Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı mülki iş üzrə (açar sözlər: sığorta ödənişi tələbinə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri X9 və X4 iştirakı ilə, İddiaçı cavabdehlər X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2553/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin 086993 nömrəli fərdi qəza şəhadətnaməsinə əsasən, İddiaçı 0.4 faizli sığorta tarifi ilə 5000 manat məbləğində sığortalanmışdır. X7 xidmətdən xaric olunma haqqında təqdimata əsasən, polis baş serjantı İddiaçı xx.xx.2009-cu ildən X7, xx.xx.2014-cü il tarixdən də Şahbuz rayon PŞ-nin DYP qrupunun yolpatrul xidməti inspektoru vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində ağır dərəcəli zədələr almışdır. 2015-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası DİN-in rəhbərliyinə raportla müraciət edərək səhhəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası DİN-in xüsusi həkim komissiyasına göndərilməsini xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı şəhadətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası DİN-in Tibb Xidmətinə göndərilmişdir. Tibb xidmətinin 17 iyun 2015-ci il tarixli 01 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı X7 xidmətə yararsız hesab edilmişdir. Polis polkovnikleytenantı İ.Talıbovun Naxçıvan MR DİN-in Xüsusi Həkim Komissiyasına təqdim edilməsi üçün verdiyi travmanın alınma şəraiti haqqında arayışın əslindən görünür ki, 1984-cü il təvəllüdlü polis serjantı İddiaçı Şahbuz RPŞ-nin YPXQ-nin yol patrul inspektoru xx.xx.2014-cü il tarixində DİO-da xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində ağır dərəcəli travma almış və təcili olaraq Naxçıvar MR xəstəxanasına aparılmışdır. Naxçıvan MR xəstəxanasının xx.xx.2015-ci il tarixli 99 nömrəli Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tibbi şöbəsinə təqdim edilməsi üçün verilmiş tibbi arayışa əsasən, 1984cü il təvəllüdlü, Babək rayonunun Cəhri kənd sakini İddiaçı xx.xx.2014-cü il tarixdən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya, Cərrahiyyə, Nevrologiya şöbələrində aşağıdakı diaqnozla stasionar müalicədədir. Diaqnoz: Politravma. Qapalı kəllə-beyin travması. Beyin silkələnməsi. Yumşaq toxumaların əzilməsi. Çənənin və ağız boşluğunun cırılmış yarası. Sol çiyin körpücük bazu sümüyünün qəlpəli sınığı. Travmatik və hemorragik şok, ağır dərəcə. Daxili qanaxma. Dalağın cırılması. Splenoektomiyadan sonrakı vəziyyət. Sol gicgah payının araxnoidal kistası. Sol yuxarı ətrafın parezi. Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Tibb Xidməti Xüsusi Həkim Komissiyasının travmanın ağırlıq dərəcəsi barədə xx.xx.2015-ci il tarixli 02 nömrəli arayışa əsasən, polis serjantı İddiaçı DİO-da xidmət keçən dövrdə xx.xx.2014-cü il tarixdə ağır yara, zədələnmə X7 xidməti vəzifələrini yerinə yetirərkən 2014-cü il 21 noyabr tarixdə avtomobil qəzası nəticəsində başından, ətraflarından və gövdə nahiyələrindən ağır zədələr almış, travmatik şok, huşsuz vəziyyətdə Naxçıvan MR xəstəxanasına hospitalizasiya edilmişdir. Xəsarət almış polis əməkdaşda həmin gün Naxçıvan MR xəstəxanasında aparılan müayinə diaqnostik tədbirlər zamanı “Travmatik və hemorragik şok, qapalı kəllə-bevin travması, beyin silkələnməsi, alın nahiyəsinin dəri səthinin cırılması, sol körpücük, bazu sümüyünün qəlpəli sınığı, dalağın cırılması, daxili qanaxma” diaqnozları aşkar edilmişdir. Tibbi göstəriş əsasında “Splenektomiya” (dalağın xaric edilməsi) cərrahi əməliyyatı icra edilmişdir. Xəstə intensiv müalicə alması üçün reanimasiya şöbəsində və bir müddət sonra cərrahiyyə şöbəsində müddətli müalicə almışdır. Hazırda xəstə RMX-ın nevrologiva şöbəsində müalicəsi davam etdirilir. Səhhətində nisbi dəyişiklik olsa da vəziyyəti orta-ağırdır. Bununla əlaqədar xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müalicə davam etmişdir. 1 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2015-ci il tarixdə Naxçıvan MR DİN-in KŞ-in rəisi, polis mayoru Tahir Həsənovun xx.xx.2015-ci il tarixli 9/1651 saylı sərəncamı ilə komissiya tərəfindən şəhadətləndirilmə aparılmışdır. RPŞ-si tərəfindən təqdim edilən aktdan, MR xəstəxanasının epikrizlərindən və dediyindən məlum olur ki, İddiaçı DİO-da öz xidməti vəzifələrini yerinə yetirərkən 2014-cü ilin 21 noyabr tarixində avtomobil qəzası nəticəsində başından, gövdə və ətraflarından ağır dərəcəli zədələr almış, huşsuz vəziyyətdə MR xəstəxanasına çatdırılmışdır. Müayinə zamanı “Politravma, travmatik və hemorragik şok İİ-İİİ dərəcəli, bazu və körpücük sümüklərinin gəbəli sınıqları, daxili qanaxma” aşkar edilmişdir. “Laparotomiya” zamanı qarın boşluğunda 2-2,5 litrə yaxın qan, dalağın cırılması (partlaması) müəyyən edilmisdir. Tibbi göstəriş əsasında “Splenektomiya”c/ə icra edilmiş, sonrakı vəziyyət çox ağır keçdiyindən kompleks müalicə təyin edilmişdir. Xəstə Reanimasiya, cərrahiyyə şöbələrində müalicə aldıqdan sonra aldığı travmanın nəticəsi olaraq: ”Keçirilmiş ağır dərəcəli QKBT-sı, postravmatik ensefalopatiya, beyin silkələnməsi, sol gicgah payının araxnoidal kistası, sol bazu pleksiti, aşağı Djerin-Klumke forması, sol y/ətrafın monoparezi” d-rı ilə müddətli stasionar müalicəsi almışdır. Aparılan müalicədən sonra xəstənin vəziyyəti orta-ağırdır, ev şəraitində müalicəsi davam edir. İtirilmiş əmək qabiliyyətsizliyi günləri 6 aydan artıqdır. Keçirdiyi ağır dərəcəli QKBT-sı və onun fəsadları əməkdaşda dayanıqlı əmək qabiliyyətsizliyi yaradıb və bu da öz növbəsində DİO-da xidməti vəzifələrinin yerinə yetirilməsində məhdudiyyət törətmişdir. Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 209 ş/h nömrəli əmrindən çıxarışın surətindən görünür ki, polis baş serjantı İddiaçı, Şahbuz Rayon Polis Şöbəsinin X14 qrupunun yol-patrul xidməti inspektoru, “istefada olan polis baş serjantı” sayılmaqla, 19 iyun 2015-ci il tarixdən “Azərbaycan Respublikasının X7 xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddənin 6-cı bəndinə (səhhətinə görə) müvafiq olaraq xidmətdən xaric edilmişdir. 19 iyun 2015-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə - 07 il, 03 ay, 26 gün, imtiyazlı hesablama ilə - 10 il, 02 ay, 26 gün təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi sosial Ekspertiza və X1 Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarından çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixli müayinə nəticəsində hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Babək Rayon Sığorta Agentliyinə təqdim edilmiş xx.xx.2015-ci il tarixli sığorta məbləği verilməsi haqqında ərizədən görünür ki, İddiaçı baş beyin travması ilə əlaqədar olaraq ona sığorta məbləği verilməsini xahiş etmişdir və müvafiq sənədləri ərizəsinə əlavə etmişdir. Baş direktor H.Ə.Əsgərovun Naxçıvan MR Daxili İşlər nazirinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubunda X14 İdarəsinin əməkdaşı polis baş serjantı İddiaçı xəsarət və əlillik qrupu almasının səbəbinin xidməti vəzifəsinin icrası ilə bilavasitə əlaqədar olması barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən rəyin təsdiq olunmuş surətinin, eləcə də ona aylıq əmək haqqı, rütbə, staj və ərzaq payına görə ödənilən məbləğ barədə arayış verilməsinə dair sərəncam verilməsi xahiş edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 1/2099 nömrəli məktubun surətindən görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X14 İdarəsinin sabiq əməkdaşı polis baş serjantı İddiaçı aylıq əmək haqqının məbləği ümumilikdə 707 manatdır. Həmçinin, İddiaçı xəsarət alması xidməti vəzifənin icrası ilə əlaqədar olmadığından, onun barəsində hər hansı bir xidməti yoxlama aparılmamış və bu barədə rəy tərtib edilməmişdir. Baş direktor H.Ə.Əsgərovun İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/2099 saylı məktubunda onun xəsarət almasının xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından barəsində hər hansı bir xidməti yoxlama aparılmamış və bu barədə rəy tərtib olunmamışdır.Xəsarət almasının səbəb xidməti vəzifənin icrası ilə əlaqədar olmadığından ona qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümküdür. Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 041600 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində İİİ qrup əlil statusu verilmişdir. xx.xx.2021-ci il tarixində keçirilmiş psixiatrın müayinəsindən görünür ki, Babək rayon Cəhri kənd sakini 1984-cü il təvəllüdlü Rəşidov X3 MR Xəstəxanası tərəfindən müayinəyə göndərilmiş və xəstə Y.Budaqov adına Naxçıvan MR PXD-də ambulator müayinə olunmuşdur. Müayinə zamanı xəstə baş ağrılarından, əsəbilikdən, əsəbiləşərkən özünü ələ ala bilməməsindən, tez həyəcanlanmaqdan, daima uşaqlarına, yaxınlarına nə isə olacağından qorxmasından şikayət edir. Xəstə Naxçıvan MR Xəstəxanasının Cərrahiyyə şöbəsində stasionar müalicə alır. Psixi vəziyyəti: Bələdliyi hər növə saxlanılıb. Zahirən baxımlıdır. Davranışı şəraitə uyğundur. Ünsiyyətə qoşulur. Suallara uyğun cavablar verir. Nitqi aydındır. Hallüsinasiya və sayıqlama qeyd edilmir. Diqqəti davamsızdır. Yaddaşı zəifdir. İntellekti yaşına və təhsilinə uyğundur. Əhvalı dəyişkəndir. Emosional labildir. Tez həyəcanlanır. Daim təşvişlidir. Uşaqlarına, yaxınlarına nə isə olacağından qorxur. Hərəkətləri astadır. Düşüncəsi pozulmayıb. Tənqidi saxlanılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışdan görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olan xx.xx.2021-cı il tarixdən xx.xx.2026-cı il tarixədək təyin edilmiş 300 manat məbləğində sosial müavinət təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0002 nömrəli qərarının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində İddiaçı barəsində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar psevdoartroz və yalançı oynaq diaqnozu ilə üçüncü qrup əlillik müəyyən edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1/2170 nömrəli məktubun surətindən görünür ki, sabiq polis əməkdaşı İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən aldığı az ağır xəsarətə görə sığorta ödənişi əldə etmək istəməsinə dair müraciətinə baxılmışdır. Araşdırma zamanı baş vermiş sığorta hadisəsinin İddiaçı xidməti vəzifələrinin icrası ilə bilavasitə əlaqədar olması müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 8/2169-R-1363 nömrəli məktubdan görünür ki, işdən azad olunmağa görə müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına uyğun şəkildə aparılmış, səhhəti ilə əlaqədar xidmətdən xaric olunduğu üçün vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində - 2380 manat müavinət hesablanaraq, 19 iyun 2015-ci il tarixdən xidmətdən xaric olunduğu səbəbindən iyun ayı üçün yaranmış əmək haqqı fərqi və digər tutqular tutulduqdan sonra 1728,02 manat məbləğində vəsait 2015-ci ilin iyul ayında şəxsi hesab nömrəsinə köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 8/2171-R-604/2 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən müvafiq araşdırma aparılmış, sığorta hadisəsinin xidməti vəzifələrin icrası ilə bilavasitə əlaqədar olması müəyyən edilmişdir. Bu barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoruna məktubla bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-43/2-1456/2023 nömrəli məktubun surətindən görünür ki, sabiq polis əməkdaşı İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində saxlanılan arxiv şəxsi işindəki müvafiq sənədlərdə onun 21 noyabr 2014-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində ağır xəsarətlər aldığı qeyd olunmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-43/2-14086/2023 nömrəli arayışından görünür ki, İddiaçı sonuncu tutduğu vəzifədə ilkin hesablanmış əmək haqqı məbləği 707.28 manat, tutqular tutulduqdan sonra isə ödənilən əmək haqqı məbləği 619.43 manat olmuşdur. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 09/R-504/2023 nömrəli cavab məktubunun surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 23 iyul 2015-ci il tarixli 1/2099 saylı arayışında iddiaçının aldığı xəsarətin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığı qeyd olunmuşdur. Bu səbəbdən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sonradan təqdim edilmiş hadisənin xidməti vəzifələrin icrası ilə bilavasitə əlaqəsini təsdiq edən arayışın tarixi 20 fevral 2023-cü il tarixinə təsadüf etdiyindən, baş vermiş hadisə ilə bağlı iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyə olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-3-1/2-R- 711/2024 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik” altsisteminin məlumat bazasına əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar xx.xx.2015-ci il tarixində ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021ci il tarixli, 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, baş vermiş sığorta hadisəsi xx.xx.2015-ci il tarixdə baş verdiyindən ona ödəniləcək dövlət icbari şəxsi sığorta ödənişi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri xaricindədir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xxxxxxx240002 nömrəli müraciət vərəqəsindən görünür ki, İddiaçı sosial müavinətin təyin edilməsi ilə bağlı həmin quruma müraciət etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müraciət vərəqəsi aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehə bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə Şahbuz rayon Polis Şöbəsində xidmət aparan zaman avtoqəza keçirmişdir. İkinci qrup əlillik almışdır. Şahbuz rayon Polis şöbəsinin arayışında qeyd olunmuşdur ki, Polis serjantı İddiaçı 1984-cü il Şahbuz RPŞ-ın YPXQ-ın yol patrul inspektoru xx.xx.2014-cü il tarixdə DİO-da xidməti vəzifəsini yerinə yetirərəkən avtomobil qəzası nəticəsində ağır dərəcəli travma almış və təcili olaraq Naxçıvan MR xəstəxanasına aparılmışdır. Naxçıvan MR xəstəxanasında politravma, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, yumşaq toxumaların əzilməsi, çənənin və ağız boşluğunun cırılmış yarası, sol çiyin körpücük bazu sümüyünün qəlpəli sınığı, travmatik və hemorragik şok, ağır dərəcə, daxili qanaxma, dalağın cırılması, splenoektomiyadan sonrakı vəziyyət, sol gicgah payının araxnoidal kistası, sol yuxarı ətrafın parezi diaqnozu qoyulmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin 20 fevral 2023-cü il tarixli, 8/2171 -R-604/2 nömrəli məkubu ilə bildirilmişdir ki, iddiaçının 26 dekabr 2022-ci il tarixdə və 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, 31 dekabr 2022-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətlərə tərəflərindən baxılmışdır. Bildirilmişdir ki, müraciətinə əsasən müvafiq araşdırma aparılmış, sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə əlaqədar olması müəyyən edilmişdir. Bu barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoruna məktubla bildirilmişdir. Daha sonra iddiaçı bildirmişdir ki, siğorta şirkəti olaraq götürdükləri öhdəliyin yerinə yetirilməsindən yayınırlar. 3 gün ərzində öhdəliklərini yerinə yetirmələrini və ona 12.000 manat məbləğində sığorta pulu ödənilməsini təmin etmələrini xahiş etmişdir. Əks təqdirdə sığorta hadisəsi nəticəsində yaranmış sığorta pulunun ödənilməsi ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı ona hüquqi xidmət göstərilməsi üçün 300 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 157 manat məbləğində dövlət rüsumu ödəmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-17-9-4/21175/2024 nömrəli məktubla bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti 2015-ci il 22 iyun tarixində qiymətləndirilmiş, “Keçirilmiş kəllə-beyin travmasımn nəticəsi” diaqnozu ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 6.1-ci bəndinə əsasən 2016-cı ildə İddiaçı əlillik müddəti beş il uzadılmışdır. Sonrakı dövrdə Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2285003AAAQX nömrəli göndəriş əsasında İddiaçı əlillik vəziyyəti Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona 2021-ci il 19 noyabr tarixindən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar beş il müddətinə (2026-cı il 19 noyabr tarixinədək) üçüncü dərəcə əlillik müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsinə (avtoqəza) görə ona ödənilməmiş 12.000 (on iki min) manat sığorta pulunun, ödənilmiş 126 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdən X7 xidmət etmişdir. xx.xx.2014-cü il tarixdə Şahbuz rayon Polis şöbəsində xidmət aparan zaman avtoqəza keçirmişdir. İkinci qrup əlillik almışdır. Şahbuz rayon Polis şöbəsinin arayışında qeyd olunmuşdur ki, polis serjantı İddiaçı 1984-cü il, Şahbuz RPŞ-ın YPXQ-nın yol patrul inspektoru, xx.xx.2014-cü il tarixdə DİOda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində ağır dərəcəli travma almış və təcili olaraq Naxçıvan MR xəstəxanasına aparılmışdır. Naxçıvan MR xəstəxanasında politravma, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, yumşaq toxumaların əzilməsi, çənənin və ağız boşluğunun cırılmış yarası, sol çiyin körpücük bazu sümüyünün qəlpəli sınığı, travmatik və hemorragik şok, ağır dərəcə, daxili qanaxma, dalağın cırılması, splenoektomiyadan sonrakı vəziyyət, sol gicgah payının araxnoidal kistası, sol yuxarı ətrafın parezi diaqnozu qoyulmuşdur. Qeyd etmişdir ki, xüsusi həkim komissiyasının qərarında xidmətə yararsız olduğu qeyd olunmuşdur. Avtoqəza keçirməsinə və əlillik qrupu almasına baxmayaraq sığorta pulunu ala bilməmişdir. Ona görə iddiaçı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyi Maliyyə və Təminat Şöbəsinin rəisi polis polkovnikleytenantı X6 verilmiş 20 fevral 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin 26 dekabr 2022-ci il tarixdə və 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, 31 dekabr 2022-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətlərə tərəfimizdən baxıldı. Bildiririk ki, müraciətinizə əsasən müvafiq araşdırma aparılmış, siğorta hadisəsinin xidməti vəzifələrinizin icrası ilə bilavasitə əlaqədar olması müəyyən edilmişdir. Bu barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Siğorta Xidməti” publik hüquqi şəxsin direktoruna məktub ünvanlanmışdır.” Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinin 21 dekabr 2023-cü il tarixli məktubu ilə sığorta ödənişi verilməsindən imtina edilmişdir. Xəstəlik şəhadətnamələrindən və digər sənədlərdən müəyyən edilir ki, İddiaçı xidməti vəzifələrinin icrası ilə bilavasitə xəsarət almış və ona əllik dərəcəsi təyin edilmişdir (xəstəlik haqqında şəhadətnamə, travmanın ağırlıq dərəcəsi barədə arayış). Naxçıvan MR Daxili İşlər Nazirliyi Maliyyə və Təminat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, sabiq əməkdaş İddiaçı sonuncu tutduğu vəzifədə ilkin hesablanmış əmək haqqı məbləği 707,28 manat, tutqular tutulduqdan sonra isə ödənilən məbləğ 619,43 manat olmuşdur. Daha sonra məhkəməyə iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşməsi barədə ərizə təqdim edərək, sığorta hadisəsinə (avtoqəza) görə ona ödənilməmiş 22.299 (iyirmi iki min iki yüz doxsan doqquz) manat sığorta pulunun, ödənilmiş 157 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almışdır. Şirkətə təqdim edilən xx.xx.2015-ci il tarixli arayışda iddiaçının aldığı xəsarətin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığı qeyd edilmişdir. Daha sonra iddiaçı tərəfindən şirkətə xx.xx.2023-cü il tarixli yeni bir arayış təqdim edilmişdir. Qeyd olunan yeni arayışda baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olduğu qeyd edilmişdir. Göründüyü kimi şirkətə təqdim olunan iki fərqli məzmunda arayış vardır. Arayışlar arasında ziddiyyət olması, hansı arayışın daha mötəbər olması sual altındadır. 10 il sonra aparılan hansı araşdırmanın baş vermiş faktı fərqli qiymətləndirməyə əsas olması onlara məlum deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1 dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. İddiaçının sonuncu təqdim etdiyi arayışın verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğvetmə prosesindədir) nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, bu gün də şəxsin xidməti vəzifəsinin icrası ilə bağlı araşdırma aparılmayıb. Sadəcə bu xidməti vəzifəsinin icrası ilə bağlı verilən məktubda qeyd olunub. Bu halı isə sadəcə bir məktubla müəyyənləşdirmək mümkün olmur. Daxili İşlər Nazirliyinin xüsusi qurumu vardır. Hansı ki, bu qurum şəxsin izahatını alır, müəyyən araşdırmalar aparır və yekunda idarə rəy verir. Şəxsin xidməti vəzifəsinin icrası ilə bağlı əlilliyin alınması üçün 2023-cü il tarixində verilmiş sənəd mötəbər, tam deyil və sadəcə bir məktubdan ibarətdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, hadisə 2015-ci ildə baş vermişdir. İşə əlavə olunan xəstəlikdən arayışlar, əmrdən çıxarışlar və s. bunların hamısında xidməti vəzifəsinin icrası ilə bağlı xüsusi qeyd verilib. Bu səbəbdən hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkəti məsuliyyət daşıyır. Daxili İşlər Nazirliyinin öz əmrində də qeyd olunb ki, öz xidməti vəzifəsinin icrası ilə əlaqədar işdən xaric olunub. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə əlillik səbəbi “keçirilmiş kəllə-beyin travmasının nəticəsi” diaqnozu ilə hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə əsasən 2016-cı il tarixdə onun əlillik müddəti beş il uzadılmışdır. Sonrakı dövrdə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona 19 noyabr 2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar beş il müddətinə (xx.xx.2026) üçüncü dərəcə əlillik müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən İddiaçı həqiqətən 21 noyabr 2014-cü il tarixdə X7 xidmət keçən dövrdə xidməti vəzifələrini yerinə yetirərkən travma alması və həmin travma nəticəsində əlillik dərəcəsi müəyyən olunmuşdur. Fərmanın tələblərinə uyğun olaraq İddiaçı dövlət icbari şəxsi sığorta ödənişini həyata keçirmək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinə aiddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Ali Məhkəmənin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan Qərarın normalarından aydın olur ki, Fonda qarşı hazırki iddia tələbinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunanlara əsasən, İddiaçı “sığorta müqaviləsi üzrə mübahisələr" barədə 2(006)-2553/2024 nömrəli iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2553/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğvetmə prosesindədir) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Sosial Müdafiə Fonduna münasibətdə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2553/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 22.299 (iyirmi iki min iki yüz doxsan doqquz) manat sığorta ödənişi, ödənilmiş 157 (yüz əlli yeddi) manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinin Şahbuz rayon Polis şöbəsinin sabiq əməkdaşı polis baş serjantı İddiaçı xx.xx.2014-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza keçirmiş və ona qoyulmuş diaqnozdan sonra xidmətə yararsız hesab edilmişdir. İddiaçı vəzifəsindən azad edildikdən sonra sığorta məbləğini almaq istəmiş, lakin xidməti vəzifəsini həyata keçirərkən sığorta hadisəsinin baş verməsinə baxmayaraq cavabdeh sığorta məbləğini verməkdən imtina etmişdir. Sığorta məbləğinin verilməsindən imtinanın əsası kimi isə iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktub göstərilir. Lakin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş bütün digər sənədlərdə sözügedən sığorta hadisəsinin iddiaçının daxili işlər orqanında xidməti vəzifəsini yerinə yetirərkən baş verməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya sığorta hadisəsinə görə sığorta məbləği ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermişdir və sığorta hadisəsinin şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar olmasını təsdiq edən ilkin sənədlərin tarixi 2015-ci ilə aiddir. Cavabdehin sığorta hadisəsinin şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamasına və bu dəlilini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubunda göstərilənlərə istinad etməsi məntiqi baxımdan belə düzgün hesab oluna bilməz. Şəxsə sığorta ödənişinə əsas verən sığorta hadisəsinin məhz onun xidməti vəzifələrinin icrası ilə əlaqədar olması işin araşdırılmış hallarından və təqdim edilmiş rəsmi sənədlərindən tam olaraq aydın olur. Cavabdehin xx.xx.2015-ci il tarixli məktuba istinad edərək iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsi əsaslı sayıla bilməz. Məhkəmə məhz sığorta hadisəsinin baş verməsini təsdiq edən kifayət sənədlərin 2015-ci ilə aid olmasını əsas götürərək Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanının müddəalarına əsasən müvafiq sığorta ödənişinin məhz hazırki iş üzrə cavabdeh tərəfindən ödənilməsini əsaslı hesab edir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işin araşdırılmış hallarından aydın olduğu kimi sığorta hadisəsindən sonra iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində məhz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Odur ki, bu hal şəxsə ödənilməli sığorta ödənişinin hesablanmasında nəzərə alınmalıdır. İş materiallarından məlum olur ki, sığorta hadisəsi baş verənədək iddiaçının əmək haqqı 707,28 manat, məcburi ödənişlər çıxılmaqla isə 619,43 manat təşkil etmişdir. Qanunvericiliyə uyğun olaraq sığorta hadisəsi nəticəsində şəxsin orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən olunduğu üçün hazırki halda sığorta ödənişi 5 illik (60 ay) əmək haqqının 60%-i qədərində müəyyən edilmişdir. Beləliklə məhkəmə ödənilməli sığorta məbləğini 22.299 manat (5x12x619,43x0,6=22.299,48=22.299) müəyyən edir. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 22.299 manat sığorta ödənişi, ödənilmiş 157 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 922.2, 922.3, 926.1, 926.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1, 4.2 ,4.3, 5, 7.1, 7.2, 7.3, 7.4, 7.11-ci maddələrinə, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1, 2.7, 2.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2553/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, sığorta hadisəsinə (avtoqəza) görə ona ödənilməmiş 12.000 (on iki min) manat sığorta pulunun, ödənilmiş 126 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki İddiaçı 08.2009-cu il tarixdən X7 xidmət etmişdir. xx.xx.2014-cü il tarixdə qəza keçirmişdir. İkinci qrup əlillik almışdır. Xüsusi həkim komissiyasının qərarında xidmətə yararsız olduğu qeyd olunmuşdur. Daha sonra iddiaçı sığorta ödənişinin verilməsi ilə Şirkətə müraciət etmişdir. Qeyd olunan müraciətlə əlaqədar aparılan araşdırma nəticəsində Şirkətin iddiaçı qarşısında öhdəliyi yaranmadığından sığorta ödənişi edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almışdır. Şirkətə təqdim edilən xx.xx.2015-ci il tarixli Naxçıvan MR Daxili İşlər naziri tərəfindən imzalanmış məktubda iddiaçının aldığı xəsarətin xidməti vəzifələrin icrası ilə əlaqədar olmadığı qeyd edilmişdir. Buna görə də Şirkət tərəfindən sığorta ödənişinin verilməsindən əsaslı şəkildə imtina edilmişdir. Daha sonra iddiaçı tərəfindən Şirkətə xx.xx.2023-cü il tarixli yeni bir məktub təqdim edilmişdir. Qeyd olunan yeni məktubda baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığınının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. İddiaçının sonuncu təqdim etdiyi məktubun verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyyə edilmişdir. Bildiririk ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Qeyd olunan hallar yazılı etiraz qaydasında və məhkəmə iclasında şifahi qaydada məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu halları araşdırmamış, digər sənədlərdə baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə əlaqədar olduğunun qeyd edildiyini əsas götürərək iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə qurumun ən yüksək vəzifəli şəxsi olan nazirin imzaladığı yox, digər sənədləri üstün tutmuş, ümumiyyətlə yaranmış ziddiyyətli məqamı araşdırmamışdır. Şirkət haqlı olaraq Nazirliyin ən yüksək vəzifəli şəxsi tərəfindən təqdim olunmuş məktubu rəhbər tutmuş və sığorta ödənişinin verilməsindən imtina etmişdir. Ümumiyyətlə, həkim komissiyası və s. digər şəxslərin baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olub-olmamasına qiymət vermək səlahiyyəti və imkanı yoxdur. Hadisə barəsində Nazirliyə məlumat verildikdən sonra Daxili Təhqiqatlar İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olduğu müəyyən edilərsə bu barədə rəy tərtib olunur və daxili işlər naziri tərəfindən imzalanır. Həmin rəy ilə baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olması faktı təsdiqlənir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən bu nüanslara düzgün qiymət verilməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırılmamış və Şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarılmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə tamamilə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri X9 və X8 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Maddə 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Maddə 4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək; 4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək; 4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq. Maddə 4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək; 4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək; 4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Maddə 7. Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışı ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olma (ölüm) halında : sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik haqqında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında: xəsarətin (yaralanma, travma, kontuziya) dərəcəsi və səbəbi haqqında həkim arayışı. sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək dövlət sığorta orqanına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müraciət etmək hüququ vardır. (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. Maddə 7.3. Sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur. Maddə 7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. (xx.xx.2021-ci il tarixədən qüvvədə olan redaksiyada) Maddə 11. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında 18 may 2021-ci il tarixli 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Bənd 1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bənd 2.7. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bənd 2.8. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, onun iddiaçıya sığorta ödənişini ödəməkdən ilkin imtinasının əsasını şirkətə təqdim edilən xx.xx.2015-ci il tarixli arayışda iddiaçının aldığı xəsarətin “xidməti vəzifələrinin icrası ilə əlaqədar olmaması”nın qeyd edilməsi olmuşdur. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, xx.xx.2014-cü il tarixdə baş vermiş sığorta hadisəsinin iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar olmasını təsdiq edən 2015-ci ilə aid olan ilkin sənədlər hələ xx.xx.2015-ci ildə cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş, xidməti vəzifələrinin icrası zamanı baş vermiş hadisə nəticəsində iddiaçıya ikinci dərəcəli əlillik təyin edilməsi cavabdehə həmin vaxt məlum olmuş, sonuncu ona təqdim olunan, bu gün də hüquqi cəhətdən etibarlı olan sənədlərlə zidiyyət təşkil edən xx.xx.2015-ci il tarixli arayışda qeyd olunan məlumatı araşdırmadan iddiaçıya əsassız imtina verməklə onun hüquqlarını pozmuşdur. Baxmayaraq ki, sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq vəzifələrini izah etmək, sığorta ödənişinin qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək cavabdeh olan sığortaçının vəzifəsidir. Kollegiya cavabdehin iddiaçının təqdim etdiyi sonuncu arayışın tarixinə əsasən, halhazırda sığorta ödənişinin ödənilməsinin onun səlahiyyətində olmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdehə təqdim olunan xx.xx.2023-cü il tarixli arayışın verilməsinə, 2014-cü ildə baş vermiş və sığorta hadisəsi hesab edilən, tərtib olunduğu vaxtdan bu günədək ləğv edilməyən, hüquqi cəhətdən etibarlı sayılan sənədlər olduğundan bu dəlildə əsassızdır, qəbul edilə bilməz. Belə ki, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışı qanunda qeyd olunan sənədlərlə birlikdə təqdim edildiyi halda sığorta ödənişinin verilməsi üçün əsasdır. Hazırkı işdən isə müəyyən olunur ki, sığorta hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermiş, sığorta hadisəsinin iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar olmasını təsdiq edən ilkin sənədlərin tarixi 2015-ci ilə aiddir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X11 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2553/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-536/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-536/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver