyyətnamə qoyulandan bir neçə il sonra dünyasını dəyişib. Onda Nazim Bakıda yox idi. İddiaçının şübhələndiyi biri var, düşünür ki, iddiaçının atasını həmin notariat ofisinə də o şəxs aparıb. İmza və xətt iddiaçının atası Dadaşbəyov Tofiq İsmayıloviç tərəfindən aparılmayıb. Ola bilər ki, hansısa təsir altında olub, çünki fəaliyyət qabiliyyətli olsa da, xəstəliklərinə görə öz hərəkətlərinə cavabdehlik daşıya bilməyən biri olmuşdur. Məhkəməyə jurnal təqdim edilir, bu jurnal tərəflərin atasının işlədiyi dövrdə öz işləri ilə əlaqədar uçot apardığı jurnaldır, buradakı bütün yazılar da onun özünə məxsusdur. Həmçinin Dadaşbəyov Tofiq İsmayıloviçin xəstəliyinin olmasını təsdiq edən mötəbər sübutlar da məhkəməyə təqdim edilir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb, apellyasiya şikayətinə qarşı etirazının məzmunu ilə eyni məzmunlu izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin, cavabdeh Bakı şəhəri ** saylı notariat ofisin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə **.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından, iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, ##.##.2016-cı il tarixli vəsiyyətnaməyə əsasən, Dadaşbəyov Tofiq İsmayıloviç ölən günədək ona məxsus olan bütün əmlakı onunla eyni ünvanda yaşayan cavabdeh2 və Süleymanova (Dadaşbəyova) Nigar Tofiq qızına vəsiyyət etmişdir. Dadaşbəyov Tofiq İsmayıl oğlunun ##.##.2016-cı il tarixli vəsiyyətnaməsindən görünür ki, o, ölən günədək ona məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı mənzili həmin ünvanda qeydiyyatda olan oğlu cavabdeh2 vəsiyyət etmişdir. Apellyatorun apellyasiya şikayətinin dəlillərinə əsasən, ##.##.2023-cü ildə vəfat etmiş mirasqoyan Dadaşbəyov Tofiq İsmayıloviçin səhhətində olan problemlərlə bağlı notariat ofisinə gedib ##.##.2016-cı il tarixli vəsiyyətnaməsini tərtib etmək, imzalamaq imkanı olmadığından sonuncu vəsiyyətnamə etibarsızdır. Apellyatorun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə məhkəmə-tibbi və məhkəmə xətşünaslıq ekspertizaları təyin etmiş, aparılmış ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, təqdim edilmiş tibbi sənədlərə əsasən (ambulator xəstənin tibbi kitabçası) Dadaşbəyov Tofiq İsmayıloviç “Qırtlağın Cr”i xəstəliyindən əziyyət çəkmiş, müxtəlif illərdə onun poliklinikaya müraciətləri olmuş, ##.##.2016-cı il və ##.##.2016-cı il tarixlərdə Tofiq Dadaşbəyovun sağlamlıq durumu haqqında hər hansı bir tibbi məlumat olmadığından qeyd edilən tarixlərdə şəxsin öz hərəkətlərinin mənasını dərk etmək, öz iradə ifadəsini bildirmək, öz hərəkətlərinə rəhbərlik etmək, sərbəst şəkildə hərəkət etmək, danışmaq, sənədləri tərtib etmək, oxumaq, yazmaq və imza etmək iqtidarında olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamış, ekspertizaya təqdim edilmiş, 2V-01-104 notariat işinin 2-ci vərəqində olan ## ###### 2016-cı il tarixli vəsiyyətnamədə “26 нойабр 6, 13-00, Бакы ш.Сараев кучəси ев 8 м 22-дə Дадашбəjов Тофиг Исмаjылович, Бакы шəhəри Хəтaи рaуону Сараев кучəси еи 8 унванда уерлəшəн 22 cайлы мəнзилими həмин унванда геjдиjjатда олан оглум Дадашбəjов Назим Тофиг оглума” yazılarının və “İmza” qrafasındakı imza və “Дадшбəjев” yazısının isə Dadaşbəyov Tofiq İsmayıloviç tərəfindən icra olunmuşdur. Kollegiya apellyatorun sonuncu vəsiyyətnamə tərtib olunarkən şahidlərin iştirak etməməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Dadaşbəyov Tofiq İsmayıloviçin ##.##.2016-cı il tarixli vəsiyyətnaməsindən müəyyən olunur ki, vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələrdən (kompüterdən) istifadə olunduğundan vəsiyyətnamə tərtib olunarkən şahidlərin iştirakı təmin edilmişdir. Dadaşbəyov Tofiq İsmayıloviçin ##.##.2016-cı il tarixli vəsiyyətnaməsi isə mirasqoyanın özü tərəfindən tərtib edilmişdir. Hər iki vəsiyyətnamədən müəyyən olunur ki, vəsiyyətnamələr tərtib edilərkən vəsiyyət edənin fəaliyyət qabiliyyəti yoxlanılmış, mülki qanunvericiliyin tələbləri ona izah olunmuşdur. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, vəsiyyətnamələr tərtib edildikdən sonra Dadaşbəyov Tofiq İsmayıloviç 2018-2019-cu illərdə, yəni mübahisələndirilən vəsiyyətnamənin tərtib edilməsindən sonra nəqliyyat vasitəsinin alqı-satqısı, bank hesablarının açılması və xidmət göstərilməsinə dair müqavilələrin bağlanmasında iştirak etmiş, qızı olan iddiaçıya etibarnamələr vermişdir. Bu faktlarda iddiaçının, sonuncu vəsiyyətnamə tərtib edilərkən atasının öz iradəsini ifadə edə bilməməsinə dair, apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri araşdırma zamanı öz təsdiqini tapmadığından, vəsiyyət edənin əvvəlki vəsiyyətnaməni yeni vəsiyyətnamə tərtib etməklə ləğv etmək hüququ olduğundan apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya apellyatorun iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsinə, mütəxəssisin mülki işdə olan sənədlərin əsilləri ilə tanış olmasına dair vəsatətlərinə münasibət bildirib qeyd edir ki, vəsatətlərdə istinad olunan hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması üçün prosessual əsaslar olmadığından vəsatətlər təmin edilmir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyatorun şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 126 manat Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5272/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5272/2025
04.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver