Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5316/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-419/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı "vərəsəlik payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2, ev 11 (keçmiş Karqanov küçəsi, ev 11) mirasa dair payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-419/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənintam ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, iddiaçı tərəfin apellyasiya şikakyəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(009)-419/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5316/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5316/2023
20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver