Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5404/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 134.566 ABŞ dolları məbləğində əsas vəsaitin və həmin məbləğdən 17 ay ərzində istifadə etdiyi üçün 9.531,75 ABŞ dolları məbləğində əlavə vəsaitin, cəmi 144.097,75 ABŞ dolları vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə İddiaçı MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Həmin işə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 Rayon Məhkəməsinin məhkəmə iclas protokoluna dair qeyd vermiş, bu səbəbdən də Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubu ilə mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəkili (nümayəndəsi) tərəfindən Rayon Məhkəməsinin məhkəmə iclas protokoluna dair verilmiş qeydə Rayon Məhkəməsi tərəfindən münasibət bildirilməsi üçün Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-nin tələblərinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır (maddə 274.1.). Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır (maddə 274.2.). Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-nin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, Cavabdeh vəkilinin (nümayəndəsinin) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə məhkəmə iclasına dair məhkəmə protokoluna verdiyi qeydə baxılması üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5404/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5404/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver