Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5352/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X14 LTD-yə və X10 qarşı (üçüncü şəxs 4 saylı Notariat Kontoru və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi)“qərarın və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair 2(008)-392/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 cavabdeh X14 LTD-yə və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin X5 əvəzsiz verilməsinə dair “Balaxanıneft”NQÇİ tərəfindən verilmiş 19 saylı, xx xxxxxxx 1993cü il tarixli qərarın, eləcə də bu qərar əsasında 4 saylı notairusda «Balaxanıneft» NQÇİ ilə X16 arasında imzalanmış xx.xx.1993-cü il tarixli müqavilənin, X8 adına verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Balaxanıneft” X28 İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzili X5 əvəzsiz verilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın və bu qərar sonrasında notarial qaydada imzalanan müqavilənin, həmçinin bu müqavilədən sonrakı sonuncu özgəninkiləşdirmə etibarsız sayılmalıdır. Belə ki, mübahisə predmeti olan Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzil Lenin rayonu İcra Hakimiyyətinin başçısı S.E.Əliyevin imzaladığı 428 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə məcburi köçkün kimi qeydiyyata alınmaqla X6 adına rəsmiləşdirilmişdir. Lakin mənzilin mülkiyyətçisi olan X6 ölümündən sonra (2016-cı il) həmin mənzilin başqasının mülkiyyətinə verildiyi məlum olmuşdur. Məhkəmə mübahisəsi ərəfəsində qarşı tərəfin təqdim etdiyi sənədlərə görə mənzilin mülkiyyətçisi X6 rəsmi razılığı əsasən “Balaxanıneft” NQÇİ-nin qərarı ilə Tamara X1 adına rəsmiləşdirildiyi aşkarlanmışdır. Lakin mülkiyyətin əldə olunmasına dair məhkəməyə təqdim olunan sənədlərdəki qüsurlar (idarənin qərarları, mülkiyyətçinin razılıq ərizəsi və digərlərində) əsaslı şübhələrin yaranmasına səbəbiyyət vermişdir. Digər predmetlər üzrə məhkəmə baxışları əsnasında cavabdeh tərəfindən təqdim olunmuş sənədlər arasında mərhum X6 “Balaxanıneft” NQÇİ-nin rəisi D.D.Qədimova ünvanladığı iddia olunan “Razılıq ərizəsi”ndə göstərilir ki, guya X17 öz adına olan xüsusi mülkiyyətindəki sözügedən mənzilin kirayənişin X2 adına keçirilməsinə razılıq verir. Həmin “Razılıq ərizəsi”-ndəki imza və möhürün yazı mətnindən ayrı başqa bir səhifədən oraya köçürüldüyü və razılıq mətni ilə imza-möhürün bir bütünlük təşkil etmədiyi aşkar şəkildə görünür. Bu da öz növbəsində mənzilin əsl mülkiyyətçi X6 adından X2 adına rəsmiləşdirilməsi üçün əsas təşkil edən yeganə sənəddir və saxtakarlıq yolu ilə sonradan hazırlanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********43 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzil X2 adına keçməsinə əsas olan sənədlər təqdim edilərkən X6 razılıq ərizəsi təqdim olunmamışdır.Beləliklə də təsdiq olunur ki, mülkiyyətçi mərhum X6 mübahisə mənzilin X2 adına keçirilməsinə rəsmi razılıq verdiyinə dair həqiqi sənəd mövcud deyil və belə bir sənəd olsaydı həmin sənəd Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunardı.Məlumat üçün bildirir ki, mübahisəli mənzil mirasdan qaçırmaq məqsədilə qanunsuz yolla X2 adına rəsmiləşdirildikdən sonra notariat qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi əsasında Tamaranın yaxını X4 adına rəsmiləşdirilmişdir. Əmlaka dair sənədləşmənin qeyri-qanuni yolla həyata keçirilməsi və qohumlar arasında əvvəlcədən planlanaraq həyata keçirilən bu əməllərə görə bütün bu hərəkətlər başdan etibarən etibarsız hesab edilməli və sonuncunun çıxarışı da ləğv edilərək iddiaçının əmlaka münasibətdə olan hüquqları bərpa olunmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası ilə sonuncunun arvadı arasında əmlakın özgəninkiləşdirilməsinə dair hər hansı əqd bağlanılmamışdır. Qüvvədə olan mülki qanunvericilik “Balaxanıneft” NQÇİ-nin və ya digər oxşar müəssisənin qərarı ilə əmlakın bir şəxsdən digərinə keçməsinə icazə vermir. Açıqaşkardır ki, iddiaçının mərhum atasının mülkiyyətində olan mübahisəli mənzil hər hansı “qanuni əqd” nəticəsində deyil, mərhumun güman edilən “yazılı razılığı” və “Balaxanıneft” NQÇİ-nin qərarı” əsasında özgəninkiləşdirilib. Sözügedən qərarla “əmlakın özgəninkiləşdirilməsi” qanunsuz olduğundan iddiaçı həmin qərarı mübahisələndirilib. Lakin, məhkəmə mülki qanunvericiliyin qüvvədə olan normalarına baxmayaraq, qərarı mötəbər hesab etmişdir. “Balaxanıneft” NQÇİ-nin öz balansında olan əmlakı ayırmaq səlahiyətləri olsa da, həmin müəssisənin “razılıq ərizəsi” əsasında əmlakın bir şəxsdən alınaraq digər şəxsə verilməsi kimi səlahiyyətləri olmamışdır. Hüquqi münasibətlərin hazırda qüvvədə olan Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəlki dövrə təsadüf etməsinə baxmayaraq, məhkəmə naməlum səbəblərdən hazırda qüvvədə olan qanunvericiliyi tətbiq etmişdir. Nəticədə, əqdlərin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddət müyyən edərək, iddia müddətinin tətbiqinə dair ərizənin olmadığı şəraitdə iddia müddətini tətbiq etmişdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olmadığını qeyd etmişdir. Halbuki, iddianın sadə mahiyyəti ondan ibarətdir ki, iddiaçı mərhum atasının adında olan və özgəninkiləşdirilmədiyi halda atasının vəfatından sonra vərəsəlik qaydasında onun (iddiaçının) əmlak kütləsinə keçməli olan əmlakın qanunsuz özgəninkiləşdirilməsindən şikayət edib. İddiaçı qeyd edib ki, həmin əmlak qanunsuz şəkildə məhrum atasının adından çıxarılıb və bunun nəticəsində o vərəsəlik qaydasında əldə edə biləcəyi əmlakdan məhrum olub. Məhkəmə isə iddiaçının atasına məxsus olan əmlakın özgəninkiləşdirilməsinə dair məhkəmə mübahisəsi başlamaq üçün subyektiv hüququnun olmadığını vurğulamışdır. Halbuki, subyektiv hüququn mövcudluğu göz qarşısındadır. Belə ki, övlad öz atasının adında olan əmlakın digər şəxslərin adına keçirilməsini qanunsuz hesab edir, bunun nəticəsində onun (övladın) əmlak hüquqlarının pozulduğunu iddia edir. Bu iddianın irəli sürülməsi tam qanunidir, iddiaçının bu kimi iddianı verməyə subyektiv hüququ vardır. Həmin subyektiv hüquq vərəsəliklə bağlı qanunvericilik normalarına söykənir və buna görə də danılmazdır. İddiaçı mübahisəli əmlakın mərhum mülkiyyətçisi ilə qan qohumluğu münasibətlərində olduğundan iddiaçının iddia üzrə subyekiv hüququnun olmaması mümkün deyildir.Məhkəmə iddiaçının əvvəlki məhkəmələrdə olan uğursuz iddialarını vurğulamışdır. (miras əmlaka dair payların müəyyən edilməsi mübahisəsi, çıxarışın mübahisələndirilməsi barədə iddianın mümkünsüzlüyü və s.) Halbuki, həmin qərarların hazırkı işə münasibətdə heç bir preyudisial əhəmiyyəti yoxdur. Hazırkı iddia tələbləri əvvəllər irəli sürülməmişdir, əmlakın özgəninkiləşdirilməsinə dair qeydedilmiş qərar əvəllər mübahisələndirilməmişdir. Bu isə o deməkdir ki, iddiaya baxılmalı, iş araşdırılmalıdır. Bu işə (“Balaxanıneft” NQÇİ tərəfindən əmlakın bir şəxsdən digərinə verilməsi ilə bağlı işə) birbaşa aidiyyəti olmayan digər məhkəmə qərarları iddia tələblərinin təmin edilməməsi üçün əsas deyildir və onların məhkəmə qərarında sadalanması iddianın əsaslı olması faktını təkzib etmir. Məhkəmə, iddia tələbində göstərilməsinə və vəsatətlərin olmasına baxmayaraq ümumiyyətlə “Balaxanmeft” NQÇİ tərəfindən mübahisəli əmlakın verilməsi ilə bağlı qərarının qanuniliyini araşdırmamışdır. Əksinə, məhkəmə qeyd etmişdir ki, həmin qərar mərhumun doğma atasının razılığı əsasında qəbul edilmişdir və qeyd edilmiş razılıq iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, razılıq əsasında əmlakın bir şəxsdən digərinə keçməsi “Balaxanmeft” NQÇİ tərəfindən rəsmiləşdirilə bilməz. Razılığın olub-olmaması bu faktı dəyişmir, əmlakın bir şəxsin adından çıxarılaraq digər şəxsin adına verilməsi “Balaxanmeft” NQÇİ-nin qərarı ilə rəsmiləşdirilmir. Bu proses yalnız notariat kontorunda müvafiq sənədləşmələr əsasında ola bilər ki, bu da Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5 və 7-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə mümkündür. Digər tərəfdən, iddiaçı “Balaxanmeft” NQÇİ-nin sözügedən qərarını mübahisələndirirsə məhkəmə həmin qərarın və qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin mötəbərliliyini yoxlamalıdır. Hüquqlarını pozan qərarın əsasında olan (ola biləcək) sənədləri (razılıq və s.) ayrı-ayrılıqda mübahisələndirmək iddiaçının vəzifəsi deyildir. Mübahisələndirilən qərarın qəbul edilməsi bilavasitə “razılıq ərizəsinin” mövcudluğuna əsaslanır və onun ayrılmaz hissəsini təşkil edir. Belə olduğu təqdirdə hakim işi hərtərəfli araşdırmalı, həmin əsasın (razılığın) qanunauyğunluğunu da yoxlamalı, buna hüquqi qiymət verməlidir. İddiaçı tərəfindən qərarın qanuniliyinin mübahisələndirilməsi həmin qərarın qəbulu prosesinin mübahisələndirilməsi deməkdir. Buna görə də “mübahisəli qərarın qəbul prosesi bütövlüklə” yoxlanılmalıdır. Məhkəmə nəzərə almamışdır ki, “Balaxanmeft” NQÇİ mübahisəli əmlakı bilavasitə mərhumun arvadına verməmişdir. Həmin əmlak daha əvvəl xx.xx.1992-ci il tarixində 428 saylı sərəncam ilə Sabunçu İcra Hakimiyyəti tərəfindən X11 verilmişdir. Daha sonra isə cavabdehlərin iddiasına görə sözügedən mənzil mərhumun öz adından çıxarılıb arvadının adına keçirilmişdir. “Balaxanmeft” NQÇİ əmlakın ərdən arvada keçməsi prosesində “vasitəçi” rolu oynamışdır. Bu isə “Balaxanmeft” NQÇİ-nin səlahiyyətlərinə daxil deyildir. Bu əməliyyatlar üçün əmlak rəsmiləşdirilməsinin dövlət qeydiyyatını aparan səlahiyyətli dövlət orqanları mövcuddur. İddia müddətinin tətbiqinə dair ərizənin olmadığı şəraitdə məhkəmə iddia müddətini tətbiq etmişdir və hesab etmişdir ki, hazırkı mübahisəyə əqdlərin etibarsızlığı ilə bağlı 1 illik “kəsici müddət” tətbiq edilməlidir. Birincisi, qanunvericilik “kəsici müddət” anlayışı nəzərdə tutmur və iddia müddətinin tətbiqinə buna dair ərizənin mövcudluğu şəraitində yol verir. İstisnalar mövcud deyil. Belə ki, iddia müddəti həmin müddətin tətbiqi barədə ərizə ilə mümkündür, “kəsici müddət”ə görə iddianın rədd edilməsi qanunda nəzərdə tutulmayıb. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi əsas sənəd “Balaxanıneft” NQÇİ-nin iddiaçının atasına məxsus əmlakı mərhumun adından arvadının adına verilməsinə dair qərardır. Digər sənədlər (müqavilə, çıxarış) törəmədir. Qərarın mübahisələndirilməsinə isə dair iddia müddəti tətbiq olunmalı deyil.Eyni zamanda, iddiaçı pozulmuş əmlak (mülkiyyət) hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib. Miras əmlaka dair mübahisələr də mülkiyyət hüquqları ilə bağlı mübahisələrin bir növüdür. İddia tələblərinə əsasən “Balaxanıneft” NQÇİ-nin mübahisələndirilən qərarı iddiaçının vərəsəlikdən irəli gələn mülkiyyət hüquqlarını pozur. Buna görə də mülkiyyət hüuqlarının pozulması ilə bağlı iddiaya iddia müddəti tətbiq oluna bilməz. İşdəki “razılıq ərizəsi”ndəki imza və möhürün yazı mətnindən ayrı başqa bir səhifədən oraya köçürüldüyü və razılıq mətni ilə imzamöhürün bir bütünlük təşkil etmədiyi aşkar şəkildə görülür. Bu da öz növbəsində mənzilin əsl mülkiyyətçi X6 adından X2 adına rəsmiləşdirilməsi üçün əsas təşkil edən yeganə sənəddir və saxtakarlıq yolu ilə sonradan hazırlanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********43 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubundan, eləcə də AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli, 05/01-617/14 saylı məktubundan görünür ki, ünvan 4 mənzi 26 ünvanında yerləşən mənzil X2 adına keçməsinə əsas olan sənədlər təqdim edilərkən X12 razılıq ərizəsi təqdim olunmamışdır. Beləliklə də təsdiq olunur ki, mülkiyyətçi mərhum X6 mübahisəli mənzilin X2 adına keçirilməsinə rəsmi razılıq verdiyinə dair həqiqi sənəd mövcud deyil və belə bir sənəd olsaydı həmin sənəd ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunardı. Məhkəmənin SOCAR “Azneft” İB-yə ünvanladığı sorğuya cavab olaraq qeyd edilmişdir ki, “Balaxanıneft” NQÇİ-sı tərəfindən verilmiş 19 nömrəli xx.xx.1993-cü il tarixli qərar aşkarlanmamışdır. Apelyasiya baxışı zamanı cavabdeh X18 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, digər cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Sabunçu (keçmiş Lenin) rayon İcra Hakimiyyətinin xx xxxx 1992-ci il tarixli, 428 saylı sərəncamına əsasən, AzərbaycanRespublikasının Ali Sovetinin xx.xx.1991-ci il tarixli 247-Xİİ saylı qərarının 4-cü bəndinə əsasən, məcburi yaşayış yerlərini tərk etmiş (qaçqınlar) mənzillə təmin etmək məqsədi ilə qərara alınmışdır ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilinə X17 3 nəfər ailə üzvü (arvadı Bayramova T.D, anası Kərimova N.İ.) ilə daimi qeydiyyata götürülsün, mənzilin şəxsi hesabı X6 adına dəyişdirilsin, sərəncamın icrası MKT və NQÇİ “Balaxanı” Neft İdarəsinin rəhbərliyinə tapşırılsın. X6 NQÇİ “Balaxanı” Neft İdarəsinə ünvanladığı xx xxxxxx 1993-cü il tarixli razılıq ərizəsinin surətinə əsasən, o, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev (Lenin) küçəsi, 23A saylı evin 26 saylı mənzilin həyat yoldaşı X2 adına olmasına razılıq vermişdir. “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin xx xxxxxxx 1993-cü il tarixli, 19 saylı qərarına əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev (Lenin) küçəsi, 23A saylı evin 26 saylı mənzil X2 xüsusi mülkiyyətinə əvəzsiz verilmişdir. xx xxxxxxx 1993-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev (Lenin) küçəsi, 23A saylı evin 26 saylı mənzilini NQÇİ “Balaxanı” Neft İdarəsi AzərbaycanRespublikasıPrezidentinin xx.xx.1993-cüiltarixlifərmanınaəsasən X5 vermişdir. xx.xx.1993-cü il tarixdə Lenin küç. 26 saylı evin 23 a saylı 2 otaqlı mənzilində X16 və X17 1992-ci ildən qeydiyyatda olmuşlar. AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, X6 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küç. ev 23a 26 saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Sabunçu rayon prokurorluğunun «cinayət işinin başlanmasının rədd olunması haqqında» xx.xx.2018-ci il tarixli qərarına əsasən, X17 AZ-İ seriyalı 794643 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 2016-cı il tarixdə mədəaltı vəzin xərçəngindən, AZ-İ seriyalı 850201 saylı ölüm haqqında şəhadətnamənə əsasən X16 xx xxxxxx 2016-cı il tarixdə (hipertoniya xəstəliyi İİİ m.) ölmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilin X2 adına keçən zaman X7 ərizəsi İdarənin arxivində aşkar edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(008)- 10131/2017 saylı qətnaməsinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx xxxxxx 1993-cü il tarixli, 30/10216 saylı qeydiyyat vəsiqəsinin məzmununa görə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev (Lenin) küçəsi, 23A saylı evin 26 saylı mənzili X2 mülkiyyətindədir. Bundan başqa, X16 xx xxxxxx 1943-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonun anadan olmuş və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilində qeydiyyatda olmuşdur. Habelə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı ******* saylı xx xxxxxx 2016-cı il tarixli çıxarışına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilin mülkiyyətçisi X13r. Bununla yanaşı, Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsinin 2121 saylı, xx xxxxxx 2017-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilin mülkiyyətçisi X13r. xx xxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, X16 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsi, 23A saylı evin 26 saylı mənzilini X10 bağışlamışdır. 147 saylı MKTB tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küç. 23 Asaylı evin 26 saylı mənzili xx.xx.2016-cı il tarixdən X10 məxsusdur. Mənzildə xx.xx.2017-ci ildən həyat yoldaşı Bayramlı Aygün Əövsət qızı qeydiyyatdadır. Mənzildə xx.xx.1992-ci ildən X17 qeydiyyatda olmuş və xx.xx.2016-cı il tarixdə ölmüşdür. xx.xx.1992-ci il tarixdən X16 qeydiyyatda olmuş və xx.xx.2016-cı ildə ölüb.147 saylı MKİS-də olan sənədə əsasən bunlardan başqa heçkəs qeydiyyatda olmamışdır. AzərbaycanRespublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi 23A saylı evin 26 saylı mənzilin məhkəmə mübahisəsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(008)-10131/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8371/2018 saylı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)4104/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-439/2019 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4306/2019 saylı mülki və inzibati işlər üzrə məhkəmə bildirişləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş, bildirişlər əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8371/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə və Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-2914-2019 saylı xx.xx.2019-cu il tarixli Arayışına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10131/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8371/2018 saylı xx.xx.2018-ci il tarixli məhkəmə bildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər silinmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10131/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh X10 qarşı «vərəsəliyin açılması və payların müəyyən edilməsi tələbinə dair» iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8371/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən ünvan 4 26 nömrəli mənzilə dair qanunsuz və əsassız olaraq X2 adına verilmiş xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsinin mümkün sayılmamasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4104/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Sabunçu rayon İcra Hakimiyyətinin (keçmiş Lenin rayonu) qərar və sərəncamları Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci iltarixli sərəncamı ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçısı aparatlarında sənədlərlə iş barədəTəlimat”ın XİV bölməsinin 127-ci bəndinə əsasən rayon İcra Hakimiyyəti başçısı aparatlarında olan sənədlər 5 il müddəti başa çatdıqdan sonra da imi saxlamaq üçün Dövlət Arxivinə təhvil verilir. “Azneft” İB-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən “Balaxanıneft” NQÇİ tərəfindən verilmiş 19 saylı, xx.xx.1993-cü il tarixli qərar Birlikdə aşkar edilməmişdir. Sabunçu rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı ünvan 6 23a m. 26 ünvanında qeydiyyatda olub-olmaması barədə Sabunçu RPİ QMB-də heç bir məlumat yoxdur. Məlumat üçün bildirilir ki, vət. X15 DİN-nin PQİ-nin MAPS üzrə məlumat şöbəsinin məlumatına əsasən göstərilən ünvanda bu günədək qeydiyyatda olmayıb. Sabuncu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakıxanov qəsəbəsi, Ə.Ağayev küç. 23A. M. 26 Bakı şəhər MKTD-nin 147 saylı MKTB-nin 3 saylı xidmət ərazisinə daxildir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbini qaldırmazdan əvvəl cavabdeh X10 qarşı “mübahisəli mənzilə dair vərəsəliyin açılması və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnaməyə görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küç. 23A saylı evin 26 saylı mənzili mülkiyyət hüququ əsasında mərhum X5 məxsus olmuş və o, sağlığında xx.xx.2016-cı ildə mülkiyyətində olan sözügedən mənzili qardaşı oğlu X10 bağışlamışdır. İddiaçı X5 münasibətdə vərəsə olmamış, sonuncu sağlığında mülkiyyətində olan mənzili O.B.Bayramlıya bağışladığından və o, bağışlama müqaviləsininin şərtlərini lazımınca yerinə yetirdiyindən, mənzil hazırda onun mülkiyyətində olduğundan iddia əsaslı sayılmamışdır. Birinci instansiya məhkəməsinin həmin iş üzrə qətnaməsini dəyişdirilmədən saxlayan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsində həmçinin göstərilmişdir ki, mərhum X6 ölən tarixə mirası olmamışdır. Mübahisəli mənzil 1993-cü ildə əvəzsiz olaraq X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, sonuncu isə ölməmişdən əvvəl mənzilə dair sərəncam vermişdir. Mərhum X6 öldüyü məqamadək əmlakı olmadığı üçün iddiaçının mübahisəli mənzilə miras payının müəyyən edilməsi barədə iddiası təmin oluna bilməz. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən ünvan 4 26 nömrəli mənzilə dair X2 adına verilmiş xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, lakin həmin məhkəmənin xx.xx.2018ci il tarixli qərardadı ilə (bu qərardad Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır) iddia tələbi ona görə mümkün sayılmamışdır ki, onun ünvan 4 26 nömrəli mənzil ilə bağlılığına təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Çünki, iddiaçı mərhum X6 qanun və ya vəsiyyət üzrə vərəsəsi olmasını təsdiq edən hər hansı sübutu iş üzrə təqdim edilmədiyindən onun mübahisəli əmlakı hüquqlarının olub-olmaması inzibati icraat qaydasında müəyyən edilə bilməz və buna görə də iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iş üzrə mübahisələndirdiyi əqdlər üzrə tərəf olmadığı üçün onun ünvan 7 ünvanında yerləşən mənzilin X5 əvəzsiz verilməsinə dair “Balaxanıneft”NQÇİ tərəfindən verilmiş 19 saylı, xx.xx.1993-cü il tarixli qərarının, eləcə də bu qərar əsasında 4 saylı notariat kontorunda «Balaxanıneft» NQÇİ ilə X16 arasında imzalanmış xx.xx.1993-cüil tarixli müqavilənin qanuniliyi mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının məhkəmə mübahisəsi ərəfəsində (vərəsəliyin açılması və payların müəyyən edilməsi tələbinə dair iş üzrə) qarşı tərəfin təqdim etdiyi sənədlərə görə X6 rəsmi razılığına əsasən “Balaxanıneft” NQÇİ-nin qərarı ilə Tamara X1 adına rəsmiləşdirildiyinin aşkarlanmasını göstərməsini nəzərə alaraq, hazırki mübahisəyə xx.xx.2000-ci ildən qüvvədə olan mülki qanunvericiliyin əqdlərin nəticələrinin etibarsızlığına dair kəsici müddət barədə müddəalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər (məsələn: Mülki Məcəllənin 1248-ci maddəsində mirasın qəbul edilməsi vaxtının uzadılması nəzərdə tutulmuşdur). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamaqla əqdlərin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət müddətini buraxmaqla yanaşı onun hazırki irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsaslı sayıla bilməz. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı X5 münasibətdə vərəsə olmamış, sonuncu sağlığında mülkiyyətində olan mənzili O.B.Bayramlıya bağışladığından və o, bağışlama müqaviləsininin şərtlərini lazımınca yerinə yetirdiyindən, mənzil hazırda onun mülkiyyətində olduğundan iddia əsaslı sayıla bilməz. Mübahisəli mənzil 1993-cü ildə əvəzsiz olaraq X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, sonuncu isə ölməmişdən əvvəl mənzilə dair sərəncam vermişdir. Mərhum X6 öldüyü məqamadək əmlakı olmadığı üçün iddiaçının mübahisəli mənzilə miras payının müəyyən edilməsi barədə iddiası təmin oluna bilməz. Bununla yanaşı, iddiaçı mərhum X6 qanun və ya vəsiyyət üzrə vərəsəsi olmasını təsdiq edən hər hansı sübutu iş üzrə təqdim edilmədiyindən onun mübahisəli əmlakı hüquqlarının olub-olmaması inzibati icraat qaydasında müəyyən edilə bilməz və buna görə də iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ olmamışdır. Habelə, işin materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı qanuniliyini mübahisələndidiyi əqdlər barədə 2017-ci ildə qaldırdığı vərəsəliyin açılması və payların müəyyən edilməsi tələbinə dair iş üzrə keçirilən məhkəmədə məlumatı olduğu halda hazırki iddia ilə xx xxx 2019-cu ildə məhkəməyə müraciət etmişdir.Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi əqdlər barədə ona məlum olduğu vaxtdan etibarən mülki qanunvericiliyin tələblərinə əsasən onların 1 il müddətində mübahisələndirmək hüququndan tam üzürsüz səbəblərdən istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5352/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5352/2020
15.09.2020 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver