Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5404/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 29 saylı evin, 33 saylı mənzildə yaşayan abonentə əsassız olaraq hesablanmış olan 536,2 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 29 saylı evin, 33 saylı mənzili iddiaçıya məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan fərdi yaşayış evindən sayğacın dövlət yoxlamasından keçirilməsi üçün aparılmışdır. Cavabdehin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan sonra məlumat vermişlər ki, sayğacında problem olmuş və onun 536,2 manat borcu vardır. Qaz idarəsinin əməkdaşları tərəfindən onun mənzilə məxsus olan qaz sayğacının sıradan çıxması əsas götürərək akt tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 536.20 manat borcun qaz sərfinə görə hesablamışdır. Saldodan göründüyü kimi 536.20 manat borc həmin mənzilə 2018-ci ilin avqust ayında akt tərtib edilərək cərimə yazılmışdır. Həmin saldodan göründüyü kimi iddiaçıya 2017-ci ilin noyabr ayından 2018-ci ilin iyun ayına kimi 536.20 manat borc hesablanmışdır. Əvvəlki ödənişlərdən görünür ki, həmin mənzil üzrə qış ayları üzrə 50-70 manat, yay ayları üzrə 10 manat ödənişlər edilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 385, 386, 360-cı maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Qurbanov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 772/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 29, 33 saylı mənzillə bağlı hesablanmış 806,40 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 6176/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda qaz sayğacı çıxarılarkən sayğacın göstəricisi 14286 m3 olmuş, həmin sərfiyyatın 11605 m3 hissəsi istifadəçi tərəfindən ödənilmişdir. Kollegiya hesab edir ki, iş materiallarında olan saldoda iddiaçıya hesablanmış 536.2 manat məbləğin olması müəyyən edilmədiyindən borcun silinməsinə dair iddia tələbi əsaslı olmuşdur. Bundan əlavə, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin nümayəndəsi kollegiya iclası zamanı öz izahatında qeyd olunan 536.2 manat borcun nəyə əsasən hesablanmasını əsaslandıra bilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, həmin məbləğin hansı əsasa görə hesablanması əsaslandırıla bilinmədiyindən və iş materiallarında olan sənədlərlə sübut olunmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borcun silinməsi ilə bağlı iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi hesablanmış borcun əsasları sübuta yetirilməməsi səbəbindən ləğv edilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1039/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 29 saylı evin, 33 saylı mənzildə yaşayan İddiaçı hesablanmış olan 536,2 manat borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5404/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5404/2020
25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver