Məhkəmə qərarları › İş №2(103)-528/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-528/2024

24.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-528/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə bağlı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqavilələrsinin etibarsız hesab edilməsi, pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilənin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsində İddiaçı tərəfindən Cavabdeh 25.000 ABŞ dolları məbləğində pulun borc verildiyi, borc alan Cavabdeh həmin krediti xx.xx.2017-ci il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürdüyü, tərəflərin kreditin faizsiz verilməsini şərtləndirdiyi göstərilmişdir.

2. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində satıcı Cavabdeh mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31,1 kv.m. olan qeyri-yaşayış binasını alıcı İddiaçı 36.600 manat qiymətinə satmaqla alıcının mülkiyyətinə verdiyi, alıcının isə həmin qiymətə aldığı göstərilmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş və Cavabdeh ünvanlanmış ərizəsinə əsasən ərizəçi sonuncudan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 25.000 ABŞ dolları borcun qaytarılması xahiş etmiş, əks təqdirdə bununla bağlı icra qeydinin veriləcəyini bildirmişdir.

4. Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh İddiaçı xeyrinə 25.000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumu tutulmuşdur.

5. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına və “Tələbin könüllü icrası haqqında” bildirişə əsasən Cavabdeh İddiaçı xeyrinə 25.000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində icrası edilməsi tələbkardan xahiş edilmişdir.

6. Nəsimi RPİ-nin 19-cu PŞ-in xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarına əsasən İddiaçı Cavabdeh müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və ona dəyən maddi ziyanın ödənilməsində köməklik göstərilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əmlak tələbi mülki xarakter daşıdığından ona mülki qaydada müraciət etmək hüququ olması izah edilməsi qərara alınmışdır. Həmin iş üzrə tərəflərin izahatları alınmışdır. Cavabdeh izahatında müqavilənin bağlanılmasından bir il sonra Zaura olan borcunu ödəməsini və buna görə qeyri-yaşayış sahəsini qaynanası X5 adına keçirməsini bildirmişdir.

7. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərarına əsasən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “borclunun məcburi gətirilməsi barədə” qərardadına əsasən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh Nizami rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilərək, 36.600 manat ödənilmiş vəsaitin Cavabdeh tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində onunla Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq 36.600 manat qarşılığında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv.m olan qeyri-yaşayış binası onun mülkiyyətinə verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuda ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Sözü gedən qeyri-yaşayış binası ondan sonra başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır. O dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ya ödənilmiş vəsaiti geri qaytarmasını, ya da sözügedən qeyri-yaşayış binasının qeyd-şərtsiz onun ixtiyarına verməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu müddət ərzində onun cavan həyat yoldaşı vəfat etmiş və himayəsində qalan körpə ilə birlikdə düşdüyü ağır psixoloji vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra Ruhid Əkbərov adlı vəkilə müraciət etsə də, həmin şəxs onun vəsaitini mənimsəyərək, böyük vaxt itkisinə yol vermişdir. Həmçinin onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixində notarial qaydada kredit müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh bu müqavilədən də irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öz qanunsuz əməlləri ilə öhdəlikləri yerinə yetirməkdən yayınmışdır. Nəticədə ona 36.600 manat və 4 il ərzində aylıq minimum 1.500 manat olmaqla, ümumilikdə 108.600 manat ziyan dəymişdir.

11. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün İddiaçı 5.000 ABŞ dolları pul vəsaitinin, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaur Əliyev adlı şəxs ilə razılaşaraq xx.xx.2016-cı il tarixdə Zaurdan 25.000 ABŞ dolları borc pul almışdır. Həmin 25.000 ABŞ dolları pulun sənədləşdirilməsi üçün Zaur Əliyevin təkidi ilə onunla İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda 25.000 ABŞ dollar pulun guya İddiaçı tərəfindən ona verildiyinə dair formal (uydurma) kredit müqaviləsi bağlanmışdır. Bundan başqa Zaur Əliyevin təkidi və tələbi ilə ona verilmiş 25.000 ABŞ dolları borcun təminat altına alına bilməsi üçün yenə həmin tarixdə, yenə Bakı şəhəri 14 saylı Notariat Kontorunda ona məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu (əslində həyat yoldaşı deyil), bundan başqa xx.xx.2016-cı il tarixində həm də ona 25.000 ABŞ dolları verərək ondan qeyd edilən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. Belə görsənmişdir ki, İddiaçı eyni gün ona həm 25.000 ABŞ dollar borc pul vermiş, həm də 25.000 ABŞ dolları məbləğinə ondan mağazanı satın almışdır. Bu fakt da İddiaçı eyni gün onunla arasında olan xx.xx.2016-cı il tarixli borc müqaviləsi və alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq etmişdir. Bundan başqa, o, 25.000 ABŞ dolları pulu Zaur Əliyevdən almış və həmin 25.000 ABŞ dollarını Zaur Əliyevə 2018-ci ildə tam həcmdə geri qaytarmışdır. Bütün bunları şahidlər və onunla mərhum Zaur Əliyev arasındakı whatsapp mesajları da sübut etmişdir. İddiaçı Zaur Əliyevin vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra ona qarşı Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş İcra Qeydini göndərmiş və borcu ondan tələb etdiyi kimi, həm də xx.xx.2016-cı il tarixdə yenə Bakı şəhəri 14 saylı Notariat Kontorunda ona məxsus mübahisəli qeyri-yaşayış sahəsinin 36.600 manata İddiaçı satılmasına dair onunla İddiaçı arasında formal alqı-satqı müqaviləsinin icrasını tələb etmişdir. Bu durum belə həmin alqı-satqı müqaviləsinin formal xarakterdə olduğunu bir daha sübut etmişdir.

13. Daha sonra Cavabdeh məhkəməyə məlumat ünvanlayaraq qanunsuz olaraq ondan alınmış olan 5.000 ABŞ dollarının İddiaçı tutularaq ona geri ödənilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim olunmuşdur. xx.xx.2016-cı il tarixli formal borc müqaviləsinin 2-ci bəndinə görə, o, həmin pulu ən son xx.xx.2017-ci il tarixdə qaytarmalı idi. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər olan müddət 2 il 10 ay təşkil etmişdir. İddiaçı bu 2 il 10 aylıq müddət ərzində 1 dəfə də olsun ona müraciət edərək, həmin 25.000 ABŞ dollarını ondan tələb etməmişdir. Onun 25.000 ABŞ dollarını tamamilə ödədiyi Zaur Əliyevin 2019-cu ilin yanvar ayında vəfatından sonra cavabdeh İddiaçı bu formal müqavilə əsasında ona qarşı İcra qeydini göndərmişdir. Bu durum da həmin borc müqaviləsinin formal (uydurma) olduğunu bir daha təsdiq etmişdir. Onunla İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsi formal (uydurma) əqd olduğu üçün etibarsızdır. Ona görə də həmin müqavilə əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ondan 25.000 ABŞ dolları və 20 manat pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli İcra qeydi ləğv olunmalıdır. İddiaçı və Əliyev Zaurun qanunsuz birgə-hiyləli hərəkətləri səbəbi ilə o, aldanılmış və nəticədə ona xeyli miqdarda, 5.000 ABŞ dolları maddi zərər dəymişdir. O, haqları olmadığı halda 5.000 ABŞ dolları məbləğində faiz borcu ödəmişdir. Bu 5.000 ABŞ dolları pul qanunsuz olaraq ondan alınmışdır.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-637/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “xx.xx.2016-cı il tarixli müqaviləsi üzrə ödənilmiş 36.600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icra sənədinin nəticəsindən narazı olduğu halda icranın nəticəsindən şikayət vermək hüququnun olmasının izah edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5.000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tutulması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim: X7).

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda məhkəmədə mübahisələndirilən borc məbləği və həmin borcla bağlı kredit müqaviləsi üzrə icra qeydi olan icra sənədi verilmiş, bu icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı tədbirlər görülmüş və nəticədə icra icraatına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən icra sənədi üzrə borclu Cavabdeh yenidən həmin borcun tələb edilməsinə dair iddia qaldırılmışdır ki, bu hal da həmin tələbin mülki icraat qaydasında baxılmasını və eyni məsələ ilə bağlı qərar qəbul edilməsini mümkünsüz etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 36.600 manat vəsaitin Cavabdeh tutulması” barədə ilkin iddia tələbi təmin edilməməli, ilkin İddiaçı icra sənədinin nəticəsindən narazı olduğu halda icranın nəticəsindən şikayət vermək hüququnun olması izah edilməlidir.

16. Məhkəmə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbinə münasibətdə bildirmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlandığı halda Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi Cavabdeh öz hüququnun pozulduğunu bildiyi andan əqdin etibarsızlığı nəticələri ilə bağlı bir il müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh “Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində, məhkəməyə təqdim edilmiş yazılı müraciətlərində və məhkəmə iclaslarında kredit müqaviləsi üzrə borc götürməsini, həmin borcu iddiaçının yoldaşı Zaur adlı şəxsə ödəməsini bildirdiyi halda həmin müqaviləni sonradan məhkəmə qaydasında etibarsız hesab edilməsini irəli sürməkdə haqlı olmamışdır.

17. Məhkəmə həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin “İddiaçı 5.000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tutulması” hissəsi ilə bağlı bildirmişdir ki, həmin tələb “Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbindən törəmə tələb olduğundan qarşılıqlı iddianın əsas hissəsi təmin olunmadığı üçün bu hissəsi də təmin olunmamalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci, 377.1ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.1.9-cu, 20.1.5-ci, 20.4cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə alqı-satqı müqaviləsi üzrə tələblə əlaqədar olsa da, məhkəmə başqa müqaviləyə (kredit müqaviləsinə) münasibətdə qətnamə qəbul etmişdir. Notarial qaydada bağlanmış müqavilə məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. İşin faktiki halları düzgün tədqiq edilməməklə yanaşı məhkəmə tərəfindən süründürülməçiliyə yol verilmişdir. 13 məhkəmə iclası keçirilmiş və 1 il ərzində işin faktiki halları, təqdim edilən sübutlar araşdırılmamışdır

21. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsasıandırmış və əlavə olaraq AR Mülki Məcəlləsinin 337.1-ci, 337.3-cü, 340.1-ci, 340.2-ci, Mülki Prosessual Məcəllənin 217.1-ci, 385.1.1-ci, 385.1.2-ci, 386-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Cavabdeh Zaurdan aldığı 25.000 ABŞ dolları pulu 2018-ci ildə tam həcmdə ona geri qaytarmışdır. Bütün bunları şahidlər və onunla mərhum Zaur Əliyev arasındakı Watsap mesajları da sübut edir. Zaur Əliyev 2019-cu ilin yanvar ayında vəfat edib. İddiaçı isə bu iddianı, xx.xx.2020-ci il tarixdə qaldırıbdır. Borcun geri qaytarılmasının son tarixi isə xx.xx.2017-ci il idi. xx.xx.2017-ci il tarixindən Zaur Əliyev 2019-cu ilə qədər nə Zaur Əliyev, nə də İddiaçı tərəfindən ona qarşı məhkəmədə hər hansı bir iddianın qaldırılmamış olması da onu göstərir ki, həmin 25.000 ABŞ dolları tamamilə geri qaytarılıbdır. Bütün qeyd edilənlərdən məlum olduğu kimi, onunla İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25.000 ABŞ dollar pulun guya İddiaçı tərəfindən ona borc verildiyinə dair formal (uydurma) kredit müqaviləsi etibarsızdır. Bundan başqa yenə Zaur Əliyevin təkidi və tələbi ilə ona verdiyi 25.000 ABŞ dolları borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni xx.xx.2016-cı il tarixdə, yenə 14 Saylı Notariat Kontorunda ona məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 36.600 manata İddiaçı satılmasına dair onunla İddiaçı arasında formal alqı-satqı müqaviləsi də etibarsızıdır. Lakin məhkəmə işə təfsilatlı araşdırmadığı üçün onun haqlı tələblərini rədd etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. Apellyasiya baxışı zamanı Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim olunmuş 53213/2020-7-17 saylı İcra işinin materiallarına əsasən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi-icra sənədi üzrə xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərar Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə ləğv edilmiş və iş üzrə icra tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, “icra məmuru tərəfindən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020ci il tarixli icra qeydi üzrə “İcraatın dayandırılması” haqqında qərar əvəzinə texniki səhvə yol verilərək “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.

24. Apellyasiya baxışı zamanı Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən 4Ə- 796 nömrəli, xx.xx.2016-cı il tarixli notariat işinin təqdim olunmuş sənədlərdən və "xxxx" ASC-nin təqdim etdiyi qəbzlərdən xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi üzrə ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin İddiaçı satılması qarşılığında İddiaçı ödədiyi 36.600 manatın mədaxil və Cavabdeh tərəfindən məxaric olunması müəyyən olunmuşdur.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla ilk iddianın təmin olunması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və müqavilə üzrə ödənilmiş 36.600 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev).

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə İddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqımüqaviləsinin ləğv olunmasını və müqavilə üzrə ödənilmiş 36.600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi formal olaraq, yəni ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları verməmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli borc müqaviləsinə dair notariat işinin təqdim olunmuş surətindən də 25.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi müəyyən olunmamışdır. Beləliklə, iş materialları və tərəflərin izahatından müəyyən olunduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2016-cı il tarixli borc müqaviləsini tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması tələbi əsaslı olduğundan təmin olunmalı, lakin vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh İddiaçı 5.000 ABŞ dolları pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi tələbi sübut olunmadığından tələb bu hissədə rədd olunmalı, həmçinin iddia qismən təmin edildiyindən MPM-in 119-cu maddəsinə əsasən vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi tələbi də rədd edilməlidir.

29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 421-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

30. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi, bu mümkün deyilsə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində qeyriyaşayış sahəsinin qiyməti 36.600 manat olmamış, təxminən 90.000 manata yaxın olmuşdur. Heç kim, 90.000 manata yaxın olan bir əmlakı 36.600 manata satmaz. Mübahisəli alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixində bağlanmış, iddiaçı isə həmin tarixdən 4 il sonra məhkəmədə iddia qaldırmışdır. Əgər həmin alqı-satqı formal müqavilə deyildisə, yəni Zaurun verdiyi 20 000 ABŞ dolları pulun təminatı kimi bağlanmış bir müqavilə deyildisə, onda nə üçün iddiaçı həmin müqavilə bağlanandan sonra 4 il gözləmiş və daha sonra, yəni 2019-cu ildə Zaur vəfat edəndən sonra məhkəmədə iddia qaldırıb həmin əmlakı tələb etmişdir. xx.xx.2016-cı il tarixində 36.600 manat ABŞ dolları məzənnəsi ilə 21.500 ABŞ dolları olmuşdur. Həmin alqı-satqı müqaviləsi Zaur ilə Emil arasında olan 20.000 ABŞ borc pulun təmin olunması üçün bağlanmış, yəni formal xarakter daşımışdır. Bunlardan başqa, qəbzdən pulun Cavabdeh tərəfindən məxaric olunması təsdiq olunmamışdır. Böyük bir ehtimalla pul Zaur tərəfindən mədaxil edilmiş və onun tərəfindən də məxaric olunmuşdur. Məhkəmələr iddia müddətinin ötürülməsi ilə bağlı verilən ərizəyə heç bir münasibət bildirməyərək qanunvericiliyi pozduğu kimi, həm də Azərbaycan Respublikası Mülki 372-ci, 373-cü, 1095-ci və digər maddələrini digər qanunvericilik aktları pozmuşdur.

32. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 4878/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov).

33. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, ilk və qarşılıqlı iddia tələbləri xx.xx.2016-cı il tarixli müqavilələrlə bağlıdır. İddiaçı bildirir ki, sözügedən qeyri-yaşayış binası qanunsuz yollarla başqa şəxsə satıldığından mənzilin alınması üçün ödədiyi vəsait ona qaytarılmalıdır. Cavabdeh bildirir ki, onlar arasında bağlanmış borc və alqı-satqı müqavilələri tamamilə formal (uydurma) olmuş, alqı-satqı müqaviləsi borc müqaviləsinin təminatı qismində bağlanmış, həmin borc 2018-ci ildə tam həcmdə ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni iddiaçının məhkəmə iclasında verdiyi izahatla əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbləri əqddən irəli gələn tələblər olduğundan ilk növbədə həmin əqdlərin etibarlı olub-olmamasına qiymət verilməlidir. Əqdin etibarlı olub-olmamasına qiymət verilərkən nəzərə alınmalı olan hallar bunlardan ibarətdir ki, iddiaçı iddia ərizəsində cavabdehin kredit müqaviləsi üzrə bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında kredit müqaviləsinin formal olaraq, yəni ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlandığını, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları vermədiyini bildirmişdir. Digər tərəfdən, borc müqaviləsinə dair notariat işinin surətindən 25.000 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən olunmamışdır. Həmçinin, hər iki müqavilə eyni tarixdə bağlanmış, nəticə etibarilə borclu (cavabdeh) borc aldığı gün öz daşınmaz əmlakını borcverənə (iddiaçıya) satmışdır. Buna görə də, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən olunması vasitəsilə alqı-satqı müqaviləsinin alınmış borcun təminatı qismində bağlanıb-bağlanmamasına hüquqi qiymət verilməlidir. Bununla yanaşı, alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarından iddiaçının daşınmaz əmlakın onun adına qeydiyyata alınması üçün dövlət reyestrinə müraciət etməsi müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, tərəflərin sonrakı hərəkətləri müqavilənin təfsiri zamanı nəzərə alınmalı olan haldır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin etibarsız sayılmasına dair nəticəyə gələrkən yalnız iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahata əsaslanmış, bununla da sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan digər sübutları nəzərə almadan, iddiaçının izahatını digər sübutlarla yanaşı qiymətləndirmədən, iddiaçının öz leyhinə verdiyi izahata əsaslanmaqla və iş materiallarında olan digər sübutları təkzib etməklə borc müqaviləsinin etibarsız sayılması barədə nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsindən kassasiya şikayəti verilməməsinə baxmayaraq, ilk və qarşılıqlı iddia tələbləri bir-biri ilə bağlı və bir-birindən asılı tələblər olduğundan həmin tələblərə birlikdə yenidən apellyasiya instansiyası məhkəməsinin icraatında baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq ilk və qarşılıqlı iddia tələblərinə baxmalı və tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

35. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4 340.1, 404.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələrinə də istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvan 1 ünvanında yerləşən 29.1 kv.m olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixdə çıxarış itdiyi üçün həmin ünvana dair Cavabdeh dublikat almışdır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin dövlət notariusu tərəfindən təsdiqlənmiş 4Ə-438 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, həmin ünvana dair Bakı şəhəri 14 saylı DNK-da Cavabdeh ilə İddiaçı arasında bağlanmış 4Ə796 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilə arxiv qovluğunda mövcuddur, lakin müqavilənin ləğv edilməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.

37. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 Zaurdan aldığı pulu qaytardığını, pulu alanda iştirak etmədiyini, lakin pulun qaytarılmasında iki dəfə iştirak etdiyini qeyd etmiş, sözügedən obyektin bütün işləri ilə o, məşğul olduğundan Emilin obyekti ona bağışladığını bildirmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1658/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov).

39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxslərə aid edilməlidir. Hazırda məhkəmədə mübahisələndirilən hər iki tələb borc məbləği ilə bağlı idi ki, həmin borcla bağlı kredit müqaviləsi üzrə icra qeydi olan icra sənədi verilmiş, bu icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı tədbirlər görülmüş və nəticədə icra icraatına xitam verilmişdir. xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma (başqa münasibətləri pərdələyən) alğı-satqı və borc müqavilələri üzrə tələblərlə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Bununla belə qeyd edilmişdir ki, münasibətlər digər mərhələyə, yani borc üzrə icra qeydinin verilməsi mərhələsinə qədəm qoymuşdur. İlk iddia üzrə alğı-satqı müqaviləsinin ləğvi əsasları orada ödənilməsi etimal edilən, lakin əslində borc müqaviləsi üzrə pul vəsaitinin geri qaytarılması mümkünsüzlüyü olmuşdur ki, pulun qaytarılması barədə artıq icra sənədi mövcuddur. Bundan əlavə qeyd edilməlidir ki, əlavə faktlar və yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Yeni apellyasiya icraatı zamanı dinlənilən şahidin ifadəsinin subut qismində mümkünlüyü və ümumiyyətlə aidiyyəti müəyyən edilməmişdir. Belə ki, borc üzrə icra sənədi olan notariusun icra qeydi verilmiş və hazırki qarşılıqlı iddia üzrə qeyd edilən icra qeydi mübahisələndirilməmişdir. Qeyd edilməlidir ki, notariusun icra qeydi üzrə icra sənədinin icra edilməsi mümkünsüzlüyü ilə bağlı verilmiş ilk iddia üzrə tələbin səbəbi təminatın düzgün rəsmiləşdirilməməsi və icra məmuru tərəfindən vəzifələrinin düzgün yerinə yetirilməməsi ola bilər. İlk tələb üzrə hüquqi cəhətdən qüvvədə olan alqı-satqı müqaviləsinin mövcudluğuna qiymət verildikdə belə, daşınmaz əmlakın məhz satıcı tərəfindən dövlət reyestrində qeydiyyatının gecikdirilməsi sübuta yetirməmiş, əksinə, alqı-satqı müqaviləsinin dövlət reyestri xidmətində mövcud olduğu təqdirdə alıcı müvafiq qeydiyyatların aparılması üçün müvafiq müraciətlər etməmiş, özünün qəbul etmə vəzifəsini icra etməmişdir. Qarşılıqlı tələbin pul hissəsi isə aydın olmadığından və sübuta yetirilmədiyindən, habelə borc muqaviləsi ilə bağlılığı etimal edildiyindən o hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə kollegiyası məqbul hesab etmişdir.

40. Apellyasiya instasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1,163.2, 164.1, 164.2, 165.1,165.2, 351.1, 351.2, 351.3, 351.5, 354.1,354.2, 446.9, 648.1,648.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 3328/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1658/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər X11 (məruzəçi), X12 və X21).

43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi işə kassasiya qaydasında baxmış əvvəlki məhkəmə tərkibinin məcburi göstərişlərini tam icra etməmiş, göstərişlərin icrası üçün kifayət qədər araşdırma aparmamış, öz qətnaməsini göstərişlərə uyğun əsaslandırmamışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ilk iddia üzrə iddiaçının yekun tələbi “xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilərək, 36 600 manat ödənilmiş vəsaitin Cavabdeh tutulması” barədə olduğu halda, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “xx.xx.2016-cı il tarixli borc müqaviləsi üzrə ödənilmiş 36.600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair ilk iddia tələbinin təmin edilməməli olduğunu hesab edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “xx.xx.2016-cı il tarixli müqaviləsi üzrə ödənilmiş 36.600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” barədə ilk iddia tələbinin təmin edilməməsini qət edərək iddia tələbindən kənara çıxmış, ilk iddia üzrə iddiaçının “xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilərək, 36.600 manat ödənilmiş vəsaitin Cavabdeh tutulması” tələbi üzrə qətnamə qəbul etməmişdir. Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.

ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı tərəfin apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazı iddia ərizəsinin və tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, ilk iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bağlanmışdır və daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə qarşı tərəfə verilmiş pul məbləği məhz kredit müqaviləsində göstərilən məbləğdir. Bu məbləğdə bugünədək İddiaçı qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

46. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin, apellyasiya şikayətinin, habelə qarşı tərəfin apellyasiya şikayətinə qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

51. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

Apellyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

55. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə tərəflərdən hər ikisi də apellyasiya şikayət verdiyindən, apellyasiya şikayətlərinə uyğun olaraq qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk və qarşılıqlı iddialar rədd edilməlidir.

57. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə “xx.xx.2016-cı il tarixli borc müqaviləsi üzrə ödənilmiş 36.600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə hüquqi qiymət verərək, məhz bu tələbin təmin olunmaması qənaətinə gəlmişdir. Halbuki, ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili tərəfindən ilk iddia bir neçə dəfə dəyişdirilmiş və sonuncu dəfə, yəni xx.xx.2021-ci il tarixdə “xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilərək, 36.600 manat ödənilmiş məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbi irəli sürülmüşdür. Hüquqi nəticə etibarı ilə ilk iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş və real olaraq hüquqi qiymət verilməli olan tələb üzrə qətnamə çıxarılmamışdır. Bu halın mövcudluğu artıq qətnamənin həmin hissədə ləğv edilməsini və qeyd edilən tələbə hüquqi qiymət verilməsini şərtləndirir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsində İddiaçı 25.000 ABŞ dolları məbləğində pulu Cavabdeh borc verdiyi, sonuncunun isə həmin məbləğdə krediti xx.xx.2017-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Tərəflər krediti faizsiz verilməsini şərtləşdirmişdilər. Bu müqavilədə göstərilən məbləğin Cavabdeh verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. Həmin tarixdə eyni notariat kontorunda (Bakı şəhəri 14 saylı Notariat kontoru) bu tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsində Cavabdeh mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,1 kv.m. olan qeyri-yaşayış binasını 36.600 manat məbləğində pula İddiaçı satdığı, sonuncunun isə həmin məbləğə aldığı, habelə Cavabdeh bu əmlakı xx.xx.2017-ci il tarixədək İddiaçı təhvil verməyi öhdəsinə götürdüyü göstərilmişdir. Lakin sonradan bu əmlak Cavabdeh tərəfindən X8 bağışlanmış və xx.xx.2017-ci il tarixdə sonuncunun bu əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

59. Hazırda İddiaçı tərəfi xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bağlandığını, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə qarşı tərəfə verilmiş pul məbləğinin də məhz kredit müqaviləsində göstərilən məbləğ olduğunu, bu məbləğin bugünədək ona ödənilmədiyini, əmlakın da ona təhvil verilmədiyini, sonradan əmlakın digər şəxsin adına rəsmiləşdirdiyini iddia edir və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini və 36.600 manat məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. Cavabdeh qeyd edilən kredit, habelə daşınmaz əmlakın alqı-atqı müqavilələrinin tamamilə formal (uydurma) olduğunu, bu müqavilələr üzrə ona hər hansı məbləğdə pulun verilmədiyini, onun İddiaçı faktiki nikah münasibətlərində olduğu (uşağına münasibətdə atalığı da müəyyən edilmişdir) və 2019-cu ilin yanvar ayında vəfat etmiş X20 20.000 ABŞ dolları məbləğində borcunun olduğunu və bu məbləği də 5.000 ABŞ dolları faiz məbləği ilə birlikdə ona 2018-ci ildə tam həcmdə geri qaytardığını bildirir və borc müqaviləsinin etibarsız hesab edilməsini, faiz qismində ödədiyi 5.000 ABŞ dollarının, 400 manat hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir.

60. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən vurğulayır ki, onların bu müqavilələr bağlandığı tarixdən əvvəl biri-birini tanıması, habelə müqavilələr bağlandıqdan əvvəl və sonra ünsiyyətdə olması, o cümlədən İddiaçı xx.xx.2020-ci il tarixədək (kredit müqaviləsinə əsasən icra qeydinin verildiyi tarix) Cavabdeh qarşı bu müqavilələr üzrə hər hansı tələb irəli sürdüyü müəyyən edilmir. Hər ikisi biri-birini X26 adlı şəxs vasitəsi ilə tanıdığını etiraf edir, lakin müqavilələr imzalandığı xx.xx.2016-cı il tarixindən başqa aralarında mübahisə yarananadək onların hər hansı formada təmasda və ya ünsiyyətdə olduqları öz təsdiqini tapmır. Belə ki, İddiaçı məhz bu mövqedən çıxış edərək, əvvəllər qarşı tərəflə normal münasibətlərdə olduğunu bildirsə də, bu barədə fikir söyləməklə kifayətlənir və bununla bağlı hər hansı sübut təqdim etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubunu əldə edənədək, İddiaçı bu əmlakın digər şəxsin adına rəsmiləşdirilməsindən ümumiyyətlə məlumatının olmadığı müşahidə olunur. Bu məlumatdan sonra da İddiaçı mülkiyyətçini müəyyən edə bilmir. Bu səbəbdən iddiası üzrə ilkin olaraq “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2016-cı il tarixdən sonrakı müddət ərzində bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi” tələbini irəli sürmüş və nəticədə konkret müqaviləyə istinad edə bilməmişdir. Onun belə bir məzmunlu izahatı Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Qeyd edilənlər mübahisə yarananadək həmin əmlakın nəinki İddiaçı istifadə və sahibliyinə olmadığını, ümumiyyətlə onun bu əmlak barədə hər hansı məlumat və marağının olmadığını təsdiq edir. Halbuki, bu davranış birmənalı şəkildə 36.600 manat məbləğində pul ödəməklə həmin əmlakı almış şəxsin həm maraqlarına, həm də davranışına ziddir. İddiaçı ötən dövr ərzində belə bir davranışının (hərəkətsizliyinin) istinad etdiyi X15 tapşırıqlarından irəli gəldiyini də söyləmir.

61. Bununla belə, məhkəmə kollegiyası tərəflərin izahatını, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi onun tərəflərinin əsl hüquqi niyyətlərini əks etdirmir və müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun deyil.

62. Hüquqi nəticə etibarı ilə xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi görüntü üçün, həqiqətdə həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təminat altına almaq məqsədi ilə bağlanmış və bu baxımdan ipoteka müqaviləsini pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Bu müqavilə üzrə də ipoteka saxlayan tərəfindən ipoteka qoyana hər hansı məbləğdə pulun verilməsi nəzərdə tutulmur. Qeyd edilənlər öz növbəsində həmin müqavilə üzrə həqiqətdə Cavabdeh nəinki 36.600 manat, ümumiyyətlə hər hansı məbləğdə pulun verilmədiyini, müqavilənin yalan əqd olduğunu, borc müqaviləsindən irəli gələn öhdəlikləri təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan əhəmiyyətsiz olmaqla, etibarsız olmasını təsdiq edir.

63. Bu baxımdan həmin müqavilə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir) formal baxımdan əməl olunmuşdur. Halbuki, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Əks mövqe, yəni zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə “əqdlərin etibarsızlığı” institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.

64. Bu müqavilənin etibarsız olması həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, həmçinin, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə də təsdiq edilir. Belə ki, ümumi mənzərəyə əsasən 36.600 manat məbləğində pul vəsaiti ödəməklə əmlak almış və müqavilə şərtlərinə görə xx.xx.2017-ci il tarixədək həmin əmlakı qəbul etməli olduğunu bilən İddiaçı iddia qaldırılanadək, yəni 3 il ərzində nəinki ödədiyi pulu istəməmiş, hətta müqaviləyə uyğun olaraq mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmağa belə cəhd göstərməmiş, ümumiyyətlə əmlakın müqqədaratı ilə maraqlanmamışdır (60-cı bənd). Cavabdeh bu əmlakı xx.xx.2017-ci il tarixdə başqa bir şəxsə bağışlamasına baxmayaraq, bu barədə yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubdan sonra məlumat almışdır.

65. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin həm hazırki işdə İddiaçı ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasını tələb etmir, həm də ipoteka müqaviləsindən irəli gələn prosedura riayət edilməmişdir. Bundan başqa, bu əmlak xx.xx.2017-ci il tarixdən başqa bir şəxsin mülkiyyətindədir. Bu səbəbdən mövcud vəziyyətdə ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edən qaydaları tətbiq etmək mümkün deyildir.

66. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə əsasən tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi həmin tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bağlanmış və bu qaydada əmlak öhdəliklərin təminatı olaraq bir növ İddiaçı qarşısında yüklü edilmişdir. Belə bir müqavilənin mahiyyəti və məqsədi, habelə məhkəmə kollegiyasının 60-65-ci bəndlərdə nümayiş etdirdiyi hüquqi mövqe bu müqavilə üzrə hər hansı məbləğdə pulun Cavabdeh verilmədiyini təsdiq edir. Hüquqi nəticə etibarı ilə həmin müqavilə yalan əqd olmaqla, əhəmiyyətsizdir, hər hansı hüquqi nəticələrə səbəb olmur. Bu da öz növbəsində bu müqavilənin ləğv edilməsini və müqavilədə göstərilən 36.600 manat məbləğində pulun tutulmasını istisna etməklə İddiaçı iddiasının rədd edilməsini şərtləndirir.

67. Məhkəmə kollegiyası ilk iddia ilə bağlı mövqeyini də nəzərə alıb qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh nəinki 25.000 ABŞ dolları, hətta hər hansı məbləğdə pulun borc verilmədiyi artıq işin mübahisəsiz halıdır. Halbuki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhz bu müqavilədən irəli gələn və Cavabdeh tərəfindən müqavilənin predmeti olan 25.000 ABŞ dolları pulun ödənilməsindən ibarət olan öhdəliklərin icrasının təminatı olaraq bağlanmışdır. Burdan belə qənaətə gəlmək olur ki, tərəflər iradə ifadələrini bildirməklə öz aralarında yazılı kredit müqaviləsi bağlamışlar və həmin müqaviləni notarial qaydada təsdiq etmişlər. Lakin nəticə və məbləğ etibarı ilə həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə pul verilməmişdir. Bu baxımdan sonuncunun həmin müqavilə üzrə hər hansı məbləği qaytarmaq öhdəliyi yaranmamışdır. Başqa sözlə, kredit müqaviləsi üzrə öhdəlik icra edilməmişdir ki, bu da öz növbəsində bu müqavilənin etibarsız hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsas yaradır və qarşılıqlı iddianın bu hissədə rədd edilməsini şərtləndirir.

68. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qarşılıqlı iddia üzrə borc məbləğinin 20.000 ABŞ dolları olduğu, həmin məbləğin borc qismində X13 alındığı və 2018-ci il tarixdə bu məbləğin qaytarıldığı və əlavə olaraq 5.000 ABŞ dolları faiz məbləğinin ödənildiyi, bu halları sübut edən “whatsapp” yazışmasının olduğu bildirilsə də, bununla bağlı hər hansı sübut, o cümlədən yazışma təqdim edilmir. Nəticə etibarı ilə X26 ilə olan borc münasibətlərinin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə hər hansı əlaqəsinin olduğu, o cümlədən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin Cavabdeh ilə X26 arasında yaranmış borc münasibətlərini pərdələyən, yalan əqd (bu baxımdan borcun etirafı müqaviləsi) olması müəyyən edilmir. X15 2019-cu ilin yanvar ayında ölməsi qeyd edilən məsələlərə onun münasibətinin örənilməsini qeyri-mümkün edir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın, o cümlədən bu iddia üzrə “kredit müqaviləsinin etibasız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblər olan “vurulmuş 5.000 ABŞ dolları zərərin, vəkilə çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələblərinin rədd edilməsini şərtləndirir.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia ürə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. İlk və qarşılıqlı iddiaların, habelə apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia ürə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pulun tutulması” tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilənin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İddia və qarşılıqlı iddianın, habelə apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar