Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-539/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi tələbinə dair, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: miras əmlakda payların müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X18 (sədrlik edən və məruzəçi), X32 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh5 nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Maştağa rayonu Buzovna qəsəbəsi 611 saylı sahədə yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X3 və 1/2 hissəsi X27 adlarına xx.xx.1956-cı il tarixdə qeydiyyata alınmışdır.
2. X39, X28, X40 və X20 X29 X30 birgə nikahından olan övladlarıdır.
3. X43 və Sona Kamil qızının nikahı haqqında 06 aprel 1949-cu il tarixdə 19 nömrəli akt qeydi tərtib olunmuşdur, nikaha Ə.M.Qatamovun 18 noyabr 1976-cı il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir.
4. Zeynalov İddiaçı3 Lalə Əli qızının X19 ilə birgə nikahından olan övladıdır.
5. Bakı şəhəri 25 saylı dövlət notariat ofisində reyestrdə 2V/İ-64 nömrə ilə qeydə alınmış 28 sentyabr 1999-cu il tarixli vəsiyyətnaməyə əsasən X44 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, Bakı şəhəri Buzovna qəsəbəsi C.M.Quluzadə küçəsi 50 nömrəli evin ona məxsus olan 1/2 hissəsini Cavabdeh2 vəsiyyət etmişdir.
6. X44 09 dekabr 2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
7. X48 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
8. Bakı şəhəri 17 saylı notariat ofisində açılmış 2V-144 və 4Ə-197 reyestr nömrəli notariat işlərindəki: xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X27 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m, yaşayış sahəsi 32.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsindən ibarətdir.
9. 1368 nömrəli, 21 fevral 2008-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X20 Bakı şəhəri Buzovna qəsəbəsi C.M.Quluzadə küçəsi ev 52-də yaşayır və onunla bir ailədə yaşamış və 09 dekabr 2007-ci ildə vəfat etmiş anası X34 özü dəfn edib.
10. X20 24 fevral 2010-cu il tarixdə ölmüşdür.
11. Cavabdeh2 X10 Cavabdeh1 ilə birgə nikahından olan övladıdır.
12. 03 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X10 vərəsəsi arvadı Cavabdeh1dır, şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 1/2 hissəsindən ibarətdir.
13. 03 aprel 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X9 qalmış miras əmlakdan ona çatası 1/2 hissədən ibarət olan payını Cavabdeh1 bağışlamışdır.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103,70 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi X10 (qeydiyyat tarixi xx.xx.2023), 1/2 hissəsi Cavabdeh2 (qeydiyyat tarixi xx.xx.2023) mülkiyyətində, fərdi yaşayış evinin yerləşdiyi 0,0157 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur.
15. 21 iyun 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.70 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsini anası Cavabdeh1 bağışlamışdır.
16. 22 iyun 2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 103.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur.
17. 08 sentyabr 2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133,90 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Buzovna qəsəbəsi Maştağa rayonu 611 kimi qeyd olunan fərdi yaşayış evinə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq ünvan 1 ünvan rekviziti təyin edilmişdir.
19. 08 sentyabr 2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133,90 kv.m olan fərdi yaşayış evi və 0,1282 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur.
20. Bakı şəhəri 17 saylı notariat ofisində açılmış 4Ə-302 reyestr nömrəli notariat işindəki: AN-İ seriyalı ******* nömrəli 26 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133,90 kv.m olan fərdi yaşayış evini 30000 manata və ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsini 20000 manata Cavabdeh5 satmışdır.
21. Bakı şəhəri 17 saylı notariat ofisinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 456 nömrəli xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 09 dekabr 2007-ci il tarixdə vəfat etmiş mərhum anaları X21 miras qalmış əmlaklara dair 13 may 2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və faktiki qəbulu olması ilə əlaqədar olaraq Cavabdeh2 vərəsə kimi göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Buzovna qəsəbəsi 611 saylı sahədə yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X3 və 1/2 hissəsi X27 adlarına qeydiyyata alınmışdır. Sonradan sözügedən fərdi yaşayış evinin X6 aid hissəsi Bakı şəhəri 4 saylı notariat kontorunun 79-15178 reyestr nömrəli xx.xx.1971-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1976-cı il tarixdə X10 adına qeydiyyata alınmışdır. Sonradan X10 adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilmişdir. Həmin fərdi yaşayış evinin X35 aid hissəsi ünvan 5unun 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Sözügedən fərdi yaşayış evi ünvan 5unun 4Ə-197 reyestr nömrəli xx.xx.2023cü il tarixli bağışlama müqaviləsinə və Bakı şəhəri 25 saylı notariat kontorunun 2V-66 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Arxiv qovluğunda sözügedən fərdi yaşayış evi ilə əlaqəli 2 ədəd texniki pasport mövcuddur. Bunlardan biri X3 adı ilə bağlı 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportda həmin fərdi yaşayış evinin ünvanı ünvan 2 olunmuşdur, arxiv əsaslarında saxlanılan digər 1963-cü il tarixdə X27 adına tərtib edilmiş texniki pasportda isə fərdi yaşayış evinin ünvan göstəriciləri ünvan 3uğu göstərilmişdir. Habelə arxiv qovluğunda olan məlumatlardan aydın olur ki, hər iki ünvan fərqli girişləri olan eyni fərdi yaşayış evinə aiddir. Bəhs olunan fərdi yaşayış evinə aid xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında texniki pasportdakı (Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1) 1 və 2 literli həyət tikililəri sökülməsi və ərazidə əlavə tikililərin inşa edilməsi qeyd olunmuşdur. X27 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir. Arxiv qovluğunda sözügedən evə dair X4 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Keçmiş Əzizbəyov rayon DNKnın 3468 reyestr nömrəli xx.xx.1956-cı il tarixli bağışlama müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1956-cı il tarixdə X27 adına qeydiyyatdan keçmişdir. Arxiv qovluğunda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 50 saylı fərdi yaşayış evinə dair X27 adına 1963-cü il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Bakı şəhəri 4 saylı DNK-nın 49-15178 reyestr nömrəli xx.xx.1971-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1972-ci il tarixdə evin X7 məxsus olmuş 1/2 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli x/o-74/23 nömrəli məktubuna əsasən mərhum X10 adına Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin X35 məxsus olmuş 1/2 hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023- cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu F.N.Səfərov tərəfindən təsdiq edilmiş 2V-66 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 3M-64 reyestr nömrəli xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən evin X12 məxsus olmuş 1/2 hissəsi və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən evin Cavabdeh2 məxsus olmuş 1/2 hissəsi Cavabdeh1 adına (tam) qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.1282 ha torpaq sahəsi (vahid əmlak olmaqla) mülkiyyət hüququna əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu S.H.Məmmədov tərəfindən təsdiq edilmiş 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2, 1 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.1282 ha torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir.
24. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1096/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), X13, X22 və X14 qarşı - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilmiş 13 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələrinin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən Çıxarışın etibarsız sayılması, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi 52 saylı fərdi yaşayış evinə onun və anası Cavabdeh1 vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsi barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
25. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 5u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 5unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli 21 iyun 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
26. İddia onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 anası, digər İddiaçı3 nənəsi olan X35 məxsus olmuşdur. Belə ki, həmin daşınmaz əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu olunan zaman məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi X27 adına qeydiyyata alınmışdır. Miras qoyan X44 09 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda X21 miras qalmış həmin daşınmaz əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu olunan zaman onlara məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin anaları (iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə) və nənəsi (İddiaçı3 münasibətdə) X35 aid hissəsi ünvan 5unun 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan sözügedən fərdi yaşayış evi ünvan 5unun 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı1 və İddiaçı2 09 dekabr 2007-ci il tarixdə vəfat etmiş anaları X27 birinci növbədən qanun üzrə vərəsələridirlər. Digər İddiaçı3 isə miras qoyan X27 digər qızı olan və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X33 oğludur. Hesab edirlər ki, onların miras qoyan X21 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüquqları pozulmuşdur. Belə ki, əsassız və qanunsuz olaraq sözügedən daşınmaz əmlak barədə Cavabdeh2 adına ünvan 5u tərəfindən 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında onun adına qeydiyyata alınmış və sonradan üzərində məcburi paylarının olduğu həmin miras əmlak ünvan 5unda Cavabdeh2 ilə digər cavabdeh olan anası Cavabdeh1 arasında bağlanmış 4Ə197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, anaları X21 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi paylarının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Notariat ofisindən onlara verilən imtina məktubunda göstərilmişdir ki, mərhum anaları X21 miras qalmış əmlaklara dair xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və Cavabdeh2 vərəsə kimi göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh2 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onların mərhum anaları X21 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququ olan vərəsələr kimi qanunla təminat altına alınmış hüquqları pozulmuşdur.
27. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 5u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 5unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023- cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 5unda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 4Ə- 302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
28. İddianın dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh5 arasında Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli (reyestr nömrəsi 4Ə-302) daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və ümumi sahəsi 133.90 kv.m mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yerləşdiyi ümumi sahəsi 0.1282 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh5 satılmışdır. Müqavilə üzrə alıcı Cavabdeh5 həmin alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla öz adına keçirmiş və buna dair müvafiq çıxarış da almışdır. Cavabdeh5 hazırda məhkəmədə tərəflər arasında mübahisə predmeti olan və üzərində qanunvericiliyə uyğun olaraq mirasda məcburi paylarının müəyyən edilməli olduğu ümumi sahəsi 133.90 kv.m olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evini həmin daşınmaz əmlakın yerləşdiyi ümumi sahəsi 0.1282 ha torpaq sahəsi ilə birlikdə iş üzrə digər cavabdeh olan Cavabdeh1 aldıqdan sonra sözügedən fərdi yaşayış evini tamamilə sökmüşdür, hazırda isə qeyd olunan ərazidə bir neçə fərdi yaşayış evi və digər təyinatlı tikililər inşa etmiş və hazırda da həmin tikinti işləri Cavabdeh5 tərəfindən davam etdirilməkdədir.
29. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh1 qarşı məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X51 vərəsəsi kimi məcburi payının müəyyən edilməsi və alqısatqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasib şəkildə Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
30. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1-i miras qoyan X44 ölərkən atası X20 sağ olmuş və məcburi payı olmuşdur. Hazırkı işin faktiki halı ondan ibarətdir ki. atası X20 anasından sonra öldüyündən o, qızı olaraq onun məcburi pay tələb etmək hüququnu əldə etmişdir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. İş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair alqı-satqı müqaviləsinə əsasən 30.000 manata satılmış və hal-hazırda həmin yaşayış evi sökülmüşdür. Bu səbəbdən də onun mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X51 vərəsəsi kimi məcburi payı müəyyən edilməli və alqısatqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasib şəkildə Cavabdeh1 onun xeyrinə tutulmalıdır.
31. Məhkəmə iclasında X11 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, Cavabdeh2 əsl cavabdeh qismində cəlb edilmişdir.
32. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)- 323/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaları rədd, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası təmin olunaraq Cavabdeh2 937,5 manat məbləğində pul vəsaitinin tutularaq X8 ödənilməsi qət edilmişdir.
33. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və adı çəkilən qərar qəbul edilərkən mülki iş məhkəmənin icraatında olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks etdirilmiş mirasın qəbulunun müddətlə şərtləndirilməməsi barədə mövqe hazırkı iş üzrə tərəflərə şamil edilməlidir. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə iddiaçıların miras qoyanın birinci növbə vərəsələri olmaları, Cavabdeh2 vəsiyyətnamə qoyulsa da, iddiaçıların miras əmlakda məcburi paya malik olmaları, notariat orqanının qanunun tələblərini pozaraq məcburi pay hüququ olan vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməməsi işin mübahisəsiz hallarıdır. Həmçinin İş materiallarında olan foto şəkillərə tərəflərin iştirakı ilə baxış keçirilən zaman miras əmlakın tamamilə sökülərək həmin əmlakın yerində yeni tikililərin inşa edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçıların vərəsəlik hüququ haqqında şəhadətnaməni və ondan irəli gələn müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqları mövcuddur. Lakin bu subyektiv hüququn olması mübahisələndirilən şəhadətnamənin və müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli miras əmlak olan evdə məcburi pay almaq hüquqları vardır. Lakin iddiaçılar iddia tələbində mübahisəli əmlakdan və həmin əmlakın yerləşdiyi torpaq sahəsindən məcburi pay istəsələr də məhkəmə bunula bağlı qeyd edir ki, iddiaçıların yalnız ünvan 7 ünvanında yerləşən evdən məcburi pay almaq hüquqları vardır. Belə ki, mübahisələndirilən vəsiyyətnamədən görünür ki, miras əmlak yalnız Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuş və iddiaçıların yalnız həmin fərdi yaşayış evinə münasibətdə məcburi pay tələb etmək hüquqları olmuşdur. Digər tərəfdən, iddiaçıların qeyd olunan fərdi yaşayış evindən (miras əmlakdan) məcburi pay tələb etmək hüquqları olsa da, yuxarıda qeyd edildiyi kimi həmin fərdi yaşayış evi (miras əmlak) artıq mövcud deyildir və həmin ünvanda yeni mülkiyyətçi - vicdanlı əldə edən Cavabdeh5 tərəfindən yeni tikililər inşa edilmişdir. İddiaçıların məcburi paylarının olduqlarını iddia etdikləri ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsi isə miras qoyan X27 mülkiyyətində olmamış, həmçinin, xx.xx.1999-cu il tarixli vəsiyyətnamədə sonuncu yalnız özünə məxsus fərdi yaşayış evini Cavabdeh2 vəsiyyət etmişdir. Ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan cavabdehlər tərəfindən özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçılar X15 4/64, İddiaçı2 4/64 və İddiaçı3 1/64 məcburi pay almaq hüquqları vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli evdə məcburi pay almaq hüququ olsa da miras əmlakda onları payı müəyyən edilə bilməz. Belə ki, iddiaçıların mirasda məcburi pay almaq hüquqları pozulmuş olsa da, bu pozuntu mübahisəli daşınmaz əmlakı (miras əmlakı) vicdanla əldə etmiş şəxsin, yəni Cavabdeh5 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Əşya hüquqları əldə olunarkən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa (həqiqi hüquqi vəziyyətə görə əşyaya sərəncam verənin buna səlahiyyəti olmasa) belə, əgər əldə edən bunu bilmirsə, yaxud qeydə dair etiraz reyestrə daxil edilməyibsə hüququ əldə etmiş şəxs vicdanlı sayılır. Əşyanı əldə edən onun vicdanlı olmadığını iddia edirsə, bunu sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçılar Cavabdeh5 vicdanlı olmadığını sübuta yetirə bilməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakın (miras əmlakın) satılmasına dair müqavilə hüquqi nəticə yaratmaq məqsədilə bağlanmışdır. Həmçinin, alıcı Cavabdeh5 satıcı Cavabdeh1 mülkiyyət hüququna dair dövlət reyestrindəki qeydin əsassız olmasını bilməsinə, yaxud həmin qeydə dair etirazın reyestrə daxil edilməsinə dair iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, hazırkı iddia ərizəsi mübahisəli əmlaka dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra məhkəməyə daxil olmuşdur. Bu hallar onu göstərir ki, əmlakı vicdanlı əldə edən Cavabdeh5 bağladığı müqavilə etibarsız sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə Cavabdeh5 vicdanlı ədə edən olduğundan iddia tələbi Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 4Ə-302 reyestr nömrəli xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməsi üçün üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iddiaçıların xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş çıxarışın ləğvinə dair tələbi təmin edilmədiyindən, “Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 5u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 5unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmmədquluzadə küçəsi dalan 2 ev 1 ünvanında yerləşən ümumi sahəsi 133.90 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1282 ha olan torpaq sahəsinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi” barədə də iddai tələbləri təmin edilə bilməz, çünki sonuncu tələblər əvvəlki tələbdən törəmədir. Məhkəmə tərəfindən iddiaçılara izah olunur ki, miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş gəlirdən əmlakdakı paylarına mütənasib kompensasiya tələb etmək hüquqları vardır. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasını əsaslı hesab edir. Belə ki, X11 miras qoyan X27 nəvəsi, X10 isə qızıdır. X20 miras açıldıqdan sonra (xx.xx.2007) məcburi payı tələb etmək hüququnu həyata keçirmədən (xx.xx.2010) ölmüş və mirasdan məcburi pay almaq hüququ onun vərəsəsi Görür X2. Məhkəmə hesab edir ki, X5 miras əmlakda məcburi payı vardır, miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş gəlirdən əmlakdakı payına mütənasib pul tələb etməkdə haqlıdır və onun bu tələbi təmin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi miras əmlak yalnız fərdi yaşayış evindən ibarətdir və həmin əmlak Cavabdeh1 tərəfindən 30.000 manata Cavabdeh5 satılmışdır. Məhkəmə hesab edir ki, miras əmlakda X5 məcburi payı 2/64 hissə (4/64 hissə İddiaçı1, 4/64 hissə İddiaçı2, 1/64 hissə İddiaçı3) müəyyən edilməli, miras əmlakın satışından əldə edilmiş pul vəsaiti X5 miras əmlakdakı məcburi mütənasib bölünməklə əldə edilmiş pul vəsaiti, yəni 937,5 manat (30.000:64x2=937.5) Cavabdeh2 tutularaq X8 ödənilməlidir.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1166, 1170.1, 1193, 1194, 1196, 1243.1, 1243.2, 1252-ci maddələrinə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
35. İddiaçılar İddiaçı2 və İddiaçı3 qətnamədən ayrı – ayrılıqda apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsini, iddianın tam təmin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, hazırkı iş üzrə idiaçıların miras qoyanın birinci növbə vərəsələri olmaları, mübahisə predmeti olan miras əmlak üzrə cavabdeh Mustafayev X66 vəsiyyətnamə qoyulsa da, iddiaçıların miras əmlakda məcburi paya malik olmaları, notariat orqanının qanunun tələblərini pozaraq məcburi pay hüququ olan vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı bir tədbir görməməsi işin mübahisəsiz halıdır. Daha sonra məhkəmə qəbul etdiyi qətnamədə onu da göstərmişdir ki, iddiaçıların vərəsəlik hüququ haqqnda şəhadətnaməni və ondan irəli gələn müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüquqları mövcuddur. Lakin iddiaçıların bu subyektiv hüququnun olması mübahisələndirilən şəhadətnamənin və müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir. Göründüyü kimi, birinci intansiya məhkəməsi mülki iş üzrə qəbul etdiyi qətnamədə bir-biri ilə ziddiyyət təşkil edən biri-birindən fərqli hüququ mövqe nümayiş etdirmişdir. Belə ki, bir tərəfədən məhkəmə iddiaçıların mübahisə predmeti təşkil edən vərəsəlik hüququ haqqında şəhadətnaməni və ondan irəli gələn bütün müvafiq müqavilələrin etibarsızlığını mübahisələndirmək kimi subyektiv hüququmun olmasını müəyyən etsə də, digər bir tərəfdən, belə bir hüququmun olmasının sözügedən şəhadətnamə və müqavilələrin etibarsız hesab edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmişdir ki, “məhkəmə qeyd edir ki, iddaçıların mübahisəli əmlak olan evdə məcburi pay almaq hüququları vardır. Lakin iddiaçılar iddia tələbində mübahisəli əmlakdan və həmin əmlakın yerləşdiyi torpaq sahəsindən məcburi pay istəsələrdə məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıların yalnız ünvan 8 ünvanında yerləşən evdən məcburi pay almaq hüquqları vardır. Məhkəmə belə qənaətə gəlmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerlışdiyi 0,1282 ha torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan cavabdehlər tətəfindən özgəninkiləşdirilmişdir. Amma məhkəmə tərəfindən mənim də digər məcburi pay hüququna malik vərəsələr kimi üzərində məcburi payımın olduğu ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,1282 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu təqdirdə bizim hüquqularımız pozulmaqla hansı yolla özgəninkiləşdirilərək cavabdehlərin xüsusi mülkiyyətinə keçdiyi araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində o da göstərilmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli evdə məcburi pay almaq hüququları olsa da miras əmlakda onların payı müəyən edilə bilməz. Belə ki, iddiaçıların mirasda məcburi pay almaq hüquqları pozulmuş olsa da, bu pozuntu mübahisəli daşınmaz əmlakı (miras əmlakı) xicdanla əldə etmiş şəxsin, yəni iş üzrə digər Cavabdeh5 hüquqularının pozulması hesabına aradan qaldırıla bilməz.” Göründüyü kimi, işə baxarkən birinci instansiya məhkəməsi özü də biz iddiaçıların sözügedən mirasdan məcburi pay almaq hüququmuzun pozulduğunu bir neçə dəfə müəyyən etsə də, nəticədə iddia tələbimizin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə isə nəticədə sözügedən miras əmlakdan məcburi pay almaq hüququnun pozuntusuna gətirib çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
39. Cavabdeh2 nümayəndəsi Nümayəndə və Cavabdeh5 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Mddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
41. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir...Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı: “...Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il 26 dekabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X31 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur...Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz... Yuxarıda göstərilənləri və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin İİ hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətlərində qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
47. İddiaçların apellyasiya şikayəti 2 dəlillə əsaslandırılır: - iddiaçıların yalnız ünvan 8 ünvanında yerləşən evdən deyil, evin yerlışdiyi 0,1282 ha torpaq sahəsindən də pay almaq hüququnun olması və bu xüsusatın məhkəmə tərəfindən araşdırılmaması - məhkəmə tərəfindən onların məcburi pay hüquqları mövcud olduğundan iddianın tam təmin olunaraq müqavilələrin və hüquqi nəticələrinin ləğv edilməsi. Apellyasiya şikayətində qeyd olunmasa da, apellyasiya instansiyası mərhələsində işə baxılarkən iddiaçılar tərəfindən Cavabdeh5 vicdanlı alıcı olmaması barədə də dəlil irəli sürülmüşdür.
48. Birinci dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların məcburi paylarının olduqlarını iddia etdikləri ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsi miras qoyan X27 mülkiyyətində olmamış, həmçinin, 28 sentyabr 1999-cu il tarixli vəsiyyətnamədə sonuncu yalnız özünə məxsus fərdi yaşayış evini Cavabdeh2 vəsiyyət etmişdir. Ümumi sahəsi 0,1282 ha olan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan cavabdehlər tərəfindən özgəninkiləşdirilmişdir. Bu hallar iş materialları ilə təsdiqini tapır və əksini təsdiq edən hər hansı bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır.
49. Apellyasiya şikayətində ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,1282 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu hansı yolla özgəninkiləşdirilərək cavabdehlərin xüsusi mülkiyyətinə keçməsinin araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. O halda bu xüsusat məhkəmə tərəfindən araşdırma predmeti ola bilərdi ki, miras əmlaka daxil olsun. Çünki, hazırkı mübahisənin predmeti miras əmlak üzərində payların müəyyən olunmasıdır.
50. İddiaçıların məcburi pay hüquqlarının mövcud olduğu halda müqavilələrin və hüquqi nəticələrinin ləğv olunması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu istiqamətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirmə aparılaraq bu nəticəyə gəlinmişdir ki, iddiaçıların mirasda məcburi pay almaq hüquqları pozulmuş olsa da, bu pozuntu mübahisəli daşınmaz əmlakı (miras əmlakı) vicdanla əldə etmiş şəxsin, yəni Cavabdeh5 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Buna görə də məhkəmə kollegiyası bu istiqamətdə əlavə araşdırma aparılmasına zərurət görmür.
51. Cavabdeh5 vicdanlı alıcı olmaması ilə bağlı dəlilə münasibətdə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə görə əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır, gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
52. Məhz bu qərarlarda əks olunmuş hüquqi mövqelərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh5 “vicdanlı alıcı” hesab edilməməsi üçün “əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbərlərinin olması” təsdiqini tapmalıdır. Lakin işin faktiki halları ilə bu fakt təsdiqini tapmır.
53. Apellyasiya şikayətində həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının rədd olunması xahiş edildiyindən məhkəmə kollegiyası qeyd edir ki, bu barədə apellyasiya şikayətində hər hansı bir əsaslandırma aparılmamışdır və birinci instansiya məhkəməsinin bu hissədə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə əsaslıdır.
54. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(003)-323/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Məhəmməd Rüstəmli Xəyal Sarıyev