Məhkəmə qərarları › İş №2(103)-5339/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5339/2023

22.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5339/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X3 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsinə (bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X1 üzərinə qoyulmasına) dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Vahid Hacıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır.

3. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

7. Belə ki, iddia ərizəsini icraata qəbul etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar onlara X3 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsindən və qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsindən imtina etməsinə dair Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X1 yazılı imtinası (qərarını) iddia ərizəsinə əlavə etməmişlər. Bu səbəbdən iş üzrə mübahisə olmasını müəyyən etmək mümkün deyildir.

8. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçılar şikayətində qeyd etmişlər ki, onlar xx.xx.2023-cü il tarixdə ünvan müraciət etmiş, onlara şifahi olaraq məhkəməyə müraciət etmələri bildirilmişdir.

9. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan, iddiaçılar tərəfindən ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin surətinin üzərində “qəbul etdim” qeydi və “xx.xx.2023” tarixi qoyulmuşdur (i/v 10).

10. Bununla da məlum olur ki, iddiaçıların şikayətinin notariat ofisinə müraciət etmələri barədə dəlili təsdiq olunur.

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsində əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

12. Mülki Məcəllənin 1322-ci maddəsində əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

13. Mülki iş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 19 saylı Notariat ofisi tərəfindən ayrı-ayrı vərəsəlik şəhadətnamələri xx.xx.2022-ci il tarixdə verilmişdir (i/v 13-20).

14. Beləliklə, rayon məhkəməsinin iddiaçılar tərəfindən notariat ofisinə müraciət edilməməsi barədə dəlili iş materiallarına əsasən (i/v 10) təkzib olunduğundan, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

17. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

18. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar