Məhkəmə qərarları › İş №2(103)-5314/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5314/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5314/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxxxxxxx” ASC və Azərbaycan Respublikası Maliyyə X3 (hazırda Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq ödənilməli olan 1418.98 manat kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, onunla “xxxxxxxxxx" ASC-nin Bərdə filialı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və ona 18 ay müddətinə illik 34% dərəcəsi ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Dolların məzənnəsinin manata nisbətdə məlum sıçrayışından sonra ödənişlərdə problem yaranmış, lakin buna baxmayaraq, kredit borcu üzrə öhdəliklər xx.xx.2017-ci il tarixdə tərəfindən bütün borc ödənilməklə tam şəkildə yerinə yetirilmiş, banka heç bir borcu qalmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, ona ödənilməli olan kompensasiya məbləğini almaq məqsədi ilə müraciət etmiş, MBNP tərəfindən verilmiş problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışda xx.xx.2015-ci il tarixə birinci devalvasiya baş verən tarixdə 1800 ABŞ dolları borcu nəzərə alınmaqla 450 manat kompensasiyanın hesablandığı və xx.xx.2015-ci il tarixə ikinci devalivasiya baş verən tarixə 1614.9 ABŞ dolları qalıq borcu nəzərə alınaraq 1419.98 manat kompensasiyanın hesablandığı, lakin hesablanmış kompensasiyanın iddiaçının aktiv borc öhdəliyinin ödənilməsinə yönəldiyi göstərilərək kompensasiya məbləğinin ödənilməsindən imtina edilmişdir. İddiaçı yaranmış problemlə əlaqədar xx.xx.2019-cu il tarixdə X1 ərizə ilə müraciət etmiş, cavab məktubunda yanlış olaraq xx.xx.2019-cu il tarixə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə “xxxxxxxxxx” ASC qarşısında 1277.79 ABŞ dolları borc öhdəliyinin mövcud olduğu qeyd edilmişdir. Lakin Azərbaycan Kredit Bürosundan verilmiş xx.xx.2019-cu il tarixli çıxarışından da aydın şəkildə görünür ki, iddiaçı “xxxxxxxxxx’’ASC-nin **********-5 hesab nömrəsi üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixində ödəniş etmiş, həmin kredit üzrə və ümumiyyətlə aktiv kreditləri üzrə heç bir borcu yoxdur. Məsələ ilə əlaqədar, tərəfindən MBNP-nın Apellyasiya Komissiyasına müraciət edilmiş, Komissiya tərəfindən xx.xx.2019-cu il tarixli cavab məktubunda “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexzanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, pensiya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldıldığı qeyd edilmişdir. Nəticə etibarilə, iddiaçı adı çəkilən Fərmana əsasən ona ödənilməli olan kompensasiya məbləğini ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, Bank tərəfindən kredit borcunun ödənilməsi ilə bağlı iddiaçıya hər hansı güzəşt edilməmişdir. Buna görə də, ona ödənilməli olan kompensasiya məbləğindən çıxarışda qeyd olunan güzəşt məbləğinin heç bir əsas olmadan, yalnız Bankın məlumatı əsasında çıxılması qanunsuz olmuşdur. Həmçinin, tərəfindən banka olan borcu tamamilə ödənilmiş və borcu qalmadığına görə girov qoyduğu qızılları götürmüşdür. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edirlər. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, həmçinin bildirilmişdir ki, Bank tərəfindən devalvasiyalarla əlaqədar iddiaçıya 2140,69 manat məbləğində güzəşt edilmişdir. Buna görə də, hesablanmış kompensasiya məbləği güzəştin məbləği qədər azaldıldıqda, güzəştin məbləği daha çox olduğu üçün ödəniləcək kompensasiya məbləği qalmamışdır. Odur ki, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Suala cavab olaraq bildirdi ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən iddiaçıya güzəşt edilməsi barədə sənədləri təqdim edə bilmir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, “xxxxxxxxxx” ASC-nin Bərdə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 645/Eİ saylı kredit müqaviləsinə əsasən, sonuncuya 18 ay müddətinə illik 34% dərəcəsi ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli hesabdan çıxarışa əsasən, R.İsyaevin bank qarşısında icra edilməmiş öhdəliyi qalmamış və son ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir. Problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 1418,98 manat kompensasiya hesablanmış, lakin kompesasiya məbləği LPO “xxxxxxxxxx” ASC tərəfindən edilmiş 2140,69 manat güzəşt məbləğində azaldılmışdır. Maliyyə X5nın İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexzanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, pensiya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanın 3.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X5 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Göründüyü kimi, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Maliyyə X5nın (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Adı çəkilən Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx.xx.2019-cu il tarixdə ********** nömrəli qərarla Maliyyə X5 tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən,devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Baxılan işdə olan Problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışda İddiaçı hesablanmış kompensasiya məbləğinin 1418,9 manat, kredit təşkilatı (LPO “xxxxxxxxxx” ASC) tərəfindən edilmiş güzəştin məbləğinin 2140,69 manat və güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsinin 2140,69 manat olduğu göstərilmişdir. Birinci instansiya məhəməsi iddianı rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, güzəştə görə kompensasiya məbləği azaldığına görə İddiaçı “kompensasiyaməbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Hazırda iddiaçı, Bank tərəfindən aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 645/Eİ saylı kredit müqaviləsi üzrə ona heç bir güzəşt edilmədiyini, borc öhdəliyinin tərəfindən tam şəkildə yerinə yetirildiyini bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, sübutetmə yükü baxımından, bu halı sübuta yetirmək vəzifəsi cavabdeh LPO “xxxxxxxxxx” ASC-nin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq, cavabdeh LPO “xxxxxxxxxx” ASC, İddiaçılə arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 645/Eİ saylı kredit müqaviləsi üzrə iddiaçıya tərəfindən 2140,69 manat məbləğində güzəşt edilməsini sübuta yetirə bilməmişdir. Nümayəndəsi də, məhkəmə iclasında bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Nəzərə alınmaldır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, qeyd olunanları nəzərə alan Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin olunmaması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, qətnamə ləğv olunaraq iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-dən 1418,98 manat kompensasiya məbləği, ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 30 manat xidmət haqqı olmaqla, cəmi 1478,98 (bir min dörd yüz yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar