Məhkəmə qərarları › İş №2(103)-5334/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5334/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5334/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi üzrə Cavabdeh tərəfindən "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin Cavabdeh geri qaytarılması qərara alınmışdır. Qərardadan Cavabdeh şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi üzrə qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsidə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsin forma və məzmun şərtlərinə əməl edilməmiş, iddia tələbi aydın, anlaşılan formada tərtib edilməmişdir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Cavabdeh geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən hazırda verilmiş şikayət üzrə məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın əsasını “alqı-satqı müqaviləsinin etibarsızlığı, müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması, 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbi təşkil edir. Qeyd olunan xüsusatlar ümumi qaydada müstəqil maddi tələbdir, etibarsızlıq, mənəvi zərərin ödənilməsini xüsusatlarını özündə ehtiva edir və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olmaqdan çox, cavabdehin maddi, əmlak vəziyyətində artımın (əlavələrin) olmasına hesablanmışdır. Bu səbəbdən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə dövlət rüsumunun ödənilməsi zəruridir. Həmçinin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia yalnız istehlakçıların hüquqlarının qorunması ilə bağlı deyildir. Belə ki, qarşılıqlı iddia tələbi istehlakçı hüquqları ilə bağlı məhdud çərçivəni aşmaqla geniş əhatəli, ciddi araşdırma tələb edən müstəqil maddi tələb formasında tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3425/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar