Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5360/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 17 saylı notariat ofisinə, X16 və X9 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələblərinə dair mülki iş üzrə (açar sözlər: miras əmlakda payların müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), X30 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 17 saylı notariat ofisinə, X16 və X9 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(008)- 1317/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X20 ilə X21 xx.xx.1991-ci il tarixdə nikahlarını bağlamışlar.
2. X20 26 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür, atası X11, anası Pəri Şamil qızıdır.
3. X20 29 avqust 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Həmin ünvanda İddiaçı, Cavabdeh2 və digər şəxslər də qeydiyyatdadırlar.
4. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2005-ci il tarixli, 496 nömrəli arayışdan görünür ki, ev dəftərinə əsasən Maştağa qəsəbəsi, B.Bağırov (Məktəb) küçəsi, 4-cü döngə, ev 16 ünvanında 1933- cü il təvəllüdlü X20 28 mart 1957-ci il tarixdən, 1965-ci il təvəllüdlü X6 isə 24 yanvar 1987-ci il tarixdən pasport qeydiyyatındadır.
5. X20 tərəfindən notariat ofisinə ünvanlanmış 16 may 2022-ci il tarixli ərizədən görünür ki, o, 15 sentyabr 1994-cü il tarixdə vəfat etmiş anası Pəri Şamil qızından miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etdiyini bildirmiş və həmin əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
6. İddiaçı 27 yanvar 2006-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.
7. 22 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 noyabr 2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 16 sentyabr 2022-ci il tarixdə X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.5 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06666 ha olan torpaq sahəsidən ibarətdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83,50 kv.m olan fərdi yaşayış evi və 0,066660 ha olan torpaq sahəsi 16 sentyabr 2022-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir.
9. X6 09 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
10. 08 sentyabr 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 sentyabr 1994-cü il tarixdə vəfat etmiş Pəri Şamil qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X5r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə Pəri Şamil qızına verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.5 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Pəri Şamil qızına verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06666 ha olan torpaq sahəsidən ibarətdir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0,066660 ha olan torpaq sahəsi 19 iyul 2022-ci il tarixdə Pəri Şamil qızının adına qeydiyyatdan keçmişdir.
12. Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 63 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Pəri Şamil qızı vəfat etdiyi 15 sentyabr 1994-cü il tarixinədək Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ev 16 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Vəfat edən günə kimi X20, X12, Cavabdeh2, İddiaçı və digər şəxslər onunla bir ünvanda qeydiyyatda olmuşlar və halhazırda qeydiyyatdadırlar.
13. 18 iyun 1984-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Pəri Şamil qızı özünə məxsus olan Bakı şəhəri Maştağa qəsəbəsi Məktəb küçəsi döngə 4, 16 nömrəli evi vəfat edəcəyi halda kimdə olmasından asılı olmayaraq X4 vəsiyyət etmişdir.
14. Pəri Şamil qızı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür.
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83,50 kv.m olan fərdi yaşayış evi və 0,066660 ha olan torpaq sahəsi 03 avqust 2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 4, 16 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 666,6 kv.m olan torpaq sahəsi ilkin olaraq 1961-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən Pəri Şamil qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı DNK-nın 08 sentyabr 2022-ci il tarixli, 2V-271 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
17. 18 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 7 ev 16 (yeni qaydalarla: AZ1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83,50 kv.m olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0,06666 ha olan torpaq sahəsinin 0,0323 ha hissəsini öz mülkiyyətində saxlamaqla, torpaq sahəsinin 0,03436 ha hissəsini 8*** manata X2.
18. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış 02 sentyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi döngə 4 ev 16 (yeni qaydalarla: AZ1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.50 kv.m olan fərdi yaşayış evinin və 0,066660 ha torpaq sahəsinin satılmasına və ya bağışlanmasına razı olduğunu bildirmişdir.
19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83,50 kv.m olan fərdi yaşayış evi və 0,0323 ha olan torpaq sahəsi 05 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0,03436 ha torpaq sahəsi (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi R.Hacıyev küçəsi 87) Cavabdeh2 ilə X24 arasında imzalanmış Bakı şəhəri 58 saylı NO-nun 4Ə-1658 reyestr nömrəli 18 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən sonuncunun adına 02 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsindən 0,0137 ha təşkil edən hissə Bakı şəhəri 17 saylı NO-nun 4Ə-18 reyestr nömrəli 02 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinə, bölgü eskizinə, əmlakın bölgüsü müqaviləsinə, azalma ərizəsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan hissə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0,0188 ha torpaq sahəsi (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi R.Hacıyev küçəsi 87) kimi 26 fevral 2024-cü il tarixdə X13 adına rəsmiləşdirilmişdir.
21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, sahəsi 0,03436 ha olan torpaq sahəsi 02 oktyabr 2023-cü il tarixdə X13 adına qeydiyyatdan keçmişdir.
22. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 5 ünvanında yerləşən, sahəsi 0,0137 ha olan torpaq sahəsi 27 fevral 2024-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir.
23. 02 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,03436 ha olan torpaq sahəsinin 0,0137 ha hissəsini 4500 manata X1.
24. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, sahəsi 0,0188 ha olan torpaq sahəsi 26 fevral 2024-cü il tarixdə X13 adına qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən 16 saylı evə (yeni qaydalarla: AZ1039, ünvan 3 Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X3 adına verilmiş 08 sentyabr 2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 verilmiş 22 iyul 2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi 03 avqust 2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X24 arasında 50 saylı notariat ofisində bağlanmış 18 sentyabr 2023-cü il tarixli AN-İ 1185109, 4Ə-1658 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X13 adına (yeni qaydalarla: AZ1039, ünvan 4 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, X24 tərəfindən 0,034360 ha torpaq sahəsinə dair X19 verilmiş 31 oktyabr 2023-cü il tarixli 177905 nömrəli etibarnamənin etibarsız sayılması, etibarnamə əsasında X14 ilə 17 saylı notariat ofisində bağlanmış AN-İ 1173355, 4Ə-18 reyestr nömrəli 02 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 05 oktyabr 2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras evə, onun yerləşdiyi 666,6 kv.m torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə məcburi payının müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddia onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən 16 saylı evin (yeni qaydalarla: AZ 1039, ünvan 3 ilk sahibi mərhum qaynanası Pəri Şamil qızı olmuşdur. O, sağlığında sahibi olduğu evi 18 iyun 1984-cü ildə 17-ci Dövlət Notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə X4 vəsiyyət etmişdir. Həmin vaxt vəsiyyət edilmiş ev Pəri Şamil qızının mülkiyyətində olmamışdır. O, Pərinin oğlu X20 ilə 12 yanvar 1991-ci ildə evlənmiş və köçüb həmin evdə onlarla birlikdə yaşamışdır. Pəri Şamil qızı 15 sentyabr 1994-cü ildə vəfat etmişdir. X20 anası Pəri Şamil qızının vəfatından sonra həmin evi faktiki sahiblik etməklə idarə etmişdir. Həyat yoldaşı Ağaverdi anasının vəfatından sonra da onunla həmin evdə yaşamışdır. Həyat yoldaşı X20 26 noyabr 2022-ci ildə anasından qalan həmin evdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra da o, həmin evdə yaşamış, faktiki sahiblik etmiş, idarə etmiş və evin vergilərini ödəmişdir. Pəri Şamil qızının vəsiyyətnaməsində adı göstərilən X6 həmin evdə qeydiyyatda olsa da, lakin orda yaşamamışdır və mirası qəbul etməmişdir. ünvan 7 ünvanında yerləşən 16 saylı ev (yeni qaydalarla: AZ 1039, ünvan 3 ilk dəfə 19 iyul 2022-ci ildə Pəri Şamil qızının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən 18 iyun 1984-cü il tarixli vəsiyyətnamə əsasında verilmiş 08 sentyabr 2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə X3 mülkiyyətinə keçmişdir. Bundan Ağaverdinin xəbəri olmamışdır. X7 ağır xəstə olduğu vaxt 16 may 2022-ci il tarixdə evə dəvət etdiyi 17 saylı notariat ofisi tərəfindən anası Pəri Şamil qızından qalmış həmin evi vərəsə kimi qəbul etdiyi və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə vermişdir. Notariat işində olan arayışlarda Pəri Şamil qızının oğlu, miras evdə qeydiyyatda olan və yaşayan X10 adının da yazılmasına baxmayaraq onun vərəsəlik hüququ notarius tərəfindən təmin edilməmişdir. X6 09 noyabr 2022-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra 17 saylı notariat ofisi tərəfindən 22 iyul 2023-cü il tarixdə Cavabdeh2 verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə ünvan 7 ünvanında yerləşən 16 saylı ev (yeni qaydalarla: AZ 1039, ünvan 3 Cavabdeh2 mülkiyyətinə keçmişdir. Qanunla 17 saylı notariat ofisi 18 iyun 1984-cü il tarixli vəsiyyətnamə üzrə X4 vərəsəlik şəhadətnaməsi verərkən mirası faktiki qəbul etmiş və bu barədə ərizə vermiş birinci növbədə vərəsə X10 miras əmlakdan məcburi payı müəyyən edilməli və vərəsəlik şəhadətnaməsi verməli idi. Pəri Şamil qızının sağlığında və vəfatından sonra yalnız oğlu X20 həmin evdə yaşamışdır və evi faktiki sahiblik etməklə idarə etmişdir. Həyat yoldaşı Vəliyev Ağaverdi 26 noyabr 2022-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra həmin evdə faktiki o yaşayır və idarə edir. Həyat yoldaşının ölümündən sonra evin vergisi onun tərəfindən ödənilmişdir. O, miras evdən həyat yoldaşına düşən paya vərəsədir. Ona görə də həyat yoldaşının qanun üzrə vərəsəsi kimi miras evdən onun vərəsəlik hüququ tanınmalı və payı müəyyən edilməli, həmin əmlaklla əlaqədar bağlanmış müqavilələr və reyestrdən çıxarışlar ləğv olunmalıdır.
27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(008)- 1317/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
28. Qətnamə onunla əsaslandırılmışdır ki, Pəri Şamil qızı 18 iyun 1984-cü il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan Bakı şəhəri Maştağa qəsəbəsi Məktəb küçəsi döngə 4, 16 nömrəli evi (hazırda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83,50 kv.m olan fərdi yaşayış evi və 0,066660 ha olan torpaq sahəsi) vəfat edəcəyi halda kimdə olmasından asılı olmayaraq X4 vəsiyyət etmişdir. X26 15 sentyabr 1994-cü il tarixdə ölmüşdür. Hazırda iddiaçı, mərhum əri X10 anası - X26nın qanun üzrə birinci növbə vərəsəsi kimi sonuncudan qalmış miras əmlakda məcburi payının olduğunu iddia edərək, ərinə çatası məcburi payın müəyyən edilərək ona verilməsini xahiş edir. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı 15 sentyabr 1994-cü il tarixdə qüvvədə olan 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 538-ci maddəsinə əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürlənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Hazırkı işdən görünür ki, iddiaçının mərhum əri X20 05 aprel 1933-cü il tarixdə doğulmuş, 26 noyabr 2022-ci il tarixdə isə ölmüşdür. Göründüyü kimi X20 X26nın qanun üzrə birinci növbə vərəsəsi olsa da, miras açılan vaxt, yəni 15 sentyabr 1994-cü il tarixdə onun 61 yaşı tamam olmaqla (həddi-buluğa çatmışdır) əmək qabiliyyətli olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə və işin hallarına əsasən X10 Pəri Şamil qızından qalmış miras əmlakda məcburi pay hüququ olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının Pəri Şamil qızından qalmış miras əmlakdan mərhum ərinə çatası məcburi payı tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilərlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.066660 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə məcburi payının müəyyən edilib verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmə, məcburi payın müəyyən edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, digər hissələrdə iddia tələblərinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərinin həmin hissələrdə rədd edilməsini qanuni və əsaslı hesab etmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 537,538-ci, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Şikayət iddia ərizəsində göstərilən xüxusatlarla əsaslandırılaraq qeyd olunmuşdur ki, qanunla 17 saylı Notariat ofisi 18 iyun 1984-cü il tarixli vəsiyyətnamə üzrə X4 vərəsəlik şəhadətnaməsi verərkən mirası faktiki qəbul etməsi barədə ərizə vermiş birinci növbədə vərəsə VəliyevAğaverdi Qurban oğlunun miras əmlakdan - torpaqdan vərəsəlik payı müəyyən edilməli idi. Pəri Şamil qızının sağlığında və vəfatından sonra həmin evdə yalnız X20 yaşamışdır və evi və torpaq sahəsini faktiki sahiblik etməklə idarə etmişdir. Həyat yoldaşının vəfatından sonra həmin evdə o, yaşamış,evin və torpaq sahəsinin vergisini ödəmişdir. Mirasdan həyat yoldaşına düşən paya qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınmalı və payı müəyyən edilməlidır. Vəsiyyət üzrə vərəsə X6 isə Pəri Şamil qızının ölümündən sonra evi faktiki qəbul etməmişdir və nə də mirasla bağlı notariat orqanına qanunla müəyyən olunmuş müddətdə müraciət etməmişdir. X37 18 iyun 1984-cü ildə verdiyi vəsiyyətnamədə yalnız Bakı şəhəri, Maştağa qəsəbəsi, Məktəb (B.Bağırov) küçəsi, döngə 4, 16 saylı evi X4 vəsiyyət etmişdir, torpaq sahəsini vəsiyyət etməmişdir. Lakin, 17 saylı notariat ofisi vəsiyyət edilməmiş torpaq sahəsini də vəsiyyətnamə üzrə vərəsə X4 verməklə qanun üzrə birinci növbədə vərəsə X10 hüquqlarını pozmuşdur. Mirasın açıldığı vaxt Bakı şəhəri, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 4 ünvanında yerləşən 16 saylı ev Pəri Şamil qızının mülkiyyətində olmamışdır. Həmin ev və 666,6 kv.m torpaq sahəsi ilk dəfə 19 iyul 2022-ci ildə Pəri Şamil qızının adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan miras evdən həyat yoldaşı X15 düşən paya vərəsəsidir. Evin və torpaq sahəsinin mülkiyyət kimi Pəri Şamil qızının ölümündən təxminən otuz ilə yaxın vaxt keçəndən sonra adına ilkin qeydiyyata alınması baxımından məhkəmə tərəfindən həyat yoldaşının qanun üzrə vərəsəsi kimi miras evdən onun vərəsəlik hüququ tanınmalı və payının müəyyən edilməsi ədalətli olardı. İş materiallarından da görünür ki, X20 16 may 2022-ci il tarixdə 17 saylı Notariat ofisinə verdiyi ərizədə anası Pəri Şamil qızından qalmış evi vərəsə kimi qəbul etdiyini və vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Həmin ərizənin verilməsindən qısa bir müddət sonra 17 saylı notariat ofisi 08 sentyabr 2022-ci il tarixdə verdiyi “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə evi və vəsiyyət edilməmiş torpaq sahəsini X3 mülkiyyətinə vermişdir. Habelə cavabdeh olan 17 saylı notariat ofisi miras əmlaka dair vərəsəlik işi açarkən vərəsələrin dairəsini dəqiq müəyyən etməmiş, digər vərəsələrin çağırılması üçün tədbirlər görməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
34. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü il redaksiyasında): Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Maddə 538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürlənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır;
36. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 28 sentyabr 1979-cü il tarixli, 5 nömrəli Qərarı: 15-ci bənd. Azərbaycan SSR Torpaq Məcəlləsinin 109-cu maddəsinin tələbinə görə, şəhər torpaqlarındakı tikili üzərində mülkiyyət hüququ vərəsəlik qaydasında başqasına keçərkən, torpaq sahəsindən və ya onun bir hissəsindən istifadə hüququ da keçir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətində qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
41. İddianın əsasını və apellyasiya şikayətinin ilkin dəlilini o təşkil edir ki, iddiaçının ərinin miras əmlakda məcburi pay haqqı olmuşdur və miras əmlaka şəhadətnamə verilərkən bu hal nəzərə alınmamışdır.
42. Mübahisənin düzgün həlli baxımından iş üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tətbiqi əhəmiyyət kəsb edir.
43. İstər 1964-cü il redaksiyasında, istərsə də hal – hazırda qüvvədə olan Mülki Məcəllənə əsasən mirasın açılma vaxtı şəxsin ölməsi vaxtıdır. Hazırkı iş üzrə miras qoyan Pəri Şamil qızı 15 sentyabr 1994-cü il tarixdə ölmüşdür və həmin vaxt 1964-cü il redaksiyasında olan Mülki Məcəllə qüvvədə olmuşdur.
44. Həmin Mülki Məcəllənin 537-ci maddəsində hər bir şəxsin öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa vəsiyyət üzrə verə bilmə imkanı nəzərdə tutulmuşdur və miras qoyan Pəri Şamil qızı 18 iyun 1984-cü il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan Bakı şəhəri Maştağa qəsəbəsi Məktəb küçəsi döngə 4, 16 nömrəli evi vəfat edəcəyi halda kimdə olmasından asılı olmayaraq X4 vəsiyyət etmişdir. Vəsiyyətnamə ləğv olunmamış, dəyişdirilməmiş və qüvvədə olmuşdur.
45. Qanunvericiliyin tələbinə əsasən miras açıldığı gündən vərəsənin mülkiyyəti hesab olunduğundan bu hüququn daşınmaz əmlakın dövlət reyestrindən nə vaxt qeydə alınmasının heç bir əhəmiyyəti yoxdur.
46. Birinci instansiya məhkəməsi düzgün olaraq mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsinə əsasən bu nəticəyə gəlmişdir ki, iddiaçının mərhum ərinin miras açılıdığı vaxt əmək qabiliyyəti olmuş və həddi buluğa çatmışdır və buna görə məcburi pay hüququ yaranmamışdır.
47. Şikayətin digər dəlili ondan ibarətdir ki, Pəri Şamil qızı 18 iyun 1984-cü ildə verdiyi vəsiyyətnamədə yalnız Bakı şəhəri, Maştağa qəsəbəsi, Məktəb (B.Bağırov) küçəsi, döngə 4, 16 saylı evi X4 vəsiyyət etmişdir, torpaq sahəsini vəsiyyət etməmişdir.
48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 44-51-ci səhifələrində olan Pəri Şamil qızının adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, torpaq sahəsi ilə bağlı məlumatlar həmin sənəddə əksini tapmışdır.
49. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 28 sentyabr 1979-cü il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan SSR Torpaq Məcəlləsinin 109-cu maddəsinin tələbinə görə, şəhər torpaqlarındakı tikili üzərində mülkiyyət hüququ vərəsəlik qaydasında başqasına keçərkən, torpaq sahəsindən və ya onun bir hissəsindən istifadə hüququ da keçir. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən torpaq sahəsinin də miras predmetinə aid olunması zamanı da qanun pozuntusuna yol verilməmişdir.
50. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair bağlanmış müqavilələrin etibarsızlığı tələb olunsa da, məhz onun tərəfindən notariat ofisinə ünvanlanmış 02 sentyabr 2023-cü il tarixli ərizədə, o, Cavabdeh2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi döngə 4 ev 16 (yeni qaydalarla: AZ1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.50 kv.m olan fərdi yaşayış evinin və 0,066660 ha torpaq sahəsinin satılmasına və ya bağışlanmasına razı olduğunu bildirmişdir.
51. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(008)- 1317/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(008)- 1317/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev