Məhkəmə qərarları › İş №2(103)-5346/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5346/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5346/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X7 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı «İddiaçı Lizinq Kompaniyası» X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq predmeti olan nəqliyyat vasitəsinin qaytarılması tələbinə dair 2(001)-240/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı Lizinq Kompaniyası» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6501 manat əsas, 291 manat faiz, 13988 manat dəbbə borcu olmaqla ümumilikdə 20330 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun müştərək qaydada MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «İddiaçı Lizinq Kompaniyası» MMC ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə 181 AL/NEO/ nömrəli daxili maliyyə icarəsi müqaviləsi bağlanmışdır. Həmin tarixli təhvil-təslim aktı ilə “Shacman" markalı, **-JG-*** İdövlət qeydiyyat nişanlı yük avtomobili lizinq alanın istifadəsinə verilmişdir. Lakin Cavabdeh1 müqavilə üzrə ödənişləri ilk ödəniş tarixindən etibarən ya gecikmələrlə ödəmiş, ya da ümumiyyətlə ödəməmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2015-ci il tarixdə 168 P/AL/QSA/ saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh öz öhdəliklərini icra etmədiyindən onun cəmiyyətə ümumilikdə 20330 manat borcu yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli müqavilə üzrə yaranmış 6051 manat əsas, 291 manat faiz borcu və 600 manat cərimə olmaqla, ümumilikdə 6942 manat pulun «İddiaçı Lizinq Kompaniyası» X2 xeyrinə müştərək qaydada tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki yaşadığı ünvan və istifadəsində olan telefon nömrələri barədə məhkəməni məlumatlandırsa da, məhkəmə iclaslarının yeri və vaxtı haqqında heç bir bildiriş almamışdır. Bunun nəticəsində cavabdeh kimi məhkəmə iclasında iştirak və öz hüquqlarını müdafiə etmək imkanlarından məhrum olmuşdur. Bundan başqa, cinayət işi başlanmasının rədd edilməsi haqqında Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 xx xxxx 2018-ci il tarixli qərarından da görünür ki, Şahmar Məlikovun və Rizvan Babayevin idarə etdikləri “Shacman” markalı yük avtomaşınlarının dövlət qeydiyyat nömrə nişanı dəyişdirilmişdir. Belə ki, Şahmar Məlikovun istifadəsində olan “Shacman” markalı, LZGCL2M45CX016986 şassi nömrəli, ** JG *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin dövlət nömrə nişanı Rizvan Babayevin istifadəsində olan “Shacman” markalı yük avtomobilinə bağlanmış, Rizvan Babayevin istifadəsində olan “Shacman” markalı, LZGCL2M43CX016985 şassi nömrəli, ** JG *** dövlət nömrə nişanlı yük avtomaşınının dövlət nömrə nişanı isə Şahmar Məlikovun istifadəsində olan “Shacman” markalı yük avtomaşınına bağlanmışdır. Bu səbəbdən də qəbul edilmiş qərarın surəti X1 və X6 əməllərində İXM-nin 342.7-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. Polis şöbəsindəki araşdırmadan sonra nömrələrdəki uyğunsuzluq aradan qaldırıldıqdan sonra xx xxxx 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli müqavilə üzrə ona verilmiş avtomaşın əvvəlcə Lənkəran ŞRPŞ-nin duracağına gətirilmiş, oradan “İddiaçı Lizinq Kompaniyası” MMC-yə təhvil verilmiş, “İddiaçı Lizinq Kompaniyası” MMC isə həmin avtomobili ona deyil, X8 vermişdir. Göründüyü kimi, “İddiaçı Lizinq Kompaniyası” MMC-nin ona qarşı tələbinin heç bir əsası yoxdur. Onu da qeyd edir ki, polis şöbəsindəki araşdırmadan sonra o, “İddiaçı Lizinq Kompaniyası” MMC-nin ona qarşı hər hansı tələbi üçün əsas görmədiyindən həmin avtomobili geri tələb etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, «İddiaçı Lizinq Kompaniyası» X5 və Cavabdeh1 arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 181 AL/NEO/ nömrəli kredit müqaviləsinə əsasən, “**-JG-*** dövlət qeydiyyat nişanlı, “Shacman” markalı yük avtomobili Cavabdeh1 istifadəsinə verilmiş, sonuncu isə avtomobilə görə lizing borcunu 21 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. «İddiaçı Lizinq Kompaniyası» X5 və Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2015ci il tarixli, 168/P/AL/QSA/ nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən lizinq müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə «İddiaçı Lizinq Kompaniyası» X3rşısında tam həcmdə cavabdehlik barədə zamin durmuşdur. İddiaçı hazırkı mülki mübahisə üzrə iddia ərizəsində ilkin olaraq qeyd edilən lizing müqaviləsinə görə öhdəliyin tam icra olunmadığı üçün cavabdehlərdən xx.xx.2017-ci il tarixə hesablanmış 6051 manat əsas, 291 manat faiz və 6025,34 manat cərimə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2019-cu il tarixə hesablanmış 6051 manat əsas, 291 manat faiz və 13988 manat cərimə tələb etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 463.1, 467, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5 və 748-10.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı qismən təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə onun şərtlərini pozduğu və tələb olunan cərimə məbləğini də azaltmaqla ondan 6051 manat əsas, 291 manat faiz borcu və 600 manat cərimə olmaqla, ümumilikdə 6942 manat borcun tutulmalı olduğu nəticəsinə gəlmişdir. Belə ki, lizinq ödənişləri gecikdirildikdə lizinq müqaviləsini ləğv etmək və lizinq predmetini geri almaq lizinq verənə bilavasitə qanunvericiliklə verilmiş hüquqlardır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-240/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar