Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5381/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X2, üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı üçüncü şəxs “xxxxxxxxxxxx” ASC cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxs “xxxxxxxxxxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı üçüncü şəxs “xxxxxxxxxxxx” ASC cəlb edilməklə məhkəməyə müraciət edərək, Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılan xx xxxxxx 2017-ci il tarixində 164 №-li Müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx xxxxxx 2017-ci il tarixində 164 №-li Müqavilə bağlanmışdır. Müqavilə bağlandığı zaman Cavabdeh mənzilin özəlləşdirilmədiyini, yəni onun mülkiyyət hüququnun dövlət tərəfindən tanınmadığını və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın onun tərəfindən əldə olunmadığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 №-li Sərəncamı əsasında bu mənzilin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən Müqavilənin 2.12-ci bəndi ilə nəzərdə tutulmuş yüklü olmaması barədə arayış (forma 1) ondan tələb edilməmişdir. Mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmamışdırsa və Daşınmaz Əmlak Daşınmaz Əmlakın Dövlət reyestrındə qeydə alınmamışdırsa DƏDRXtindən Forma 1-i əldə etmək mümkün deyildir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh bu mənzilin mülkiyyətçisi kimi tanınmışdır və mənzil Müqavilə bağlandığı tarixdə yüklü olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının birinci müavinin xx xxxxxx 2018-ci il tarixli 1/1452 №-li məktubuna qoşma kimi əlavə edilmiş “xxxxxxxxxxxx” ASCnin İdarə Heyətinin sədri Orxan Hüseynovun məktubundan məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi xx.xx.2018-ci il tarixdən etibarən “xxxxxxxxxxxx” ASC-dir. Müqavilənin 1.1.1-ci bəndinə uyğun olaraq“Əmlak istifadəçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı Qəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569№-li Sərəncamı əsasında bağlanan kirayə müqaviləsi ilə onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən 90 kv. m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti ” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.1.1-ci bəndinə uyğun mənzil İddiaçı MMC-nə təhvil verilməsinə baxmayaraq, bu mənzil üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verilməmişdir. İddiaçı MMC-nin mənzilin yüklü olduğu haqqında məlumatı olsaydı Cavabdeh ilə müqavilə bağlamazdı. Bu Müqavilə İddiaçı MMC Cavabdeh tərəfindən mənzilə dair onun mülkiyyət hüququnun dövlət tərəfindən tanınmadığı və dövlət reyestrındə qeydiyyatın olmadığını bildirdiyinə görə, yəni Cavabdeh tərəfindən İddiaçı MMC-nə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə bağlanılmışdır. Bu müqavilə aldatma yolu ilə bağlanılmışdır. Hesab edilir ki, müqavilə üzrə təhvil alınan mənzil hal hazırda digər şəxsin mülkiyyətində olduğuna görə, bu mülkiyyət hüququ dövlət tərəfindən tanındığına görə Müqaviləyə xitam verilməlidir. Mənzilin mülkiyyətçisi “xxxxxxxxxxxx” ASC tanındığı andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququ “xxxxxxxxxxxx” ASCnə keçmiş olur və Əmlak İstifadəçisi kimi müqavilədə göstərilən Cavabdeh istifadə hüququ ləğv olunur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı MMC onun ləğv edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Həmçinin, qətnamədən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qa'abağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin satışı ilə bağlı "X1 Mərkəzi" MMC tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından "X1 Mərkəzi"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"Maraqlı şəxs" ASC təklifi qəbul etmişdir. Bununla bağlı xx.xx.2018-ci il tarixində "X1 Mərkəzi” MMC - də "Hərracın nəticələri haqqında yekun” Protokol və müvafiq qaydada "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili Bankla “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq 24.12.201 D-cu il tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Yuxarıda qeyd edilənlərdən mübahisəsiz qaydada aydın olur ki, Cavabdeh ilə cavabdeh "İddiaçı” MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə dair xx.xx.2017-ci il tarixli 164 №-li müqavilə bağlandığı zaman cavabdehin həmin əmlakın bankın xeyrinə ipoteka ilə yüklü olunmasından məlumatı olmuşdur. Bundan başqa Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı qətnamənin icrasını ləngitmək məqsədilə əsassız iddialar və şikayətlər vermişdir. Bu səbəbdən də, qətnamənin icraya yönəldilməsi prosesi uzanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayədəsi də özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili isə apellyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətləriinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “əmlak istifadəçisi" Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu icra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 №-İİ Sərəncamı əsasında bağlanan kirayə müqaviləsi ilə onun istifadəsində olan ünvan 3 ünvanında yerləşən 90 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti" “İddiaçı“ MMC ünvan 4 ünvanında verləşən “əmlak istifadəçisi"-nin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiybinanın küçəsində pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində və binanın ".8.9 və ya lü-cu mərtəbələrində 125 kvm-lik ümumi sahəyə malik, təmirli mənzili “əmlak istifadəçisi"-nin istifadəsinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 nömrəli sərəncamından görünür ki, Nərimanov RİH-nin Mənzil məsələləri üzrə ictimai komissiyasının Qarabağ küçəsindəki 9 N°-li evin, 2-ci mənzilinə dair xx.xx.2008-ci il tarixli aktı təsdiq edilmiş, Qarabağ küçəsindəki 9 №-li evin, 2-ci mənzilinin ümumi sahəsi 90,0 kv.m, yaşayış sahəsi 62,3 kv.m, köməkçi sahəsi 27,7 kv.m olmaqla, 3 otaqlı hesab edilmiş, Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 37 Ns-li MKİS-ə tapşırılmış, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. Cavabdeh adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmuş və Sərəncamın surətlərin, Hüquq şöbəsinə. 37 №-li MKİS-ə və vət. Cavabdeh göndərilməsi Ümumi şöbəyə həvalə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2018-ci il tarixli, xx/xx-4078 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilininsatışı ilə bağlı X1 Mərkəzi” MMCtərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından “X1 Mərkəzi"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Maraqlı şəxs’ ASC təklifi qəbul etmişdir. Bununla bağlı xx.xx.2018-ci il tarixində “X1 Mərkəzi’ MMC-də "Hərracın nəticələri haqqında yekun" Protokol və müvafiq qaydada "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX No ******* saylı, xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili bankın xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri. Nərimanov rayonu. Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi “Maraqlı şəxs" ASC-nin hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 2 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MH seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 2 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1018 nömrəli reyestr kitabının 91548 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1185/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2017-ci iltarixli müqavilə ilə müəyyən olunmuş şərtlərlə və məbləğdə kirayə haqqı cavabdeh İddiaçı MMCdən Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı mübahisələndirdiyi müqavilənin etibarsızlığını onu cavabdeh tərəfindən aldadılması nəticəsində bağlamış olduğuna istinadla irəli sürmüşdür; Mülki Məcəllənin 339.2ci maddəsinə görə isə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi, bu maddənin tətbiqedilən olması, kontragentin tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmış olmasından asılıdır; hazırkı işin halarına görə isə iddiaçı, ipoteka saxlayan tərəfindən hansı şəkildə aldadılmış olduğuna dair heç bir sübut təqdim etməmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kollegiya apellyasiya şikayətlərinin oxşar məzmunlu olduğunu nəzərə alaraq, hər iki şikayətə birlikdə qiymət verərək qeyd edir ki, müqavilənin aldadılma nəticəsində bağlandığı arqumentlərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 569 nömrəli sərəncamına istinad edərək, mübahisəli mənzilin cavabdehin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməməklə ona mülkiyyət hüququ ilə məxsus olmamasını, mənzilin yüklü olmasından xəbəri olmadığını, xəbəri olsaydı, həmin müqavilənin bağlanmamasını bildirsə də, qeyd edilən Sərəncamın mətnindən də görünür ki, mənzilin cavabdehin xüsusi mülkiyyətində olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5381/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5381/2020
23.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver