Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5379/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı "ASAN xidmət" mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzilin bağışlanması müqaviləsinin və mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə İş №2(103)-5379/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Tərcüməçi Yəhyayeva (Bağırova) Günay Akif qızının, Cavabdeh iştirakı ilə, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(003)-381/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh iddiaçının qızıdır və iddiaçı xx.xx.2018-ci il Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, 68 nömrəli mənzili qızına bağışlamışdır. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq çıxarış alınmışdır. 2.Hazırda iddiaçı cavabdehlə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı "ASAN xidmət" mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənzilin bağışlanması müqaviləsinin və mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yerləşən üç otaqlı mənzilin onunla Cavabdeh arasında bağlanmış mənzilin bağışlanması müqaviləsinin və 14 noyabr 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində qeydiyyatdan keçmiş mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini, Bakı şəhəri, ünvan 1ədov (Fioletova) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yerləşən üç otaqlı mənzilin mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ünvanında yaşayır və yaşayış 35,72 kv. m. və ümumi sahəsi 56,82 kv. m. olan 3 otaqlı mənzildə qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə qeydə alınmış qeydiyyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyət kimi ona məxsus olub. Göstərilən yaşayış sahəsində 13 iyun 1983-cü il tarixli, 212482 nömrəli orderə əsasən köçmüş 4 nəfər, yəni onun özü, həyat yoldaşı AxmadulinVladimir, qızı Cavabdeh və oğlu X5 yaşamışlar və qeydiyyatda olmuşlar. Bundan əvvəl onun oğlu X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin vaxt onların başlarına gələn kədərli hadisə ilə bağlı onun mövqeyi tənqidi idi. O, həmişə oğluna dəstək olmaq üçün vəsait axtarırdı. Onun qızı Cavabdeh oğlu X2 kömək etmək üçün qızının adına hədiyyə müqaviləsi bağlamaq şərti ilə ona pul təklif etmişdir. Bu məqsədlə onlar notariat ofisinə getmişlər. O, orada hədiyyə müqaviləsini rəsmiləşdirmək üçün lazımi sənədləri imzalamışdır. Lakin müqavilə bağlansa da, vəd edilən pul ona verilməmişdir.Bundan sonra xeyli vaxt keçmişdir. 18 mart 2021-ci il tarixli amnistiya elan olunduğuna görə onun oğlunun 11 il 4 ay 18 gün müddətində azadlıqdan məhrum etmə cəzasının qalan hissəsi yarıya qədər azaldılıb. Sonradan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X4 şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 7(001)-537/2022 saylı qərarı ilə oğlunun vəsatəti təmin edilərək oğlunun şərti olaraq azadlığa buraxılması ilə bağlı qərar çıxarılıb. Müqavilənin şərtləri əslində yerinə yetirilməyib. O, mənzili qızına bağışlamaq üçün bütün sənədləri imzalasa da, qızından heç vaxt pul almamışdır. 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, mənzil 68 ünvanında oğlu X4 ilə birlikdə yaşayır. Qızı Cavabdeh Bakı şəhərinin Pirallahı rayonunda yaşayır. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, ev 2, 68 saylı mənzil ona, qardaşına, atasına və anasına verilmişdir. 1996-cı ildə onun evi yanmışdır. 7.Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 fevral 2024-cü il tarixli, 2(003)-381/2024 saylı qətnaməsi ilə (hakim-Əkrəm Qəhrəmanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 8.İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1904 reyestr nömrəli mənzil bağışlanma müqaviləsinə dair notariat işinin təsdiq olunmuş surətində Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, mənzil 68 ünvanında yerləşən, ümumi sahəsi 56,82 kv/m, yaşayış sahəsi 35,72 kv/m olan 3 otaqlı mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması və buna dair sənədlər əks edilmişdir. 9.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İlqarƏhmədov küçəsi, ev 2, mənzil 68 Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və həmin şəxsin mülkiyyətindədir. 10.Məhkəməişin faktiki halları ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı xx.xx.2018-ci il Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, 68 nömrəli mənzili qızına bağışlamışdır. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq çıxarış alınmışdır. Hazırda iddiaçı cavabdehlə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və mübahisəli daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. 11.Məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə mübahisə edilən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının mübahisə edilən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Həmçinin iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə xx.xx.2023-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən 4 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. 12.Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mənzilin bağışlama müqaviləsinin müqabilində qızının ona müəyyən pul məbləğini təklif etməsinə, sonra qızının həmin pul məbləğini ona vermədiyinə istinad etsə də, iddiaçının bağışlama müqaviləsində belə bir şərt nəzərdə tutulmadığına, həmin şərtin bağışlama müqaviləsinə zidd olduğuna və müqavilənin mahiyyətini dəyişdiyinə, həmçinin iddiaçının və cavabdehin bağışlama müqaviləsini bağlayarkən həmin müqavilənin mahiyyəti və hüquqi nəticləri – mübahisə edilən mənzilin əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verilməsi barədə məlumatlı olduğu üçün iddiaçının istinad etdiyi hal bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. 13.Məhkəmə qanunvericiliyin qeyd olunan normalarına, işin məhkəmə iclasında tədqiq olunan hallarına və digər hallara qiymət verərək müəyyən etmişdir ki, iddiaçının bağışlama müqaviləsinin ləğv edilməsi barədə tələbi bunun üçün heç bir əsas olmadığına və iddia ərizəsi bağışlama müqaviləsinin icra edildiyi vaxtdan 1 ildən çox müdət keçdiyinə görə təmin edilməməlidir. 14.İddianın çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddianın həmin hissəsi də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə birbaşa bağlı olduğundan, bağışlama müqaviləsi isə etibarsız hesab edilmədiyindən təmin edilməməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 337, 354, 666.1, 670ci;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri, ünvan 1ədov (keçmiş Fioletova) küçəsi, 2 sаylı еvin, 68 saylı mənzilinin bağışlanması müqaviləsi yаlnız Cavabdeh razılaşdırılmış pulu iddiaçıya gətirdiyi üçün 14.11.18-ci il tarixdə bаğlаnmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmişdir. Cаvаbdеh müqаvilənin bаğlаnmаsınа nаil olduqdаn sonrа evinə gələrək pulu götürmüşdür. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək nəzərən almamışdır ki, cavabdehin ona gətirdiyi razılaşdırılmış pulu 14.11.18-ci il tarixli müqаvilənin bаğlаnmаsındаn sonrа evinə gələrək аpаrаcаğını bilsə idi, yəni aldadılmаsа idi həmin müqаviləni bаğlаmаzdı. Maddi hüquq normalаrının düzgün tətbiq edilməməsi iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. Məhkəmə maddi hüquq normalаrını düzgün tətbiq etməyərək nəzərə almamışdır ki, Bakı şəhəri, ünvan 1ədov (keçmiş Fioletova) küçəsi, 2 sаylı еvin 68 saylı mənzilinin onа bağışlanması üçün zəruri olаn oğlu Dmitri Axmadulinin rаzılıq ərizəsini (bir tərəfli əqdi) nümаyəndəsi olаrаq cavabdeh imzаlаmаqlа, fаktiki olаrаq təmsiledilən adından şəxsən özü barəsində əqd bağlamışdır.Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq tərəflərin izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin rədd edilməsiilə nəticələnmişdir. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (rаzılıq ərizəsini (bir tərəfli əqdi) nümаyəndəsi olаrаq cavabdeh imzаlаmаqlа, fаktiki olаrаq təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamаsınа, iddiaçını аldаtmаsınа), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etriaz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, anası mənzili ona pul müqabilində bağışlamamışdır. Anası öz iradə ifadəsi kimi, əvəzssiz olaraq mənzili ona bağışlayıb. O, qardaşı həbsxanada olanda anasına köməklik göstərib. Mənzilin bağışlanması zamanı heç bir aldatma hallarına yol verilməmişdir. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 22.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 24.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 25.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 26.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bircavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbuletməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyəninqəbul edildiyi ehtimal olunur. 27.Maddə 670.Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. 28.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 29.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 30.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 31.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 32.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər 33.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 40.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı xx.xx.2018ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, ünvan 1ədov (Fioletov) küçəsi, bina 2, 68 nömrəli mənzili cavabdehə bağışlamış, xx.xx.2018-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmışdır. Hazırda iddiaçı cavabdehlə bağlanmış bağışlama müqaviləsinin aldadılması səbəbi ilə etibarsız hesab edilməsini və mübahisəli daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. 41.İddiaçı iddia tələbi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, o, bağışlama müqaviləsini ona görə bağlamışdır ki, qızı Cavabdeh qardaşı X2 kömək etmək üçün adına hədiyyə müqaviləsi bağlamaq şərti ilə ona pul təklif etmişdir. Lakin müqavilə bağlansa da, cavabdeh ona vəd edilən pulu verməmişdir. 42.İddiaçı apellyasiya şikayətində isə qeyd edir ki, Cavabdeh razılaşdırılmış pulu iddiaçıya gətirdiyi üçün 14.11.18-ci il tarixdə bağışlama müqaviləsi bаğlаnmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmişdir. Cаvаbdеh müqаvilənin bаğlаnmаsınа nаil olduqdаn sonrа onun evinə gələrək pulu götürmüşdür. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar-aldatma yolu ilə bağışlma müqaviləsinin bağlanılması iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. 45.Belə ki, MPM-nin 10-1.2.Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 46.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 47.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.0 48.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 49.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 50.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 51.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 52.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 53.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəligəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). 54.Göründüyü kimi məhkəmə araşdırılması zamanı qanunvericiliklə mübahisə edilən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində tələbinin əsası kimi fərqli-fərqli əsaslar irəli sürsə də, heç biri iş materialları ilə öz təsdqini tapmamışdır. 55.Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin razılaşdırılmış pulu verməməsi ilə bağlı qeyd etdiyi əsasdan fərqli olaraq, apellyasiya şikayətində cаvаbdеhin müqаvilənin bаğlаnmаsınа nаil olduqdаn sonrа evinə gələrək pulu götürməsini, bununla da, aldadıldığını qeyd etmişdir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 57.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 58.Belə ki, müqavilənin qarşı tərəfinin (yaxud onun məlumatı daxilində) aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 59.Hazırkı mülki işdə iddiaçı bağışlama müqaviləsi bağlanarkən aldadıldığını qeyd etsə də, onun cavabdeh tərəfindən aldadılması halı öz təsdiqini tapmamış, əksinə iddiaçı iddia ərizəsində vəd edilən pulun cavabdeh tərəfindən ona verilmədiyini, apellyasiya şikayətində isə verilən pulun daha sonra ondan götürüldüyünü bildirmişdir. 60.Həmçinin məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mənzilin bağışlama müqaviləsinin müqabilində qızının ona müəyyən pul məbləğini təklif etməsinə, sonra qızının həmin pul məbləğini ona vermədiyinə istinad etsə də, iddiaçının bağışlama müqaviləsində belə bir şərt nəzərdə tutulmadığına, həmin şərtin bağışlama müqaviləsinə zidd olduğuna və müqavilənin mahiyyətini dəyişdiyinə, həmçinin iddiaçının və cavabdehin bağışlama müqaviləsini bağlayarkən həmin müqavilənin mahiyyəti və hüquqi nəticləri – mübahisə edilən mənzilin əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verilməsi barədə məlumatlı olduğu üçün iddiaçının istinad etdiyi hal bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. 61.Kollegiya qeyd edir ki, iddiaçı müqavilə bağlanandan sonra (müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır) aldadıldığını qeyd etdiyindən, o, mübahisələndirilən əqdlər üçün MM-nin 354.2-ci maddəsinə əsasən bağışlama müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün bir illik kəsici müddəti də (məhkəməyə xx.xx.2023-də iddia ərizəsi verilmişdir) keçirmişdir. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 64.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 65.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(003)-381/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəya Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5379/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5379/2024
09.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver