Məhkəmə qərarları › İş №2(103)-5408/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5408/2022

28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5408/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1477/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı xx.xx.2021-ci il tarixdə qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASC-nin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi; istehlakçı qismində onlara vurulmuş mənəvi zərərin əvəzi qismində 1000 manat məbləğində olmaqla, ümumilikdə 2000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onlara verilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1477/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir İddiaçı1 apellyasiya şikayəti verərək, İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasını, Nəsimi Rayon Məhkəməsi tərəfindənqəbul olunmuş xx.xx.2022ci il tarixli e-2(006)-1477/2022 saylı qətnamə ləğv edilməsini, iddia tələbi apelyasiya şikayəti verən İddiaçı1 münasibətdə təmin edilməsini xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən şifahi qaydada ondan üzrxahlıq istədikləri üçün iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 barışdıqlarını bildirmiş və iddiadan imtinanın qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd: Məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdehin nümayəndəsi məsələnin barışıq yolu ilə həll edilməsinə səy göstərdiklərini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına yoxlanılan hissəsində - İddiaçı1 münasibətdə xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya icraatının hədləri yalnız şikayət verən İddiaçı1 aid hissə ilə məhdudlaşmış, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətin qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384.0.5, 402-406ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1477/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının pozulması» tələbinə dair iddia ərizəsindən İddiaçı1 imtinası qəbul edilsin və baxılan - İddiaçı1 aid hissədə mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar