Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5395/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(006)-1869/2024 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh ASCnin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmiş və iş üzrə cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh ASC-nin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili (nümayəndəsi) bildirilər ki, onlar tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə qaytarılmışdır. Bundan sonra onlar həmin qətnamədən yeni apellyasiya şikayəti vermişlər. Lakin Rayon Məhkəməsi onlar tərəfindən yeni verilmiş apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmamış, apellyasiya şikayətinin qəbul edilib və ya qaytarılması məsələsini həll etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfin qətnamədən ilk dəfə verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf həmin qətnamədən yeni apellyasiya şikayəti vermişdir. İşin materiallarından görünür ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən ikinci dəfə verilmiş apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmamış, apellyasiya şikayətinin qəbul edilib və ya qaytarılması məsələsini həll etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ikinci dəfə verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-264, 364, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 04 sentyabr 2024-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, İddiaçı 01 avqust 2024-cü il tarixdə verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5395/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5395/2024
08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver