Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5290/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və maraqlı şəxs AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X4rşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X4rşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış birgə nikah dövründə əldə edilən 1995-ci il buraxılışlı “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə xx xxxxxx 1975-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 6 övladları - Cavabdeh2. Cavabdeh5. X2. Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 anadan olmuşdur. B.Ə.Əkbərov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum B.Ə.Əkbərovla birgə nikah dövründə Lənkəran rayonu. Separadi kəndi ərazisində 600 kv.m həyətyanı torpaq sahəsi alınaraq həmin sahədə inşa edilmiş fərdi evi və 1995-ci il buraxılışlı “Mercedes Benz-220" markalı. **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilmiş və həmin əmlaklar X3 adına rəsmiləşdirilmişdir. Miras qalmış əmlaklardan nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi verilmiş, lakin Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli qərarı ilə verilmiş Lənkəran rayonu Separadi kəndi ərazisində 600 kv.m həyətyanı torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd alınmamışdır. Birgə nikah dövründə əldə edilərək miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdeh1nə müraciət etmiş, notariatda vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur. Lənkəran rayonundakı miras əmlakın hüquqmüəyyənedici sənədlərinin təqdim olunması üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X8 zəruri sənədlər göndərilmişdir. Maraqlı şəxs olan təşkilat göndərilmiş sənədin icrasını təmin etmək istəsə də, Cavabdeh2 miras qalmış həmin əmlaka faktiki yerində müayinə keçirilməsi üçün qəsdən şərait yaratmamışdır. Bu səbəbdən də miras əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması Cavabdeh2 təqsiri üzündən mümkün olmamışdır. Miras əmlaka dair mülkiyyət hüquqları haqqında sənəd təqdim edilmədiyindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2165/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “Mercedes Benz- 220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən X5 çatası pay - ½ hissənin ½ hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində çəkişmə prinsipi pozulmuş, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Bundan başqa, iddiaçı məhkəmə iclasında avtomobilin Cavabdeh2 istifadəsində olduğunu demədiyini, həmin avtomobilə dair cavabdehin heç vaxt idarə etmək hüququnun olmadığını, avtomobilin özünün sərəncamında olduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi - vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddianın tam təmin edilməsini xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və maraqlı şəxs AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X10 nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh1 məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı X6 ilə ər-arvad olmuşlar və onların nikahından cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 doğulmuşlar. X6xx xxxx 2018-ci il tarixdə vəfat etmiş, ondan1995-ci il buraxılışlı “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mübahisəli avtomobil iddiaçı ilə mirasqoyanın birgə nikahda olduqları müddətdə əldə edilmişdir və onların ümumi birgə mülkiyyəti olmuşdur. Bundan başqa, onların birgə nikahı dövründə Lənkəran rayonu Separadi kəndi ərazisində mərhum Balaxan Əkbərova ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Qeyd edilən əmlakın DƏDRX-nin ərazi təşkilatının nümayəndələri tərəfindən müayinə olunmasına Cavabdeh2 mane olduğundan, əmlaka dair hüquqların Dövlət Reyestrində qeydiyyata alınması və miras əmlak kütləsinə daxil edilməklə vərəsələr arasında payların müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 öz miras paylarından anaları İddiaçı xeyrinə imtina etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair payların müəyyən olunması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvar (ər), valideynlər (övladlığı götürənlər) aşağıdakılar bərabər pay hüquqlu vərəsə sayılır. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən 600 kv.m. həyətyanı torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, daşınmaz əmlakın miras əmlak kütləsinə daxil edilməsi üçün ona dair hüquqlar dövlət rüyüstrində qeydiyyatına alınmalıdır. Lakin iş materiallarından göründüyü kimi, həmin torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi miras qoyan X3 mülkiyyət hüquqularının Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə payların müəyyən edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək onları qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin həmin tələblə bağlı mövqeyi düzgün olmamışdır. Belə ki, mərhum X3 İ növbəli vərəsələri olan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 miras əmlakdan onlara çatası paydan İddiaçı xeyrinə imtina etmişlər və bu imtinalarını vərəsəliklə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər daxilində notarial qaydada ərizə verməklə rəsmiləşdirmişlər, lakin birinci instansiya məhkəməsi mübahisəni həll edərkən işin bu halını nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən X5 çatası ½ payın 6/7 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2165/2020 saylı qətnaməsi dəyişdirilsin. “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən X5 çatası 1/2 pay hissəsinin 6/7 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5290/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5290/2020
08.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver