Məhkəmə qərarları › İş №2(103)-5301/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5301/2021

09.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5301/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçıt Birliyinin Cavabdeh1 qarşı (Cavabdeh2 oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(009)-53/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh1 qarşı (Cavabdeh2 oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçıt Birliyinin istifadəsində olan torpaq sahəsində Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində Cavabdeh1 tərəfindən (cizgidə əlavə olunmuş koordinatlar üzrə) zəbt edilmiş təxminən 3000 kv.m torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması, Cavabdeh1 və başqalarının qanunsuz tikilidən çıxarılması, ödənilmiş dövlət rüsumunun tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçıt Birliyinin NQÇİ-nin (26 Bakı komissarı adına NQÇİ) daimi istifadəsinə neft və qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsinin) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatının həyata keçirir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (399930,3; 4465192,7 koordinatlarda) cavabdehlər tərəfindən zəbt edərək orada özbaşına tikinti işləri aparılmışdır. Aparılan bu tikinti işləri nəticəsində İstehsalat Birliyi və ona aid olan 2467 və 2877 nömrəli işlək neft quyusunda neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Bundan başqa cavabdeh tərəfindən ləğv olunmuş 1830 nömrəli neft quyusunun demək olar ki, üzərində tikinti işləri aparılmışdır. Neft quyularında hər hansı bir qaz sızması baş verərsə bu da həm onun özünə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Torpaq sahəsinin Cavabdeh1 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarının pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(009)-53/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 91.16 manatın iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr xidmətinin hesabına keçirilməsi və ekspertiza tədqiqatının dəyəri 50 manatın iddiaçı SOCAR-ın İddiaçıt Birliyindən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi müəyyən edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən təqdim edilən sənədlər Birliyin mübahisələndirdiyi torpaq sahəsi ilə ziddiyət təşkil edir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, Cavabdeh1 istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ ərazisində yerləşir. İş materiallarında olan məhkəmə tikinti texniki ekspertizasının 23.11.2020-ci il tarixli, 10/2033 nömrəli rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunmuşdur. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 06.10.2020-ci il tarixli, 20 0920 30 3630 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikili 1830 nömrəli ləğv olunmuş neft quyusunun üzərində inşa olunmuşdur. Mübahisəli ərazi 2877 nömrəli işlək neft quyusundan 93 metr, 2467 nömrəli işlək neft quyusundan isə 127 metr kənarda yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi «Bibiheybət» NQÇİ-nin ərazisində yerləşir. İddiaçının iddia etdiyi və göstərdiyi koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Təqdim olunmuş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 02.06.98-ci il tarixli, 10540 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və qeyriləri Bakı şəhəri, Mojayski küçəsi, 8 saylı Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışlar. İş materiallarında olan 26.09.1997-ci il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki , Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 19 may 1998-ci il tarixdə Bakı şəhəri, Mojayski küçəsi 8-də yerləşən tikinti sahəsi Cavabdeh1 tərəfindən alınmışdır. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ünvan 1 ünvana texniki pasport verilmişdir. İş materiallarında olan 17 iyun 1998-ci il tarixli «Ziyarət» inşaat-ticarət firmasının təsis müqaviləsindən görünür ki, Cavabdeh1 və qeyriləri arasında təsis müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmin tikinti sahəsinin əmlakında ifadə olunan paylarını birləşdirir və «Ziyarət» inşaat-ticarət firmasını (bundan sonra müəssisə) təsis edirlər. İş materiallarında olan Dövlət Əmlak Komitəsi tərəfindən Cavabdeh1 verilmiş 1310 nömrəli arayışdan görünür ki, kiçik müəssisələrin Nizaminamə kapitalının 15%-nin start qiyməti ilə DƏK tərəfindən əmək kollektivinə özəlləşdirmə çekləri müqabilində satışını təşkil edən Komissiyanın, 25 may 1998-ci il tarixli iclasının qərarı ilə ünvan 2 ünvanında yerləşən T/h ixtisaslaşdırılmış təmir tikinti sahəsinin start qiyməti ilə nizamnamə kapitalının 15%-2.352.150 manat məbləğ həqiqətən özəlləşdirmə çekləri ilə ödənilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi daşınmaz əmlaklar cavabdehə məxsus Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsinin əmlakıdır və həmin sahəni cavabdeh Dövlət Əmlak Komitəsindən satın almış və bu barədə ona 02.06.1998-ci il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir, cavabdehə məxsus daşınmaz əmlakların heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq sahibkarlıq fəaliyyətindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti düzgündür. Sökülməsi tələb olunan tikililər özbaşına tikili deyil. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin sahədə 1987-ci ildən «Azərmetaltəmirtikinti» İstehsalat Birliyinin təsərrüfat hesablı təmir-tikinti müəssisəsi fəaliyyət göstərmiş və Cavabdeh1 müəssisənin direktoru olmuşdur. 1998-ci ildə müəssisə dövlət proqramına uyğun olaraq özəlləşdirməyə çıxarılmış və güzəştli şərtlərlə əmək kollektivinə satılmışdır (şəhadətnamə və texniki pasport verilmişdir). 1998-ci ildə müəssisənin bazasında «Ziyarət» İnşaat-ticarət firması təsis edilmişdir və hazırda həmin tikililər firmanın mülkiyyətindədir. Kollegiya qeyd edir ki, hazırki iddia həm də ona görə təmin edilə bilməz ki, iddiaçının tələbi buna cavab verməli olan şəxsə qarşı yönəldilməmişdir, belə ki, iddiaçı tələbini Cavabdeh1 qarşı yönəltmiş olsa da, mübahisəli ərazidə «Ziyarət» İnşaat-ticarət firması fəaliyyət göstərir. Yəni, hazırki tələb üzrə cavab verməli olan şəxs adıçəkilən firma ola bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-53/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar