Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5410/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(011)-3678/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda abonent kodu **********0030 olan yaşayış sahəsində quraşdırılmış G-4 markalı 10566401 nömrəli sayğaca Cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 7770.19 manat pulun silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Əliyeva (Mahsumova) Gülsüm Əli qızının mülkiyyətindədir. Həmin sahədə G-4 markalı 10566401 nömrəli sayğac quraşdırılmış və qaz cihazları istismar olunur. Həmin yaşayış sahəsində quraşdırılmış sayğaca iştirakları olmadan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və guya qaz cihazlarına baxış keçirilərkən: “Abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeydi yazılmış, guya qeyd olunan səbəbdən xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli nömrəli akt tərtib olunaraq, 7770.19 manat dəymiş ziyan hesablanmışdır. Bundan dərhal sonra həmin yaşayış sahəsinə təbii qazın verilməsi dayandırılmışdır. Nəticədə şaxtalı qış aylarında yaşlı iddiaçı ailəsi ilə birlikdə donmaq təhlükəsi ilə üz-üzədir. Halbuki iddiaçının sayğacdan kənar edilmiş qaynağa heç bir aidiyyəti yoxdur və yalnız öz qanuni sayğacından istifadə etməklə təbii qazdan istifadə edir. Həmin akt onların iştirakı olmadan tərtib olunmuş və həmin aktın surəti təqdim olunmamışdır. Qeyd olunan qanunsuz hərəkətlərlə bağlı Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin rəisinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün cərimə aktının, abonent saldosunun, tələbnamənin və digər sənədlərin təqdim olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(011)-3678/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanı üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2024ci il tarixli ******* saylı aktın ləğv edilməsi, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00030) hesablanmış 7724.16 (yeddi min yeddi yüz iyirmi dörd manat, on altı qəpik) manat borcun silinməsi, Cavabdehndən 97.24 (doxsan yeddi manat, iyirmi dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və 110 (yüz on) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – ünvan 1 ünvanı üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2024-ci il tarixli ******* saylı akt ləğv edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki,abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2024-cü il tarixə 7724.16 manat borc hesablanmışdır. İddiaçı həmi akta əsasən hesablanmış borcun silinməsi ilə yanaşı aktın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, iddiaçıya tərtib olunmuş akt ləğv edilərək, qaz sərfinə görə hesablanmış 7724.16 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası ünvan 1 ünvanı üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2024-ci il tarixli ******* saylı akt ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. Baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi akt müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin hesablanmasına əsas yaradan sübut qismində çıxış edir. Həmin akt özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) hüquq və vəzifələr doğurmur, iddiaçının qanuni mənafelərinə xələl gətirmir. Mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. İddiaçının iddia ərizəsi sözügedən hissədə də məhz həmin sübutun mötəbər olmadığı ilə əsaslandırılmışdır. Şübhəsiz ki, mübahisələndirilən akt özündə müəyyən məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı (ləğvi) barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (borcun silinməsi, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün mədaxil orderinin, maliyyə arayışının, aktın və s.) həqiqi olmadığını, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, “aktın ləğv edilməsi” tələbi məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz. Bununla da müəyyən edilir ki, birinci instansiya məhkəməsi hazırki ərizəyə qeyd olunan məhkəmə qaydasında baxılması yol verilməz olduğu halda mahiyyəti üzrə baxmışdır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin təmin edilməklə qətnamə - ünvan 1 ünvanı üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2024-ci il tarixli ******* saylı akt ləğv edilməsi hissəsində ləğv edilməklə həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 261, 264, 387.2.8 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(011)-3678/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən - “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2024-ci il tarixli ******* saylı akt ləğv edilməsi” hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5410/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5410/2024
14.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver