Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5280/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, Cavabdehin Cavabdeh2 QSC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 və Cavabdeh2 X11, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Bnəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X21 küçəsi ev 3/33-də yerləşən 35 nömrəli mənzilin satılmasına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X10 2014-cü ildə Cavabdeh2 X8 aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 36 (otuz altı) ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu kreditin təminatı kimi də onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X21 küçəsi, ev 3/33-də yerləşən 35 nömrəli mənzil girov qoyulmuşdur. Kredit götürülən şəxs tərəfindən həmin kredit müqaviləsi üzrə ödənişlərin xeyli hissəsi icra olunmuşdur. Lakin, ABŞ dollarının Azərbaycan manatına məzənnəsinin kəskin şəkildə artması ilə əlaqədar kredit müqaviləsi üzrə ödənişlərdə çətinliklər yaranmışdır. Ona görə də həmin kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr olmuşdur. Cavabdeh2 X2ra qarşı Qaradağ Rayon Məhkəməsinə verdiyi iddia ərizəsindən də görünür ki, bankdan götürülmüş həmin məbləğin yarısından çox hissəsi geriyə qaytarılmışdır. Həmin kredit müqaviləsi ilə əlaqədar bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək onlardan 76.396 (yetmiş altı min üç yüz doxsan altı) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmiş və tutmanın onun mülkiyyətində olan həmin mənzilə yönəldilməsi göstərilmişdir. Bununla əlaqədar məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra icraya yönəlmiş və icra şöbəsi tərəfindən həmin mənzilin satılması ilə əlaqədar cavabdeh olan hərrac mərkəzinə sifariş verilmişdir. Lakin əfsuslar olsun ki, mülkiyyətində olan mənzilin hərracda satılması qanunvericiliyin tələblərini kobud şəkildə pozulması ilə aparılmışdır. Belə ki, həmin hərracın təşkilindən və keçirilməsindən ümumiyyətlə onun və bu iş üzrə digər cavabdehlərin məlumatı və xəbəri olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onun adına yazılmış bütün bildirişlər özəl şirkət olaraq fəaliyyət göstərən "’Express poçt” vasitəsi ilə göndərilmişdir. Bu bildirişlərin dövlət poçtu olan “Azərpoçt” vasitəsilə deyil, özəl şirkət vasitəsi ilə göndərilməsi də həmin bildirişlərin həqiqətən ona göndərilməsini şübhə altına alır. Dövlət poçtu vasitəsilə göndərilən məktublarda onların göndərən şəxs tərəfindən hansı vaxtda poçta təhvil verilməsi və göndərilən tərəfə nə vaxt çatması ciddi şəkildə qeydiyyata alındığı üçün dövlət poçtu vasitəsilə göndərilən məktubların etibarlılığı özəl şirkətə nisbətən daha çoxdur. Bundan başqa bu iş üzrə ondan başqa da dörd nəfər cavabdeh olduğu halda və həmin şəxslərin də hər birininn müxtəlif ünvanlarda qeydiyyatda olduqları halda onların da heç biri bu hərraclar barəsində məlumatlandırılmamışlar. Həmçinin, bu iş üzrə hərrac mərkəzinə göndərilən sifariş məktubunda və icraata başlamaq haqqında qərarda bu işdə adları gedən bütün şəxslərin mobil əlaqə nömrələri və mənzil nömrələri göstərilsə də, hərrac mərkəzi tərəfindən bu şəxslərin heç birinə mobil telefon vasitəsilə zəng vurularaq əlaqə saxlanılmamış və ya sms məlumat göndərilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(002)-2139/2017 nömrəli qətnaməsi ilə cavabdehlər X4, İddiaçı və X5 müştərək qaydada 05R000010234 nömrəli kredit razılaşması üzrə cəmi 62.033,29 (altmış iki min otuz üç dollar iyirmi doqquz sent) ABŞ dolları məbləğində borc və 005R********** nömrəli kredit razılaşması üzrə cəmi 14.362,89 (on dörd min üç yüz altmış iki dollar) ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 76.396,18 (yetmiş altı min üç yüz doxsan altı dollar on səkkiz sent) ABŞ dolları məbləğində borc pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 21 (iyirmi bir) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı Cavabdeh2 X9 xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X21 küçəsində istifadədə olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,56 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına iddaçı Cavabdeh2 X11 ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər X4, İddiaçı və X5 ümumi qaydada tutularaq iddiaçı Cavabdeh2 X9 xeyrinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, X21 küçəsində istifadədə olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,56 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 (bir) ay sonra İddiaçı, X16 və X14 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməmə, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlər X4, İddiaçı və X5 müştərək qaydada 25 (iyirmi beş) manat, iddiaçı Cavabdeh2 X8 25 (iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə keçirilməsi qət edilmiş, müvafiq icra şöbəsinin xx xxxx 2018-ci il tarixli xx/xx-320913-16 nömrəli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu X21 küçəsində yerləşən 3/33 nömrəli evin 35 nömrəli mənzilin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxxxxxx 2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Quliyeva X1 hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş hərraclarla bağlı məlumatı olmadığından, hərracın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və cavabdehin nümayəndəsinin izahatını müzakirə edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, qanunvericilikdə hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmuşdur. Həmin bildirişin iddiaçının apelyasiya şikayətində istinad etdiyi dəlili kimi dövlət poçtu vasitəsiylə göndərilməli olmasının vacibliyi göstərilməmişdir. İş materiallarında olan poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildirişlər xx xxxxxx 2018-ci il və xx xxxxxxxx 2018-ci il tarixlərində İddiaçı və digər bocluların ünvanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilmişdir. Göründüyü kimi, poçt qəbzlərinin mövcudluğu İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X21 küçəsində yerləşən 3/33 nömrəli evin 35 nömrəli mənzil ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlərin iddiaçının qeydiyyatda olduğu ünvana göndərildiyini sübut edir. Bundan əlavə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, keçirilmiş hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş və iddiaçı əmlakının hərraca çıxarılmasından məlumatlı olduğu üçün həmin elanları izləmək imkanında olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının ləngiməsinə, təkrar hərracların keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X6 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5280/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5280/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver