Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5346/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)-345/2021 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 44450 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiası tam təmin edərək "xxxx" ASC-dən 294205,45 manat və onun üzərinə faiz kimi hesablanmış 88261,62 manat, cəmi 382467 manat 07 qəpik pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" ASC buna qədər olan digər məhkəmə çəkişmələrini də uduzmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin göstərilən qətnaməsinin icrası məqsədilə "Banklar haqqında" Qanunun tələbinə uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadla "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsinə əsasən onun təqdim etdiyi kreditorların tələblərinin ödənişi qrafikini təsdiq etmişdir. Təsdiq edilmiş həmin qrafiklə iddiaçıya 70000 manat ödəniş həyata keçirilməlidir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 sayl qərardadı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. Həmin qrafikdə iddiaçının 382467 manat kreditor tələbinin 230120 manatdan ibarət hissəsinin ödənilməsi təsdiq edilmişdir. Həmin qrafik də Fondun ərizəsinə əsasən təsdiq edilmişdir. Hər iki qərardada görə cavabdeh iddiaçıya cəmi 300120 manat pul ödəməlidir. Göstərilənlərə baxmayaraq, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qüvvədə olan məhkəmə qərarlarının tələblərini kobud surətdə pozaraq iddiaçıya ödənişləri həyata keçirməkdən müxtəlif bəhanələrlə qanunsuz olaraq boyun qaçırır. Halbuki, hər iki halda ödəniş qrafikləri məhkəmə tərəfindən məhz Fondun rəhbərliyinin ərizəsi əsasında təsdiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 iyun 2017-ci il və 29 yanvar 2018-ci il tarixli qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən digər kreditorların pulları verilmişdir. Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mətbuat vasitəsilə ləğv prosesində olan bankların, o cümlədən "xxxx" ASC-də fiziki şəxslərin sığortalanmayan əmanətlər üzrə 17000 manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə başlandığını da bildirmişdir. Fond heç bir səbəb olmadan iddiaçıya münasibətdə məhkəmə qərarlarını icra etməkdən boyun qaçırır, icranı gecikdirir. Cavabdeh məhkəmə qərarlarına və qanuna əsasən dərhal ödəməli olduğu pulu uzun müddət ödəməkdən imtina etdiyi üçün iddiaçıya mühüm maddi zərər vurmuşdur. Buna görə də Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları ilə təsdiq edilmiş ödəniş qrafiklərinə əsasən iddiaçıya ödənişləri dərhal etməli olduğu halda bu günədək qəsdən icra etməyərək gecikdirdiyindən 22 iyun 2017-ci il tarixli 8(104)- 57/2017 saylı qərardadla təsdiq edilmiş bank kreditlərinin ödənişi qrafikinə uyğun olaraq 23 iyun 2017-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr ərzində iddiaçıya dərhal ödənilməli olan 70000 manat məbləğində pulun ödənilməsi gecikdirildiyi üçün 12250 manat (70 min manat:100 faiz x 17,5 faiz=12250 manat) məbləğində pulun, 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 sayl qərardadla təsdiq edilmiş ödəniş qrafikinə əsasən 230000 manat məbləğində pulu iddiaçıya dərhal ödəməli olduqları halda ödəməni gecikdirdikləri uçün 30 yanvar 2018-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün 32200 manat (230000 manat :100 faiz x 14 faiz= 32200 manat) məbləğində pulun, cəmi 44450 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)-345/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 44450 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin tarixli qərardadla cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı hissədə iş üzrə icraata bank ləğv etmə prosesində olduğuna görə işin məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilmişdir. Həmin qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ödənilməli olan pul vəsaitindən Əmanətlərin Sığortalanması Fondunun faydalanması sübuta yetirilməmiş, tərəflər arasında məzmunca oxşar iddia tələbinə bundan əvvəl məhkəmədə baxılaraq Nəsimi Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli 2(006)-1078/2020 saylı və həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(103)- 6246/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan əlavə, Fond tərəfindən İddiaçı ödənilməli olan pul vəsaitinin yaranma səbəbləri araşdırılarkən qanun pozuntuları aşkar olunmuş və bu barədə hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)- 345/2021 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsindən görünür ki, iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiası təmin edilmiş, "xxxx" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə 27 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadından görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki Gəncə Apellyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli qərardadın nəticə hissəsinin 1-ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadından görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İşdə olan Əmanətlərin Sığortalanması Fondunun 16 mart 2018-ci il tarixli **********433 saylı məktubundan görünür ki, iddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi üçün ləğv prosesində olan "xxxx" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(044)-3265/2015 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "Gəncəbank” ASC-yə qarşı iddiasının təmin edilməsi, "xxxx" ASC-dən 294205,45 manat və onun üzərinə hesablanmış 88261,62 manat faiz, cəmi 382467 manat 07 qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə 27 dekabr 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki Gəncə Apellyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli qərardadının nəticə hissəsinin 1ci bəndinə aid hissədə (Cavabdeh1 ASC-nin kreditorlarının tələblərinin reyestri (qəbul edilmiş tələblərin siyahısı) təsdiq edilsin hissəsində) təsdiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafiki təsdiq edilmişdir. İddiaçının tələbi üzrə ödənişin həyata keçirilməsi ləğv prosesində olan "xxxx" ASC-nin 2-ci tranş üzrə 7-ci növbədə olan bank kreditorlarına ödənişlərin aparılması qrafikinə daxil edilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının tələbi üzrə ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Hazırda iddiaçı ödənişin gecikdirildiyinə görə faizin ödənilməsini cavabdehlərdən tələb edir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.4ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87.3-cü və 87.4-cü maddələrinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsinin qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş Qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları əsasında cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmış və hazırkı iddia da məhz həmin öhdəliyin icra edilib-edilməməsi çərçivəsində araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallardan göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadları ilə ödənişlərin aparılması qrafikləri təsdiq edilmişdir ki, bu halda cavabdehlər "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87.3-cü və 87.4-cü maddələrinə əsasən dərhal həmin qrafikdə nəzərdə tutulan, o cümlədən iddiaçıya ödənilməli olan ödənişləri icra etməli idi. Lakin məhkəmənin qərardadları hal-hazırkı dövrədək icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadlarının icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Cavabdehlər qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qərardadları ilə dərhal ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onların cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda cavabdehlərin icra haqqında qanunvericiliyi könüllü yerinə yetirməməsi və onların icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadları ilə tutulmuş pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 da izahatında İddiaçı istisna olmaqla ləğv prosesində olan Cavabdeh1 ASC-nin kreditor tələbləri qeydə alınmış bütün kreditorların qrafikdə nəzərdə tutulan ödənişlərinin icra edildiyini bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələb hüququ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2017-ci il tarixli 8(104)-57/2017 saylı və 29 yanvar 2018-ci il tarixli 8(104)-274/2018 saylı qərardadlarının qüvvəyə mindiyi 22 iyun 2017-ci il və 29 yanvar 2018-ci il tarixlərdən etibarən realizə edilə bilən hüquq olmuş və bu tarixlərdən sonra cavabdehlərin həmin qərardadların icrasını təmin etmək öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, ödənilməli olan pul məbləğlərinin gecikdirilməsinə görə faizlər göstərilən tarixlərdən hesablanmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq Əmanətlərin Sığortalanması Fonduna qarşı iddianı təmin etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi olduğundan, ƏSF-dən tutulmalı olan pul vəsaiti Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilməlidir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır: 11.1.1. iştirakçı bankların üzvlük haqları; 11.1.2. iştirakçı bankların təqvim haqları; 11.1.3. iştirakçı bankların əlavə haqları; 11.1.4. Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri hesabına cəlb olunan vəsait; 11.1.5. iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları; 11.1.6. cari xərclər çıxılmaqla, Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir; 11.1.7. qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan vəsaitlər; 11.1.8. kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri; 11.1.9. reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici bankın yerli filialından alınan vəsaitlər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Ödənilməli olan pul vəsaitindən Əmanətlərin Sığortalanması Fondunun faydalanmasının sübuta yetirilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək irəli sürdüyündən, Fondun həmin pul vəsaitindən faydalandığını sübuta yetirməyə hər hansı zərurət yoxdur. Tərəflər arasında məzmunca oxşar iddia tələbinə bundan əvvəl məhkəmədə baxılaraq Nəsimi Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli 2(006)-1078/2020 saylı və həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(103)-6246/2020 saylı qətnaməsi ilə iddianın rədd edilməsinə gəldikdə, kollegiya qeyd edir ki, qeyd olunan işlərdə iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrindən irəli gəlmiş, yəni iddia tələbinin hüquqi əsası fərqli olmuşdur. Fond tərəfindən İddiaçı ödənilməli olan pul vəsaitinin yaranma səbəbləri araşdırılarkən qanun pozuntularının aşkar olunması və bu barədə hüquq mühafizə orqanlarına müraciət olunması isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(006)-345/2021 saylı qətnaməsi dəyişdirilsin. Pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulan 44450 manat məbləğində pul vəsaiti ləğv prosesində olan Cavabdeh1 ASC-dən daxil olan vəsaitlər (üzvlük haqları, təqvim haqları, əlavə haqlar, bank tərəfindən ödənilən dəbbə pulları) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5346/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver