Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-529/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-529/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7478/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı işi ilə bağlı xarici ölkədə olduğu zaman Cavabdeh nümayəndələri tərəfindən yaşayış evinə baxış keçirərək sayğac olmadan müəyyən məbləğ cərimə yazılmışdır. Həmin borclardan onun xəbəri olmamışdır. Həmin mənzili satmaq istəyən zaman Cavabdeh İB-nə sayğac quraşdırılması barədə müraciət etmiş və həmin vaxt onun 11580,80 manat borcunun olduğunu bildirmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evinə sayğacın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYPnin üstü ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 11580,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstündə yerləşən fərdi yaşayış evində (abonent kodu: **********50250) yaşayır. Bir müddət əvvəl Cavabdeh İB-nin əməkdaşı iddiaçıya sayğacını verməyi və əvəzində yeni sayğac quraşdıracaqlarını bildirmişlər. İddiaçı sayğacını onlara təhvil vermiş və onlar sayğac quraşdırılanadək müvəqqəti olaraq rezin borudan istifadə etməyə icazə vermişlər. Amma onlar yeni sayğac quraşdırmamışlar. İddiaçı işi ilə bağlı xarici ölkəyə getmişdir. İddiaçı xarici ölkədə olduğu zaman Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə baxış keçirərək sayğac olmadan müəyyən məbləğ cərimə yazılmışdır. Həmin borclardan iddiaçının xəbəri olmamışdır. Sonradan iddiaçı həmin mənzili satmaq istəyən zaman Cavabdeh İB-nə sayğac quraşdırılması barədə müraciət etmiş və həmin vaxt iddiaçının 11580,80 manat borcunun olduğunu bildirmişlər. İddiaçı həmin evdə yaşadığı müddətdə istifadəyə görə yaranmış borcları aybaay gecikdirilmədən ödəmişdir. İddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(011)- 7478/2023 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********50250) üzrə İddiaçı hesablanmış 11580,80 manat məbləğində borcun silinməsi, İddiaçı məxsus **********50250 nömrəli abonent koduna yeni sayğacın quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulması,124,74 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndi, 6.5-ci bəndi, 66.6-cı bəndi, 6.7-ci bəndi, Mülki Məcəllənin 448.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təqsirli və qanunazidd davranışı nəticəsində Birliyə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfin mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Birliyin əməkdaşları tərəfindən dərhal şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Lakin iddiaçı təkrar-təkrar qaz xəttinə bir neçə dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. Bundan başqa, məhkəmə xx.xx.2022-ci il tarixə saat 12:30-a iş üzrə yerli baxış təyin etmiş, yerli baxışdan 2 saat sonra saat 14:45-ə məhkəmə baxış iclası təyin etmiş və həmin məhkəmə iclasında cavabdeh Birliyin qanunla müəyyən edilmiş qaydada iştirakını təmin etməyərək Birliyin hüquqlarını, habelə mülki prosessual qanunvericiliyin “çəkişmə” və “tərəflərin bərabərlik” prinsiplərini pozmuşdur. Həmçinin, istehlakçı olan iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Belə olan halda Rayon Məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddianı baxılmamış saxlamalı idi, lakin bunu etməmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, “qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması barədə” tələbə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədovun sədrliyi və məruzəsi ilə, Cəmilə Musayeva və Fuad Talışınskidən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli qətnamə qismən, yəni “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə İddiaçı hesablanmış 252 manat məbləğində borcun silinməsi və bununla bağlı silinməli olan ümumi məbləğin müəyyən edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddianın “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 252 manat məbləğində borcun silinməsi barədə” hissəsi təmin edilməmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış borcun silinməli olan ümumi məbləğ 11.328 manat 80 qəpik təşkil edir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur, bununla bağlı iddiaçı ilə Birlik arasında qazın alğısatqısı ilə bağlı müqavilə bağlanmış, həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmış, iddiaçıya **********50250 abunə kodu verilmişdir. Həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır. Birliyin əməkdaşları tərəfindən həmin ünvana ayda 1 dəfə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda qaz sayğacından kənar çəkilmiş qanunsuz qaz xətti vasitəsilə təbii qazdan istifadə olunur. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ilk dəfə xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın həcmi 2.520 kub metr təşkil edir (cild İ, iş v 5-7). İddiaçının ünvanı ilə bağlı isə cavabdeh Birliyin əməkdaşları tərəfindən ümumilikdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın cəmi həcmi 115.880 kub metr təşkil edir. Cavabdeh Birlik tərəfindən iddiaçının ünvanına aid tərtib etdiyi və Rayon Məhkəməsinə təqdim olunmuş “Abonentin saldosundan” görünür ki, qeyd edilən aktlara əsasən əlavə sərfiyyat kimi iddiaçıya cəmi 11.580,80 manat borc hesablanmışdır.
11. Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya hesablanmış 252 manat əlavə sərfiyyat borcu əsassız hesab edilə bilməz. Belə ki, iddiaçının özünün bildirdiklərinə əsasən müəyyən edilir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirdikdən sonra o, təbii qazdan təxminən 1 ay ərzində istifadə etmiş, sonra ölkə hüdudlarından kənara getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçıya hesablanmış 252 manat borcu silməkdə səhv, qalan aktlar əsasında hesablanmış borcu silməkdə isə düzgün nəticəyə gəlmişdir. Bununla da, müəyyən edilir ki, apellyasiya şikayətində iddiaçının Birliyə vurulmuş maddi zərərə görə tam həcmdə məsuliyyət daşıması, lakin işə baxmış Rayon Məhkəməsinin iddiaçıya hesablanmış borc məbləğini tam silməklə iddiaçının mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etməsini bildirsə də, bu dəlil yalnız xx.xx.2020-ci il tarixli akta aid hissəsə əsaslıdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlilinin digər aktlara aid hissəsi isə əsassızdır. Çünki həmin aktlarda göstərilən faktın iddiaçı tərəfindən törədilməsini sübut etmək yükünü daşıyan cavabdeh Birlik bu halı sübuta yetirə bilməmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3298/2023 saylı qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)- 1786/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətinin iddiaçının ünvanına ümumilikdə Cavabdeh İB tərəfindən 6 ədəd qaz sayğacı quraşdırıldığı, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi dövrdə onun ünvanında Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixində quraşdırılmış Smart G4 markalı İtron tipli 1702AZ**********24 nömrəli qaz sayğacının olmasının nəzərə alınmaması barədə dəlillərinə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası iddiaçının özünün bildirdiklərinə əsasən müəyyən etmişdir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirdikdən sonra o, təbii qazdan təxminən 1 ay ərzində istifadə etmiş, sonra ölkə hüdudlarından kənara getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır. Çünki apelyasiya məhkəməsi tərəfin izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilməmişdir. ... Eləcə də apellyasiya instansiya məhkəməsi mülki işə əlavə olunmuş, Cavabdehn əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlara, üzərində çəkilmə saatı, tarixi, koordinatları əks olunmuş fotoşəkillərə Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir...”
c) Proses iştirakçılarının izahatı
15. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə yaşadığı ünvana artıq yeni sayğacın quraşdırılması təmin edildiyindən iddia tələbinin qeyd edilən hissəsindən imtina etməsi barədə ərizə təqdim etmişdir.
16. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
18. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)
22. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)
23. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
24. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
25. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
26. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
27. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
28. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
29. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
30. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
31. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
35. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Lakin bu halda nəzərə alınır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən (Abonent kodu: **********50250) fərdi yaşayış evinə sayğacın quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə həvalə edilməsi hissəsində iddiadan imtina barədə ərizəsinin təmin edilməsi və həmin hissədə qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməldir.
41. Belə ki, kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, işə bundan öncə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin iddiaçının ünvanına ümumilikdə Cavabdeh İB tərəfindən 6 ədəd qaz sayğacı quraşdırıldığı, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi dövrdə onun ünvanında Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixində quraşdırılmış Smart G4 markalı İtron tipli 1702AZ**********24 nömrəli qaz sayğacının olmasını nəzərə alınmaması barədə dəlillərinə hüquqi qiymət verməmişdir.
42. Kassasiya instansiyası məhkəməsi qeyd edilən göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.
43. Həmin rəydə qeyd edilmişdir ki, 1) ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akra əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən evdə 1702AZ**********24 nömrəli G-4 “İtron” markalı smart tipli qaz sayğacı xx.xx.2017-ci il tarixində quraşdırılmışdır; 2) İddiaçı ilə Cavabdeh İB arasında “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə təqdim edilmədiyi üçün G-4 “İtron” markalı smart tipli qaz sayğacının işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün deyil. G-4 “İtron” markalı smart tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismar müddəti 10 il müəyyən edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğalcları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 il müəyyən edilmişdir; 3) Abonentin qaz sərfinə dair saldosundan görünür ki, istehlak olunan təbii qaza görə istehlakçı tərəfindən 2019-2022-ci illər ərzində ödəniş edilməmişdir. Bu səbəbdə də qeyd olunan illər üzrə orta aylıq qaz sərfini müəyyən etmək mümkün deyil.
44. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi məqsədilə ünvana baxış keçirilmişdir. Halbuki, bu məsələ xüsusi bilik tələb etmişdir və məhkəmənin yerli baxışda nəyi müayinə və təsbit etdiyi işdən aydın olmur.
45. Buna görə də, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişləri və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/2097 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və əlavə xətt aşkar edilməmişdir.
47. Həmçinin məhkəmə kollegiyası tərəfindən işin müqayisəli təhlili, yəni iddiaçının xaricdə yaşadığını bildirdiyi son 5 il ərzində, həqiqətən, sözügedən mənzildən istifadə edib-etməməsinin müəyyənləşdirilməsi üçün "xxxx" ASC-yə sorğu ünvanlanmış, sorğuda enerjitəchizatı müəssisəsi ilə İddiaçı arasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən evlə bağlı elektrik enerjisinin alqı-satqı müqaviləsinin olubolmaması, bağlandığı təqdirdə son 5 il ərzində elektrik enerjisinin sərfiyyatına görə məişət abonentinə hesablanmış borclar və həyata keçirilmiş ödənişlər barədə ətraflı məlumatın təqdim edilməsi xahiş edilmişdir.
48. "xxxx" ASC tərəfindən sözügedən sorğuya verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda Səhmdar Cəmiyyətin elektron bazasında İddiaçı abonent olaraq qeydiyyata alınmasına dair hər hansı bir məlumatın aşkar edilmədiyi bildirilmişdir.
49. İş üzrə aparılan araşdırmadan və iş materiallarından görünür ki, iddiaçı, 2019cu ildən 2022-ci ilədək cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etmiş və bildirmişdir ki, sayğacı zədələndiyinə görə cavabdeh birliyin əməkdaşları ona müvəqqəti borudan istifadə etməyi tövsiyə etmiş, yeni sayğa quraşdıracaqlarını bildirmişlər, lakin iddiaçı xarici ölkəyə köçmüş və həmin dövrdən etibarən sayğac quraşdırılmadan qaz sərfiyyatı etdiyinə görə tərtib olunmuş aktlara əsasən ondan 11.580.80 manat borc tələb olunmuşdur.
50. Kollegiya yuxarıda qeyd edilən işin hallarını da nəzərə alaraq ilk növbədə qeyd edir ki, iddiaçı 2019-cu ildə hesablanmış 756 manatın silinməsini tələb etsə də, iş materiallarından görünür ki, cavabdeh birlik tərəfindən iddiaçının sayğac quraşdırılmadan qazdan istifadə etdiyi üçün ilk dəfə akt tərtib edilməsi məhz xx.xx.2020-ci ilə təsadüf edir. Bu da o deməkdir ki, əgər həmin aktda qüsur olmuş olsa idi belə, 2019-cu il ərzində iddiaçıya hesablanan 756 manat borcun qeyd edilən aktlarla və onun qanunsuz tərtib olunması ilə hər hansı bağlılığı yoxdur və aktlardan çox öncə yaranaraq hesablanmış borcdur. Bununla da kollegiya hesab edir ki, 2019-cu il ərzində iddiaçıya hesablanan 756 manat məbləğində borcun aktların tərtib olunmasından öncə hesablandığı, o cümlədən iddiaçının həmin borcun hesablanmasının əsassız olması ilə bağlı digər hər hansı dəlili məhkəməyə təqdim etməməsi səbəbindən iddia tələbinin 2019-cu il üçün hesablanmış 756 manat məbləğində borcun silinməsi hissəsi təmin edilə bilməz.
51. İddia tələbinin 2020-ci il üçün hesablanmış 2563.20 manat məbləğində borcun silinməsi hissəsinə kollegiya münasibət bildirərək qeyd edir ki, yuxarıda vurğulandığı kimi, qeyd edilən 2563.20 manat məbləğində borcun bir hissəsini, daha dəqiq desək, 2020ci ilin ilk 4 ayı üçün hesablanmış 1008 manat məbləğində borc (saldoya əsasən müəyyən edilir) məhz ilk dəfə xx.xx.2020-ci ildə sayğacsız istifadə ilə bağlı aktın tərtib edildiyi vaxta kimi hesablanmış borc olduğundan həmin məbləğin silinməsi yuxarıda göstərilən əsaslandırmaya əsasən təmin edilə bilməz. Həmin məbləğin qalan 1555.20 hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı sayğaca rezin boru taxılmasından qısa müddət sonra xaricə getdiyini və aktların tərtibatından xəbərsiz olduğunu bildirsə də, həmin dövr ərzində, həqiqətən də, ölkə xaricində olması və yeni sayğacın quraşdırılması ilə bağlı təşəbbüs göstərmək imkanında olmamasını sübut edə bilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən də müqayisəli təhlil üçün "xxxx" ASC-yə sorğu ünvanlansa da, hər hansı nəticə əldə edilməmişdir. O cümlədən qeyd edilən hal həqiqəti əks etdirsə belə, iddiaçı özü də sayğac quraşdırılmadan qazdan istifadənin qeyri-qanuni olduğunu bilmiş və bilməli olmuş, xaricə getməmişdən qabaq bu halları nəzərdə saxlayaraq özü də bu barədə birliyin əməkdaşlarına xəbər vermək imkanına malik olmuşdur. Lakin iş materiallarında iddiaçı tərəfindən cavabdehə edilən hər hansı rəsmi müraciət və ya digər tədbirlərə dair sübut aşkarlanmamışdır. Bununla da iddiaçı özü də zərərin böyüməsinə, bir növ, şərait yaratmışdır.
52. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
53. Odur ki, kollegiya qeyd edilənləri nəzərə alaraq iddiaçıya 2020-ci il üçün hesablanmış 2563.20 manat məbləğində borcun hesablanması barədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlir.
54. İddia tələbinin 2021 və 2022-ci illər ərzində hesablanan 8261.60 manat məbləğində borcun silinməsinə münasibətdə isə qeyd edir ki, hər nə qədər iddiaçı xarici ölkəyə getməzdən öncə cavabdeh birliyə sayğacın quraşdırılması ilə bağlı müraciət etməsə də, cavabdeh birliyin də qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri olmuş və zərərin böyüməsinə özləri də şərait yaratmışlar.
55. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
56. Lakin cavabdeh birliyin əməkdaşları qanunvericiliyin yuxarıda qeyd edilən normalarının göstərişlərinə əməl etməyərək qaz xəttini şəbəkədən ayırmamış və bununla da dəymiş zərərin artmasına bilavasitə özləri də təkan vermişlər.
57. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
58. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin 2021 və 2022-ci illər üzrə hesablanan 8261.60 manat borcunun silinməsinin qanunsuz olması ilə bağlı dəlilləri əsassız olmaqla təmin edilməməli, həmin məbləğdə borc silinməlidir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(011)- 7478/2022 saylı qətnaməsi yalnız silinməli olan borc məbləği hissəsində dəyişdirilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DYP-nin üstü ünvanında yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********50250) üzrə İddiaçı 2021 və 2022-ci illər üzrə hesablanmış 8261.60 AZN (səkkiz min iki yüz altmış bir manat altmış qəpik) manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Fərrux Qasımov Günay Axundova