Məhkəmə qərarları › İş №2(103)-5281/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5281/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5281/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Eyvazov (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1281/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Afşaran-A" MMC ilə X5 araslnda ünvan 1 ünvanında yerləşən binada, 5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ile əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli, 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "payçı" qismində İddiaçı ilə "icraçı” qismində Cavabdeh1 MMC arasında 06 dekabr 2018-ci il tarixində "Mənzil tikintisi haqqnda" 074 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Abşeron RHİB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili ray kimi payçıya verməyi öhdəsinə götürmüş və müqavilənin 1.2-ci bəndinə əsasən “payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-3.3-cü bəndləri ilə mənzilin sahəsi 120.69 kvm., mənzilin 1 kv.m. Dəyəri 331 manat, mənzilin ümumi dəyəri 40.000 manat müəyyən edilmiş, 3.4-cü bəndi ilə "payçı"nın ilkin olaraq 27.000 manat avans ödəməsi şərtləşdirilmiş, 3.5-ci bəndi ilə “payçı”nın hər ay 2167 manat ödəniş edəcəyi və 3.6-cı bənd ilə kreditin müddətinin 6 ay olduğu təsbit olunmuşdur. İddiaçı tərəfindən MMCyə müqavilə bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə 27.000 (iyirmi yeddi min) manat ödəniş edilmiş, qalan mebləğ isə vaxtlı-vaxtında cavabdehə ödənilmişdir. Bu fakt cavabdeh "xxxx" MMC-tərəfindən onun öz möhürü ile təsdiq olunmuş 12 yanvar 2021-ci il tarixli "Maliyyə Arayışı” ilə də təsdiq olunur. Həmin Arayışda cavabdeh MMC təsdiq edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirketine məxsusdur. Bu binanın 5-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kvm olan 3 otaqlı, 329 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 40000 manat ödənilmişdir. Arayış "xxxx" MMC-nin direktoru Tağıyev R.N tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Bütün bunlara baxmayaraq qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı tərəfindən Abşeron rayon məhkəməsində cavabdeh "xxxx" MMC-ye qarşı "mənzilin təhvil verilməsi" barədə iddia qaldırılmış və həmin iddia Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 546/2022 saylı qətnaməsi ilə təmin olunub, Sumqayıt Apellyasiya Mahkemesinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 saylı qatnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarı ilə Sumqayıt Apeliyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)- 1620/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İddiaçının Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)- 3971/2023 saylı qərarından məlumatı olmamış və ona bu barədə hazırkı iddia üzrə 2-ci Cavabdeh2 məlumat vermişdir. Belə ki, 2023-cü ilin may ayının 4-da Cavabdeh2 ona mobil telefonla zəng edərək Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunduğunu bildirib, qərarın bir surətini də iddiaçıya göndərmişdir. Bundan sonra iddiaçı tərəfindən Ali Məhkəməyə əlavə kassasiya şikayəti verilmiş, lakin həmin şikayət təmin olunmamış, Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)- 235/2023 saylı qərardadı ilə Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli, 2(102)- 3971/2023 saylı qərarından Ali Məhkəmənin Plenumuna təqdimat verilməsindən imtina olunmuşdur. Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)-235/2023 saylı qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, apellyasiya və kassasiya instansiyaları tərəfindən müvafiq qərarların qəbul edilməsi İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X5 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Məmmədli Müzəffər oğlu arasında bağlanmış (yenilənmiş) müqavilələri müstəqil şəkildə mübahisələndirmək imkanından məhrum etmir. Məhz bundan sonra iddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsində hazırkı iddia üzrə cavabdehlərə qarşı "əqdin etibarsız hesab olunmasına dair" iddia qaldırmış və həmin iddiaya əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan "mənzil tələbi"nə dair iş üzrə icraat dayandırılmışdır. Sonradan müəyyən dəqiqləşdirmələr aparılması zərurəti yarandığından iddia ərizəsini geri götürmüş və bu gün yenidən həmin iddia ilə məhkəməyə müracət edir. İddiaçı tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) ya ilk olaraq Abşeron RİHB-nın 147 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Xırdalan şəhəri H.Əİiyev pr-ti ilə Mehdi Hüseynzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli bina tikintisinə icazə verilmiş və sonradan, yəni 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamla "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq həmin ünvanda "xxxx" MMC-yə həmin ünvanda planlaşdırılmış bloklardan A və B bloklarının tikintisinə icazə verilmişdir (sərəncamın və müraciətin surətləri əlavə olunur). Cavabdehlərdən X5 ilə "xxxx" (indiki "xxxx" MMC) MMC arasında mənzil tikintisi ilə əlaqədar müqavilə 02 iyun 2016-cı il tarixdə bağlanmış və həmin müqavilədə "xxxx"MMC Abşeron RİHB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən binada 5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə tikintinin hər bir kvm-nin qiyməti 650 manat müəyyən olunmuşdur. Yuxanda qeyd edildiyi kimi də iddiaçı ilə də “FAM-88"MMC arasında eyni mənzilə müqavilə bağlanılmışdır. Maraqlı cəhət ondan ibarətdir ki, Abşeron RiHB-nın 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamı ilə "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq ona ünvan 1 ünvanında planlaşdırılmış bloklardan A ve B bloklarının tikintisinə icazə verilmişdir. Sual olunur, onda nədən vətəndaşlarla 5-ci blokda yerləşən mənzillərə dair müqavilələr bağlanır. İddiaçıda olan məlumata görə X5 tikintinin dəyərini ödəməmişdir. Bundan başqa bildirir ki, X5 ilə "xxxx" MMC arasında həmin binada qeyri-yaşayış sahəsi üzrə məhkəmə mübahisəsi (qeyri-yaşayış tikintisi haqqında xx.xx.2017-ci il tarixli, 148 saylı müqavilənin etibarsız sayılması haqqında) da olmuşdur və həmin mübahisənin məğzində X3 tikintinin dəyərini ödəməməsi olmuşdur. "xxxx" MMC iddia etmişdir ki, X5 qeyri-yaşayş sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və bu barədə onunla bağlanmış müqavilə zorla, yani hədə-qorxu yolu ilə bağlanılmışdır. Bir faktı da qeyd edir ki, Cavabdeh1 MMC-nin iddiaçıya aid olan sənədləri (müqavilə, maliyya arayışı və s) "xxxx" MMC-nin direktoru kimi X9 tərəfindən imzalanmışdır. Buna baxmayaraq həmin Cəmiyyətin X4 aid sənədləri (müqavilələr) Cəmiyyətin direktoru kimi X2 adlı şəxs tərəfindən imzalanmışdır. Hesab edir ki, cavabdehlər arasında imzalanmış müqavilələr sonradan formal olaraq bağlanmış və məqsəd iddiaçını mülkiyyətimdən məhrum etmək olmuşdur. Yuxanda qeyd olunanlara əsaslanaraq iddiaçı hesab edir ki, "xxxx" MMC ilə X5 arasında bağlanılmış 02 iyun 2016-cı il tarixli 044 saylı müqavilə və həmin müqavilənin yenilenmesi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilələr formal xarakterə malikdirlər bu baxımdan etibarsız hesab edilməlidirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1281/2024 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmamışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin lğv olunması və iddia tələbinin təmin olunması barıədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında İddiaçı Cavabdeh1 MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair 2(105)-104/2024 saylı mülki iş vardır və həmin iş üzrə icraat hazırki işə baxılanadək dayandırlmışdır. İddiaçı məsələyə münasibətindən bildirmişdir ki, həqiqətən onun birinci iddiası üzrə icraat hazırki işə baxılması ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dayandırılmışdır. Hər iki mülki iş üzrə mübahisə eyni mənzillə bağlıdır. Hesab edir ki, işlərin birləşdirilərək bir icraatda baxılması mübahisənin daha tez və hərtərəfli həllinə imkan verər. Bu səbəbdən də, hazırki mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan onun Cavabdeh1 MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair 2(105)-104/2024 saylı mülki işlə birləşdirilərək birlikdə baxılması üçün həmin məhkəməyə göndərilməsinə etiraz etmir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 5281/2024 saylı mülki iş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh1 MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair 2(105)-104/2024 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Azərbaycpan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 43.1-ci maddəsinin tələbinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər iki iş üzrə iddiaların mahiyyəti eyni mənzillə bağlı olmaqla, iddiaçı bir iddiada mənzilin ona təhvil verilməsini, digər iddiada isə həmin mənzillə bağlanmış müqavilənin etibarsızlığını tələb etmişdir. Eyni zamanda hər iki iş üzrə işdə iştirak edən şəxslər də eynidir. Məhkəmə kollegiyası hər iki mülki iş üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında sıx əlaqə və bağlılığın olmasını nəzərə alaraq hesab edir ki, mülki işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir. Həmçinin, qeyd edilməlidir ki, digər mülki iş daha əvvəl Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatına qəbul olunduğundan, hazırki mülki iş həmin işlə birləşdirilməsi üçün göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh1 MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair 2(105)-104/2024 saylı mülki işlə birləşdirilərək birlikdə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar