Məhkəmə qərarları › İş №2(103)-5424/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5424/2020

19.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5424/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(001)-767/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin qanunazidd hərəkətlərinin dayandırılması, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, Maye Qaz zavodu ünvanında yerləşən mənzilində quraşdırılmış qaz sayğacında yaranan problemin aradan qaldırılması, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyaların ləğv edilməsi, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona geri ödənilməsi, Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-767/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən İddiaçı **********10006 saylı abonent koduna hesablanmış 1313.80 manat məbləğində borcun silinməsi qət edimişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-767/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Məhkəmənin 2(011)-767/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilərək, şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qərardad qəbul etmişdir.Belə ki, dövlət rüsumu haqqında qanunda dövlət rüsumun tez və yaxud gec ödənilməsi barədə məhdudiyyət yoxdur. Həmin qanunda ödəniləcək dövlət rüsumunun vahid forması vardır ki, orada da kimin adından ödənilməsi və hansı məhkəmə üçün ödənilməsinin göstərilməsi kifayətdir. Həmin qanunda dövlət rüsumu ödənilərkən faktiki işin (işin nömrəsinin, adının) göstərilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi məhkəmə öz mülahizələri əsasında qərardad qəbul edərək işin mahiyyəti üzrə baxılmasından imtina etmişdir.Bundan əlavə Cavabdeh İB SOCAR-ın nəzdində fəaliyyət göstərən dövlət müəssisəsidir. Gələcəkdə yarana biləcək maliyyə sıxıntılarının baş vermə ehtimalı, o cümlədən məhkəmə işlərində operativlik, həmçinin konkret müddət Birlik tərəfindən nəzərə alınaraq apellyasiya və kassasiya şikayətlərinin verilməsində yarana biləcək ləngimələrin, risklərin qarşısının alınması üçün dövlət rüsumlarının öncədən ödənilməsi təmin edilir. Əlbəttə ki, burada əsas vacib olan ödənilən məbləğin dövlət büdcəsinə daxil olmasıdır ki, bu da təmin edilmişdir. Dövlət rüsumunun öncədən ödənilməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz.Apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş. Məhkəmənin göstərdiyi əsaslar həqiqəti tam əks etdirmir. Cavabdeh qeyd edilənlərə əsasən, şikayətinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(001)-767/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini işin materialları ilə birgə araşdırıraq hesab edir ki, şikayət təmin edilməməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Hazırkı mülki iş üzrə yekun məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə çıxarılmasına baxmayaraq, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, ödəniş yekun məhkəmə aktlarının çıxarılmasından əvvəlki - xx.xx.2019-cu il tarixdə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 7 saylı Cavabdeh Şöbəsində həyata keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan maddələrin tələbinə görə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(001)-767/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(001)-767/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar