Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5356/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1412/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 93,1 kv.m. sahəsi olan fərdi yaşayış evinin satışından əldə edilən 30000 (otuz min) manat məbləğində pul vəsaitinin və məhkəmə iddia verilməsi məqsədilə iddiaçının tərəfindən ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında izahat verərək, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(010)-2450/2023 saylı iddia tələbi üzrə mülki iş mahiyyəti üzrə baxılıb qurtaranadək, İddiaçı Cavabdeh qarşı "pul” tələbi barədə e-2(010)-1412/2023 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1412/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair e-2(010)-1412/2023 saylı mülki işin icraatı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-2450/2023 saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılıb və qanuni qüvvəyə minənədək dayandırılmışdır. Cavabdeh şikayət vermiş, qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki- Prosesual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsi xx.xx.2023-ci il tarixli, e-2(010)-1412/2023 saylı mülki işin dayandırılması üzrə qərardadad qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 254.4.1-ci maddəsinə əsaslanmışdır. Qeyd olunan maddəyə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə qeyd olunan dayandırma qərardında, ümumiyyətlə Konstitusiya Məhkəməsinin icraatında “pul tələbi” iddia tələbi ilə bağlı mülki işin olub-olmadığını və tərəflər arasındakı iddia tələbi üzrə mülki işin baxılmasının mumükunsuzlüyünu əsaslandırmamışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin bu qərardadı əsassız, mülki iş üzrə cavabdehin hüquqlarını pozmaqla, mülki işin uzadılması məqsədi daşıyır. İddiaçı və cavabdeh arasındakı mülki iş üzrə nəinki Azərbarbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutlan əsaslar, hətta həmin maddədə qeyd olunan mülki işin dayandırılması üzrə heç bir hal İddiaçı ilə Cavabdeh arasındakı mülki iş üzrə müəyyən olunmur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1412/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 254-258, 385, 387-390-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya diqqətə çatdırır ki, Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən: 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa. 254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə. 254.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli Qərarınına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına istinad etmədən ümumi mülahizələr yürütmüşdür. Elektron məhkəmə sistemindən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə tələbi üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında 2(010)-2450/2023 saylı mülki iş vardır. Qeyd edilən iş məhz hazırki iş üzrə tələbdə göstərilən Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 93,1 kv.m. sahəsi olan fərdi yaşayış evinin satılması ilə bağlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1412/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-5356/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5356/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver