Məhkəmə qərarları › İş №2(103)-5290/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5290/2024

06.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5290/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-683/2024 saylı qərardadından Cavabdeh İB-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-683/2024 saylı, 06 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00500 saylı abunə koduna hesablanmış 4.769,28 (dörd min yeddi yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcunun silinməsi, Cavabdehndən 67.69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altmış dörd) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB-nin nümayəndəsi 20 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-683/2024 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-683/2024 saylı qərardadından cavabdehin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 23 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda əsas kimi Cavabdeh İB-nin nümayəndəsinin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılma səbəbinə dair heç bir üzrlü səbəb gətirilə bilməmişdir. Halbuki, hamıya bəlli olan səbəblərə dair sübut gətirməyə ehtiyac yoxdur. Belə ki, nümayəndənin həqiqətən də iş həcminin çoxluğu və Xətai rayon məhkəməsinin icraatında X3 nümayəndə olaraq tək təhkim olunması məhkəmə üçün məchul qalmır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş və cavabdehə sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir. Qətnamədən şikayət verilməsi üçün sonuncu tarix 17 may 2024-cü il olmuşdur. Lakin cavabdeh bir aylıq şikayət müddətini ötürməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə 20 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iş yükünün çoxluğu ilə əlaqədar müddətin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd olunanlara əsasən kollegiya cavabdehin nümayəndəsinin ərizədə qeyd olunan iş yüküknün çoxluğu və bunun məhkəməyə bəlli olması ilə əlaqədar dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf hüquqi şəxsdir. İş yükünün çoxluğu onun iradəsindən kənar, obyektiv baş vermiş hadisə kimi qəbul edilə və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməz. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizədə göstərilmiş səbəblər üzürlü hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB-nin nümayəndəsi X5 tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-683/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar