Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5347/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “Subroqasiya qaydasında pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh "Bakı Metropoliteni” QSC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-1780/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh2 "xxxx" QSC-yə məxsus “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən İddiaçı ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, sığorta ödənişi həyata keçirilmiş, “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" ASC dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir.
2. İddiaçı Sığorta Şirkəti ASC hadisə cavabdeh Y.Namiqin təqsiri ucbatından baş verdiyindən və şərtsiz azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişi çıxıldıqdan sonrakı yerdə qalan ödənilməmiş 11032,20 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən tutulmasını tələb edir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "Bakı Metropoliteni” Qapali Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 11032,20 (on bir min otuz iki manat iyirmi qəpik) manat məbləğində dəymiş zərər və 123,10 (yüz iyirmi üç manat, on qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə idarə etdiyi "xxxx" QSC-yə məxsus olan “QAZ 65R32” markalı, 99- JR-104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Geely Okavango” markalı, 77- PX-058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********5 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat şərtsiz azadolma məbləği ödəniş edildiyindən, tam olaraq 16032,20 (on altı min otuz iki manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh2 tərəfindən idarə olunan “QAZ 65R32” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı “Paşa“ Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Ödənişin qalan hissəsi isə 11032,20 manat məbləği Cavabdeh2 və "xxxx" QSC tərəfindən ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh2 təqsirli olması Nərimanov rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 iyul 2024-cü il tarixli, 2(006)-1780/2024 saylı qətnaməsi ilə (hakim-Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 11032,20 AZN (on bir min otuz iki manat, iyirmi qəpik) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 123,10 AZN (bir yüz iyirmi üç manat, on qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 11.155,30 AZN (on bir min yüz əlli beş manat, otuz qəpik) tutulması, iddia tələbinin digər cavabdeh "xxxx" QSC-yə münasibətdə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh2 50 AZN (əlli manat) tutuluraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan: 6.xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 04:30-da Cavabdeh2 “Qaz 65R32” mikroavtobus markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 7.İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 125629 saylı sığorta aktından görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək sığortalanmış, həmin nəqliyyat vasitəsi “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 16032,20 AZN ziyan dəymiş və bununla bağlı 16032,20 AZN sığorta ödənişi həyata keçirilmişdir. 8.İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sığorta ödənişinin qalan hissəsinin, 11032,20 AZN ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
9. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 16032,20 AZN məbləğində pul köçürülmüşdür. 10."xxxx" MMC tərəfindən tərtib olunmuş təmir aktından görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 16032,20 AZN təşkil etmişdir. 11.xx.xx.2022-ci il tarixli, **********5 saylı sığorta şəhadətnaməsi və ona **********5-09 saylı əlavədən görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. Həmin müqavilə üzrə azadolma məbləği 500 manat məbləğində, sığorta məbləği 50.000 manat məbləğində müəyyən edilmişdir. 12.AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 271262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JR *** dövlət qeydiyyat nişanlı “QAZ 65R32” markalı mikroavtobus "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır. 13.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2532 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2023-cü il buraxılışlı, Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin 15911,18 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əlli manat) təşkil etmişdir. 14.“Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 123,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 "xxxx" QSC-yə məxsus “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən İddiaçı ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, sığorta ödənişi həyata keçirilmiş, “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" ASC dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Hazırda isə İddiaçı Sığorta Şirkəti ASC hadisə cavabdeh Y.Namiqin təqsiri ucbatından baş verdiyindən və şərtsiz azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişi çıxıldıqdan sonrakı yerdə qalan ödənilməmiş 11032,20 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. 16.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, təmir aktından göründüyü kimi baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi həcmi 16032,20 AZN məbləğində qiymətləndirilmişdir. Bundan sonra iddiaçı tərəfindən 500 AZN azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən 4.500 AZN məbləği də daxil olmaqla ümumilikdə 16032,20 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 17.Məhkəmə tərəfindən tərəflər arasında məbləğlə bağlı mübahisə olduğundan işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/2532 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, 77-PX058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 15911,18 AZN məbləğində qiymətləndirilmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 19.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 9/2532 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməli və həmin rəy əsasında müəyyən edilən “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi kimi ümumilikdə 10911,18 AZN (15911,18 AZN - 4500 AZN ("xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş) - 500 AZN (azadolma məbləği)= 10911,18 AZN) pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddiaçı iddia tələbində 11.032,20 (on bir min otuz iki manat, iyirmi qəpik) qeyd etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamaqla qeyd edilən məbləği (tələbdə) 11032,20 manatı əsas götürmüşdür. 20.Məhkəmə Mülki Məcəllənin 1108.1, 1108.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh "xxxx" QSC subyektiv cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. 21.Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, iddia təmin edildiyindən iddianının qaldırılması üçün ödənilən 123,10 AZN yalnız Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutulmalıdır. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1114.1, 936.1, 936.6, 1108.1, 1108.2-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2, 4.1, 15.1, 56.1.1-ci; Mülki Prosessual Məcəlləsinin88, 101.3, 119.1, 14.2, 76.1, 76.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
23.Qətnamədən İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tam təmin edilməklə, cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-nin üzərinə 11032,20 manat məbləğində sığorta ödənişinin, iddianın qaldırılmasına görə 123,10 manat məbləğində dövlət rüsumu və apellyasiya qaydasında şikayətin verilməsinə görə 62,04 manat məbləğində dövlət rüsumunu İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, AR DİN BDYPİ-nin AD seriyalı, 271262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı Metropoliten İdarəsi Avtomotonəqliyyat Xidmətinin verdiyi 027669 nömrəli yol vərəqəsi əsasında idarə etmiş və eyni zamanda iş materialllarına əlavə olunmuş Əmək müqaviləsinin bildirişindən göründüyü işçi ilə bağlanmış əmək müqaviləsinin növü müddətsizdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Nərimanov rayon DYPŞ-nin TP5853927 nömrəli,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz əksini tapmışdır. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 11032.20 (on bir min otuz iki manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi və iddianın qaldırılması üçün ödənilən 123,10 manat dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən alınaraq iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin normalarını pozmuş və düzgün tətbiq həyata keçirməmişdir. Belə ki, delikt-zərər vurma və onun əvəzinin ödənilməsi öhdəliyi ilə müşaiyət olunan qanunsuz hərəkət, pozuntudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquqpozuntusu -yəni delikt hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə -zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan əməldir, yəni hərəkət və ya hərəkətsizlikdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbindən görünür ki, zərərvuran şəxsin əmək münasibətlərində olması halında MM-nin 1099-cu maddəsi tətbiq edilməlidir. Zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquq müqaviləsi üzrə hüquqi və fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işə götürən məsuliyyət daşımalıdır. İşçi dedikdə əmək müqaviləsi əsasında və ya mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs anlaşılır. Qeyd olunan hadisə vaxtında zərərvuran Cavabdeh2 idarə etdiyi “QAZ 65R32” mikroavtobus markalı, 99 JR104 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" QSC olmuşdur. Eyni zamanda hadisə zamanı Cavabdeh2 "xxxx" QSC-də əmək müqaviləsinə əsasən tapşırıq əsasında əmək funksiyalarını yerinə yetirərkən mülki hüquq pozuntusu törətmişdir. Həmçinin Cavabdeh2 hadisə zamanı “QAZ 65R32” mikroavtobus markalı, ** JR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Bakı Metropoliten İdarəsi Avtomotonəqliyyat Xidmətinin 027669 nömrəli yol vərəqəsi əsasında idarə etmişdir. İşçi müvafiq olaraq fiziki və hüquqi şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu tapşırıqda ya əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi müəyyən edilir. Əmək Məcəlləsinin 57-ci maddəsində işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. İşçinin məhz müəyyənləşdirilmiş funksiyaları yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət müvafiq işəgötürən daşıyır. Həmçinin Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik qaydalarının qorunmasını təmin etməlidir. Beləliklə, əmək fəaliyyətləri ilə bağlı törətdikləri mülki hüquq pozuntusuna görə fiziki və hüququ şəxs öz işçisinə görə məsuliyyət daşıyır. Eyni zamanda işçi də iş fəaliyyətləri ilə bağlı törətdiyi təqsirli əməli nəticəsində baş vermiş mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalıdır. Əgər işçinin təqsirli mülki hüquq pozuntusuna görə dəymiş zərərin əvəzini işəgötürən ödədiyi halda fiziki və hüquqi şəxs həmin şəxsə qarşı reqress hüququ tanınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işçi işəgötürənə vurduğu maddi ziyanagörə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, sözügedən hadisə ilə bağlı qanunvericiliyə əsasən MM-nin 1099-cu maddəsi deyil, MM-nin 1108-ci maddəsi tətbiq edilməli və bununla əsaslandırmışdır ki, iş üzrə cavabdeh "xxxx" QSC subyektiv cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməli, eyni zamanda yol-nəqliyyat hadisəsinin baş verməsinə əsas olan “QAZ 65R3” mikroavtobus markalı, 99 JR104 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmasına baxmayaraq, hadisəni törədən iş üzrə Cavabdeh2 olmuş və bunun nəticəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Lakin, mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasnda və ya və ya mülki hüquq müqaviləsi üzrə əmək vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edirsə, bu zaman işəgötürən və tapşırığı verən məsuliyyət daşımalıdır. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda normaları təhlil edərək belə qənaətə gəlmişdir ki, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin1108-ci maddəsinə uyğun olaraq həll edilir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1780/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilən zaman MPM-nin 14-cü maddəsinində tələbi pozulmaqla sözügedən mülki işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə tərəfindən aparılmamışdır. Belə olan halda da birinci instansiya məhkəməsinin 2(006)- 1780/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi MPM-nin 217-ci maddəsinin tələbləri baxımından qanuni və əsaslı hesab etmirlər. Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-1780/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi MPM-nin 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən edilmiş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara uyğun əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, sədrlik edənin suallarına cavab olaraq ekspert rəyi ilə iddia tələbindəki məbləğ yaxın olduğuna görə ekspert rəyi ilə razı olduğunu bildiridi. 27.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 qeyd etdi ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ona çatmamış, məhkəmə iclasında evdə xəstəsi olduğuna görə üzürlü səbəbdən iştirak edə bilməmişdir. O, "Bakı Metropoliteni” QSC-nin işçisidir, əmək müqaviləsi var, hadisə zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirmişdir. 28.Məhkəmə kollegiyasının iclasında cavabdeh "Bakı Metropoliteni” QSC-nin nünamyəndəsi X7 apellyasiya şikayətini qəbul etmədi, məhkəmənin mövqeyi ilə razı olduğunu, əməldə Cavabdeh2 təqsirli olduğunu bildirdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 əmək müqaviləsi əsasında onların işçisidir, hadisə baş verən zaman da onların işçisi olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 29.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 31.Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 32.Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 33.Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 34.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 35.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 36.Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 37.Maddə 1099.2.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etmiş, dəlillərində iddianın qismən təmin edilən hissəsində də, maddi hüquq normasının düzgün tətbiq olunmamasını qeyd etmişdir. Buna görə də, kollegiya hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-1780/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 47.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh2 "xxxx" QSC-də əmək müqaviləsi əsasında sürücü işləməklə, yol vərəqəsi ilə "xxxx" QSC-nin mülkiyyətində olan “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən İddiaçı ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, sığorta ödənişi həyata keçirilmiş, “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" ASC dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Hazırda isə İddiaçı Sığorta Şirkəti ASC hadisə cavabdeh Y.Namiqin təqsiri ucbatından baş verdiyindən və şərtsiz azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişi çıxıldıqdan sonrakı yerdə qalan ödənilməmiş 11032,20 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən tutulmasını tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. 48.İddianı cavabdehlərdən yalnız Cavabdeh2 münasibətdə təmin edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə əsas olan “QAZ 65R32” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmasına baxmayaraq, hadisəni törədən iş üzrə digər Cavabdeh2 olmuşdur və o, bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Hazırki iş üzrə cavabdeh "xxxx" QSC subyektiv cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən və cavabdeh "xxxx" QSC-yə münasibətdə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. 50.Belə ki, iş materiallarından və tərəflərin izahatından və Elektron Məhkəmə İnformasiya Sisitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verən zaman digər cavabdeh "xxxx" QSC-nin əmək müqaviləsi əsasında işçisi olmuş, nəqliyyat vasitəsini yol vərəqəsi ilə idarə etmiş, hadisə əmək vəzifələrinin icrası zamanı baş vermiş, cavabdeh hazırda da "xxxx" QSC-də sürücü vəzifəsində çalışır, aylıq vəzifə maaşı 662,0 manat təşkil edir. 51.Belə ki, iş materiallarına əlavə edilmiş 027669 nörməli yol vərəqəsinin surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı Metropoliten İdarəsi Avtomotonəqliyyat Xidmətinin verdiyi 027669 nömrəli yol vərəqəsi əsasında idarə etmişdir. 52.Beləliklə, müəyyən edilir ki, Cavabdeh2 "xxxx" QSC-nin işçisi olmaqla sonucuya məxsus “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əmək müqaviləsi üzrə öz əmək funksiyalarının icrası ilə əlaqədar idarə edərkən “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" ASC dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Sığorta aktına əsasən İddiaçı ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, 11032,29 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 53.Mülki Məcəllənin 1097.1-ci maddəsindən göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi ödəmək vəzifəsinin qanunla zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməsi nəzərdə tutulmuşdur. 54.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 55.Plenum qərara almışdır ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 56.Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında hər iki cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur. 57.Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci kimi 16032,20 AZN məbləğində pul köçürülsə də, iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2532 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2023-cü il buraxılışlı, Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin 15911,18 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əllimanat) təşkil etmişdir. 58.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 59.Kollegiya hesab edir ki, iddiaçının nümayəndəsinin ekspert rəyi ilə müəyyən edilmiş təmirbərpa xərci ilə razılığı nəzərə alınmaqla, daha obyektiv və mötəbər hesab edildiyindən eksper rəyi əsas götürülməklə, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 15911,18 manat məbləğində olduğu müəyyən edilməlidir. 60.Belə olan halda kollegiya qeyd edir ki, 15911,18 manat vəsaitdən 500 manat şərtsiz azadolma məbləği və 4500 manat "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişi çıxıldıqdan sonrakı yerdə qalan 10911,18 manat pul cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSCdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 61.Məhkəmə xərcləri ilə əlaqədar qeyd olunmalıdır ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123,10 manat məbləğində dövlət rüsumunun 120 manatı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 62.Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 49 manatı cavabdehlərdən, 1 manatı isə iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 63.Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-1780/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSC-dən birgə qaydada 10911,18 manat (on min doqquz yüz on bir manat, on səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat, cəmi 11031,18 (on bir min otiz mir manat, on səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 49 (qırx doqquz) manatı cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSC-dən müştərək qaydada, 1 (bir) manatı isə İddiaçı Sığorta Şirkəti ASC-dəntutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 64.Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 59 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xerinə tutulmalıdır. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-1780/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSC-dən birgə qaydada 10911,18 manat (on min doqquz yüz on bir manat, on səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat olmaqla cəmi, 11031,18 (on bir min otiz mir manat, on səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 59 (əlli doqquz) manat cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSC-dən müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xerinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 49 (qırx doqquz) manatı cavabdehlər Cavabdeh2 və "Bakı Metropoliteni” QSC-dən müştərək qaydada, 1 (bir) manatı isə İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov