Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5387/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1071/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” İB tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 4066,80 manat borcun “xxxxxxxx” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-ci il tarixdən ünvan 1 ünvanını 30000 ABŞ dolları məbləğinə almışdır. Həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2019-cu il tarixdə heç bir xəbərdarlıq olmadan “xxxxxxxx” ASC-nin əməkdaşları gələrək fərdi yaşayış evinə qoyulmuş sayğacı ona bildirmədən və heç bir hal şahidinin iştirakını təmin etmədən çıxarıb aparmışlar. Bundan sonra 157772 №-li AKT tərtib edilərək qeyd edilmişdir ki, yoxlama zamanı fərdi yaşayış evinin elektrik sayğacının alt qapaq möhürü qırılıb, belə ki, fərdi 10 mm-lik kabel xətti qidalandırır. Lakin xx.xx.2019-cu il tarixli 161012 saylı protokolda sayğaca müdaxilə edilərək daxili sisteminin dəyişdirildiyi qeyd olunmuşdur. Bundan sonra “xxxxxxxx” ASC-yə müraciət edən iddiaçı aylıq yoxlamalar zamanı belə bir halın mövcud olmadığını, işıq sərfiyyatına görə ödənişləri eyni qaydada etdiyini və sayğaca onun tərəfindən heç bir müdaxilə edilmədiyini bildirərək işıq sayğacının onun və iki hal şahidinin iştirakının təmin edilmədən sökülərək aparılmasını vurğulamışdır. Habelə sayğacın küçədə yerləşdiyindən ona nəzarətin “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən edildiyini əlavə etmişdir. Daha sonra “xxxxxxxx” ASC tərəfindən ona bildiriş göndərilərək, 4066.80 manat borcunun olmasını və qeyd olunan borcun 3 gün müddətində ödənilməsini, təmin etmədiyi halda “xxxxxxxx” ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən dayandırılaraq, elektrik qidalanma xəttinin möhürlənəcəyi və borc məbləğinin məcburi qaydada ondan tutulması üçün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tədbir görüləcəyi xəbərdar edilmişdir. Qeyd edilənlərə əsasən, elektrik enerjisinə görə heç bir borcunun olmadığını bildirirək, əsassız yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1071/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” ASC tərəfindən əsassız hesablanmış 3.694,24 manat (üç min altı yüz doxsan dörd manat iyirmi dörd qəpik) borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə “xxxxxxxx” ASC-nin əməkdaşları abonent X2 adına olan lakin, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin xx.xx.2008-ci ildə quraşdırılmış A180804716M162745 nömrəli AMPY (5235A) tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın alt qapaq möhüqrünün qırıq olması səbəbi ilə həmin sayğacın labarator müayinəsinin aparılması zərurətinin yaranması nəticəsinə gəlinmiş, çıxarılmış sayğac Sayğac quraşdırma və uçot nəzarət idarəsinə göndərilmiş və Sayğacların və cərəyan transformatorların yoxlanması protokoluna əsasən, “sayğacın AZS möhürünün pozulması, 823185 saylı sarı alt qapaq möhürünün pozulması, sayğacın gövdəsinin arxası germetik hissədən açıldığı, sayğaca müdaxilə olunaraq daxili sisteminin dəyişməsi və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Sonradan “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən 33584 kvts ((16581 kvts : 184 gün, 421 gün)-4354 kvts=33584 kvts) itirilmiş elektrik enerjisinin dəyərinin əvəzi olaraq 3694.24 manat məbləğində borc hesablanaraq X2 adına olan **********5005A nömrəli abunə haqqında məlumata daxil edilməklə iddiaçıya ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşayiət olunmuşdur. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə, Mülki Məcəllənin 373.2, MPM 372, 390-cı maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Qasımzadə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan görünür ki, X1 mülkiyyətində olan ünvan 3 ünvanında iddiaçı tərəfindən mütamadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı ünvan 3 ünvanı üzrə 4.020,60 qəpik (aylar üzrə artıb-azalan borc) qalıq borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixdə keçirilmiş yoxlama nəticəsində tərtib edilmiş 157772 №-li AKT-a əsasən, yoxlama zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının alt qapaq möhürü qırıqdır və fərdi 10mm-lik kabel xətti qidalandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 161012№-li protokola əsasən sayğacın AZS möhürü pozulub, sayğacın gövdəsi açılıb, sayğaca müdaxilə olunaraq daxili sxemi dəyişdirilib və sayğac istismara yararsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Həmin Qaydaların 7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Kollediya hesab edir ki, cavabdehin təqdim etdiyi sayğacların və cərəyan transformatorlarının yoxlanması protokoluna (i.v. 4) əsasən, sayğaca müdaxilə olunması müəyyən olunsa da, bu halın iddiaçının təqsiri nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədən elektrik enerjisi sərfiyyatına görə iddiaçıya ziyan hesablamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış 3.694,24 manat borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1071/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5387/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5387/2020
14.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver