Məhkəmə qərarları › İş №2(103)-5387/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5387/2022

06.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5387/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı, həmçinin apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməklə işə qoşulmuş X8 Cavabdeh1 və X19rşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: müqavilənin etibarsız sayılması, mülkiyyət hüququ, əqdin təmsilçi vasitəsilə bağlanması, təmsilçinin öz xeyrinə əqd bağlaması, satınalmada üstünlük hüququ, vicdanlı alıcı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş X8 nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh2 (o, həm də digər Cavabdeh1 nümayəndəsidir), Cavabdeh1 vəkili Vəkil2, cavabdeh X24 nümayəndəsi (vəkili) Vəkil4 Oktay oğlunun iştirakları ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməklə işə qoşulmuş X8 Cavabdeh1 və X19rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə 06 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X2 Vəfa Rəfael qızının anası olmaqla, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzil xx.xx.2017-ci il tarixdə tam, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi isə xx.xx.2019-cu il tarixdə 1 otaqda paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 3 otağı paylı mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Zemfira Mikayılovanın qardaşı X8 adına qeydiyyata alınmışdır.

3. X4 Füzuli Əliağa oğlunun adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi Cavabdeh2 etibar etmişdir.

4. İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək, anasına məxsus Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilin satılmasına razılıq vermişdir.

5. Həmin notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən, X6 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzili qızı olan Cavabdeh1 satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70 000 manat müəyyən edilməklə, alıcı həmin məbləğin 30 000 manatını bu müqavilənin qüvvəyə mindiyi tarixdə satıcıya notariusun depozit hesabı vasitəsilə ödəməyi, qalan 40 000 manatı isə 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 Cavabdeh2 adına verdiyi 12 mart 2019-cu il tarixli etibarnamə ilə 10 il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi Cavabdeh2 etibar etmişdir.

7. İlkin müqavilə üzrə 30 000 manat xx.xx.2019-cu il tarixdə, 20 000 manat isə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun bankdakı depozit hesabına köçürülmüş və Cavabdeh2 tərəfindən məxaric olunmuşdur.

8. 08 yanvar 2020-ci il tarixdə ilkin satış müqaviləsinin tərəfləri arasında Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair alqısatqı müqaviləsi bağlanmış, X6 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 mənzili Cavabdeh1 70 000 manata satmış, mənzilin satış dəyərindən 30 000 manatın xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə, 20 000 manatın xx.xx.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödənildiyi göstərilməklə, qalan 20 000 manatının alıcının alqı-satqı zamanı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilməsi nəzərdə tutulmuşdur.

9. Həmin müqavilə üzrə satıcıya ödənilməli olan 20 000 manat 07 yanvar 2020ci il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tərəfindən məxaric olunmuşdur.

10. Eyni notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X6 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 130 000 manata Cavabdeh1 satmış və evin həmin hissəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reystrində sonuncunun adına qeydiyyatdan keçmişdir.

11. Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən, Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 210 000 manata X26 satmış, alıcının notariusun depozit hesabına mədaxil etdiyi müvafiq məbləğ Cavabdeh2 tərəfindən məxaric olunmuş, evin həmin hissəsi xx.xx.2019-cu il tarixdə X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Həmin alqı-satqı müqaviləsi bağlanarkən X12 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində qeydiyyatda olmuş, onun adından xx.xx.2018-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 xx.xx.2019-cu il tarixdə notariusa ərizə verərək evin (1 otaq (y/s-23,9 m2, k/s-22,3 m2, açıq eyvan 8,1 m2) satılmasına razılıq verdiyini bildirmişdir.

13. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis X1 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, onun xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə verdiyi məlumat üzrə ərizə və izahatının alınması üçün bölməyə dəvət olunarkən o, yaranan problemlə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət edəcəyini bildirdiyindən, məlumatın icrası dayandırılmışdır.

14. X12 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir.

15. X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə (bundan sonra - mənzil) və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə (bundan sonra - ev) dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil və ev anasına məxsus olmuşdur və o, həmin mənzildə yaşayır. 2018-ci ilin sonlarında mənzili ona bağışlamaq məqsədilə anası notariat kontoruna müraciət etmiş, həmin kontorda lazım olan sənədlər barədə məlumat verildikdə həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün mənzil alqı-satqısı ilə məşğul olan tanışları Cavabdeh2 bununla bağlı ona kömək etməsini xahiş etmiş, sonuncu razılıq verdiyi üçün xx.xx.2018-ci il tarixdə 46 saylı notariat ofisində onun adına etibarnamə vermişdir. Bir müddət sonra - xx.xx.2018-ci il tarixdə - Cavabdeh2 anasının şəxsiyyət vəsiqəsini və mənzilə dair dövlət reyestrindən çıxarışı almış və ona növbəti gün notariat ofisinə getməsini tapşırmışdır. xx.xx.2018-ci il tarixdə həmin notariat ofisinə gedərək Cavabdeh2lə görüşmüş, sonuncu bildirmişdir ki, mənzilin anasının adından onun adına keçirilməsi üçün razılıq sənədi imzalamalıdır. Cavabdeh2 sözlərinə inandığı üçün təqdim olunmuş sənədi oxumadan imzalamış, bundan sonra Cavabdeh2 zənglərinə cavab verməmiş, verdikdə isə sualları cavablandırmaqdan yayınmışdır. Bu vəziyyət anasını narahat etdiyindən Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmək qərarına gəlmiş, lakin şəxsiyyət vəsiqəsi Cavabdeh2 qaldığından bunu edə bilməmiş və xx.xx.2020-ci il tarixdə polisə zəng edərək, Cavabdeh2 hərəkətlərindən şikayət etmiş, lakin bu zəng heç bir nəticə vermədiyindən, xx.xx.2020-ci il tarixdə yəni şəxsiyyət vəsiqəsi alaraq xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. 2020-ci ilin fevral ayında Cavabdeh2lə telefon əlaqəsi saxlanılan zaman sonuncu bildirmişdir ki, mənzili onun adına keçirməmiş, özü üçün girov kimi saxlamışdır. Bununla bağlı notariat ofisinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh2 ona verilmiş etibarnamədən istifadə edərək mənzilə dair qızı olan digər cavabdehlə xx.xx.2020-ci il tarixdə formal alqı-satqı müqaviləsi bağlamışdır. Bir müddət sonra anası vəfat etmiş, onun ölümündən sonra məlum olmuşdur ki, Cavabdeh2 həmin etibarnamədən istifadə edərək mübahisəli evə dair də qızı ilə formal alqı-satqı müqaviləsi bağlamışdır. Hansı ki, həmin ev paylı mülkiyyət hüququ əsasında anasına və anasının qardaşına məxsus olmuşdur. Hesab edir ki, anasının öldüyü günədək həmin evdə qeydiyyatda olması, anasının başqa məqsədlə vermiş olduğu, sonradan isə israrla ləğv etdirdiyi etibarnamədən istifadə edilərək yaxın qohum olan cavabdehlər tərəfindən onun mülkiyyətindəki əmlakın hamısının özgəninkiləşdirilməsi əqdlərin aldatma yolu ilə bağlanmasını və mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil və fərdi yaşayış evi notarius tərəfindən alqı-satqı müqaviləsi əsasında tam qaydalara riayət etməklə rəsmiləşdirilmiş və bununla bağlı heç bir maneə olmamışdır. İddiaçı isə irəli sürüdüyü tələbə münasibətdə xəbəri olmadığını, evlərin satılması üçün etibarnamə verilmədiyini qeyd etsə də, bunun əksini sübut edən özünün razılıq ərizəsi mövcud olmuşdur. Anası tərəfindən etibarnamənin ləğv edilməsi tarixi isə həmin əmlakla bağlı alqı-satqı müqavilələri baş tutduqdan sonraya təsadüf etmişdir. Odur ki, mübahisəli əmlak özgəninkiləşdirməyə hüququ olan şəxs tərəfindən qanuni əsaslarla özgəninkiləşdirilmişdir.

20. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə isə vurğulamışdır ki, iddiaçı anasının Cavabdeh2 adına etibarnamə verməkdə məqsədinin daşınmaz əşyaların ona bağışlaması ilə bağlı olmasını göstərsə də, bu halları təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən, həmin cavabdehin belə öhdəliyinin olması da hər hansı sübutla təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, mübahisəli əmlak mülkiyyətçi tərəfindən cavabdehin adına verilmiş ümumi etibarnamə əsasında satılmışdır. Həmin etibarnamədə mülkiyyətçi özünə məxsus bütün əmlak barəsində sərəncam verilməsi ilə bağlı cavabdehə səlahiyyət vermişdir. Əgər anasının mübahisəli əmlakın iddiaçıya bağışlaması ilə bağlı səlahiyyət vermək niyyəti var idisə, yalnız bu səlahiyyətlər çərçivəsində etibarnamə verilə bilərdi.

21. Eyni zamanda iddiaçının, anasının ona məxsus əmlakın satılmasında hər hansı iradə ifadəsinin olmadığı barədə dəlilləri də məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, anası tərəfindən verilmiş etibarnamədə o, bütün əmlakına dair sərəncam vermək səlahiyyətini Cavabdeh2 etibar etmiş və həmin etibarnamə ümumi, yəni bütün əmlakla bağlı verilmişdir. İddiaçı da öz növbəsində anasına məxsus mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir

22. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli əmlakın alqı-satqısına dair müqavilələrin qanuni əsaslarla bağlanılması öz təsdiqini tapdığından, əmlakın satılmasında mülkiyyətçinin iradə ifadəsinin olmaması ilə bağlı dəlillər isə təsdiqini tapmadığından, həmin əmlaka dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onunla bağlı dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə tələblər əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci, 324.2-ci, 329-cu, 331.1-ci, 337-ci, 339.2-ci, 340.2-ci, 347.1-ci, 359.1-ci, 362-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsinı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianın sübut olunmamasına istinad etsə də, təqdim edilmiş və işdə olan sübutlar anasının aldadılmasını, əmlakının etibarından sui-istifadə edilməklə ələ keçirilməsini aydın şəkildə göstərir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahtında bildirmişdir ki, mənzilləri etibarnamə əsasında qızına satmış, dəyərlərini qızının əvəzinə özü ödəmiş, daha sonra həmin pulları depozit hesabından özü götürmüş, iddiaçının anasına isə pulu qabaqcadan, yəni alqı-satqı müqavilələri bağlanmamışdan əvvəl vermişdir. Halbuki, cavabdeh anasına heç bir pul ödəməmiş və məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, əqdin bağlanması zamanı alıcı tərəfindən ödənilməli olan məbləğin cavabdeh tərəfindən ödənilməsi və özü tərəfindən depozit hesabından götürülməsi qızının alqı-satqı müqaviləsindəki iştirakının formal olduğunu, əqdlərin cavabdeh tərəfindən özü ilə bağlandığını göstərir. Digər tərəfdən, məhkəmə anası tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi tarixinin alqı-satqı müqavilələrinin baş tutmasından sonraya təsadüf etdiyini qeyd etsə də, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, anası müqavilələrin bağlanmasından əvvəl etibarnamənin ləğv edilməsinə səy göstərmiş, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən elektron daşıyıcıda iddia ərizəsinə əlavə olunmuş anası ilə cavabdeh arasındakı danışıqlara dair sübutlar da nəzərə alınmamışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakteri daşımaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

29.1. İddiaçı, Cavabdeh2 öz qızı ilə bağladığı alqı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirir, Cavabdeh2 ona verilmiş etibarnamədən etibar edənin iradəsinə zidd istifadə etdiyini, onun öz doğma qızı ilə bağladığı alqı-satqı müqavilələrinin Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd olaraq əslində öz xeyrinə bağlandığını bildirərək, bu faktı təsdiq etmək üçün mərhum anası ilə Cavabdeh2 arasında olan telefon danışığının video görüntüsünün elektron daşıyıcıda iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh2 isə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən izahatına əsasən qeyd edilən mənzillləri etibarnamə əsasında qızına satmış və həmin pulları qızının əvəzinə özü şəxsən ödəmişdir. İddiaçının anasının evi satmaq niyyəti olmuş və qabaqcadan pulu almış, iddiaçının isə evin satılmasına razılığı olmuşdur. Apellyasiya məhkəməsində isə Cavabdeh2 iddiada və apellyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı heç bir münasibət bildirməmiş, sadəcə onun tərəfindən aparılmış əməliyyatları təsvir etmişdir. Cavabdeh1 isə birinci instansiya məhkəməsində ümumiyyətlə iştirak etməmiş, apellyasiya məhkəməsində onu atası Cavabdeh2 təmsil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri müqavilələrin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, iddiaçının məhkəməyə təqdim etdiyi və iş materilallarında olan sübutlar (videogörüntü, səs danışıqları əks olunan sübutlar) nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində tədqiq edilməmişdir. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 29.2. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri əqd bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin pozulması və iddiaçının anası tərəfindən Cavabdeh2 verilmiş etibarnamədən onun öz xeyrinə əqd bağladığı, müqavilələrdə alıcı kimi qızı göstərilsə də, alqı-satqı üzrə pul vəsaitinin Cavabdeh2 tərəfindən ödənilməsi olsa da, apellyasiya məhkəməsi tərəfindən bu dəlil üzrə heç bir araşdırma aparılmamış və hüquqi dəyərləndirmə qətnamədə əks olunmamışdır. 29.3. Eyni zamanda, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin paylı mülkiyyətdə olması, həmin əmlakdakı pay özgəninkiləşdirilərkən digər payçıların Mülki Məcəllənin 218-ci maddəsində nəzərdə tutulan satınalmada üstünlük hüquqlarının olması, həmin əmlakın xx.xx.2019-cu il tarixdə X27 adlı şəxsə satılması barədə müqavilənin iş materiallarında olması nəzərə alınaraq, həmin şəxslərin 3cü şəxs qismində işə cəlb edilməsi məsələsi həll edilməmişdir.

Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar, irəli sürülən müstəqil tələb

30. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə etmiş, Cavabdeh2 (o, digər Cavabdeh1 da nümayəndəsidir), habelə Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişlər.

31. Cavabdeh1 vəkili apellyasiya şikayətinə qarşı məzmunu aşağıda göstərilən etiraz ərizəsi vermişdir:

31.1. Birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları tam və ətraflı araşdırılmış, lakin iddia tələbinin təmin edilməsi üçün hec bir əsas tapılmamışdır . 31.2. Alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün iddiaçının əsas gətirdiyi dəlil ondan ibarətdir ki, güya məhrum anası Zemfira Mikayılova Cavabdeh2 etibarnaməni ona görə vermişdir ki o, həmin etibarnamə üzrə mübahisəli mənizlləri ona bağışlasın. Lakin Cavabdeh2 onu və anasını aldadaraq mənzili öz qızına satmışıdır. İddiaçının qondarma dəlillərinin tam əsassız olması aşagıda göstərilən işin faktiki halları ilə tam təklzib olunur. 31.3. Birincisi, əgər Zemfira Mikayılova mənzilləri iddiaçıya bağışlamaq niyyətində olmuşdursa, nə üçün mənzili birbaşa bağışlamamışdır?. Bünün üçün o, bütün imkanlara malik olmuşdur, hətta mübahisə edilən mənzillərin alqı-satqı müqavilələri bağlandıqdan sonra Zemfira Mikayılova evinə notaruis dəvət edib və mülkiyyətində oldiğu Qəsr küçəsi 13/80 mənzil 4 ünvanda digər mənzili X10 bağışlamışıdır. Bu zaman İddiaçı Bakı şəhəri 6 saylı notariat kontoruna gedib mənzilin Ramiz Mikayılova bağışlanmasına etiraz etməmişdir. Sual verilir ki, nə üçün İddiaçı həmin müqavilənin də etibarsız sayılmasını tələb etməmişdir?. Cavab belədir: bizə qarşı qaldırılmış bu qondarma iddia ərizəsinin arxasında duran şəxs məhz Ramiz Mikayılovdur. 31.4. İkincisi, əgər Zemfira Mikayılova mənzilləri iddiaçıya bağışlamaq niyyətində olmuşdursa, nə üçün bunu xüsusilə etibarnamədə qeyd etməmişdir, ümumi səlahiyyətli etibarnamə vermişdir?. 31.5. Üçüncüsü, əgər mənzillər iddiaçıya bağışlanmalı idisə, nə üçün İddiaçı şəxsən notariat kontoruna gedib mənzilin başqa şəxsə satılmasına dair öz razılıq ərizəsini vermişdir?. Notariat qaydasında təsdiq edilmiş həmin razılıq ərizəsi iddiaçının iradə ifadəsini əks etdirən birtərəfli əqddir. Ona görə, alqı-satqı müqaviləsinin etibarsızlğını tələb edən iddiaçı ilk növbədə bu əqdin (razılıq ərizəsinin) etibarsızlığını mübahisələndirməlidir. Necə ki, bu razılıq ərizəsi etibarsız sayılmayıb, alqı-satqı müqaviləsi də etibarsız sayıla bilməz. 31.6. Dördüncüsü, əgər mənzillər iddiaçıya bağışlanmalı idisə, nə üçün o, mənzilin alqı-satqı müqaviləsi bağlandığı tarixdən dərhal polis orqanına ərizə verərək Qəsr küçəsi 13, mənzil 4 ünvanda olan mənzildən qeydiyyatdan çıxaraq anasına məxsus Qəsr küçəsi 13/80, mənzi 4 ünvanda olan başqa mənzilə qeydiyyata düşmüşdür? Deməli mənzilin başqa şəxsə satılmasından xəbərdar olmuşdur. Sual verilir, o, özünə bağışlanmalı olan mənzildən nə üçün qeydiyyatdan çıxmalı idi? 31.7. Beşincisi, əgər mübahisəli mənzillər iddiaçıya bağışlanmalı idisə, nə üçün o, "xxxx" MMC-nın direktoru - Cavabdeh2lə tapşırıq müqaviləsi bağlamış və mənzillərin satılması barədə cavabdehə tapşırıq vermişdir?. 31.8. Kassasiya məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqeyinə gəldikdə isə qeyd edilməlidir ki qanuna görə etibar edilmiş şəxs özü-özü ilə müqavilə bağlamaq ixtiyarında deyil, bu mümkün də deyil, lakin istənilən üçünçü şəxslə müqavilə bağlamaq səlahiyyətinə malikdir: bu qanunla qadağan edilməmişdir. X11 Əliyevə verdiyi etibarnamənin məzmununa görə o, mənzilləri istənilən formada (alqı-satqı, bağışlama va sair) özgəninkiləşdirmək səlahiyyətinə malik olmuşdur. Mənzillərin alqı-satqı müqavilələri bağlanan zaman həmin etibarnamə qanuni güvvədə olmuşdur, onu bu günə kimi heç kəs mübahisələndirməmişdir. Alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün ilk növbədə qeyd edilən etibarnamənin özü etibarsız sayılmalıdır ki, ondan doğan digər əqdlər də etibarsız sayılsın. 31.9. Kassasiya məhkəməsinin mövqeyinə görə mübahisəli mənzillərə dair alqısatqı müqaviləsinin formal olaraq bağlanmasına dair şübhələr vardır və həmin hallar apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı və şübhələr aradan qaldırılmalıdır. 31.10.Daşınmaz əmlaka dair bütün müqavilələr formal bağlanır: qanunun tələblərinə görə bu müqavilələr notarial formasında bağlanmalıdır və müqavilələr bağlanarkən tərəflər qanunun bu tələblərinə riayət etmişlər. İkincisi, qanun etibar edilmiş şəxsə həmin etibarnamə üzrə özü-özü ilə müqavilə bağlamağı qadağan etmişdir: müqavilələr bağlanan zaman qanunun bu formal tələblərinə də riayət edilmişdir. Bundan əlavə, qanun tələb edir ki, alqı-satqı müqaviləsi bağlanan zaman alıcı pulları notarusun depozitinə qoymaq yolu ilə ödəsin - qanunun bu formal tələblərinə də riayət edilmiş, Nubar Sadıqova birgə nikah dövründə ələd etdiyi pullarıni şəxsən notariusun depozitinə qoymuşdur. Belə olan halda sual meydana çıxır: kassasiya məhkəməsi hansı qanun pozuntusunu aşkar etmişdir ki, apellyasiya məhkməsinin qanuni qətnaməsini ləğv edərək işi təkrar baxışa qaytarmışdır? 31.11. Kassasiya məhkəməsinin mövqeyinə görə şübhələr mövcüddür ki, etibarnamə üzrə hərəkət edən Cavabdeh2 mənzilləri öz qızına satmaqla, əslində həmin mənzilləri özü üçün almışdır. Bununla bağlı qeyd edilməlidir ki, kasassiya məhkəməsində belə şübhələrin olub-olmaması hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmələrin əsas vəzifəsi fiziki və hüquqi şəxslərin mülki hüquqlarının müdafiəsidir: yəni pozulmuş hüquqularının bərpa edilməsidir. 31.12.Mənzillər Nubar Sadıqovaya satılmış və pulları da notariusun depozitinə özü ödəmişdir. 31.13.İkincisi, əgər etibarnamə verən şəxs (Zemfira Mikayılova) mənzili satmaq və əvəzinə pul əldə etmək niyyətində olmuşdursa - o, öz məqsədlərinə nail olmuşdur: deməli “Satıçının” hər hansı subyektiv hüquqları pozulmamışdır: mənzilin kimə satılması etibarnamə verən şəxs üçün hər hansı əhəmiyyət kəsb etməmişdir, əsas odur ki o, istədiyi hüquqi nəticələri əldə etmişdir. 31.14.Kassasiya məhkəməsinin mövqeyinə görə, mübahisəlşi mənzil paylı mülkiyyətdə olan əmlak olmuş və mənzil satılarkən digər payçıların üstünlük hüquqları pozulmuşdur. 31.15.Bunula bağlı qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən digər payçılara xəbərdarlıq məktubu göndərilmiş, lakin onlar mənzili almaq niyyətində olmamışlar. Yəni digər payçıların əmlakı almaqda üstünlük hüquqları pozulmamışdır. Əgər onların hüquqları pozulmuşdursa, özləri məhkəməyə iddia ərizəsi verərdilər. Ona görə onların 3-cü şəxs qismində işə cəlb edilməsi üçün heç bir zərurət yoxdur. 31.16.Qeyd edilənlərdən müəyyən olunur ki, müqavilələrin etibarsız sayılması üçün iddiaçının gətirdiyi dəlillər tamamilə qondarma və əsassız dəlillərdir.

32. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X24 nümayəndəsi (vəkili) Vəkil4 Oktay oğlu təmsil etdiyi şəxsin qanuni əsaslarla müqavilə bağlayaraq əmlak əldə etdiyini, əmlaka görə 210 000 manat ödədiyini və əmlakla bağlı hər hansı problemin mövcudluğunu bilməsinin mümkün olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 müstəqil tələb irəli sürərək X12 ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2019-cu il tarixli 4Ə-110 reyestrli və Cavabdeh1 ilə X27 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 4Ə-421 reyestrli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İbrahim Mikayılov iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi 15 saylı evin paylı mülkiyyətçisidir. Digər payın sahibi mərhum X5 Rəsulova ona bu ilin fevral ayının sonlarında zəng edərək, anasına aid olan payın kimə icarəyə verildiyini və kimin icarə haqqını yığdığını soruşmuş, ona bildirmişdir ki, anasına aid olan icarə haqqını yığmır. Bundan sonra oğlu Ramiz Mikayılov etibarnamə əsasında 2021-ci ilin mart ayının 3-də qeyd olunan ünvana adına olan elektron çıxarış əldə etmiş, məlum olmuşdur ki, həmin ünvanda onunla paylı mülkiyyətdə X6 adının əvəzinə Brent Fleeman adlı şəxsin adı qeyd olunmuşdur. Notariat işləri əldə olunduqda məlum olmuşdur ki, Cavabdeh2 etibarnamə əsasında Zemfira Mikayılovanın adında olan Qəsr küçəsi 15 saylı evin Zemfira Mikayılovaya məxsus payını öz qızı Cavabdeh1 satmışdır. Bakı şəhəri, Qəsr küçəsi 15 saylı fərdi evinin Zemfira Mikayılovaya məxsus, ümumi sahəsi 65,35 kv.m olan 3 (üç) otağının satılması bildirişini notariat kontorundan almış olsa da, orada qeyd olunan sahələr düzgün olmadığından Zemfira Mikayılovaya aid çıxarışı məhkəmədə mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə çıxarış ləğv edilmiş və Zemfira Mikayılovaya 3 (üç) otaq yox, artıq 1 otağın məxsus olması müəyyən edilmişdir. Bundan sonra hər hansı bir bildiriş almamışdır. Mülkiyyət sahəsi dəyişdiriləndən sonra bildiriş almaması notariat işində olan sənədlərlə təsdiq edilir, çünki 2019-cu ilin mart ayının 12-də aparılan alqı-satqı əməliyyatı yalnız 2018-ci ildə 3 (üç) otaqla bağlı olan bildiriş əsasında aparılmışdır. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Cavabdeh2 Zemfira Mikayılovanın adından mənzilin sahəsi, mülkiyyəti təsdiq edən sənəd dəyişdirildiyindən yeni bildiriş göndərməli idi. Notariat işindən görünür ki, X28 Sadıqovanın adından etibarnamə əsasında Brent Fleemana həmin payı satmış, lakin ona hər hansı bildiriş göndərilməmişdir. Halbuki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı satıldığı qiymətə və digər barabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

35. X8 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 təmsil etdiyi şəxsin iddia tələbini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

36. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

39. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

41. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

42. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

43. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

44. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

47. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

48. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

49. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

50. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

51. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

52. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

53. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

55. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

61. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

65. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

66. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

67. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

68. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 44) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

69. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (§ 55).

70. İşin yuxarıda sadalanan faktiki hallarından (§ 3-10) göründüyü kimi, mübahisəsi gedən ev və mənzil Zemfira Mikayılovanın verdiyi etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən öz qızına satılmış, alqı-satqılar zamanı alıcının (Cavabdeh1) ödəməli olduğu pul vəsaitlərini bilavasitə Cavabdeh2 notariusun depozit hesabına mədaxil etmiş (birinci instansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, Cavabdeh2 bu xüsusatı verdiyi izahatda da təsdiq etmişdir) və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, Zemfira Mikayılova (təmsil olunan), Cavabdeh2 özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Cavabdeh2 isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək əmlakları həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, evin və mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq Zemfira Mikayılovaya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Cavabdeh2 faktiki olaraq öz xeyrinə əqdlər bağlamışdır (§ 49, 50).

71. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Cavabdeh2 xx.xx.2019cu il tarixdə qızının adına 130 000 manat müqabilində rəsmiləşdirdiyi Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağı, xx.xx.2019-cu il tarixdə onun tərəfindən 80 000 manat fərqlə, yəni 210 000 manata digər şəxsə satılmışdır – bu xüsusat da həmin əmlakın Cavabdeh1 satılmasının Zemfira Mikayılovanın maraqlarına xidmət etmədiyi nəticəsinə gəlməyə əsas verir.

72. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.

73. Zemfira Mikayılova ilə Cavabdeh2 arasında baş tutmuş telefon danışığının (Cavabdeh2 bildirməsinə görə bu danışıq təxminən 2020-ci ilin mart ayında olmuşdur) məzmunu da Füzüli Əliyevin ona verilmiş etibarnamədən Zemfira Mikayılovanın maraqlarına zidd şəkildə istifadə etdiyi qənaətinə gəlməyə əsas yaradır. Təkrar apellyasiya baxışı zamanı həmin telefon danışığının elektron daşıyıcıda (SD diskdə) təqdim olunan video görüntüsü tədqiq edilmiş, müəyyən olunmuşdur ki, Cavabdeh2 zəng edən Zemfira Mikayılovanın “Füzuli müəllim, hansı ki, çıxarışlar var idi, onlar elə də qalır? Siz onları yenidən qeydiyyata aldırmamasınız ki?” sualına Cavabdeh2 “yox, yox böyük ev sizin adınızadır Zemfira xanım” cavabını vermiş, “bəs Vəfanın adına olan Günbez?” sualını, “mən götürdüm da, onlar mənim etibarnaməmi ləğv etdirdilər, mən onu girov kimi götürdüm, aramızda olan haqq-hesaba görə” kimi cavablandırmış, daha sonra Zemfira Mikayılovanın səsini eşitmədiyi görüntüsü yaradaraq telefonu söndürmüşdür (əsasən rus dilində aparılan danışığın mətni aşağıdakı kimidir: - Zemfira Mikayılova: Салам Физули мюеллим, вы наверноe и мой голос забыли, не узнали да? раньше сразу узнали... (Necəsiz?). - Cavabdeh2: Salam... Sağolun kefiniz yaxşı olsun.. - Zemfira Mikayılova: ..да я хотела вас поздравить с наступающим праздником (əziz bayramınızdır), там еще и кои какие вопросы с вами решить. Физули мюеллим, вы мне скажите, вот эти все купчии которые есть, они так и есть лежат, вы их не переоформляли? - Cavabdeh2: Нет, нет на ваше имя большой дом, Земфира ханым. - Zemfira Mikayılova: да большой дом нормальный… А на Вафину имени Гюмбез? а на Вафину имени…. - Cavabdeh2: Гумбез я взял да, когда вот они вот взяли это сделали, мою доверенность отменили я ее взял как залог да, за наши расчет. - Zemfira Mikayılova: Физули мюеллим, все равно, рано или поздно эта тема должна быть закрыта, правильно? (Sizin də başınız ağrımasın)...- Cavabdeh2: Алоo... вы меня слышите? Алоo... - Zemfita Mikayılova: да… слышу очень хорошо. Я хорошо вас слышу, Физули мюеллим. Я слышу вас. Вы меня слышите? Я вас слышу Физули мюеллим...).

74. Kollegiya hesab edir ki, yuxarıda göstərilənlər, əmlakların Cavabdeh1 həqiqi niyyətlə satılmadığı, əsas məqsədin onlar üzərində Cavabdeh2 hüququnu yaratmaq olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir. Hansı ki, belə məqsədlə bağlanan əqdlər görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir (§ 48).

75. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

76. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

77. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

78. Oxşar mövqe X18 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.

79. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının iddia tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hazırda mövcud olmadığından (həmin ev digər şəxsin mülkiyyətinə keçirildiyindən), onun ləğvi mümkün deyildir.

80. X8 Cavabdeh1 və X19rşı iddia tələbini isə kollegiya aşağıda göstərilənlərə görə əsassız hesab edir:

81. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

82. İbrahim Mikayılovun iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair satınalmada üstünlük hüququnun pozulmasına istinadən irəli sürülmüşdür – hansı ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının (§ 43) mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir; İbrahim Mikayılovun hazırda irəli sürdüyü iddia isə həmin tələblə bağlı deyildir.

83. Digər tərəfdən nəzərə alınmalıdır ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında satın alan X20 vicdanlı əldə etmişdir (o, Cavabdeh1 həmin əmlakı İbrahim Mikayılovun satınalmaqda üstünlük hüququ pozulmaqla əldə etdiyini bilmirdi və bilməli də deyildi, eləcə də əmlakı satın alarkən İbrahim Mikayılova göndərilən bildirişin onun tərəfindən alınmadığını güman edə bilməzdi) və bu baxımdan onun həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir (§ 36, 37, 39). Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

85. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Qladışeva Rusiyaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”.

86. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İbrahim Mikayılovun iddia tələbinin vicdanlı alıcı olan X26 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.

87. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq, eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin sonradan digər şəxsə satılması nəzərə alınaraq, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir (§ 46).

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

89. Bu mənada kollegiyanın qənaətinə görə, Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə alıcı X25 ödədiyi və Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2 tərəfindən notariusun depozit hesabından məxaric olunmuş 210 000 manat ondan alınaraq İddiaçı qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Cavabdeh2 tərəfindən həmin pul vəsaitinin nümayəndəsi olduğu qızına (Cavabdeh1) verilmiş olması müəyyən edilməmişdir və yuxarıda göstərildiyi kimi Cavabdeh2 müvafiq əməliyyatlar zamanı pul vəsaitlərini məhz özünün aldığını (hesabdan məxaric etdiyini) bildirmişdir (bu xüsusat həm də işin halları ilə müəyyən olunmuşdur).

90. Bununla belə kollegiya, etibarsız hesab edilən 12 mart 2019-cu il və 08 yanvar 2020-ci il tarixli alqı-satqı müqavilələri üzrə restitusiya (alqı-satqı dəyərinin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə həmin alqı-satqı müqavilələrinin formal bağlandığı, müqavilələr bağlanarkən alıcının (Cavabdeh1) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və X8 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi ev 13 ünvanında yerləşən 4 saylı mənzilə dair X6 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunsun. Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X6 adından Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı iddia tələbi qalan hissədə, həmçinin X8 Cavabdeh1 və X19rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi təmin olunmasın. Cavabdeh2 210 000 (iki yüz on min) manat alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar