Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5356/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(002)-1155/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 8 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 10 dekabr 2019-cu il tanxli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,49 kv.m olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(002)-1155/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(002)-1155/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər:
1. Cavabdeh İddiaçı ASC-yə 19 dekabr 2019-cu il tarixli, Bakı şəhəri, ünvan 2 ünvanında yeləşən ümumi sahəsi 75.49 kv.m olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi üzrə 14900 AZN məbləğində borcunun olmasını qəbul edir. 2.Cavabdeh hər ay 200 AZN olmaqla, 6200 AZN borc vəsaitini 19 dekabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi üzrə 06 aprel 2025-ci il tarixədək ödəməyi, qalan 8700 AZN borc məbləğini isə yuxarıda qeyd olunan müqavilə tarixi bitdikdən sonra geri qalan borca bağlanacaq yeni alğı-satqı müqaviləsi üzrə ödəməyi öhdəsinə götürür. 3.Cavabdeh sazişin 2-ci bəndindəki ödənişlər üzrə öhdəliyi tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq notariat orqanına məktub təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür.
4. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin. 5.Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. Həmçinin, borclunun həmin tarixədək ödədiyi məbləğlər kirayə haqqı olaraq hesablanacaq və borclu tərəfindən Bankdan tələb edilməyəcək. 6.Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi əmlakın boşaldılması və Banka təhvil verilməsi üçün icra icraatının başlanılmasına əsasdır. 7.Banşıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 8.Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 9.Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 10.Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 06 oktyabr 2022-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)-5119/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(002)- 1155/2022 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Cavabdeh İddiaçı ASC-yə 19 dekabr 2019-cu il tarixli, Bakı şəhəri, ünvan 2 ünvanında yeləşən ümumi sahəsi 75.49 kv.m olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi üzrə 14900 AZN məbləğində borcunun olmasını qəbul edir. 2.Cavabdeh hər ay 200 AZN olmaqla, 6200 AZN borc vəsaitini 19 dekabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi üzrə 06 aprel 2025-ci il tarixədək ödəməyi, qalan 8700 AZN borc məbləğini isə yuxarıda qeyd olunan müqavilə tarixi bitdikdən sonra geri qalan borca bağlanacaq yeni alqı-satqı müqaviləsi üzrə ödəməyi öhdəsinə götürür. 3.Cavabdeh sazişin 2-ci bəndindəki ödənişlər üzrə öhdəliyi tam icra etdiyi halda borcun olmamağı haqqında arayış və müvafiq notariat orqanına məktub təqdim olunmasını İddiaçı ASC öz öhdəsinə götürür. 4.Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin. 5.Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. Həmçinin, borclunun həmin tarixədək ödədiyi məbləğlər kirayə haqqı olaraq hesablanacaq və borclu tərəfindən Bankdan tələb edilməyəcək. 6.Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi əmlakın boşaldılması və Banka təhvil verilməsi üçün icra icraatının başlanılmasına əsasdır. 7.Banşıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 8.Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 9.Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 10.Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 06 oktyabr 2022-ci il tarixdə imzalanmışdır. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev