Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-54/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1081/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1081/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikili, yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxış bərpa olunması, iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43; Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 170.1, 170.2, 560.1, 560.2; Mənzil Məcəlləsinin 5.3, 18; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə; "İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64, 65-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, İddiaçı məxsus olan evin həyətə giriş yoluna Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektindəki 28 B saylı evin mülkiyyətçisi Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu barədə cavabdehə narazılıq bildirilsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, lakin iddia ərizəsi mülkiyyətçiyə qarşı verilmədiyindən yekunda iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Bundan əlavə mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırki mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə, bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə, həmin hallar iddiaçının hazırki iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq-aşkar təsdiq olunur. Həmçinin, iş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə girişçıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz.
3. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 28v ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 28v nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 21289 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən , Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 28B nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2872 nömrəli reyestr kitabının 267913 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020- ci il tarixli 26563 nömrəli rəyinin məzmununa əsasən, Bakı şəhəri, Nərimanov rayonu. X5 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu X5 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlanna uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhən. Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikili cavabdeh Yusibov Səlim Hadı oğlunun hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlər cavabdeh Yusibov Səlim Hadı oğluna qadağan olunması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-2983/2021 saylı qətnaməsi ilə cavabdeh Yusibov Səlim Hadı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(005)- 162/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-4606/2021 saylı qərarı ilə cavabdeh Yusibov Səlim Hadı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2983/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-9269/2021 saylı qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir; - X1 28 mart 2022-ci il tarixli, 32№-li rəydən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümdədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçülərinin, sərhədlərinin, o cümlədən həyətyanı sahənin məhəllədaxili yol ilə həmsərhəddə yerləşən daş hasarın «Azərmemarlayihə» DBLİ-nin tərtib etdiyi eskiz layihəsinin göstəriciləri ilə eyni olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin yerləşdiyi ərazini əks etdirən 1:2000 miqyaslı stereotopoqrafik çəkilişə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evi ilə həmsərhəddə yerləşən qonşunun həyətyanı sahəsindən məhəllədaxili yola açılan darvazanın yerləşdiyi sahənin ilkin olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulduğu müəyyən edilir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-l081/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 16, 172.3, 225.1; Mülki Prosessual Məcəllənin 9.1, 77.1, 77.3, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə aşağıda qeyd edilən hallara görə razı deyil : 1) İddiaçının iddia ərizəsində istinad etdiyi və yuxarıda qara hərflərlə qeyd olunmuş dəlilləri tamamilə əsasızdır və həmin halların əsassız olması və yalnız iddiaçının öz mülahizəsi olması birinci instansiya məhkəməsində şahid ifadələri və fotoşəkillərlə sübut olunmuşdur. 2) Birinci instansiya məhkəməsində işə baxılan zaman dəfələrlə şifahi vəsatətlər qaldırılaraq iddiaçının və həyat yoldaşı Möhlət Hüseynovun məhkəmə iclasında şəxsən iştrak edib iddia ərizəsində qeyd edilənlərin həqiqət olmasını özü şəxsən təsdiq etməsi və suallarına cavab verməsi üçün iştrakının təmin olunması xahiş olunsa da, həm iddiaçı, həm də iddiaçının həyat yoldaşı məhkəmə iclasında iştirak etməkdən imtina ediblər. 3) İddia ərizəsində istinad edilən xx.xx.2020ci il tarixli ekspert rəyi əsaslandırılmadığı üçün, həqiqəti əks etdirmədiyi üçün razı olmadıqları bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə 2 dəfə əsaslandırılmış vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, iddiaçının istinad etdiyi ekspert rəyində qapının qanunla müəyyən edilmiş yerdə olması, texniki pasportdakı koordinatlara uyğun yerləşməsi və ekspert həmin halı necə müəyyən etməsi əsaslandırılmayıb. Hasarın qanuni yerində tikilməsi və tikilməsi zamanı İddiaçı birgə nikahda olduğu əri Möhlət Hüseynovun məlumatlı olması, hətta bir qonşu kimi gəlib tikintidə iştirak etməsi, xeyir-dua verməsi, ustalara göstəriş verərək onlara kömək etməsi öz təsdiqini tapmasına baxmayaraq, iddiaçının nümayəndələri bildirdilər ki, iddiaçının əri razılıq versə də, lakin özünün razılığı alınmayıb. İddiaçı həyat yoldaşı Möhlət Hüseynovun razılıq verməsi İddiaçınm razılıq verməsi mənasına gəlmir. Lakin Məhkəmə nəzərə almamışdır ki, hasarın tikintisində istrak edən, razılıq verən, ustalara kömək edən, qonşu kimi göstəriş verən Möhlət Hüseynov eyni zamanda iddiaçı - İddiaçı birgə nikahda olduğu həyat yoldaşıdır və iddiaçının əmlakıda birgə nikah dövründə qazanılmış olduğu ücün həmin əmlaka birgə mülkiyyətçidir. Həmçinin, mülki iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, iddiaçının evinə gediş-gəliş etməsi üçün yeganə qapısı mübahisələndirdiyi qapı deyil. İddiaçıya məxsus həyətə 3 böyük giriş-çıxış qapısı və darvazası var. Buna görə də iddiaçının həyat yoldaşı ailə başçısı-hasarın tikintisi zamanı razılıq verib, şəxsən iştrak edərək qonşu kimi ustalara göstəriş və kömək edib. O da iddiaçının həyat yoldaşı - Möhlət Hüseynovu qonşu ünvanda M.K.Atatürk pr., 28 V ünvanında yaşayan qonşu ailənin ailə başçısı kimi tanımışdır. Ona görə də onun sözlərinə inanıb onun dediyi yerdən hasar çəkilməsinə başlanıldı. Lakin, o, hasarı ona ayrılmış qanuni yerdən çəkdirmiş və hasarın yerləşdiyi yer iddiaçının heç bir hüququnu pozmur. İddiaçının sonradan bəhanə ilə məhkəməyə müraciət etməsinə səbəb əslində pozulmuş hüquqlarının bərpası deyil, o, hasarı çəkəndən sonra oda öz hasarını xeyli qabağa çəkmək istəyəndə onun yeganə giriş-çıxış qapısına maneə yaratdığı üçün razılıq verməməyi oldu. Ondan sonra da iddiaçı və həyat yoldaşı müxtəlif bəhanələrlə ona maddi və mənəvi zərər vurmaq üçün iddia ərizələri ilə məhkəməyə müraciət etməyə başladılar. Mülki iş materiallarından (eləcə də fotoşəkillərdən) və şahid ifadələrindən görünür ki, iddiaçı və onun ailə üzvləri hasarın çəkilməsinə razılıq verib, hətta hasarın tikintisinə köməklik edib, ustalara göstərişlər verərək yaxından iştrak edib tikintinin başa çatdırılmasına qədər, hətta onadan xeyli müddət sonra da heç bir narazılıq bildirməyib. Hasarın tikintisi başa çatdırılandan sonra isə öz hüququndan, yəni məhkəmədə iddia qaldırmaq hüququndan (hasarın sökülməsi və qapının qanunla müəyyən edilmiş yerdə yerləşməsi hələ mübahisəlidir) sui-istifadə edərək cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edib. Halbuki, cavabdeh tərəfindən iddiaçının heç bir hüququ pozulmayıb. İddiaçı öz evinə sərbəst girib-çıxmaq üçün 3 böyük, 3 də kiçik qapısı var. İddiaçının bü müddət ərzində cavabdehə tikinti işləri aparan zaman narazılıq bildirməməsinin səbəblərindən biri də bu olub. Lakin, iddiaçının öz hüququndan sui-istifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehə isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, yəni bu müddət ərzində nə üçün etiraz etmədiyini araşdırmayıb. Yəni, İddiaçı və Hüseynov Möhlətin ərarvad olması və evlərinin birgə nikah dövründə alınmasına, ümumi mülkiyyətdə olmasına hüquqi qiymət verməyib. Halbuki, iddiaçı ilə Hüseynov Möhlətin ər-arvad münasibətlərinə hüquqi qiymət verilən zaman iddianın tamamilə əsasız olması və hasarın tikintisinə razılıq vermələri, eləcədə evlərinə (ümumi mülkiyyətlərinə) mübahisəli qapıdan başqa 3-4 giriş-çıxış qapılarının olması və hazırkı iddia ilə hüquqlarından sui-istifadə etmələri tam aşkar olunur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri cavabdehə münasibətdə pozulmuşdur. İddiaçı hazırkı iddia ilə cavabdehə öz hüququndan sui-istifadə edərək maddi ziyan vurur. Belə ki, öncə etiraz etməyərək hasarın tikilməsinə şərait yaratdıqdan sonra əsassız iddia qaldıraraq maddi və mənəvi zərər vurulmasına nail olmağa çalışır. Hətta bu günədək əsassız iddiası ilə bir çox maddi ziyan vurmasına nail olub. Belə ki, iddiçı öz hüququndan sui-istifadə edərək iddia qaldırdığı üçün cavabdeh əlavə məhkəmə xərci (dövlət rüsumu, hüquqi yardım üçün və s.) çəkməyə məcbur olub. Hazırkı mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədən, yəni - sübutlar tam, hərtərəfli tədqiq edilmədən və iddiaçının təqdim etdiyi sübutların bir-birini tamamlamamasına baxmayaraq, natamam qətnamə qəbul edilib. Kommersiya işi üzrə materiallardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sənədlər əsasında obyektiv qətnamə çıxarmaq mümkün deyil. Birinci instansiya məhkəməsi ekspert rəyinə yalnız istinad etməklə kifayətlənmişdir. Rəyi qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirməmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndirilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 V saylı evin mülkiyyətçisidir. Evinin həyətə giriş yolunda Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektindəki 28 B saylı evin mülkiyyətçisi Cavabdeh tərəfindən həyətə gediş-gəlişini çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu halla bağlı ona müraciət edilərək bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulması dəfələrlə tələb edilmişdir. Lakin, Cavabdeh və onun həyat yoldaşı X4 etdikləri işin qanunsuz olduğunu bilə-bilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlıqlarına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmışlar və mülkiyyətçinin həyətə giriş qapısını bağlamışlar. O (İddiaçı), mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalı olur. Bu hal məktuba əlavə etdikləri fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Fotoşəkillərə, texniki pasporta və digər sənədlərə də baxanda görsənir ki, həqiqətən də ona məxsus ünvan 8 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış olmasına baxmayaq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətdə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 28v ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu X5 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı: Cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının yoldaşı Möhlət Hüseynovun tikintidə şəxsən iştirakı və tikintiyə razılıq verməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, əvvəla mülkiyyətçi iddiaçı olduğundan və onun buna icazəsini təsdiq edən hər hansı sübut olmamışdır. Möhlət Hüseynov tikinti ilə bağlı hər hansı icazə verməmişdir. Onun belə icazə verməsini cavabdehin tikinti işlərini aparan ustaların (şahidlər) təsdiqləməsi mötəbər sübut hesab oluna bilməz. Cavabdehin qənaətincə Möhlət Hüseynov belə icazəni veribsə belə, daşınmaz əmlak birgə mülkiyyətdə olduğuna görə arvadının yəni iddiaçının buna razılığı olmamışdır. Cavabdeh apellyasiya şikayətində hasarın qanuni yerdə və qanuni şəkildə tikilməsindən bəhs etsə də, eyni zamanda hasarın tikilməsi üçün Möhlət Hüseynovdan icazə aldığını bildirir. Belə olan halda cavabdehin mövqeyində ziddiyyət yaranır. Əgər hasarın qanuni yerdə tikilirsə bəs nəyə görə hasarın tikilməsi üçün icazə aldığını bildirir? Bundan başqa cavabdehin təqdim etdiyi ekspert rəyinə münasibətdə bildirmək istərdi ki, həmin rəydə cavabdehə məxsus evin sərhədlərinin o cümlədən daş hasarın Azərmemarlayihə DBLİ-nin tərtib etdiyi eskiz layihənin göstəriciləri ilə eyni olduğu göstərilir. Lakin rəydən də göründüyü kimi ekspert Azərmemarlayihə DBLİnin tərtib etdiyi eskiz layihəyə əsaslanıb. Halbuki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə ekspert rəyində səlahiyyətli qurum tərəfindən verilmiş Texniki pasportlara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus evin faktiki vəziyyətinin həmin evə dair verilmiş Texniki Paporta uyğun gəlmədiyi müəyyən edilmiş, iddiaçıya məxsus evə dair Texniki Pasportun göstəricilərinə uyğun giriş çıxış qapısı tam bağlandığından hasarın həyətə giriş və çıxışa mane törətdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şiakyətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 10 ünvanında yerləşən evin və həyətinin hasarının ölçüləri nəzərə alınaraq M.K.Atatürk pr., 28 V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi öhdəliyi cavabdeh-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9674/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qərar xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verməklə, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə dair təqdim etdiklərini etiraz ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğundan dəyişidirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən: Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 4 8 . 5.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 65. 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri” nə görə: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. 2.4. Mərzçəkmə işlərində aşağıdakılara istinad edilir: 2.4.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə; 2.4.2. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə; 2.4.3. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.4. “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.5. torpaq sahəsinin fiziki və ya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına; 2.4.6. torpaq sahəsinin alqısatqı müqaviləsinə və digər əqdlər barədə məlumatlara; 2.4.7. torpaq sahəsinin sərhədləri ilə əlaqədar mübahisənin mövcudluğu haqqında sənədlərə; 2.4.8. torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə; 2.4.9. topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələrinə; 2.4.10. dövlət geodeziya-istinad məntəqələrinin (bundan sonra — DGİM), daimi istinad stansiyalarının (bundan sonra — DİS) və dayaq mərz nişanlarının (bundan sonra — DMN) adları, koordinatları və yerləşmə sxemlərinə; 2.4.11. dövlət torpaq kadastrının məlumatlarına; 2.4.12. qanunvericilikdə nəzərdə tutulmuş digər normativ aktlara və sənədlərə.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139 -176, 178,179, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, cavabdeh tərəfindən müvafiq icazələr almadan ərazidə dəyişikliklər etmiş, hətta inzibati məhkəməyə müvafiq dəyişikliklərin təsdiqi barədə müraciəti təmin edilməmişdir, bununla da iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, əlavə ekspertizanın aparılması üçün əsaslar isə müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı cəlb edilməklə) “texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qərar xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır. Qeyd edilən qərardan görünür ki, hazrki iş üzrə cavabdeh həmin iş üzrə iddia ərizəsində bildirilir ki: “Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 В saylı ev iddiaçı Cavabdeh məxsusdur. Onunla qonşu ünvanda – Nərimanov rayonu, M.K.Atatürk prospektində, ev 28V-də yaşayan İddiaçı tərəfindən iddia qaldırılaraq iddiaçıya məxsus həyətin hasarının sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətin qadağan olunması tələbi irəli sürülmüşdür. İddiaçı ona qarşı iddia qaldırandan sonra həmin evə reyestrdən çıxarışın və texniki pasportun mövcudluğu məlum olmuşdur. Bundan sonra, iddiaçı 10 may 2022-ci il tarixdə ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona məxsus ünvan 12 ünvanında yerləşən evin və onun həyətinin hasarının ölçüləri nəzərə alınaraq M.K.Atatürk prospekti, ev 28V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi xahiş olunmuşdur. Lakin bu günədək ona cavab verilməmişdir. İddiaçı Əliyasər qızı həmin evə köçməmişdən əvvəl iddiaçının adına evə dair sərəncam və digər mötəbər sənədlər mövcud idi. Hətta hal-hazırda M.K.Atatürk prospekti, ev 28В ünvanının iddiaçıya məxsus olmasını təsdiq edən reyestrdən çıxarış da var. İddiaçı Əliyasər qızına aid evə texniki pasport verilərkən iddiaçıya məxsus evin sərəncamı, çıxarışı, həyətin sərhədləri nəzərə alınmamış və yoxlanılmadan texniki pasport verilmişdir. Halbuki, M.K.Atatürk prospekti, ev 28V ünvanında qeyd edilən torpaq sahəsinin bir hissəsi – küçəyə aid olan yol bağlanaraq zəbt edimiş və həmin evin həyətinə birləşdirilmişdir. Bu hal ekspert rəyi ilə də təsdiq olunur. Gsötərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, İPM-nin müddəalarına əsaslanaraq, iddiaçıya məxsus M.K.Atatürk prospekti, ev 28B ünvanında yerləşən evin və həyətinin hasarının ölçüləri nəzərə alınaraq M.K.Atatürk prospekti, ev 28V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən (M.K.Atatürk prospekti, 28V) daşınmaz əmlaka 21 sentyabr 2022-ci il tarixdə keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, həyətə giriş qapısı və darvaza layihədə göstərildiyi yerdə quraşdırılmış və layihədə qapının və darvazanın yerləşmə mövqeyi konkret ölçülərlə göstərilməmişdir. Halhazırda giriş qapısı qonşu (iddiaçı Cavabdeh) tərəfindən bağlanmışdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.” Məhkəmənin qənaəti belə olmuşdur ki: “iddiaçı Cavabdeh üçüncü şəxs İddiaçı Yasər qızının mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspert rəyi ilə üçüncü şəxsin deyil, məhz iddiaçının özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Məhkəmənin qənaətinə görə hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilik olmadığından, hazırki halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçı Cavabdeh hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir”.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən: Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
20. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
21. Göründüyü kimi, apellyasiya şikayətinin ziddiyyətli dəlillərinin əsassızlığı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə istisna edilsə də, iş üzrə təqdim edilən inzibati məhkəmənin qərarı ilə də öz təsdiqini tapmışdır.
22. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1081/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.