Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5417/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC, xx.xx.2017-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********37109 olan Samsung Galaxy J5 üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə; İMEİ kodu 1770488M02411 olan Hoffman LED üçün 259 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə İMEİ kodu **********04606 olan Samsung Galaxy J2 üçün 278 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla, ümumilikdə 867 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnanmə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən cavabdehə bildiriş təqdim olunmamış, onun işdən ümumiyyətlə məlumatı olmamışdır. Əgər məlumatı olsaydı, etdiyi ödənişlərə dair sənədləri məhkəməyə təqdim edərək, borcun həmin məbləğdə olmadığını göstərərdi. Odur ki, məhkəmə iddianın istər əsas borc, istərsə də cərimə tələbinə dair hissəsini ətraflı araşdırmadan, göstərilən məbləğin əsaslılığını yoxlamadan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instanisya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2017ci il tarixli müqaviləyə əsasən, iddiaçı “xxxxxxxxxxx” MMC, Hoffman LED markalı televizoru və Samsung Galaxy J5 markalı telefonu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən isə Samsung Galaxy J2 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə, həmin əşyaların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxxxxxxxxx” MMC, öhdəliyini icra edərək müqavilələrdə nəzərdə tutulmuş malları Cavabdeh vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamış, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh, müqavilə əsasında “xxxxxxxxxxx” MMC-dən aldığı əşyaların dəyərini razılaşdırılmış müddətlərdə ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, Mülki Məcəlləsinin 567-ci və 597.1-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Kollegiya, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə əməl olunmadığını bildirsə də, işdən görünür ki, məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilmiş və ərizənin daxil olduğu gündən (xx.xx.2019-cu il) 23 gün sonra qətnamə qəbul edilmişdir. Lakin cavabdeh bu müddət ərzində iddia tələbinə dair öz dəlillərini və onları təsdiq edən sənədləri məhkməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər isə yekun qərarın çıxarılması üçün kifayət etmişdir. Eyni zamanda, cavabdeh apellyasiya baxışında da məhkməyə istinad etdiyi hallara dair mötəbər sübutları (ödəniş qəbzləri və s.) təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9455/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5417/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5417/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver