Məhkəmə qərarları › İş №2(103)-5357/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5357/2020

31.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5357/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-628/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ünvan 1 ünvanına cavabdeh tərəfindən ona əsassız olaraq artıq tutulmuş 680, 64 manatın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı sübut qismində təqdim edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-539/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00000) hesablanmış 1615.52 manat məbləğində borcun silinməsi qət edilmişdir (iş.səh.6). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-628/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcunödənilməsi üçün tutulmuş 680,64 manat məbləğində pul iddiaçının abonent hesabına geri qaytarılması və Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1, 124.1, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh təşkilat tərəfindən iddiaçının abonent hesabına yazılan cərimə məbləğləri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki işin araşdırılması zamanı yoxlanılmış və məticədə yuxarıda qeyd edilən yekun məhkəmə aktı çıxarılmışdır. İşin qeyd edilən hallarında irəli gələrək məhkəmə hesab edir ki, iddiaçıya yazılan cərimə borclarının məhkəmə qətnaməsi ilə silinən hissəsi əsassız olduğundan cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri yolverilməzdir. Odur ki, iddia təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 680,64 manat mələğində pul iddiaçının hesabına geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-628/2020 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 125.7; Azərbaycan Respublikası MPM-nin 13, 14.2, 386, 385.1.1; Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X6”nin Tədbirlər Planının 4.1.4.-cü bəndi; Qazdan istifadə Qaydalan”nın 4.8; “Normativ hüquqi aktlar haqqında’’ Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9, 13.1, 16-cı maddələrinə istinadən qeyd edilmişdir ki, sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır.sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neft qaz elmi tədqiqat layihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr’in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının saylı qərarı ilə təsdiq edilmiş X2 3-5; MM-in 385.1, 442, 454, 456, 560, 1128-1131; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən əsassız apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci MPM-in 119-cu maddəsinə əsasən cavabdehə aid edilməlidir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-628/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar