Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5413/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Nəriman qızına, Cavabdeh3 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)-1225/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Nəriman qızına, Cavabdeh3 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair ünvan 1ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı “Alqı-satqı müqaviləsi”nin iddiaçılara məxsus "xxxx" tikilisi hissəsində etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən "xxxx" tikilişə dair Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.10.207-ci il tarixdə Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin 30 A ünvanında yerləşən ümumi sahəsi 1896 kv.m olan qeyri-yaşayış binasını almışdır. Həmin qeyri-yaşayış sahəsi “A” və "xxxx" tikililərindən ibarətdir. Həmin alqı-satqı müqaviləsinə görə qeyd edilən qeyriyaşayış sahəsinin dəyəti 850000 manat müəyyən edilmişdir. Cavabdeh orqana "xxxx" tikilisinə dair ayrıca Çıxarışın verilməsini xahiş etmişdir. Reyestr orqanı tərəfindən xahişləri təmin edilməmiş və nəticədə onlara imtina cavabı verilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1, "xxxx" MMC və Cavabdeh2 Nəriman qızı iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdir. Məhkəmənin 21 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məlum olmuşdur ki, Çıxarışın verilməsi xahiş edilən həmin "xxxx" tikilisi əvvələr İddiaçı1 sonradan isə "xxxx" MMC-nin hazırda isə İddiaçı2 MTK-nın mülkiyyətində olan Azadlıq prospekti 66 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan "xxxx" tikilisidir. Həmin "xxxx" tikilisi ilə bağlı iddiaçılar ilə "xxxx" MMC və Cavabdeh2 arasında çox saylı məhkəmə çəkişmələri olmuş, nəticədə "xxxx" tikilisi iddiaçıların sahibliyinə verilmişdir. Həmin "xxxx" tikilisinə dair məhkəmə qərarları və onun əsasında Cavabdeh2 ilə bağlanmış bağışlanma müqaviləsi və reyestrdən çıxarış da ləğv edilmişdir. Bütün məhkəmə qətnamələri hazırda qanuni qüvvəsini almışdırlar. Qeyri-yaşayış sahəsi Kaveroçkin küçəsi hissəsində "xxxx" MMC ilə həmsərhəddir. Yəni həmin hissədə sonuncunun mülkiyyətində sahəsi 1051 kv.m olan qeyri-yaşayış sahəsi vardır. "xxxx" MMC həmin qeyri-yaşayış sahəsini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə icarəyə veridikdən sonra iddiaçılara məxsus həmin "xxxx" tikilisini zəbt edərək üzərində qeyri-qanuni tikililər inşa etmişdir. Bundan sonra iddiaçılar tərəfindən məhkəmələrə müraciət edilmiş və iddiaları təmin edilərək "xxxx" tikilisinin üzrəində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və həmin tikiliyə açılmış giriş qapısının bağlanması və s. qərara alınmışdır. "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və cavabdeh tərəfindən üçüncü şəxs "xxxx" MMC-yə qarşı ünvan 12 ünvanında yerləşən uzunluğu 66.55 metr, eni 12 metr olan qeyri-yaşayış sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması və MMC-yə hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad məhkəməsinə müraciət etmiş, məhkəmə baxışında "xxxx" MMC tərəfindən zəbt edilmiş “Bakmonollit" MMC-yə məxsus Kaveroçkin küçəsinə çıxan "xxxx" tikilisindən "xxxx" MMC-nin çıxarılması və "xxxx" tikilisinə açılmış girişlərin bağlanması “"B” tikilisi üstündə inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi verilmişdir. 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 01 noyabr 2010-cu il tarixli 1137/2010 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmiş, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Azadlıq öröspekti 66 “ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Kaveroçkin ünvanına çıxan hissələrdə yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "B tikililisinin üstürində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və "xxxx" MMC-nin çıxarılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya baxışında "xxxx" MMC öz iddiasından imtina etmiş, "xxxx" MMC- nin qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2011-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilmiş, "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC- yə dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin tarixli qərardadı ilə "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçılar "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin Kaveroçkin 30 A ünvanına çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanuni tikililərin sökülməsi və "xxxx" MMC-nin zəbt edilmiş sahədən çıxarılması, cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçılar iddia tələbini artıraraq "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat pulun iddiaçılara ödənilməsi, Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanuni tikililərin "xxxx" MMCnin hesabına sökülməsi, zəbt edilmiş sahədən çıxarılması, iddiaçılara məxsus "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin MMC-nin hesabına açılmaqla "xxxx" tikilisinin texniki pasportuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Dağıstan küçəsinə çıxan hissəsində yerləşən "xxxx" tikilisinə "xxxx" MMC tərəfindən açılmış qeyri-qanuni girişlərin bağlanması, "xxxx" tikilisinin üstündə tikilmiş qeyri-qanini tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi, zəbt edilmiş sahədən çıxarılması, iddiaçılara məxsus "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin "xxxx" MMC-nin hesabına açılmaqla "xxxx" tikilisinin texniki paspotuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması qət edilmişdir. "xxxx" MMC həmin qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. "xxxx" MMC-nin kassasiya şikayəti də təmin edilməmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı həmin qeyri-yaşayış sahəsinin ilkin icarə və özəlləşdirmə“müqavilələrin etibarsız hesab edilməsi”nə dair yeni iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 16 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilən Apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilərək qətnamənin icra mərhələsi başlanmışdır. Həmin "xxxx" tikilisi yarısı boşaldılmış və iddiaçılara təhvil verilmişdir. "xxxx" MMC özünə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsini Bakı Gömrük İdarəsinə satmış, bir hissəsini isə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə icarəyə vermişdir. İdarənin xahişi ilə icra hərəkətləri onlar köçənədək dayandırılmışdır. Məhz Korrupsiya Qarşı Mübarizə İdarəsinin orada yerləşməsindən "xxxx" MMC-nin rəhbərliyi sui-istifadə edib müxtəlif vasitələrlə iddiaçılara məxsus "xxxx" tikilisini zəbt etmişdir. Lakin hal-hazırda məhkəmə qətnamələrinə əsasən "xxxx" MMC "xxxx" tikilisinin üzərində inşa edilmiş qeyri-qanuni tikililərini sökməlidir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi oradan köçəndən sonra yenidən icra hərəkətləri başlanılmış, icra mərhələsində məlum olmuşdur ki, Çapçı” kiçik müəssisəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin ünvan 8 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinin istifadəsində olan mövcud 714.2 m2 əlavə tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qeyd edilən işə 28 iyun 2013-cü il tarixdə baxaraq iddianı təmin etmişdir. İddiaçılar tərəfindən 3cü şəxs qismində cəlb etmə barədə məhkəməyə vəsatət verilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30 iyun 2014-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, eyni zamanda məhkəmənin 28 iyun 2013-cü il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli qərardadı ilə 28 iyun 2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmiş və həmin qərar əsasında "xxxx" MMC-yə verilmiş ünvan 9 ünvand yerləşən 714.2 m2 tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması barədə Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 Nəriman qızı Bakı şəhəri Gömrük İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehin həmin sahədən çıxarılması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 Nəriman qızı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri 11 saylı Notariat kontorunda təsdiqlənmiş 13 avqust 2014-cü il tarixli 4Ə-354 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Nəsimi rayonu, Kaveroçkin küçəsi 30A ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" kiçik müəssisəsi tərəfindən ona hədiyyə edilmiş, həmin müqavilə əsasında qeyri-yaşayış sahəsi onun mülkiyyətinə keçmiş və ona bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 19 avqust 2013-cü il tarixdə çıxarış verilmişdir. Cavabdeh2 Nəsimi rayon məhkəməsinə müraciətindən sonra məlum olmuşdur ki, İddiaçı1 məxsus mülkiyyət qeyri-qanuni yolla "xxxx" MMC tərəfindən Cavabdeh2 Nəriman qızına hədiyyə edilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-nin adına verilmiş reyestrdən çıxarış və onun əsasını təşkil etmiş məhkəmə Qərarı ləğv edilməsinə baxmayaraq "xxxx" MMC qeyri-qanuni yolla əmlakı öz arvadı Cavabdeh2 bağışlamışdır. Bundan sonra iddiaçılar yenidən Nəsimi Rayon Məhkəməsinə həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qüvvədə olan məhkəmə qətnamələrinin icrasına başlanılmış, "xxxx" tikilisi tamamilə onların sahibliyinə qaytarılmışdır. Bir müddətdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı1 qarşı ("xxxx" MMC-ni və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinin mülkiyyətçisi olması barədə 22 aprel 2004-cü il tarixli, 002653 saylı şəhadətnamənin ləğv edilməsi, onunla "xxxx" MMC arasında Bakı şəhəri, Azadlıq prospekti 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinə dair müqavilənin etibarsız hesab olunması və həmin tikilinin "xxxx" MMC-nin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi iddia təmin olunmamışdır. Qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, MPM-nin 261.0.2-cü maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiyanın qənaətinə görə, "xxxx" MMC-nin hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərar(lar)ı olduğundan, eyni predmetli tələbə mahiyyəti üzrə yenidən baxılması mülki prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İddiaçılara indi məlum olmuşdur ki, "xxxx" MMC mülkiyyətində olmayan və iddiaçıların mülkiyyətində olan "xxxx" tikilisinə dair alqısatqı müqaviləsi bağlamışlar. Cavabdeh2 "xxxx" MMC-nin direktoru olmuş Akif Hüseynovun arvadıdır. "xxxx" KM ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi "xxxx" tikilisinə münasibətdə etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında bağışlanmanın ləğv edilmiş hissəsi də daxil olmaqla yenidən alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi 21 oktyabr 2017-cil tarixdə 32 saylı Notariat kontorunda balanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 850000 manat müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 mülkiyyətində iddiaçılara məxsus "xxxx" tikilisi mövcud olmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi 29 iyun 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır icra vərəqəsi isə 25 sentyabr 2017-ci il tarixdə verilmişdir. İşin qeyd edilən halanndan görünür ki, "xxxx" MMC və Cavabdeh2 onlara məxsus olmayan əmlakı müxtəlif üsullarla ələ keçirməyi və özgəninkiləşdirməsində israrlı olmuşdurlar. Onlar arasında bağlanmış əqd etibarsız əqddir. Belə ki, Sima mülkiyyətində olmayan əmlaka dair sərəncam vermişdir. Bütün bu hərəkətlər "xxxx" MMC-nin direktoru X10 tərəfindən düşünülmüş və həyata keçirilmişdir. Hazırki alqı-satqı müqaviləsini bağlamaqla Hüseynov Akif və Cavabdeh2 əmlakın əvəzli özgəninkiləşdirilməsi görüntüsü yaratmağa cəhd etmişlər. Qeyd edilən alqı-satqı müqaviəsinin iddiaçılara məxsus "xxxx" tikilisinə dair hissəsi etibarsız hesab edilməli və onun əsasında verilmiş Çıxarış da ləğv edilməlidir. Belə ki, iddiaçılara məxsus olan həmin "xxxx" tikilisinin hazırda da bütün hüquq müəyyənedici sənədlərə görə iddiaçıların qanuni mülkiyyətindədir. "xxxx" tikilisi boşaldıldığı gündən bu günə kimi iddiaçıların qanuni istifadəsindədir. "xxxx" MMC öz hüquqi təşkilati formasını dəyişmiş, Cəmiyyət hazırda İddiaçı2 MTK-ya çevrilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)- 1225/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin 30A ünvanında yerləşən sahəsi 1896.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair ünvan 1ariat kontorunda bağlanmış 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsinin hazırda İddiaçı2 Mənzil Tikinti Kooperativinə məxsus "xxxx" tikilisi hissəsində etibarsız hesab edilməsi, 21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi qət olunmuşdur. Cavabdehlərdən Cavabdeh3 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, əmlakı əldə edən zamanı vicdanlı alıcı olması, bu halın nəzərə alınmaması, mübahisələndirilən əqdin etibarlı olması kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) isə, apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qanuni qüvvədə olan çoxsaylı məhkəmə qərarları ilə sahəsi 714.2 m2 olan "xxxx" tikilinin hələ 2004-cü ildən etibarən iddiaçı "xxxx" MMC-yə məxsus olması müəyyən edilmişdir. Bu hal mübahisəsizdir, eyni zamanda "xxxx" MMC-nin hazırda hüquqi varisi olan İddiaçı2 MTKnın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da öz əksini tapmışdır. Həmçinin, həmin tikili mülkiyyətdə olan digər tikililərlə yanaşı iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda Cavabdeh3 həmin tikilini görmədən onu 2017-ci ildə necə əldə etmişdir. Həmin vaxtdan sonra da Cavabdeh3 "xxxx" tikilisindən istifadə etməmiş, ona sahibliyi həyata keçirməmişdir. Məhkəmə qərarlarının olmasına baxmayaraq "xxxx" MMC mülkiyyətində olmayan "xxxx" tikilisini əvvəl Cavabdeh2 bağışlamış, həmin əqd məhkəmə tərəfindən etibarsız sayılmış, buna baxmayaraq sonuncu formal olaraq Cavabdeh3 ilə alqı-satqı müqaviləsini bağlamışdır. Hesab edir ki, həmin şəxslər bir mövqeydən çıxış etməklə hər vasitə ilə qanuni qüvvədə olan məhkəmə aktlarından yayınmaq, iddiaçının mülkiyyətini əldə etmək üçün belə qanunsuz yollara əl atmışlar. Bu səbəbdən də, istər qanuni qüvvədə olan məhkəmə aktları, istərsə də işin halları nəzərə alınmaqla Cavabdeh3 vicdanlı alıcı kimi qəbul edilə bilməz. Həmçinin qeyd edir ki, baxmayaraq ki, Cavabdeh3 2017-ci ildən sonra "xxxx" tikilisindən istifadə edə bilməmiş, yəni həmin tikili iddiaçının sahibliyində və istifadəsində olub, bununla bağlı heç bir addım atmamış, hərəkətsizlik göstərmişdir. Bu hal da özü-özlüyündə Cavabdeh3 bundan əvvəldən məlumatlı olması qənaətinə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iddia qismən təmin olunmaqla, həmçinin Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara və qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən, sahəsi 3130,9 m2 olan qeyri yaşayış sahəsi (ikimərtəbəli tikililər və zirzəmisi, həmçinin onların içərisində hazırda mübahisə predmeti olan "xxxx" tikilisi də mövcuddur) və onun yerləşdiyi 5372,4 m2 olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətində olmuş, həmin daşınmaz əmlakı 25 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmış, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırki iş üzrə İddiaçı2 MTK "xxxx" MMC-nin hüquqi varisi olmaqla (bax: İddiaçı2 MTK-nın nizamnaməsi) adına qeyd edilən əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015, daşınmaz əmlakın ünvanı - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66, təyinatı qeyri-yaşayış sahəsi, ümumi sahəsi - 3130,9 m2, torpaq sahəsinin ölçüsü - 0,53724 ha, hüququn növü – xüsusi mülkiyyət və s.) verilmişdir. Məhkəmə kollegiyası həmçinin əvvəllər tərəflər arasında həmin daşınmaz əmlakla bağlı (daşınmaz əmlakın hazırki işdə də mübahisə predmeti olan "xxxx" tikili hissədə) baş vermiş qanuni qüvvədə olan məhkəmə qərarlarını nəzərdən keçirməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya məxsus daşınmaz əmlakın tərkib hissəsi olan "xxxx" tikilisini zəbt etməsi, onun üzərində özbaşına olaraq müəyyən tikili inşa etməsi və s. bu sahədə qanunsuz hərəkətləri səbəbindən iddiaçılar İddiaçı1 və "xxxx" MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qanunsuz tikilinin sökülməsi, qeyri-qanuni girişlərin bağlanması, zəbt edilmiş sahədən çıxarılma, maddi ziyanın ödənilməsi, cavabdehin "xxxx" tikilisindən çıxarılması» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özbaşına zəbt etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin "xxxx" tikilisindən çıxarılması, həmin tikilinin üstündə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi, həmin tikilidə cavabdeh tərəfindən açılmış girişlərin bağlanılması, "xxxx" tikilisinin Dağıstan küçəsi istiqamətində bağlanmış girişlərin cavabdehin hesabına açılmaqla, "xxxx" tikilisinin texniki pasportuna uyğun vəziyyətə gətirilməsi və həmin tikilinin iddiaçıların sahibliyinə qaytarılması qət olunmuşdur (cavabdehin apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 sentyabr 2011-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 aprel 2012-ci il tarixli qərarı ilə təmin olunmamışdır). Qeyd edilən məhkəmə aktları müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən 5374 m2-dən ibarət torpaq sahəsi və 3130,9 m2 qeyri-yaşayış sahəsinin (ikimərtəbəli tikililər və zirzəmi) mülkiyyətçisi İddiaçı1 olmuş, o, həmin əmlakları alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satmış, "xxxx" MMC orada yerləşən və ona məxsus olmayan qeyri-yaşayış sahəsinin "xxxx" tikilisinin üstündə özbaşına tikililər inşa etmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 28 iyun 2013-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, ünvan 12 ünvanda yerləşən 714,2 m2 əlavə tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, lakin sonradan "xxxx" MMC-nin vəsatəti üzrə həmin qərar ləğv olunmuş, sonuncu və İddiaçı1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, həmin məhkəmənin 16 sentyabr 2014cü il tarixli qərardadı ilə 28 iyun 2013-cü il tarixli qərarın icrasına dönüş edilmiş, 714,2 m2 qeyri-yaşayış sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış ləğv edilmiş, nəticədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin həmin iddia tələbi əvvəllər də məhkəmə baxışının predmeti olduğundan mümkün sayılmamışdır. Belə ki, "xxxx" MMC əvvəllər də məhkəməyə müraciət edərək həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmiş, lakin iddiası rədd olunmuş, həmin qərardan apellyasiya şikayəti vermiş, lakin apellyasiya baxışı zamanı iddiasından imtina etmiş, bu səbəbdən də icraata xitam verilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2011-ci il tarixli, 2-1(103)-192/2011 saylı qərardadı). Qeyd edilən məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya məxsus olan 714,2 m2 sahədə "xxxx" tikilisinin də yer aldığı, ümumilikdə 1896,1 m2 sahəyə dair adına verilmiş çıxarışdan (halbuki, yuxarıda da qeyd edildiyi kimi həmin çıxarış 714,2 m2 sahədə "xxxx" tikilisinə dair hissədə etibarsız sayılmışdır) istifadə edərək, həmin 1896,1 m2 qeyri-yaşayış sahəsini Cavabdeh2 Nəriman qızına bağışlamış, bu barədə aralarında 13 avqust 2014-cü il tarixli müqavilə bağlanmışdır. Lakin, İddiaçı1 və "xxxx" MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Nəriman qızına qarşı «bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv olunması” barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Nəriman qızı arasında Bakı şəhəri 11 saydı notariat kontorunda bağlanmış 13 avqust 2014-cü il tarixli, 4Ə-354 reyestr nömrəli bağışlama müqaviləsinin iddiaçının mülkiyyətində olan 714,2 m2 qeyri yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 Nəriman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 19 avqust 2014cü il tarixli, RX0480901 seriyalı qeydiyyatın 714,2 m2 hissədə ləğv olunması qət edilmişdir (həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh2 Nəriman qızının ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin olunmamışdır). Qeyd edilən məhkəmə aktları ilə bir daha müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bağışlama müqaviləsindən sonra isə Cavabdeh2 Nəriman qızının) adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdə göstərilən 1896,1 m2 qeyri-yaşayış sahəsinin 714,2 m2 hissəsi ("xxxx" tikilisi) əsassız olmaqla iddiaçının mülkiyyətinə aiddir. Bundan sonra, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı1 ("xxxx" MMC və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «çıxarışın ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, hüququn dövlət qeydiyyatına alınması” barədə iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinin mülkiyyətçisi olması barədə 22 aprel 2004-cü il tarixli 002653 saylı şəhadətnamənin ləğv olunması, İddiaçı1 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanında yerləşən 714,2 m2 olan "xxxx" tikilisinə dair müqavilənin etibarsız hesab olunması və həmin tikilinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, lakin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 aprel 2018-ci il tarixli qərardadı ilə qətnamə ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir (MPM-nin 261.0.2-ci maddəsinə əsasən - iddiaçının əvvəllər eyni tələbinə məhkəmə tərəfindən baxılaraq, rədd olunması barədə məhkəmə aktlarının olması). Həmçinin qeyd edilməldiir ki, tərəflər arasında qeyd edilən məhkəmə mübahisələrindən əlavə də digər oxşar mübahisələr olmuş (qeyd edilən məhkəmə aktlarında bu barədə məlumatlar var), həmin mübahisələr zamanı məhkəmələrin mövqeyi analoji olmaqla, fərqli hallar müəyyən olunmamışdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res fudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Beləliklə, işin mübahisəsiz hallarından və qanuni qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 66 ünvanda yerləşən, sahəsi 3130,9 m2 olan qeyri yaşayış sahəsi (ikimərtəbəli tikililər və zirzəmisi) və onun yerləşdiyi 5372,4 m2 olan torpaq sahəsi 25 dekabr 2004-cü il tarixdən etibarən "xxxx" MMC-nin (hazırda İddiaçı2 MTK) xüsusi mülkiyyətində olmuş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin qeyri yaşayış sahəsinin tərkibində həmçinin "xxxx" tikilisi də mövcud olmuşdur. "xxxx" tikilisi (714,2 m2) məhkəmə qərarına əsasən sonradan həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş çıxarışda ümumi sahənin (1896,1 m2) tərkibində qeyd edilmiş, lakin məhkəmə qərarın ləğv olunaraq icraya dönüş edilmişdir. Yəni, "xxxx" tikilisi iddiaçının mülkiyyətindən heç zaman çıxmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat daima mövcud olmuşdur. Buna baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif əsaslarla bundan yayınmağa çalışmış, iddiaçının mülkiyyətində olan "xxxx" tikilisini də özünə aid olan hissə ilə birlikdə Cavabdeh2 Nəriman qızına bağışlamış, həmin əqd də məhkəmə tərəfindən qismən ("xxxx" tikilisinə aid hissədə) etibarsız sayılmışdır. Lakin, Cavabdeh2 Nəriman qızı (işdən görünür ki, Cavabdeh2 Nəriman qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Akif Hüseynovun arvadı olmuşdur) yenidən əsassız sayılmış qeydiyyatla, iddiaçının mülkiyyətində olan "xxxx" tikilisi də daxil olmaqla ümumilikdə 1896,1 m2 qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə 21 oktyabr 2017-ci il tarixli “Alqısatqı müqaviləsi” bağlamışdır. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını və qanuni qüvvədə olan məhkəmə aktlarını nəzərə alaraq həmin alqı-satqı müqaviləsini İddiaçı2 Mənzil Tikinti Kooperativinə məxsus "xxxx" tikilisi hissəsində etibarsız hesab etmişdir. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, iş üzrə iddiaçı və cavabdehlər arasında 10 ildən çox həmin əmlaka münasibətdə məhkəmə çəkişmələri olmuş və bütün məhkəmə baxışlarında qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçılara məxsus olduğu müəyyən edildiyindən cavbdeh X3 hazırki halda heç cür vicdanlı əldə edən hesab edilmədiyindən Azərbaycan respublkası Konstitusiya məhkəməsinin vicdanlı əldə edənlə bağlım müxtəlif qərarlarında şərh etdiyi hüquqi mövqeyi tərəfərin bu münasibətinə tətbiq edilə bilməz. Cavabdeh3 apellyasiya şikayətində vicdanlı alıcı olmasına istinad edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, digər əmlaklarla yanaşı həmçinin onların tərkib hissəsi olan mübahisəli "xxxx" tikilisi hələ 2004-ci ildən etibarən Bakı şəhəri, Azadlıq prospekti, 66 ünvanı altında "xxxx" MMC-nin (hazırda İddiaçı2 MTK) mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, hazırda da həmin qeydiyyat mövcuddur. "xxxx" tikilisi əsassız qeydiyyatla digər ünvan altında (ünvan 13 qarışsa da, həmin qeydiyyat dərhal ləğv olunmuşdur. İddiaçı2 MTK-nın mübahisəli "xxxx" tikilisi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatında mövcud olduğu halda isə digər şəxsin (şəxslərin) onun üzərində sərəncam hüququnu həyata keçirməsi qanunsuz olmaqla, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bununla yanaşı, istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də apellyasiya baxışı zamanı yerində müayinə (baxış) həyata keçirilmiş, müəyyən olunmuşdur ki, "xxxx" tikilisi məhz iddiaçının sahibliyində və istifadəsindədir. Eyni zamanda, X2 alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi əmlakın digər mübahisə olunmayan hissəsindən (hazırda otel kimi fəaliyyət göstərir) "xxxx" tikilisinə ümumiyyətlə giriş-çıxış mövcud deyildir. Yerində müayinə zamanı iştirak etmiş cavabdeh X3 bildirmişdir ki, əmlakı əldə etdiyi 2017-ci ildən etibarən "xxxx" tikilisindən faktiki istifadə edə, ona sahiblik edə bilməmiş, bunu həmin əmlakın mübahisəli olması ilə izah etmişdir. Bu hal işin qeyd edilən halları ilə yanaşı, həmçinin işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon İcra Şöbəsinin tərtib etdiyi 07 oktyabr 2016-cı il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin akta əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbkara məxsus "xxxx" tikilisini boşaltmış, oradan çıxmış, bu səbəbdən də həmin sahə tələbkarın sahibliyinə qaytarılmış, Dağıstan küçəsi istiqamətində bağlanmış girişlər açılmış, "xxxx" tikilisi texniki pasportuna uyğun vəziyyətə gətirilmişdir. Lakin, cavabdeh X3 vicdanlı olduğu halda əmlakın "xxxx" tikilisi hissəsini necə əldə etməsini, ora daxil ola bilmədiyi halda nəyə görə keçən 5 il müddət ərzində bu halı mübahsələndirməməsini, hərəkətsizlik göstərərək mövcud vəziyyətlə razılaşmasını və s. bu kimi sadə məntiqə sığmayan hallara aydınlıq gətirə bilməmişdir. Həmçinin, birnici instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən İddiaçı2 MTK-da gözətçi vəzifəsində işləyir. Tikili İddiaçı2 MTK-nın mülkiyyətindədir. Cavabdeh3 Nərimn oğlu "xxxx" MMC-nin direktoru və bütün bu cox saylı məhkəmə mübahislərinin səbəbkarı və Cavabdeh2 Nəriman qızının əri Aki Hüseynovun ortağıdır, X5 bu işdən xəbərdardır, məhkəmə qətnamələinin icra mərhələlərində iştirak etmişdir. Hazırda da Hüseynov Akifin göstəişlərini yerini yetirir. Məhkəmə kollegiyası qəbul edir ki, qanunverici (MM-nin 182-ci mad. və s.) vicdanlı alıcıların hüquqlarını da müdafiə edir, lakin hazırki işin halları baxımından X2 vicdanlı alıcı kimi qəbul edilərək iddiaçının mülkiyyətində olan "xxxx" tikilisinin həm də S.Hüseynovun mülkiyyətində saxlanılması mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Belləiklə məhkəmə kollegiyası hesab edir k, birinci instansiya məhkəmə haqlı olaraq iddianı – mübahisələndirilən alqı-satqı müqaviləsinin İddiaçı2 Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan "xxxx" tikilisi hissəsində etibarsız hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, əqdin mübahisələndirməkdə hazırda əmlak mülkiyyətçisi olan İddiaçı2 Mənzil Tikinti Kooperativi sübyetiv (tələb) hüquqlara malik olduğundan, eyni zamanda İddiaçı1 da həmin tələbi irəli sürməsi əsaslı sayıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası məhz İddiaçı2 Mənzil Tikinti Kooperativinin tələbi üzrə iddianın əsaslılığını yoxlamaqla, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verir. Mülki Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Lakin, məhkəmə X2 adına verilmiş çıxarışı tam ləğv etməkdə haqlı olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi "xxxx" tikilisindən kənar hissələrin iddiaçıya aidiyyəti olmadığından, çıxarış (qeydiyyat) sahəsi 714,2 m2 olan "xxxx" tikilisinə aid hissədə ləğv olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Həmçinin qeyd edilməldiir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi məhkəmənin xidməti vəzifəsi olaraq müvafiq tələbin irəli sürülməsindən asılı deyildir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əqd sahəsi 714,2 m2 olan "xxxx" tikilisinə aid hissədə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla, alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu həmin hissədə ilkin vəziyyətə qaytarılmalıdır. Belə ki, alqı-satqı müqaviləsinə əsasən tərəflər (satıcı Cavabdeh2 Nəriman qızı, alıcı Cavabdeh3) ümumilikdə satılan 1896,1 m2 qeyri-yaşayış sahəsinin satış qiymətini 850000 manat müəyyən etmişlər. Belə olan halda, qeyri-yaşayış sahəsinin 1 m2-nin dəyəri 448,3 manat (850000 : 1896,1 = 448,3) təşkil edir. Bu minvalla əsassız satılmış 714,2 m2 olan "xxxx" tikilisinə görə məbləğ 320175 manat olacaqdır ki, həmin pul vəsaiti də Cavabdeh2 Nəriman qızından Cavabdeh3 xeyrinə tutulmalı, eyni zamanda dəymiş ziyanla bağlı tələb hüquqları tərəflərin özündə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, göstərilən hissədə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə qeyd edilən hissələrdə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin qismən ləğvinə əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Mənzil Tikinti Kooperativinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Nəriman qızına, Cavabdeh3 və Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı «müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)-1225/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(005)- 1225/2022 saylı qətnaməsi qismən (yəni “21 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı Alqısatqı müqaviləsi əsasında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi” və Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmaması hissələrində) ləğv olunsun. İddia həmin hissədə qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 Nəriman qızı ilə Cavabdeh3 arasında bağlanmış 21 oktyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* saylı Alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış (qeydiyyat) "xxxx" tikilisinə dair hissədə ləğv olunsun. Cavabdeh2 Nəriman qızından 320175 (üç yüz iyirmi min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh3 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5413/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5413/2022
04.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver