Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5304/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 MMC və Cavabdeh3nə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2304/2019 saylı, 05 mart 2021-ci il il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 MMC və Cavabdeh3nə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)- 2898/2018 saylı icra vərəqəsinə və Cavabdeh3 17 yanvar 2019-cu il tarixli 17/72- 231384/8-1374 saylı sifarişinə əsasən xüsusi mülkiyyət hüququ ilə mənə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinin (ev 1 A) Cavabdeh1 tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə mahiyyəti üzrə baxılıb məhkəmə həllini tapanadək, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən 1 saylı evin "A" tikilisi üzərində yeni mülkiyyətçinin mükiyyət hüququnun dövlət reyestrində qeydə alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadı ilə iş üzrə iddianın təmin etmə barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadı ləğv edilərək hazırki işə baxılıb qurtaranadək Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0.080865 ha torpaq sahəsində yerləşən 1 saylı evin “A” tikilisi üzərində Cavabdeh2 QSC-nin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 MMC və Cavabdeh3nə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 07.07.2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSCyə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Sonradan Cavabdeh2 QSC ərizə ilə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(103)-8820/2019 saylı qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2304/2019 nömrəli, 19.06.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh2 QSC tərəfindən iddianın təmini tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra Ali Məhkəmənin 28.10.2020-ci il tarixli 2(102)-4830/202ö saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(103)-13481/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh2 QSC 07 yanvar 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2304/2019 saylı, 05 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 20 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarlna görə, tərəflər arasındakı mübahisəyə mahiyyəti üzrə baxılarkən iddianı təmin tədbiri qismində Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən 1 saylı evin "A" tikilisi üzərində Cavabdeh2 QSC-nin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi təmin edilməmiş, bununla bağlı qəbul olunmuş məhkəmə aktı qanuni qüvvəsini almış, birinci instansiya məhkəməsi də bu səbəblə iddianı təmin tədbirinin ləğv edilməsi barədə qərardad çıxarmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldi: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2304/2019 saylı, 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5304/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5304/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver