Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5384/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh2 İKB -nin nümayəndəsi X2, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)-1124/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə Cavabdeh2-yə, Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin, hərracın nəticələri haqqında Y-240/1 saylı protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbiri barədə ərizə əlavə etməklə işə mahiyyəti üzrə baxılıb həll edilənədək mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə yekun qərarının qanuni qüvəyə mindiyi vaxta kimi həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)-1124/2020 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)-1124/2020 saylı qərardadının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti qeyd olunur ki, "xxxx" MMC, Cavabdeh2, Suraxanı rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin, hərracın nəticələri haqqında Y-240/1 saylı protokolun etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Cavabdehlərə qarşı sözügedən iddia tələbi barədə məhkəmə araşdrması gedişində gələcəkdə qətnamənin icrasının təmin etmək məqsədi ilə mübahisənin əsas predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə yekun məhkəmə qərarının qanuni qüvəyə mindiyi vaxta kimi məhkəmə qaydasında həbs qoyulması barədə vəsatət təqdim etdi. Suraxanı rayon Məhkəməsinin 2(10)-1124/20220 saylı qərardadı ilə iddianın təmini barədə vəsatətim məhkəmənin qərardadında göstərilən əsassız əsas gətirilərək qeyri-qanuni təmin edilməmişdir. Məhkəmə qərardadında göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" MMC-nin 23.10.2019-cu il tarixli,Y-240/1 saylı hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi üzrə Cavabdeh2-nin mülkiyyətinə keçmişdir. Məhkəmənin iddianın təmini tədbiri kimi mübahisə predmeti olan fərdi yaşayış evinin üzərinə həbs qoymamasının yegənə səbəbi yuxarıda göstərilən əsas, yəni fərdi yaşayış evinin artıq cavabdehlərdən Cavabdeh2-nin mülkiyyətində olmasıdır. Məhkəmənin belə bir əsas gətirərək iddianın təmini tədbiri barədə vəsatətini təmin etməməsi ilə əsla razılaşa bilmər. Belə ki, məhkəmənin icraatında olan iddia tələbindən də göründüyü kimi, iddia tələbinin motivi hərraca dair 23.10.2019-cu il tarixli, Y-240/1 saylı hərracın nəticələri haqqında protokolun, onun əsasında "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair müqavilənin etibarsız sayılması və hərracın yenidən keçirilməsinə dair qətnamə qət edilməsidir. İddia tələbindən göründüyü kimi, mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən qanunun tələbləri pozularaq hərracda Cavabdeh2-nin müılkiyyətinə keçirilməsi mübahisələndirilir. Onun iddia tələbində yer alan hüquqi mübahisənin mahiyyətinin əsasını "xxxx" İKB ASC-nin mülkiyyətinə qeyri-qanuni şəkildə keçən əmlakıma dair alğı-satqı adlanan həmin hüquqi prosedurun məhkəmə tərəfindən etibarsız hesab edilərək ortadan qalxması təşkil edir. Yəni, "xxxx" İKB ASC-nin qeyri-qanuni şəkildə əldə etdiyi mülkiyyəti məhkəmə qaydasında mübahisələndirir. Belə olan halda məhkəmə qaydasında mübahisələndirdiyi mülkiyyət barəsində daha məhkəmə tərəfindən qərar qəbul edilmədən Cavabdeh2-nin mülkiyyəti hesab edərək, iddianın təmini tədbiri barədə vəsatətinin təmin edilməməsi işə obyektiv şəkildə baxılmasına şübhə doğurur. İddianın təmini tədbiri barədə hal-hazırda belə bir vəsatət verməyə ona görə ehtiyac hiss elədi ki, bu qeyri-qanuni hərrac vasitəsi ilə əmlakını ələ keçirən Cavabdeh2 əmlakını başqa bir fiziki vəya hüquqi şəxlərin mülkiyyətinə keçirdərək əldən çıxara bilməsin. İddianın təmini tədbiri qanunvericilikdə də, göstərildiyi kimi, qətnamənin qələcəkdə icrasını təmin etmək məqəsdi olduğu üçün müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Belə olan halda, məhkəmənin gətirdiyi hüquqi əsas yolverilməzdir və hesab edirəm ki, ləğv edilərək vəsatətimin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)-1124/2020 saylı qərardadından verilmiş şikayət məhkəmənin 04 may 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 İKB-nin nümayəndəsi X6 və “xxxx” MMC-nin nümayəndəsi X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı X5 məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. İş materiallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” MMC-nin Y-240/1 saylı, 23.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi üzrə ’’Cavabdeh2” İKB ASC-nin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının həbs qoyulmasını xahiş etdiyi əmlak 23.10.2019cu ildə alğı-satqı müqaviləsi əsasında qanuni əsaslarla ’’Cavabdeh2” İKB ASC-nin mülkiyyətinə keçdiyi qənaətinə gələrək, ərizəni təmin etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 157-ci və 158-ci maddələrinin məzmununa görə, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından, həmçinin məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş müvəqqəti xarakter daşıyan prosessual tədbirdir. Hazırkı halda isə konkret mübahisə mübahisəli mənzillə bağlı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, qeyd olunan növdə iddianın təmini tədbirinin mövcudluğu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək üzrə yarana biləcək çətinləşdirmə hallarını aradan qaldırmış olur. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında da mühüm rol oynayır və iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Kollegiya hesab edir ki, iddia tələbi ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, mübahisənin predmetini nəzərə alaraq, hazırki mülki işə mahiyyəti üzrə məhkəmə iclasında baxılıb qurtarana qədər iddianı təmin etmə tədbirinin görülməsi, müvafiq ərizənin qismən təmin edilərək, mənzilin özgənkiləşdirilməsinin qadağan edilməsi məqsədə müvafiqdir. Sadalanan hallar baxımından hazırkı mülki iş üzrə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehin mülkiyyəti üzərinə müvəqqəti məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur, məhz iddianın təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəldilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(010)- 1124/2020 saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5384/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5384/2020
10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver