Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5334/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızına qarşı “borc tələbi, tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(007)-40/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızına qarşı iddiası qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 19346.38 manat əsas, 7806.58 manat faiz, 50 manat cərimə olmaqla cəmi 27202.96 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, qiyməti 70000 manat müəyyən edilmiş 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsiat hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızının həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 16 nömrəli evin 77 nömrəli mənzilində 7 nəfər ailə üzvünün yaşamasını, Cavabdeh1 ilkin ödənişləri vaxtı-vaxtında ödəməsini, sonradan açıq ürək əməliyyatı keçirildiyindən, iş qabiliyyətini itirdiyindən ödəniş edə bilməməsini, yenidən işə düzəldiyindən hər ay 400 manat ödəməyə hazır olmasını nəzərə almamışdır. Belə olan halda isə, məhkəmə qətnaməsinin qərəzli şəkildə çıxarıldığı aydın görünür. Apelyasiya baxışı zamanı Cavabdeh1 və onun vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı İKB ASC iləCavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1- G-1-0-596-14 saylı kredit müqaviləsi əsasında borcalana illik 25 faizlə 60 ay müddətinə 25000 manat kredit verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1-G-1-0-596-14 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışla Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 16 nömrəli evin 77 nömrəli mənzili dövlət reyestrində "İddiaçı” İKB ASC-nin 1 saylı filialının xeyrinə **********59- 05101-093051 reyestr nömrəsi ilə xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə yüklü edilməsi barədə 2137 nömrəli reyestr kitabının 197868 nömrəli vərəqində qeydiyyat aparılmışdır. xx.xx.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə Cavabdeh1 öhdəliyini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir. xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 1-G-1-0-596-14 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuşdur. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixə "İddiaçı" İKB ASC-yə 19346.38 manat əsas, 7806.58 manat faiz, 635.53 manat cərimə borcu olmaqla cəmi 27788.49 manat borcu vardır. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışa əsasən xx.xx.2019-cu il tarixdən İddiaçı İKB ASC-nin adı dəyişdirilmiş və “xxxxxxxxx” ASC adlandırılmışdır. xx xxxxxx 2018-ci il tarixli 0908/18/NB nömrəli ekspert rəy ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilin hazırki bazqr qiyməti 70000 manat təşkil edir. İş Məhkəmə Ekspertiza Mərkəzinin 30299 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə xx xxxx 2014-cü il tarixli, 1-G-1-0-596-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) “İddiaçı “ İKB ASC-yə olan borcu 19346.38 manat əsas, 11874.15 manat faiz borcu olmaqla, 31220.53 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 467, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə hər hansı sübut təqdim edilməmişdir. İş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Qeyd edilənlərə əsasənməhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qasımova (Əliyeva) Fatma Fəxrəddin qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5334/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5334/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver