Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5327/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(003)-51/2021 saylı qətnaməsindən Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə üzərində vərəsəlik hüquqlarının tanınması və tam hissədə miras pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X13 məxsus olmuşdur. Atası 20.08.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələr arvadı X3, övladları İddiaçı, Cavabdeh1, X17, X18 olmuşdur. 28.12.2009-cu il tarixdə X3 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, 3 saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. X8 08.09.2012-ci ildə vəfat etmişdir. 30.10.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNK-ya müraciət edərək ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. ünvan 2 ünvanlanmış 883 nömrəli, 30.10.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22.11.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum Abbasov Əjdər Hümət oğlunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 27.11.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 27.11.2018-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X13 məxsus ünvan 1 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Eyni zamanda 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X9 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Miras qoyan Cavabdeh1 20.08.2002-ci il tarixdə vəfatından sonra vərəsələr arvadı X3, övladları İddiaçı, Cavabdeh1, X17, X18 olmuşdur. X8 ilə İddiaçı mirasqoyan Cavabdeh1 öldüyü gündən mübahisəli miras əmlak olan evdə tək yaşamış, ona sahiblik etmiş, X8 3 il iflic və insult keçirib yataq xəstəsi olmuş, İddiaçı hər gün onun qulluğunda olmuş, 28.12.2009-cu il tarixdə vəsiyyətnamə yazaraq evi qızı İddiaçı vəsiyyət etmiş və 08.09.2012-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl və sonra miras əmlak iddiaçı tərəfindən sahiblik edilərək faktiki qəbul edilmişdir. Cavabdeh1 1990-cı ildə X14 ilə nikaha daxil olaraq həyətdə atasının salığında tikilmiş 3 otaqlı özbaşına tikilidə yaşamışdır. 2000-ci ildə Cavabdeh1 X5 boşanmış və həmin özbaşına tikilidə yaşamağa davam etmişdir. Cavabdeh1 3 il ərzində 2014-2016-cı illərdə onunla qalmışdır. Ələmdara o, baxmışdır. Həmçinin Cavabdeh1 şizofreniya xəstəliyindən əziyyət çəkir və İ qrup əlildir və müavinət alır. Ələmdarın özünə də o, qulluq etmiş və buna görə də 50 manat müavinət almışdır. Göstərilən müddəalara əsasən iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etmişdir. Mirasın qəbuluna dair hərəkətlər isə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməkdən ibarət olmuşdur. Atasına və anasına məxsus əşyalar və digər əmlaklara iddiaçı tərəfindən sahiblik edilmişdir. Cavabdeh1 isə psixi xəstəliyinə görə, həmçinin özbaşına tikilidə yaşadığına görə mübahisəli mirası faktiki qəbul etməmişdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(003)-51/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(003)-51/2021 saylı qətnaməsinin iddiaçının iddia tələblərinin tam təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, adı çəkilən fərdi yaşayış evi və 0,04257 ha torpaq sahəsi tərəflərin, yəni İddiaçı və Cavabdeh1 atası X13 məxsus olmuşdur. Ataları 20 avqust 2002-ci ildə vəfat etmiş və onun vəfatından sonra vərəsələr tərəflərin anası X3, Cavabdeh1, İddiaçı, X17 və X18 olmuşdur. Tərəflərin atası vəfat etdiyi zaman, İddiaçı, X17 və X18 öz ailələri ilə birlikdə özlərinə məxsus olan və başqa ünvanlarda yerləşən evlərdə yaşamışlar. Hazırki iş üzrə iddiaçı olan İddiaçı təxminən 1986-cı ildə ərə getmiş və 1986-1987-ci illərdən ünvan 3 ünvanında yerləşən ərinə məxsus olan evə qeydiyyata alınmaqla orada yaşayır. Mübahisəli evdə Cavabdeh1, anası X3 və X10 arvadı qalırdı. X10 arvadı bir müddət həmin evdə qaldı. Cavabdeh1 səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, anasına və evə daim o baxmış, anasına xidmət etmişdir. Mübahisəli əmlaka faktiki yiyələnməklə anası ilə birgə əmlakı idarə etməyə başlamışdır. Belə ki, 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X9 qalan miras qalmış bütün daşınar-daşınmaz əmlaklardan Cavabdeh1 xeyrinə imtina etdiyini göstərmişdir. İş materiallarından və iddiaçının verdiyi izahatından da bəlli olduğu kimi, onun anası tərəfindən adına vəsiyyətnamənin yazılmasından 28.12.2009-cu ildə məlumatı olmuş və anası 08.09.2012-ci ildə vəfat etdikdə artıq vəsiyyatnamə qüvvəsini almışdır. Buna baxmayaraq, iddiaçı notariat kontoruna müraciət etməmiş və anasının ona vəsiyyət etdiyi əmlakda olan payı adına rəsmiləşdirilməsini təmin etməmişdir. Göründüyü kimi, iddiaçı anasının adından onun adına vəsiyyətnamənin verilməsini, həmçinin anasının 08.09.2012-ci il tarixində vəfat etməsini bilməsinə baxmayaraq, əmlakı qanunla müəyyən edilmiş müddətlərdə öz adına rəsmiləşdirilməsini təmin etməmiş, əksinə əmlakı qardaşı Cavabdeh1 adına rəsmiləşdirilməsinin təmin edilməsi üçün Qənyev Ehtirama tapşırıqlar vermişdir. Belə ki, İddiaçı digər cavabdeh olan Cavabdeh2lə birləşərək Cavabdeh1 məxsus olan evi satıb pulunu mənimsəmək istəmişlər. İşin bu halları Cavabdeh2 məhkəmədə verdiyi izahatları ilə tam təsdiqini tapır. İşə baxan məhkəmə də, özünün hansısa maraqlarından irəli gələrək, iddiaçının iddia tələbini qismən təmin etməklə onlara bu şəraiti yaratmışdır. İş üzrə mübahisəyə məhkəmədə baxılarkən, əmlaka Cavabdeh1 faktiki yiyələnməsi, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında tərəfindən verilmiş 018/39-202 nömrəli, 14.01.2020-ci il tarixli arayışa əsasən, İddiaçı 07.02.1987-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatda olması, İddiaçı qanunla müəyyən edilən müddət ərzində mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməməsi və bununla da qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsini və iddia tələblərinin rədd edilməsi barədə iddiaya dair etirazın verilməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsinin hakimi qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 adından Cavabdeh2 adına 2018-ci ildə etibarnamə verilərkən və onun adından notariat ofisinə müraciət edilərkən, o fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etdi ki, o, Cavabdeh1 ilə qonşuluqda yaşayır. Təranə Ələmdarın adına sənədləşmə aparılandan sonra o, torpağın 2 sotunu 15.000 manata satmış və pulunu Təranəyə vermişdir. Təranə notariat kontorunda cəmi bir dəfə olmuşdur. Təranənin adından ərizəni o, yazmışdır. Onu notariat kontorunda heç kim aldatmayıb. Təranə ailə quradna sonra Binə qəsəbəsinə getmiş, orada yaşamışdır. O, evin sənədlərini düzəldən zaman 3800 manat pul xərcləmişdir. Təranənin əlinə pul dəyməmişdir. Sonradan hissə-hissə 1000 manat olmaqla Təranəyə pul vermişdir. Evə 28.000 manata müştəri çıxmışdır. Müştəri və ustalar evə gələn zaman, Ələmdar onları qovurdu. O, Təranəyə bununla bağlı məlumat vermişdir. Təranə onun pulunun qaytarılmasına söz vermişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək göstərdi ki, 06 dekabr 2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0,04257 ha olan torpaq sahəsinin 0,02 ha torpaq sahəsini 15000 manata almışdır. Alğı-satqı zamanı Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 iştirak etmiş, bütün hərəkətləri Cavabdeh2 etmişdir. Xahiş etdi ki, iddia tələbi təmin edilməsin. Cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən- Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissələrində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmiş, cavabdeh də qeyd olunan hissədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu konteksdə tərəflərin və 3-cü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, **********46-10301 reyestr nömrəli, 30.11.2018-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən sahəsi 0,04257 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyətində olmuşdur. 2V/İ-191 saylı reyestr nömrəli, 28 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 3 saylı evi İddiaçı vəsiyyət etmişdir. Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-383 saylı, 27.11.2018-ci il tarixli notariat işinin surətindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə 07 saylı xüsusi notariat kontoruna müraciət etmiş, ona zəruri notariat hərəkətləri aparılaraq 27 noyabr 2018-ci il tarixli, 2V-283 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən sahəsi 0,02257 ha olan torpaq sahəsi xüsusi mülkiyyəti hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 13.11.2019-cu il tarixli, 8128 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 arxiv məlumatına görə 30.03.1996-29.04.1996-cı il, 26.02.1997-28.03.1997-ci il, 01.07.2017-15.08.2017-ci il, 12.11.2017-12.03.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Əzizbəyov rayon VVADQ Şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, 039519 saylı, 29.04.2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X14 arasında olmuş nikah pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı Birləşmiş Şəhər Xəstəxanası X30 tərəfindən verilmiş 73 saylı, 21 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan İİ qrup əlil, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 1996-cı ildən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində olan Ruhi-Əsəb Xəstəlikləri kabinetində Dispanser müşahidədədir. Onun diaqnozu “Şizofreniya paranoid” forma F20.0 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” X29 tərəfindən verilmiş 327 saylı, 21 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 arxiv məlumatına görə 30.03.1996-29.04.1996-cı il, 26.02.1997- 28.03.1997-ci il, 01.07.2017-15.08.2017-ci il, 12.11.2017-12.03.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********78 saylı, 06.02.2020-ci il tarixli məktubdan görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 5 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,04257 ha torpaq sahəsi 22.11.2018-ci il tarixində X11 adına ilkin qeydiyyatdan keçmişdir. 7 saylı Notariat Kontorunun 27.11.2018-ci il tarixli 2V-283 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən ünvan Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 52 saylı NK-nın 06.12.2018-ci il tarixli 4Ə-1103 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən fərdi evin yerləşdiyi torpaq sahəsindən 0,02 ha torpaq sahəsini X1. Sözügedən torpaq sahəsi yeni poçt ünvanı almışdır və üzərində fərdi yaşayış evi inşa edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev ЗА kimi vahid əmlak olaraq dövlət reyestrində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,02257 ha torpaq sahəsi 19.02.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 551494 saylı çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 124,7 kv.metr sahəsi olan ev X2 mülkiyyətindədir. AN-İ seriyalı, ******* saylı, 06.12.2018-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, 4-cü döngə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 0,04257 ha olan torpaq sahəsinin 0,02 ha torpaq sahəsini 15000 manata X1. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında tərəfindən verilmiş 018/39-202 nömrəli, 14.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07.02.1987-ci il tarixdən hal-hazıradək, ünvan 4 ünvanında qeydiyyatdadır. ünvan 7.08.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən verilmiş 1334 saylı, 12.10.2020-ci il tarixli məktubundan görünür ki, rayon İcra Hakimiyyəti Başçısının 29.09.2020-ci il tarixli, 200 saylı sərəncamı ilə Qanuni nümayəndə Xəzər Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2(003)- 585/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilənxx.xx.1966-cı il təvəllüdlü atası Cavabdeh1 üzərində qəyyum təyin olunmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X13 məxsus olmuşdur. X22 20.08.2002-ci il tarixdə vəfat etmişdir. X11 vəfatından sonra vərəsələr arvadı X3, övladları İddiaçı, Cavabdeh1, X17, X18 olmuşdur. Cavabdeh1 mübahisəli evdə qeydiyyatda olmaqla, hal-hazıra kimi orada yaşayır. İddiaçı ailə həyatı quraraq, 07.02.1987-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. 28.12.2009-cu il tarixdə X3 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, 3 saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. X8 08.09.2012-ci ildə vəfat etmişdir. 30.10.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNK-ya müraciət edərək, ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. ünvan 2 ünvanlanmış 883 nömrəli, 30.10.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22.11.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum X11 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 27.11.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 27.11.2018-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X13 məxsus ünvan 1 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Həmçinin 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X9 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Cavabdeh1 İİ qrup əlildir və Xəzər rayon Məhkəməsinin 2(003)-585/2020 saylı, 05.08.2020-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ona qəyyum olaraq Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 200 saylı, 29.09.2020-ci il tarixli saərəncamı ilə qızı X6 təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən, atası vəfat etdikdən sonra, o, miras evdə yaşamış, anasına qulluq etmiş, anası X3 28.12.2009-cu il tarixdə Bakı şəhəri 7 saylı DNKda vəsiyyətnamə yazaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, 3 saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. Anası 08.09.2012-ci ildə vəfat etdikdən sonra qardaşı Cavabdeh1 o, baxmış, miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etmişdir. Mirasın qəbuluna dair hərəkətlər isə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməkdən ibarət olmuşdur. Cavabdeh tərəfin iddiaya olan etirazının əsasını iddiaçının miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ailə həyatı quraraq, 07.02.1987-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. İddiaçı 2002-ci ildə atasının vəfatından, 2012-ci ildə anasının vəfatından sonra sonra mirası qəbul etməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir, belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Kollegiya qeyd edir ki, İddiaçı anasının 2012-ci ildə vəfatından sonra qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməsi ilə bağlı notariat kontoruna müraciət etməsi və ya mübahisəli mənzildə yaşamaqla mirası faktiki qəbul edərək, onu idarə etməsinə dair məhkəməyə heç bir mötəbər sübut növləri təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Kollegiya qeyd edir ki, iddiaçı hazırda mübahisələndirilən hissədə iddianı irəli sürmək üçün müvafiq müddət ərzində mirası qəbul etmədiyindən, bununla da, subyektiv vərəsəlik hüququnu itirdiyindən, onun mübahisələndirilən hissədə iddia tələbi təmin olunmamalıdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 342.1-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, qanunvericiliyin normalarından göründüyü kimi psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd etibarsızdır. Hazırki iş üzrə də Cavabdeh1 Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 xəstəliyi ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuş və mütamadi olaraq müxtəlif vaxtlarda müalicələr almışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 psixi xəstəlikdən əziyyət çəkdiyindən və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 2058 saylı rəyinə əsasən 2018-ci ilin oktyabr və noyabr aylarında Cavabdeh1 tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizələr verilərkən, onun adına vərəsəlik şəhadətnaməsi verilərkən, o, həmin dövrdə psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizələr verilərkən, onun adına vərəsəlik şəhadətnaməsi verilərkən, o, həmin dövrdə psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olduğu halda, birinci instansiya məhkəməsi Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi MM-nin 1256-cı maddəsinə istinad edərək, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı subyektiv vərəsəlik hüququnu yaranmadığından və onun adından verilmiş ərizə heç bir hüquqi nəticə doğurmadığından, həmin ərizənin etibarsızlığı üçün əsas da yaranmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(003)- 51/2021 saylı qətnaməsi mübahisələndirilən iddianın qismən təmin edilən- Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5327/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5327/2021
03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver