Məhkəmə qərarları › İş №2(103)-536/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-536/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-536/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh birlik arasında xx.xx.2017-ci il tarixində AK-1/9212 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. Cavabdeh iddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar etdiyi üçün vurulmuş 2898.80 manat zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmiş, iddiası qismən təmin olunaraq 424.90 manat pulun İddiaçı tutulması qət edilmişdir.

3. İddiaçı hazırda qeyd edilən qətnamə üzrə yerdə qalan 2473.90 manat pulun və sərfiyyata görə hesablanmış 1688.40 manat olmaqla, ümumilikdə 4162.30 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 (abonent kodu: **********03280) ünvanına hesablanmış 4162.3 manat borcun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi ünvanında yerləşən 56 saylı evdə yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh birlik tərəfindən qaz xətti çəkilmiş və mütəmadi təbii qazla təchiz edilmişdir. Qeyd edilən müqavilənin şərtlərinə əsasən ünvanda qaz sayğacı quraşdırılmışdır. Hər ay mütəmadi olaraq işlədilən qazın dəyəri ödənmiş, cavabdehə bununla bağlı heç bir borc qalmamışdır. Lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2018-ci ilin yanvar ayından 2020-ci ilin aprel ayına kimi hər ay heç bir əsas olmadan akt tərtib edilərək, guya onun təbii qazdan qeyri-qanuni, yəni kənar əlavə xətt vasitəsilə istifadə etmişdir. Lakin aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Məlumat üçün bildirir ki, faktla bağlı Cavabdeh İB sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməsinə görə 2021-ci ildə Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizısinə görə 2898 manat 80 qəpik dəymiş ziyan məbləğinin iddiaçıdan tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə Birliyin iddiasının tələblərinin əksər hissəsini əsassız bilərək İddiaçı 424 manat 90 qəpik vəsaitin tutulmasına dair qərar qəbul etmiş, qalan məbləğ isə əsassız hesab edilmişdir. Qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq cavabdeh ondan əl çəkmir, bu dəfə də iddiaçının ünvanına 4615 manat 40 qəpik borc yazılmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismın təmin edilməsi, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********03280) hesablanmış 2473.2 (iki min dörd yüz yetmiş üç manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi, 44. 73 (qırx dörd manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni “X7”nın 5.2, 6.5-ci bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə cavabdeh tərəfindən **********03280 saylı hesab kodunda yaranmış 4 162 manat 30 qəpik borc məbləğinin əsaslarının araşdırılması məqsədilə heç bir qanuni tədbirlər həyata keçirməmişdir. Hakim iddianı qismən təmin edərək əsaslandığı arqument Abşeron rayon məhkəməsinin 2(012)- 4623/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi olsa da, qətnaməyə əsasən iddiaçıdan ümumi borcdan yalnız cəmi 424 manat 90 qəpik borcun tutulması qət edilmişdir. Qalan hissədə isə Cavabdeh iddiası təmin edilməmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.

10. Qətnamədən həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Apellyasiya baxışında iştirak edən iddiaçı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəməyə yaşadığı ünvana artıq yeni sayğacın quraşdırılması təmin edildiyindən iddia tələbinin qeyd edilən hissəsindən imtina etməsi barədə ərizə təqdim etmişdir.

14. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsində “borcun silinməsi” qeyd olunmadığından məbləğ saldodan silinməmişdir və qalmışdır.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

15. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X7»

16. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

18. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

22. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

23. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını düzgün araşdırmamış, qətnamənin əsaslandırılmasına diqqət yetirməmiş, silinəcək məbləğin miqdarını və onun hesablanma mexanizmini düzgün müəyyənləşdirməmişdir.

34. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli, 2(012)-4623/2021-ci il tarixli qətnaməsi ilə X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı təbii qazdan qeyriqanuni istifadəyə görə 424.90 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 454.90 manat pul vəsaiti X3 xeyrinə tutulmuşdur.

35. Həmin qətnamədə müəyyən edilmişdir ki, “cavabdeh İddiaçı onunla bağlanılmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə 2898.80 manat borcu qalmaqdadır. Məhkəmə X4 əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, birinci xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan başqa digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut Azəriqaz İB tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə digər aktları doğruluğu şübhə yaratdığı üçün etibarsız hesab edir. Eyni zamanda, Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən istehlakçı Cavabdeh qaz sayğacından kənar xətlə istehlak etdiyi qaz PQ4 cihazı vasitəsi ilə işlətdiyindən həmin cihazlara cəmi 4249 m3 orta sərfiyyat hesablanmışdır. Məhkəmə həmin sərfiyyatı əsas götürərək hesab edir ki, sadə riyazi üsulla hesablanma yolu ilə cavabdehin sərf etdiyi 4249 m3 qaz, hazırkı qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 =10 qəpik hesabı ilə hesablanaraq (4249 m3 x 0.1 = 424.90) 424.90 manat məbləğində müəyyən olunmalıdır. Beləliklə, Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X4 xx.xx.2018-ci il tarixli ******* saylı aktına əsasən abonentə hesablanmış 424.90 manat pul məbləği Cavabdeh tutularaq X5 ödənilməlidir.”

36. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbi iddiaçının adına hesablanmış 4162.30 manat məbləğində borcun müəyyən bir hissəsində, daha dəqiq desək, öncəki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və tərtib olunmuş aktlara əsasən silinməsində haqlıdır. Belə ki, iş materiallarından da məlum olur ki, cavabdeh olan Cavabdeh İB özü İddiaçı 2898.90 manat məbləğində borcun tutulması üçün 2021-ci ildə Abşeron rayon məhkəməsinə müraciət etmiş və həmin iddianın nəticəsi olaraq yalnız ilk dəfə tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən düzgün hesablanmalı olan, yəni 424.90 manat borcun tutulması, sonradan tərtib olunmuş bütün aktların isə mötəbərliyinin şübhə altında olması səbəbindən həmin aktlara əsasən hesablanmış borcun tutulmasının isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər şikayət verməmiş və qanuni qüvvəsini almışdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

38. Bu da onu deməyə əsas verir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən halın, yəni tərtib edilmiş aktlar üzrə hesablanmış borcun aktların etibarsızlığı səbəbindən tutulmasının mümkün olmamasının hazırki məhkəmə işi ilə yenidən araşdırılaraq sübut olunmasına hər hansı zərurət yoxdur. O cümlədən apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində də qanunsuz qoşulma halının olub-olmamasına qiymət verilməsi yalnız mövcud aktlara baxışla həyata keçirilmiş, işin faktiki halları sadalanmışdır.

39. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının adına hesablanmış 4162.30 manat borcun xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 477,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat olan hissəsi (cəmi 2050.80 manat) və xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 849.80 manat borcun məhkəmə qərarı ilə müəyyənləşdirilmiş yarısı, yəni 424.90 azn məbləğ çıxılmaqla yerdə qalan 424.90 manat məbləğində borc, ümumilikdə isə 2475.70 AZN borcun silinməsi hissəsində iddia tələbi əsaslı, bu barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilməlidir. 40 Məhkəmə kollegiyası iddiaçının iddianın təmin edilməyən hissəsi ilə bağlı verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, abonent saldosundan da göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuş, həmin tarixdən sonra hesablanmış borc məbləğləri isə cari sayğac sərfiyyatına görə hesablanmışdır. Həm hazırki işin, həm də Abşeron rayon məhkəməsində baş tutan məhkəmə icraatının hallarına əsasən isə iddiaçının yalnız tərtib edilmiş aktlara əsasən borcun tutulmasının qanunsuz olması öz təsbitini tapmışdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən silinməli olan borc məbləği kimi təsbit edilən 2473.20 manat məbləğin düzgün hesablanmadığını qeyd edərək, bu hissədə apellyasiya şikayətinin qismən əsaslı olduğu və yuxarıda qeyd edilən əsaslandırmalara görə silinməli olan borcun məbləğinin 2475.70 manat olması qənaətinə gəlmişdir.

41. Lakin qeyd edildiyi kimi, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuş, həmin tarixdən sonra hesablanmış borc məbləğləri isə cari sayğac sərfiyyatına görə hesablanmışdır. Cari qaz sərfiyyatı ilə bağlı isə həmin borcun əsassızlığına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işin halları ilə müəyyən edilməmişdir.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddianın tam təmin edilərək aktların tərtibatından sonra hesablanmış borc məbləğlərinin silinməli olduğu ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.

43. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, silinməli olan borcun məbləği 2475.70 manat məbləğində müəyyən edilməli, cavabdehin isə apellyasiya şikayəti təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəmiş tərəflərin özünə aid edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 56 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********03280) hesablanmış 2475.70 (iki min dörd yüz yetmiş beş manat, yetmiş qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş şəxslərin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar